Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 23-12-2021, 18:28
Yeni il şənliklərində gənclərə narkotik satmağı planlaşdıran şəxslər ələ keçdi - VİDEO

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında paytaxt ərazisində həyata keçirdikləri tədbir zamanı Nahid Axundov və əvvəllər məhkum olunmuş Asəf Sevdimalıyev saxlanılıblar.

Bu barədə DİN məlumat yayıb.

Bu şəxslərin üzərindən və Nahid Axundovun idarə etdiyi avtomobildən çəkisi 19 kiloqramdan artıq, o cümlədən 12 kiloqram heroin, 5 kiloqram metamfetamin, 2 kiloqram marixuana, 600 ədəd metadon həbi, elektron tərəzilər, eləcə də bir ədəd “Beretta” markalı tapança, həmin silaha aid 11 ədəd patron və sandıqça aşkar edilib.

Yasamal rayonunda həyata keçirilən digər əməliyyat zamanı isə Ağamehdi Fərəcullayev narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılıb. Onun üzərindən və yaşadığı evdən 12 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 6 kiloqram heroin, 6 kiloqram metamfetamin və elektron tərəzilər aşkar edilib.

Suraxanı rayonunda keçirilən əməliyyat zamanı isə İlkin Abışov tutulub. Bu şəxsdən 3 kiloqramdan artıq heroin, metamfetamin, 2 500 ədəd “metadon” həbi, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi bank kartları, elektron tərəzilər aşkar edilib. Adları sadalanan dörd nəfərin hər biri ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə göndərilən külli miqdarda narkotik vasitəni qəbul edərək Yeni il bayramı ərəfəsində təşkil olunacaq əyləncəli tədbirlərdə əsasən gənclər arasında yaymaq məqsədi ilə paytaxt ərazisinə gətirdiklərini bildiriblər.

Baş İdarənin paytaxt eləcə də Abşeron rayonunda keçirdikləri növbəti əməliyyatlar zamanı narkotik vasitələrin satışı ilə məşğul olan ikisi qadın olmaqla daha 15 nəfər saxlanılıb. Bu şəxslərdən ümumilikdə 7 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, narkotiklərin onlayn satışı zamanı istifadə etdikləri plastik kartlar, “ekstazi” və “metadon” həbləri aşkar edilib.

Baş İdarənin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşlarının Lənkəran şəhərində keçirdikləri əməliyyat zamanı isə narkotik vasitələrin satış ilə məşğul olan əvvəllər məhkum edilmiş Əmirastan Bağırov saxlanılıb. Bu şəxsdən 2 kiloqramdan artıq marixuana aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Baş İdarə əməkdaşları tərəfindən son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışını həyata keçirən şəbəkəyə daxil olan 20 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 43 kiloqram narkotik maddə və 3 118 ədəd psixotrop tərkibli həb çıxarılıb.



Bütöv.az


Paylaş



Bölmə: Kriminal / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!