Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
23-12-2021, 23:36
BMT Baş Assambleyası İranda insan haqlarının pozulmasını pisləyən qətnamə qəbul edib

BMT Baş Assambleyası cümə axşamı, 16 dekabr 2021-сi il tarixində İranda insan haqlarının vəziyyətini pisləyən qətnaməni 78 lehinə, 31 əleyhinə və 69 bitərəf səslə qəbul edib. Əslində sözügedən Qətnamə artıq bu ilin noyabr ayının 17-də BMT Baş Assambleyasının Üçüncü Komitəsi tərəfindən qəbul edilmişdi.
İranda insan haqlarının kobud və sistematik şəkildə pozulmasını pisləyən Qətnamə Kanada tərəfindən BMT-yə təqdim edilmiş və daha 47 ölkə tərəfindən dəstəklənmişdir.
BMT Baş Assambleyasının 16 dekabr 2021-сi il tarixində qəbul edilmiş sözügedən Qətnaməsində İranda baş verən çoxlu sayda edamların cəmiyyətdə törətdiyi narahatçılığa, geniş yayılmış sistematik və özbaşına həbslərə, eyni zamanda da məhbusların tibbi müalicə və xidmətlərdən qəsdən məhrum edilməsi, Tehrandakı “Evin” həbsxanasında məhbuslarla pis rəftar, dissidentlərin və hüquq müdafiəçilərinin təqib olunması kimi məsələlərə, o cümlədən məhbusların etiraflarına və şübhəli ölümlərinə toxunulub.
23-12-2021, 18:35
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 27 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 952, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 468, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 074 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 152 952, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 150 711, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 653 005, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 349 236 təşkil edir.

Bütöv.az
23-12-2021, 18:32
Prezident 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunu imzalayıb

Prezident İlham Əliyev “Azərbaycanda 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunu imzalayıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

Qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Bütöv.az
23-12-2021, 18:31
BDU rektorunun müşaviri və komendant onları bıçaqlayan şəxsdən şikayətçi olmayıb

Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başlayıb. Prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən İ. Mirzəyev özünü təqsirli bildiyini deyib. O, ifadəsində bildirib ki, 11 il BDU-da çalışıb: “Əvvəllər təsərrüfatın maşınını sürürdüm, sonra sexə baxırdım. 600 manat maaş alırdım. Universitet rəhbərliyi dəyişəndən sonra maaşımı 400 manata saldılar. Etiraz elədim, çünki imkanım çox aşağı idi. Mənə dedilər ki, sənin işin dəyişib, başqa işə keçirəcəklər. O zaman maaşım bərpa olunacaq. Bir müddət keçdi, lakin heç bir dəyişiklik olmadı. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektor məni üzdən tanıyırdı. Onun qəbuluna yazıldım. Fikrimi ona deyəcəkdim. Lakin onun qəbuluna düşə bilmədim. Universitetdən dedilər ki, struktur dəyişikliyi olacaq, o zaman maaşlar bərpa olunacaq”.

Təqsirləndirilən şəxs deyib ki, iki il ərzində dəfərlərlə müraciət etsə də, onun şikayətinə baxılmayıb: “İki ildən sonra struktur dəyişikliyi baş verdi. Bu səbəbdən universitetə təzə işçilər gətirildi. Mənim də seximə Qaçay adlı şəxs gəldi. Yenidən rektorun qəbuluna yazıldım. Lakin yenə qəbul etmədilər. Struktur dəyişilikliyi olsa da, maaşım dəyişmədi. Sonra məni rektorun müşaviri Mirzə müəllimə yönəltdilər. Onunla görüşdüm. Dedi bir neçə günə sənə xəbər edəcəyik. Hadisə günü səhər Qaçay gəldi ki, sənin maaşını qaldırmaq qalsın qırağa, səni işdən çıxarıblar. Dəliyə döndüm. Rektorun qəbuluna getdim, qəbul etmədilər. Mirzə müəllimin yanına getdim. Ona dedim ki, açıq ürək əməliyyatı keçirmişəm, evdə xəstəm var. O mənə məsələni araşdıracağını dedi. Sexə qayıdanda gördüm avandalıqlarımı yığırlar. Orada özümə aid avadanlıqlar da vardı. Onu da mənə vermədilər. Bıçaq itiləyən yerdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Birdən dedim sonuncu dəfə Mirzə müəllimlə görüşüm. Mirzə müəllimə dedim ki, iki ildir mənə söz verirsiz ki, maaşın qalxacaq. Bir anlıq orda özümü itirdim. Həyacanlandım, bıçağı sənədlərimin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, üzərimə gəldi ki, bizi ayırsın, onu da bıçaqla vurdum. Otaqdan aşağı düşdüm. Həmin vaxtı universitetdə imtahan günü idi. İmtahan günlərində təcili yardım da universitetə gəldirdi. Onlara yuxarıda yaralıların olduğunu dedim və taksiyə minib getdim. Əməlimdən peşmanam, lakin mən iki il maaşımın azalmasına dözdüm. İmkanım yox idi, borcların çox idi”.

Prosesdə daha sonra zərərçəkmiş şəxs qismində BDU rektorunun maliyyə işləri üzrə müşaviri Mirzə Mirzəyev dindirilib.

O, 31 il Maliyyə Nazirliyi strukturlarında çalışdığını deyib: “Hadisə olan vaxt 1 il 10 ay idi ki, universitetdə çalışırdım. İsmixanı üzdən tanıyırdım. Lakin iki dəfə ünsiyyətimiz olub. Birinci dəfə mənə yaxınlaşıb maliyyə problemləri olduğunu dedi. Bildirdi ki, keçmiş rəhbərliyə aid məsələlərlə bağlı məhkəməyə müraciət edəcək. Mən də bununla bağlı rektora məruzə edəcəyimi dedim. 2020-ci ildə yenidən yanıma gəldi. Bildirdi ki, maaşı azaldılıb. Araşdırdım ki, məlum oldu ki, rəhbərlik dəyişən ərəfədə bunu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi yazıb. Mən ona dedim ki, struktur dəyişikliyi olan zaman ştatlar açılacaq. O zaman başqa bir vəzifəyə keçmək şansı olar. Çünki onun maaşının artırılması mənim səlahiyyətlərim çərcivəsində deyil. Oğlu ilə lap yaxşı münasibətim var. O da bizdə təminat şöbəsində çalışırdı. Bir müddət sonra İsmixan şöbə müdiri ilə yenə yanıma gəlmişdi. Rektorun qəbuluna düşmək istəyirdi. Deyirdi fəhlə işləmək istəmir, fəhlə kimi qalsa, öz avadanlıqları var, götürərək gedəcək. Dedim məsələni prorektora danışsın. Hadisə günü göz həkimindən gəlirdim. Yanıma gəldi. Ayaq üstəydim. Əlində sənədlər vardə. Dedi ki, mənə aşağıdan deyiblər işdən çıxmalısan. Dedim ki, məsələdən xəbərim yoxdur. Bu zaman yaxınlaşdı və qəfildən bıçaqla məni vurdu. Heç gözləmirdim. Sonra Şahlar içəri girdi, onu da vurdu. Sonradan xəbərim olmadı. Mənə indiyə qədər təəccüblü gəlir ki, məni niyə bıçaqladı”.

M. Mirzəyev təqsirləndirilən şəxsə qarşı hər hansı bir iddiasının və şikayətinin olmadığını deyib.

Digər zərərçəkən Şahlar Bəgalıyev 1993-cü ildən universitetdə komendant işlədiyini deyib və hadisə günündən danışıb. Bildirib ki, həmin gün M. Mirzəyevin otağına gedib, içəri girəndə görüb ki, Mirzə müəllim İsmixanı itələyir: “Yaxınlaşıb ayırmaq istədim. İsmixana yaxınlaşanda məni də bıçaqladı. Əvvəl yaxınlaşanda onun əlində bıçağı görməmişdim. Məni bıçaqlayandan sonra elə bil ayıldı. Qaçaraq çıxıb getdi”.

Ş. Bəgalıyev də şikayətçi olmadığını deyib.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses yanvarın 21-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin iyul ayının 27-də Bakı Dövlət Universitetinin əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İsmixan Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

Hadisəni törətməkdə təqsirli bilinən İsmixan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs-qətimkan tədbiri seçilib.

Bütöv.az
23-12-2021, 18:28
Yeni il şənliklərində gənclərə narkotik satmağı planlaşdıran şəxslər ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.

Bu barədə DİN məlumat yayıb.

Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də bir ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib.

Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2 500 ədəd “metadon” həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan dörd nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan ikisi qadın olmaqla daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, “ekstazi” və “metadon” həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3 118 ədəd psixotrop tərkibli həb çıxarılıb.



Bütöv.az
23-12-2021, 18:26
Xarici diplomların tanınması qaydaları dəyişdirilir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib".

Modern.az xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Orucov deyib.
O bildirib ki, növbəti il üçün diplomların tanınması başqa formata keçəcək: "Yeni layihədə qismən tanınma anlayışı olacaq. Bir çox ölkələrin ali məktəblərində, xüsusilə də tibb sahəsində tədris normativi Azərbaycanda nəzərdə tutulan tədris normativindən daha aşağıdır. Bu zaman onların bilikləri yetərli olmur.
Yeni qaydalar layihəsində qismən tanınma anlayışı olacaq və tələbələrin əldə etdikləri biliklər tərəfimizdən tanınacaq. Onlara hüquq veriləcək ki, Azərbaycanda mövcud olan digər ali təhsil müəssisələrində çatışmayan kreditləri əldə edə və ixtisasını tamamlaya bilsinlər. Proseslə bağlı uzun müddətdir ki, müzakirələr aparılıb. Hesab edirəm ki, növbəti ilin əvvəlində layihə təsdiq olunacaq. Yeni dəyişiklikdən sonra həmin şəxslərin kreditləri tanınacaq və qismən tanınma şəhadətnaməsi veriləcək".

Bütöv.az
23-12-2021, 18:22
Mahir Emreli Qurban Qurbanovla görüşüb

Azərbaycan millisinin və Polşa “Legiya”sının futbolçusu Mahir Emreli bu gün “Qarabağ”ın bazasında olub.

Bütöv.az xəbər verir ki, klubun Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadənin verdiyi məlumata görə, 24 yaşlı hücumçu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Abbaszadə bildirib ki, Emrelinin sabiq klubunun bazasına gəlişi sırf 49 yaşlı mütəxəssisi görmək istəyilə bağlı olub: “Onun “Qarabağ”a transferi müzakirə mövzusu deyil. Ümumiyyətlə, bu barədə söhbət olmayıb. Mahirin öz komandası, öz yolu var. Sadəcə, keçmiş futbolçumuz, “Qarabağ”da xidmətləri olmuş biri kimi bazaya gələrək, Qurban müəllimlə görüşüb”.

Qeyd edək ki, Mahir Emreli ötən mövsümün sonunda “Qarabağ”ı “Legiya”ya dəyişib. O, azarkeşlərlə bağlı insidentdən sonra Varşava təmsilçisindən ayrılmaq istəyir.
23-12-2021, 18:13
Türkiyənin vitse-prezidenti koronavirusa yoluxdu

Türkiyənin vitse-prezidenti Fuat Oktaya COVID-19 diaqnozu qoyulub.

Bütöv.az xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.
23-12-2021, 18:11
Ermənistanda aksiya - VİDEO

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir.

Bütöv.az xəbər verir ki, Parakar icma sədrliyinə namizəd Volodya Qriqoryanın tərəfdarları Baş nazir Nikol Paşinyan, müdafiə naziri Suren Papikyanın, həmçinin əmək və sosial məsələlər naziri Narek Mkrtçyanla görüş tələb edirlər.

Etirazçılar seçkilərdə saxtakarlığın olduğunu iddia edirlər. Onlar bildiriblər ki, N.Paşinyan kimi V.Qriqoryan da xalqın səsini qazanıb və seçkilərdə qalib gəlməlidir.

23-12-2021, 18:07
Putin ənənəvi illik mətbuat konfransı keçirir - CANLI YAYIM

Rusiya prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.

Bütöv.az xəbər verir ki, ənənəvi toplantı 2001-ci ildən təşkil edilir. Pandemiya səbəbilə son iki ildə toplantı videokonfrans formatında keçirilirdi. Bu il isə dövlət başçısı jurnalistlərlə üz-üzə görüşüb. Ötən il baş tutan onlayn toplantı 4 saat 29 dəqiqə davam etmişdi.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!