UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
24-12-2021, 10:59
Hikmət Hacıyev İlham Əliyevi təbrik etdi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Prezident İlham Əliyevi 60 illik yubileyi münasibəti ilə təbrik edib.

“Xalqımızın həsrətinə son qoyan və torpaqlarımızı işğaldan azad edərək tarixə Müzəffər Ali Baş Komandan kimi adını yazan, Dövlətimizi yalnız inkişaf yolu ilə aparan Prezident İlham Əliyevi bir vətəndaş olaraq ad günü münasibətilə səmimi qəlbdən təbrik edirik”.



Bütöv.az
24-12-2021, 10:50
60 yaşınız mübarək, Ali Baş Komandan!

Kubra Məhərrəmova yazır...

Əslində nə deyiləcək söz var, nə də yazılacaq. Çünki o, özü elə bir tarix yazdı ki, qalan bütün yazılar sadəcə faktların sadalanması olacaq. Amma bəzi şeylər var ki, onları hər dəfə yadına salanda qürurlanırsan. Qürurlananda da özünəinam hissin artır.

Biz “perestroyka” uşaqlarının ən böyük əyləncəsi divardan asılan xalçanın naxışlarını canlandırmaq olub. Psixoloji durumumuz isə bərbad idi. Müharibə uşaqları olan biz tez-tez “rus-erməni bizi qırdı” ifadəsini eşidirdik. Yəni kimlərsə bizdən daha güclüdür, o da bizi məhv edir. Və bunu gözümüzlə görürdük. Hər gün şəhidlər gəlirdi cəbhədən.

Nə qədər ağır olsa da, etiraf etməliyik. Bütün qurbanlara, qəhrəmanlıqlara, ölüm-qalım savaşlarına baxmayaraq I Qarabağ müharibəsində yaşadığımız məğlubiyyət bizi çökdürmüşdü.

Normal silah yox, ordu yox. Könüllü batalyonlardan başqa heç nə yox. Üstəlik ölkə də bərbad gündə. Xarici siyasət yox, Rusiya ilə münaqişəli münasibət. Avropadakılar heç bilmir ki, Qarabağ haradadır...

Bizdə isə daha yaşlı nəslin nümayəndələri açıq deyirdi ki, “Qarabağ getdi, daha geri dönən deyil”. Bəlkə də o vaxt ölkənin yarısı buna inanırdı, bilmirəm...
Açığı bu ritorika son illər də səslənirdi. “O qədər silah alınıb, niyə?”. “Qarabağ getdi” və s.

Hər zaman dillənməsini arzu etdiyimiz dünya birliyi isə bütün bu haqsızlığa həmişəki kimi “ay əqri viz yu” və “yalnız danışıqlar yolu mümkündür” ifadəsini səsləndirirdi. Həyasız, qırmızı sifəti ilə.

Minsk qrupunun həmsədri Anjey Kasprşik də hər dəfə regiona səfər edirdi, yeyib-içib qayıdırdı xarabasına. Hər dəfə onu televizorda müsahibə verən yerdə görəndə, elə bilirdim mən qazanıram o yeyir.

Bütün bu, açıq və gizli, daxili və xarici təsir və təzyiqlərə baxmayaraq o səbirlə, məqsədyönlü surətdə atasına verdiyi sözü planlı şəkildə həyata keçirirdi.

İlk növbədə ən müxtəlif yollarla Azərbaycanı dünyaya tanıtmağa başladı. İdman, mədəniyyət, mümkün olan bütün vasitələri həyata keçirtdi.
Güclü ordu yaratmaq üçün güclü infrastruktur qurdu. Ən son hərbi texnikanı, ən son silahları əldə etdi. Uzaq və orta mənzilli, super dəqiq raketləri, havadan müdafiə qurğularını və heç kimin ağlına gəlməyən vaxt o, PUA-ları əldə etdi.

II Qarabağ müharibəsində XXI əsrin müharibəsinin necə olmalı olduğunu dünyaya göstərdi, ustad dərsi keçdi.

Son model silahlardan istifadə edə bilən yeni, güclü, hərbi biliyi yüksək olan, vətənpərvər, möhkəm ruhlu nəsil yetişdirdi.

Torpağı, Vətəni hər şeydən üstün tutan qəhrəmanları tərbiyə etdi. 18 il hər gün səbirlə Qarabağa doğru getdi. Mümkün olan bütün beynəlxalq platformalarda rəsmi İrəvanla danışıqlara getdi. Hər dəfə onların axmaq, həyasız, absurd fikirlərinə, hücumlarına məruz qaldı. Siyasi meydanda hər dəfə bütün dünya birliyi ilə tək başına mübarizə apardı. Öz prinsip və məqsədlərindən əl çəkmədi. Heç vaxt Qarabağı unutmadı və unutdurmadı.

Və 28 il sonra Azərbaycan tarixində ən böyük qələbəyə imza atdı. Bu qələbə ilə xalq olaraq yenidən doğulduq. Anladıq ki, biz yiyəsiz deyilik. Biz gücsüz deyilik. Biz müdafiəsiz deyilik. Xalq olaraq bunu anlamaq əlahiddə hissdir. Bundan sonra bizim qaçqın uşaqlarımız, ana-bacılarımız olmayacaq. Biz qalib xalqın uşaqları, qalib qazilərin ana-bacısıyıq. Biz canının torpaq, namus uğrunda fəda edən şəhidlərin xatirəsini yaşadanlarıq.

Cənab Prezident, biz xalq olaraq elə torpaq vermişik, bu dəfə xalq-ordu-prezident birliyi itirilən torpaqları geri qaytardı. Birmənalı şəkildə ordunu qələbəyə aparan onun Ali Baş Komandanıdır. Əgər Ali Baş Komandanın siyasi iradəsi, siyasi manevrləri, bilikləri olmasaydı biz bu günləri yaşamazdıq.

Şuşanın işğaldan azad olunmasını xalqa çatdıran Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdiyini bildirdi. Həm atasının ruhu qarşısında, həm də xalqın qarşısında hesabat verdi.

Onun rəhbərliyi altında qısa müddət ərzində Şuşaya “Zəfər yolu” çəkildi, Füzulidə Beynəlxalq Hava Limanı inşa edildi. İnfrastruktur yaradıldı. Öz işığımız Ağdamda, Şuşada, Füzulidə yandırıldı. Yeni binalar, evlər tikildi.

Növbəti məqsəd Zəngəzur dəhlizi, bütün yolların açılması və regionda sülhün bərqərar olmasıdır. Heç kimə də sirr deyil ki, regionda sülhün qarantı Azərbaycandır.

Bu işdə Sizə möhkəm can sağlığı, uzun ömür və hər zaman qələbə qazanmağı arzu edirik.

60 yaşınız mübarək, Ali Baş Komandan!

Hər zaman güclü və qüdrətli olun!

Bütöv.az
24-12-2021, 10:43
Mehriban Əliyeva Prezident İlham Əliyevlə bağlı paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik edib.

Birinci vitse-prezidentin bununla bağlı rəsmi "İnstaqram" səhifəsində etdiyi paylaşımda deyilir:

“Hörmətli cənab Prezident!

Bu gün mən milyonlarla Azərbaycan vətəndaşı kimi Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Bizə – Azərbaycan xalqına milli qürur və birlik hissi bəxş etdiyinizə görə Sizə təşəkkür edirik. Uzun illərdir ki, hər bir azərbaycanlının qəlbində yaşayan istəyini və müqəddəs arzusunu çin etdiyinizə görə Sizə minnətdarıq. Azərbaycan xalqı – müzəffər xalqdır!

Böyük işlər bir anda baş tutmur. İstənilən tarixi nailiyyətə aparan yol uzun, mürəkkəb və çətin olur. Sizin tarixi xidmətiniz ondadır ki, bu yola qədəm qoydunuz və onu şərəflə keçdiniz. Misilsiz xidmətiniz ondadır ki, bütün bu illər ərzində ölkəyə başçılıq edərək verdiyiniz qərarlarla Azərbaycan xalqının Zəfər qazanmasını təmin etdiniz.

Sizin gücünüz ondadır ki, bu yolda Siz xalqın etimadını qazanmağı bacardınız və məhz xalqın inam və sevgisinə arxalanaraq bu dəyərli etimadı doğrulda bildiniz. Tarixi xidmətiniz ondadır ki, bu illər ərzində bütün çətinliklərə, təzyiqlərə, bəzən əsassız və ədalətsiz fikirlərlə üzləşdiyinizə baxmayaraq bir an belə inamınızı, ümidinizi və iradənizi itirmədiniz. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük Missiyanın yerinə yetirilməsi də məhz Sizin yenilməz iradəniz sayəsində mümkün oldu.

Mən bilirəm ki, Siz həmişə öz xalqınıza inanmısınız. Məhz bu inam Sizin bütün şəxsi keyfiyyətlərinizlə birgə qazandığınız və qazanacağınız qələbələrin mənbəyidir.

Sizə ən səmimi təşəkkürlər!

İcazənizlə, yubiley gününüzdə Sizə və bütün Azərbaycan xalqına uzun ömür, möhkəm cansağlığı və bütün arzularınızın yerinə yetməsini diləyirəm.

Sizin uğur yolunuz davam etməkdədir və qarşıda hələ Vətənimiz naminə görəcəyiniz çoxlu işlər var.

Tanrı Sizə güc və səbir versin! Uca Allah Sizi və Azərbaycan xalqını bu müqəddəs yolda qorusun!

Biz Sizinlə fəxr edir və Sizi çox sevirik!

Mehriban Əliyeva”.



Bütöv.az
24-12-2021, 10:38
“Ən çətin vəzifənin ən layiqli sahibi” - Prezidentin fəaliyyəti ilə bağlı maraqlı çarx - VİDEO

Azərbaycan Televiziyası Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə maraqlı videoçarx hazırlayıb.

Videoçarxda müxtəlif peşə sahibləri iş başında görüntülənib.

Qeyd edək ki, həmin şəxslər öz işinin peşəkarı olan real şəxslərdir.

Sonda isə ən çətin vəzifənin ən layiqli sahibi kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin gərgin və əvəzsiz xidməti qeyd olunur: “Onun işi daha çətindir. Çünki xalqın və dövlətin taleyi onun əllərindədir. Ən çətin vəzifənin ən layiqli sahibi: İlham Əliyev”.



Bütöv.az
24-12-2021, 10:35
Bu gün Prezidentin 60 yaşı tamam olur - VİDEO

Bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin doğum günüdür.

Dövlət başçısının 60 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb.

1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb. MDBMİ-ni bitirdikdən sonra, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub.

1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb və 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub.

1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib.

1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.

1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir.

1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib.

2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib.

2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə isə seçicilərin 84,54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir.

Evlidir. Üç övladı, beş nəvəsi var.

Təltiflər və fəxri adların siyahısı:

Ordenlər

Rumıniyanın “Rumıniya Ulduzu” ordeni (11 oktyabr 2004-cü il)

Səudiyyə Ərəbistanı Krallığının “Kral Əbdüləziz” ordeni (8 mart 2005-ci il)

Rusiya Federasiyasının Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Problemləri Akademiyasının I dərəcəli Aleksandr Nevski ordeni (11 aprel 2005-ci il)

Azərbaycan Respublikasının “Heydər Əliyev” ordeni (28 aprel 2005-ci il)

Rus Pravoslav Kilsəsinin I dərəcəli Müqəddəs Serqi Radonejski ordeni (14 sentyabr 2005-ci il)

Qafqaz Müsəlmanları İdarəsinin “Şeyxülislam” ordeni (22 dekabr 2005-ci il)

Fransa Respublikasının “Fəxri Legionun Böyük Xaç Komandoru” ordeni (29 yanvar 2007-ci il)

Polşa Respublikasının “Xidmətlərə görə” Böyük Xaç ordeni (26 fevral 2008-ci il)

Ukraynanın 1 dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni (22 may 2008-ci il)

Küveyt Dövlətinin “Mübarək əl-Kəbir” ordeni (10 fevral 2009-cu il)

Latviya Respublikasının “Üç Ulduz” ordeninin “Böyük Xaç Kavaleri” dərəcəsi (10 avqust 2009-cu il)

Rus Pravoslav Kilsəsinin “I dərəcəli Şöhrət və Şərəf” ordeni (24 aprel 2010-cu il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeninin Böyük Xaç ranqı (18 aprel 2011-ci il)

Rumıniyanın “Sadiq Xidmət” milli ordeni (18 aprel 2011-ci il)

Bolqarıstan Respublikasının “Stara Planina” ordeni (14 noyabr 2011-ci il)

Tacikistan Respublikasının “İsmoili Somoni” ordeni (12 iyul 2012-ci il)

Belarusun “Xalqlar dostluğu” ordeni (28 avqust 2012-ci il)

“Serbiya Respublikasının lentli Ordeni” (22 fevral 2013-cü il)

Türkiyə Respublikasının “Dövlət nişanı” ordeni (12 noyabr 2013-cü il)

Ukraynanın “Azadlıq” ordeni (18 noyabr 2013-cü il)

Türk Dünyasının Ali Ordeni (12 noyabr 2021-ci il)

Fəxri elmi adlar

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun fəxri doktoru (7 fevral 2004-cü il)

Lev Qumilyov adına Qazaxıstan Dövlət Avrasiya Universitetinin fəxri professoru və “Qızıl döyüşçü” medalı (1 mart 2004-cü il)

Türkiyənin Qırıqqala Universitetinin fəxri doktoru (25 mart 2004-cü il)

Türkiyənin Bilkənd Universitetinin fəxri doktoru və İhsan Doğramacı adına Dünya Sülh Mükafatı (14 aprel 2004-cü il)

Rumıniyanın Ployeşti Neft-Qaz Universitetinin fəxri doktoru (12 oktyabr 2004-cü il)

Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetinin fəxri professoru (23 sentyabr 2005-ci il)

Koreya Respublikasının Kyunq He Universitetinin fəxri doktoru (24 aprel 2007-ci il)

İordaniya Universitetinin fəxri doktoru (29 iyul 2007-ci il)

Macarıstanın Korvinus Universitetinin fəxri doktoru (18 fevral 2008-ci il)

Moskva Dövlət Universitetinin fəxri professoru (21 fevral 2008-ci il)

Taras Şevçenko adına Kiyev Milli Universitetinin fəxri doktoru (22 may 2008-ci il)

Məxdumqulu adına Türkmənistan Dövlət Universitetinin fəxri professoru (28 noyabr 2008-ci il)

Bakı Dövlət Universitetinin fəxri doktoru (2 noyabr 2009-cu il)

Belarus Dövlət Universitetinin fəxri professoru (12 noyabr 2009-cu il)

Tacikistan Milli Universitetinin fəxri doktoru (16 oktyabr 2014-cü il)

Çinin Renmin Universitetinin “Tarix üzrə fəxri professor” diplomu (11 dekabr 2015-ci il)

İdman təşkilatlarının mükafatları

Dünya Taekvondo Federasiyasının 6-cı Dan Qara kəməri və sertifikatı (10 oktyabr 2003-cü il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) xüsusi mükafatı (3 aprel 2004-cü il)

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya” ordeni (19 aprel 2004-cü il)

Avropa Həvəskar Boks Assosiasiyasının xüsusi mükafatı (1 may 2004-cü il)

Beynəlxalq Hərbi İdman Şurasının “Böyük Kordon” Şərəf ordeni (27 may 2005-ci il)

MDB Ölkələri İdman Təşkilatlarının Beynəlxalq Konfederasiyasının Fərqlənmə nişanı (26 sentyabr 2005-ci il)

Beynəlxalq Güləş Federasiyasının (FİLA) “İdman əfsanəsi” medalı (17 sentyabr 2007-ci il)

Belarus Milli Olimpiya Komitəsinin ali mükafatı (26 oktyabr 2007-ci il)

Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni (27 dekabr 2007-ci il)

Ümumdünya Karate Federasiyasının Fəxri 9-cu Dan dərəcəsinin diplomu (20 mart 2008-ci il)

Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı (15 may 2009-cu il)

Beynəlxalq Paralimpiya Komitəsinin ali paralimpiya mükafatı (26 iyun 2015-ci il).

Müzəffər Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qalib sərkərdə kimi yazdırıb. 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi ilə Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib.

Torpaqlarımızın işğaldan azad edilməsində İlham Əliyevin güclü siyasi iradəsi və qətiyyəti, xalqın Ali Baş Komandana və orduya dəstəyi böyük rol oynayıb.

İlham Əliyevin illərlə apardığı siyasətin və strategiyanın bəhrəsi bizə öz torpaqlarımızı azad etmək xoşbəxtliyini bəxş etdi.

Ali Baş Komandan postmünaqişə dövründə də erməni revanşizminin alovlanmaması üçün prinsipial mövqe nümayiş etdirir, Ermənistanı sülhjə məcbur etmə taktikasını yeridir.

Azərbaycan öz qətiyyətli mövqeyini beynəlxalq təşkilatlarda, digər ölkə rəhbərləri ilə görüşlərdə nümayiş etdirir.

Prezidentin qətiyyəti, iradəsi, strategiyası elə mükəmməl kombinasiya təşkil edir ki, buna görə Azərbaycanla hesablaşırlar.

Bütöv.az saytının bütün kollektivi adından cənab Prezidenti doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

24-12-2021, 00:14
Araz Əhmədoğlu yazır: SENARİSTİN VƏTƏN SEVDASI

Araz Əhmədoğlu

İRAN sinamasında gözlənilməz bir ilk yarandı. Bu ilkin yaradıcısı Xoy’lu senarist, oyunçu, sayın Hadı bəy Hicazifər oldu.
Tehran’da memarlıq oxuyan Atabay (Kazım) ata-baba yurduna döndükdə daha artıq çirkinlikər görüb dəliləyir. Atası başqa dostları’yla birlikdə bir daxmaya təpilib tüstüləyirlər. Bacısı əri uyuşdurucu üçün ata-baba torpaqlarını Fars bir dəllala (maklerə) satıb. Fars dəllal’sa iki qızı’yla birlikdə Atabayın yurdunda at çapıdır. Atabayın evlənməyə çox kiçik olan bacısı sevməzdən əri Pərvizlə evləndirilib, ondan bir oğlu var. Eyni halda əri Pərvizdən zəhləsi getdiyi üçün əski sevgilisi, Atabayın yaxın dostu, Yəhya’yla gizlicə görüşürlər. Pərviz də onu oğlu’yla təkbaşına buraxıb başqa şəhərdə özünə ev-eşik qurubdur. Fərruxliqa da bu dərdlərə dözə bilməyib özünü kəndin ortasında yandırır. İndi Atabayın dünyası o bacısından qalmış bacoğlusu, Aydındır.
Yeni nəsil dərs oxumaqla, ya da nəyin bahasına olur olsun – ata-baba yurdunu simgələyən kənddən qaçmaq istəyir. Bu nəslin simgəsi kəndli qız obrazı Ceyran dır. Ceyran atası yaşda olan Atabaydan istəyir onu alıb canını bu kənddən qurtarsın! Atabayı da Milyonlar Azərbaycanlı kimi Tehrana çəkən o xəyalların ardıca qaçmaq dır. Ancaq nə qədər güclü olursan ol, səni ikinci, bəlkə də üçüncü dərcə vətəndaş sayanlar həmişə səndən üç-heçə qabaq olub qurduğun xəyallarıva çatmaqda səni arxada qoyacaqlar. Atabay bilyurdda klasın birincisi olur, ama ləhcəsi – Farsıcanı Türki ləhcəsi ilə danışmaq – üçün, onlardan biri olmadığı üçün heç vaxt qurduğu xəyallara, istəklərinə çata bilmir. Dum-duru sevgisini sunduğu Sima adlı Fars gözəli onu bir ev qurmaqdan uzun illər boyu məhrum edib saçını ağardır. Ama həmin adam ikinci dəfə bir başqa Simaya aşiq olur. Niyə Sima? Farsıca “sima” sözcüyü bizim ana dilimizdə “üz; görüntü” anlamını daşıyır. Demək Kazım kimi gənclər kəndlərinin darıxdırıcı (?!) çevrəsindən çıxıb ayaqları böyük şəhərlərin təmtaraqlı, göz qamaşdırıcı həyəcanlarına çatdıqda oradakı gözəl görünən üzlərə, görüntülərə vurulub gərçək sevgidən uzaq düşürlər. “Eşqin gözü kor olur” deyənlər, “gərçək sevgini görə bilməyib, yalnız üzdəki gözəlliyə vurulanların gözü kor dır” demək istəyiblər.
Atabay öz dili’ylə “Kazım öldü! Atabay!” desə də, başqa yerdə “insan dəyişməz” deyir. Bu paradoks “Atabay” adının varlığının – adın böyüklüyünə baxmayaraq – ancaq boş bir şuar olduğunu görsədir. O üzdən Atabay öldü sandığı “Kazım”ı öz içində daşıyır. Filmin başlanışındakı ədədlər filmin sonunda eynən təkrarlanır. 2, 3, 4, 5, yəni iki rəqmin əvvəlndə gələn ədələr dəyişsə də, sonlarındakı “1” dəyişmir. Kazım adını dəyişib Atabay olsa da, düşüncə baxımından heç vaxt bir atabay ola bilmir. O üzdən böyüdükdə dayısı olmaq istəyən Aydını da boş vədənin ardıca özü’ylə sürükləyir. Ata-babalar deyib: “Ağıllı adam iki dəfə bir dəlikdən sancılmaz!” Ama Kazım kimilər yüz dəfə sancılsa da, ağıllanmayacaq. Ağıllansa idı, Aydını döyüb sonra da dəfələr’lə “Pox yedim!” deyib üzr istəməzdi. Filmin ana qonusu senaristin bu baxışı dır. Yad elliyə göyül verənlərin sonu göz önündə dir. Üzü gülmüş bir beləsini görsəniz, səlam yetirin! Senarist bu anlamı çox gözəl bir səhnədə canlandırır. Qonaqlar gəlməmişdən öncə, Atabay onlara kəklik otu yığmağa gedir. Ama güclü yel dağ başında naylonu onun əlindən alıb uçudur. Atabay isə boş bir naylonun ardıca dağ-daşda qaçmağa başlayır. Bu boş naylunun ardıca qaçmaq boş bir sevdanın ardıca qaçmağı simgələyir (təmsil edir).
“Aydın” sözcüyü “sevincdən parıldayıb gülmək; açıq düşüncəli; düşüncəsi zaman’la ayaqlaşan birisi” anlamlarını daşıyır. Örnək üçün, “Gözün aydın!” dedikdə birinci anlamı daşıyır; “elimizin aydınları” dedikdə elimizin ziyalı adamları, farsıca “rovşənfekr” anlamında olub ikinci anlamı daşıyır. Özəl ad olaraq da ikinci anlamda işlənir. Bu filmin mətnində Aydın obrazı evin təbərlik uşağı, tayfanın ən ağıllısı, ən gözəli Azərbaycanın ucqar bir kəndində yaşayıb farsıca şer yazır, fars qızı Siminə vurulur. Aydın da Ceyran kimi yeni nəsli simgələyir. Ancaq bir elin ağıllısı Atabay’la Aydın olsa, vay olsun o elin ağılsızlarına! Filmdə gözə çarpan sorunlardan biri də “Aydın” sözcüyünün tələffüzü dir. “Gözün aydın!” duasında hamı düz tələffüz edir. Ancaq eyni sözcüyü özəl ad olaraq işlədəndə – yaşlılar yox, farsıca təhsil almışlar – farslar kimi “Aydin” tələffüz edir. Bu da keçmiş əlifbada /i/ səsi ilə /ı/ səslərinin bir şəkildə (آیدین) yazılmasından irəli gəlir.
“Ceyran” sözcüyü Türkçədə heyvanların ən gözəli olduğu üçün qız adı seçilir. Ancaq yalnız “gözəllik” dəyil, eyni halda “arınlıq; günahsızlıq” anlamını da daşıyır. 8-nci imam niyə ceyranın zamini olur? Niyə Türk ulusunda atalar qızlarına, aşiq olanlar’sa sevdiklərinə “Ceyranım!” deyir? Atabay filmindəki Ceyran şik görünən Simadan qat-qat gözəl dir. Ama Atabay kimilər bu gözəlliyi görə bilmir. Sinama salonunda Ceyranın sadə, səmimi davranışına birlikdə gülən tamaşaçılar əslində çağdaş toplumda bu saflığın artıq bir dəyər olmamasını vurqulayır. Elə bu düşüncədə olan bir toplumun gənc yaşda zor’la ərə verilmiş qızları, ərli olduqlarına baxmayaraq gizlicə sevgililəri ilə görüşüb sonunda da özlərini öldürmək zorunda qalmağa məhkumdur.
Atabayın itirdiyi uçmağ (cənnət) isə bacısı əri Pərvizin satıb sovurduğu bağ, bir də qurumaqda olan “Urmu gölü” dür. Ama artıq bu uçmağların hər ikisi də Atabayın əlindən çıxıb! Qurumuş Urmu gölünün milyonların yaşayışını hədələyən duzlarının üstündə addımlayan hər bir Azərbaycanlı “Kim inanar, bir günlər biz burada çimərdik!” sözünü hansı yanqılarlar’la dilə gətirdiyini yaxşı anlayır. Doğma uçmağını əldən vermiş Atabay da, bacoğlusu da sevgi axtarır. Ancaq sevgi sanıb ardıca getdikləri’sə sonunda boşa çıxan ilqım dır.
Senario uluscul (milli) kimlik təməlində qurulmuş bir düşüncədən qaynaqlanaraq yazılıbdır. Xoyun eşsiz Şəms minarəsi (qülləsi), tarixi bazarı, Mütəllib xan sarayı kimi abidələr Azərbaycan memarlığını ən gözəlcəsinə göz önündə canlandırır. Aşıq musiqisi bu gözəlliyi qat-qat artırır. Filmin mətnində hətta qəyiş qapma (qayış qoydu) kimi el oyunlarına da diqqət yetirilib.
Filmin güclü çəkilişi (rəssamlığı) var. Bu çəkiliş Xoyun, Azərbaycanın gözəllikləri ilə bir araya gələndə filmin gözəlliyi daha da artır. Filmin mətninə uyqun olaraq iki rəng monoton laytmotif yaradır. Xoyun təbiəti, eləcə də kəndlərində yaşayan millətin dərdlərini, darıxdırıcı həyat tərzini çatdırmaq üçün kameraman narıncı boyanı hakim qılır. Urmu gölünün durumunu isə maviyə çalan boz rəng’lə görsədir. Bu rəng ölümü çox gözəl təmsil edir. Özəllik’lə, Atabay’la Yəhyanı iskələdə görsədən səhnə çox klasik gözəllik daşıyır. Filmin əvvəllərində Atabay kəndin qəhvəxanasına girdikdə, qəhvəxananın eşiyində uşaqlar qayış-qapdı oynayır. Eyni halda kəndin yanından keçən qatarın görüntüsü qəhvəxananın camında yanqılanır. Aydın dır kameraman, eləcə də yönətmən üçün qatarın birbaşa görüntüsünün önəmi yox imiş. Olsaydı, birbaşa qatarın gəlişi görüntüyə alındıqdan sonra Atabayın qəhvəxanaya gəlməsi çəkilərdi. Ama bu səhnə şans üzündən olsa da, filmin ən anlamlı səhnələrindən biri dir. Birinci və ikinci Dünya Savaşının ərbablarının stratejisinə qulluq etmək üçün nəzərdə alınmış bu lojestik dəmir yolu sözdə Nazism, ama əslində Osmanlı epmeratorluğu, eləcə də bütün Türk və İslam dünyasına qarşı savaşan Müttəfiqlərin – birləşmiş dörd ölkə: Britaniya, ABŞ, Rusiya və Fransa – silah-sursatını Rusiya cəbhəsinə daşımaq üçün bu torpaqlarda yaşayan millətlərin pulu və əməyinin gücü’ylə çəkilən strateji bir yol olub. Dünyanın hər yerində dəmir yolu təməl quruluş (infrastructure) sayılır. Getdiyi yerlərə gəlişməni daşımaq üçün çəkilir. Ancaq bu dəmir yolu bizim torpaqlardan çəkilsə də, bizim millətimizə heç bir faydası olmayıb! Elə 21-nci yüzillikdə Atabay filmində çəkilən bu kəndin özü bu düşüncənin canlı şahidi dir.
Filmin çəkilişi yaxşı alınıb. Ancaq toy səhnəsində kənd adamı yallı gedərkən rəqs edənlərin ayaq hərəkətlərini yox, yalnız hərəkət edən başlarını görsədir. Bir də aşıq oxuyarkən adamın yalnız üzü’ylə ağzında görünən dişləri yaxın ekrana çəkilir. Bu böyük irad İran televizyonunda alışqanlığa döndürülmüş bir eyb dir. O gözəllikdə sədəfli sazı, istəyərək, çəkməyib pulsuz aşığın dişləri ilə burnunu ekrana çəkmək Sazın gücündən qorxmaqdan başqa nə ola bilər ki?
Atabay, Aydın, Yəhya, Sima rolları yaxşı alınıb. Özəllik’lə də Atabayın hirsi (pərtliyi), Aydının dum-duru sadəliyi ilə qarışanda, Azərbaycan, eləcə də bütün Türk dünyasına tanış, doğma duyqular yarada bilir. Hikayə birinci şəxs baxış açısı’yla rəvayət edilərək başlayıb objektiv baxış açısına keçir. Hikayə baxımından çağdaş-ötəsi (post-modern) bir gərçəkçi (realisti) əsər görə bilirik. Gərilim bəri başdan Atabayın saydığı ədədlər’lə – 21, 31, 41, 51, 61, 71, 81, 91 – başlayıb bəlirsiz bir sonda eyni ədədlər’lə sona çatır.
Quruluş baxımından yaxşı irəliləyir. Ancaq dialoqlar, bəlkə də əsərin quruluşu, yer-zaman ölçüsünə görə kütlə səviyyəsindən yuxarı çıxa bilmir. Ana dildə təhsilin olmaması dərdi də ap-aydın gözə çarpır. Obrazlar əsərin quruluşuna məntiq’lə yaraşır. Ancaq Yəhya obrazını filmin ya hikayənin kontekstinə görə daha yerli görünsün deyə ləhcə örgətməni ilə yola salmaq olardı. Cavad İzzətinin yaxşı oyunçuluğuna baxmayaraq, nədən’sə, bəlkə də pul çatışmazlığı sorununa görə yaxşı alınmayıb.
Urmu gölü Azərbaycanın ölüb-qalma sorunu dır. Senarist bu dərdi, filmin çəkilişi və öz dili’ylə gözəl çatdıra bilir. Yalnız, gecə işığındakı pəxlənlər (flaminqolar) səhnəsindəki özəl etgilər (special effects) gözəlliyinə baxmayaraq, yaxşı alınmayıb. Gölün istənilmiş qurudulmasından sonra Azərbaycanın hünərmənləri ilə ədəbi şəxsiyyətləri dünyanın diqqətini çəkmək üçün pəxləni öldürülməkdə olan Urmu gölünün simgəsi olaraq seçiblər. Hər gün Azərbaycanın hər yerində olduğu kimi bu səhnədə də Atabay fars qonaqlara görə öz doğma bacoğlusu’yla farsıca danışır. Özü də qonaqlar onların vətəninə gəlib, onlar qonaq getməyib! Dünyanın heç yerində özünə bunca xor baxan bir millət görə bilməzsiniz. Filmin mətni, eləcə də quruluşuna görə, oyunçulara səhnə bəzəyi (qrim) o qədər də lazım olmur. Yalnız hovuza düşərkən Aydının başının çapılıb qanaması, bir də Atabayın üz-gözündəki cızıqları görsətmək üçün işlənmiş bəzəklər çox doğal alınıb.
Obrazların geyimi çox uyqun seçilib. Atabayın mindiyi Kadilak, çağdaş qərb dünyası modlarına uyqun rəsmi olmayan geyimi, qərb dünyası musiqisi, hərdən də Tatlısəs dinləməsi boynundan asdığı kəhrəbayı təsbeh ilə böyük paradoks yaradır. O paradoksları yaşayan obraz aşıq musiqisini toyda susdurur. Ama dostu Yəhyanın yoldaşının yasına gedərkən, el içində heç də bəyənilməyən bir iş görür. Yasa gedənlər arasında Atabayın batı (qərb) musiqisi dinləməsi başqalarında ən azı etiraz yaratmaq üçün dir. Ancaq, Dağ başındakı göldə qırmızı bayram balıqalarının haradan gəlməsini sorub soruşdurmayan kütlə mədəniyyətinə tam özgə olan durumlarda da etiraz etməsini başara bilmir.
Musiqi baxımından’sa çox da uğurlu çıxmayıb. Filmin sonundakı musiqidən görünür filmin mətninə ondan güclü bir əsər yaratmaq olardı. Örnək üçün, uluscul, yerli musiqi ilə çağdaş dünya musiqisi qarışımından tam yeni bir əsər yaratmaq olardı.
Atabay filmin sovunu (mesajını) ilginc bir səhnə ilə çatdırmaq istəyir. Dostu Yəhyaya “Dəyişmək gərək! Dəyişmək üçün içindəki alovu söndürməlisən. Söndürmədikcə bu od getdiyi yerləri yandırıb yaxacaqdır” demək istəyir. Atabay bunun üçün Yəhya'yla birlikdə bir təpənin üstünə çıxıb bir təkərə benzin töküb yandırdıqdan sonra aşağıya helləyirlər. Umuruq bu filmə baxanlar bu səhnəni tərsinə başa düşüb əyləncə üçün sabah dağları oda çəkməzlər!
Senarist Atabay obrazının özünə olan baxışını çox anlamlı bir simgə ilə görsətməyə çalışır. Atabay kəndə diqqət’lə baxanda dürbin’lə yuxarıdan baxır. Bu səhnələr Atabay obrazı kimi yaşayanların öz kəndlərinə aşağı göz’lə baxdığını simgələyir. Elə insanlar toplumun basqısı altında özlərinə, eləcə də öz uluscul kimliklərinə arxayınlıq’la yox, alçaldıcı göz’lə baxırlar. Özünə, özlüyünə xor baxan bir toplumun üyələri Aranda buğdadan, Bağdatda xurmadan qalır!
Üst-üstə, film senario, yönətmənlik, oyunçuluq, quruluş, geyim, işıqlandırma, səhnə seçimi baxımlarından uğurlu sayılır. Bu gözəl filmin başda senaristi, baş rolu Hadı Hicazifər cənablarına, yönətməni Niki Kərimi xanıma, dsətəkçisi Qulamrza Bəhari bəyə dərin təşəkkürlərimizi bildirib vətən sevgisi ilə yaşayan bütün igidlərə can sağlığı, uğurlar diləyirik.
Xoy, 9 dekabr, 2021.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!