Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                        Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur .....                       
23-12-2021, 10:18
Baş nazir: “Azərbaycan ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir”

“2003-2004-cü illərdə müdafiə xərclərinə dövlət büdcəsindən cəmi 0,9 milyard manat ayrılırdısa, 2020-ci ildə bu göstərici 3,9 milyard manata çatdırıldı. Gələn ilin dövlət büdcəsindən isə müdafiə və milli təhlükəsizlik məqsədlərinə 4,5 milyard manatdan çox vəsait yönəldiləcək”.

Bunu baş nazir Əli Əsədov “Azərbaycan” qəzetində yazdığı məqalədə bildirib.

O qeyd edib ki, beynəlxalq reytinqlərə görə Azərbaycan ordusu dünyanın 40 ən qüdrətli və döyüş qabiliyyətli ordusu sırasına daxildir.

Baş nazir bildirib ki, hərbi sahədə qazanılan nailiyyətlər 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun silah-sursat sarıdan ən yüksək səviyyədə təchiz olunmasında əhəmiyyətli rol oynayıb:

“Azərbaycan hazırda özünün əsas ehtiyaclarını ödəyən və 30-dan çox ölkəyə məhsullarını ixrac edən hərbi sənaye kompleksinin davamlı inkişafına nail olub”, - deyə o əlavə edib.

Bütöv.az
22-12-2021, 22:10
Prezidentdən Dövlət Agentliyinin rəisi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Bununla bağlı Prezident.az məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Eldar oğlu Xanlarova 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib.

Bütöv.az
22-12-2021, 22:01
İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 22-də İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Aşqabadda İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xatırlatdı, bu görüş zamanı gələcək əməkdaşlıqla bağlı bir çox məsələlərin müzakirə edildiyini və Azərbaycan-İran dostluq əlaqələrinin bir daha təsdiqləndiyini bildirdi.

Hüseyn Əmir Abdullahian İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev İranın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

İranın xarici işlər naziri Prezident İlham Əliyevlə İran Prezidenti Seyid İbrahim Rəisinin Aşqabad görüşünə toxunaraq bu görüşü ölkələr arasında əlaqələrdə dönüş nöqtəsi kimi dəyərləndirdi.

Söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulandı.

Görüşdə ikitərəfli əməkdaşlığımızın gündəliyinin geniş olduğu bildirildi və yaxşı nəticələrin əldə ediləcəyinə ümidvarlıq ifadə olundu.

Bütöv.az
22-12-2021, 11:56
ABŞ Ukraynaya kibertəhlükəsizlik mütəxəssisləri göndərdi

ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər qrupu göndərib.

Ekspertlər ukraynalı həmkarlarına ölkənin enerji şəbəkələrinin, bank sisteminin və digər mühüm infrastrukturun mühafizəsini gücləndirməkdə kömək edəcəklər.

Amerikalı ekspertlər Ukraynaya rusiyalı hakerlərindən kiberhücumların gələ biləcəyini gözləyirlər.

Mənbə: TASS

Bütöv.az
22-12-2021, 11:54
İranda sünni ruhaninin sözləri qalmaqal yaradıb - VİDEO

İranın Gülüstan əyalətindəki Azadşəhr bölgəsinin sünni camaatının imamı Mövləvi Məhəmmədhüseyn Qorgicin son cümə xütbələrindən birində dediyi sözlər ölkə miqyasında qalmaqal yaratmaqla bərabər, sünni-şiə ixtilafları və mübahisələrinin qızışmasına səbəb olub.

“Şeyx ət-təfsir” ləqəbi ilə tanınan və İran miqyasında məşhur din xadimi olan Mövləvi Qorgic sözügedən xütbəsində şiələrin xəlifə Ömərə mənfi münasibətinin doğru olmadığını göstərmək üçün özünəməxsus bir dəlildən istifadə etməyə çalışıb.

O deyib ki, xəlifə Ömərin zamanında müsəlmanlar sonuncu Sasani hökmdarı Yəzdigerdin qızlarını əsir götürüb Mədinəyə aparmış və Ömər onlarla yaxşı davranmağın vacibliyini bildirərək, İran şahının Şəhrbanu adlı qızı ilə İmam Hüseynin izdivacını məsləhət görüb. Onların nikah xütbəsini də şəxsən özü oxuyub. Həmin nikahdan İmam Zeynalabdin dünyaya gəlib və daha doqquz imam həmən Şəhrbanunun nəslindəndir. Əgər Ömərin xəlifəliyi sual altına alınarsa, o, zalım və qəsbkar hesab sayılarsa, imamların hansı heysiyyətindən danışmaq olar? İmamların hansı düzgün əsl-nəsəbindən söz açmaq olar?

Diqqəti çəkən məqam budur ki, Mövləvi Qorgicin bu açıqlaması şiələrin Məhəmməd peyğəmbərin qızı Fatimeyi-Zəhraya yas saxladığı dövrün – əyyami-Fatimiyyənin başlanması ərəfəsinə təsadüf edib. Məhz bu dövrdə ilk xəlifələr – Əbübəkr və Ömər şiələrin müxtəlif hücumlarına məruz qalırlar və görünür, Mövləvi Qorgic qeyd olunan fikirləri ilə bunun qarşısını almağa və düzgün olmadığını vurğulamağa çalışıb.

Ancaq xütbədə səsləndirilən fikirlər gözlənilənin əksinə nəticə verib və Mövləvi Qorgicin özü şiələri təhqir etməkdə ittiham olunaraq, müxtəlif şiə mərkəzləri və ruhanilərinin qəzəbinə tuş gəlib. Belə bir tezis ortaya atılıb ki, öz açıqlaması ilə Mövləvi Qorgic guya şiə imamlarının halalzadə olmadığını iddia edib.

Bu üzdən İran mətbuatında və ictimai şəbəkələrdə ona qarşı kəskin tənqidlər irəli sürülüb, səlahiyyətli qurumlardan onun barəsində tədbir görülməsinə çağırışlar edilib.

Daha ətraflı süjetdə:



Bütöv.az
22-12-2021, 11:51
Avstraliyada şiddətli qum fırtınası - VİDEO

Avstraliyanın Kvinslend ştatında qum fırtınası baş verib.

Bütöv.az xəbər verir ki, tufan Mount Isa, Bulia, Dajarra və Urandangi şəhərlərində daha təsirli olub.

Fırtına zamanı küləyin sürəti saatda 109 kilometrə çatıb.

22-12-2021, 11:43
Yardımlıda şəhid atalarının torpağı və abyektləri əlindən alınır - VİDEO

"Azərbaycan Reallığı" xəbər verir ki, bir qurup şəhid atası problemle üzləşdiyini bildiriblər. Şəhid Zahid Zahidlinin atası Zahirov Azadin bildirdiyinə görə prezidentin göstərişinə göre Yardımlı rayonu icra başçısı onlara kiçik torpaq sahəsi verib.

Elə bütün problemde bundan sonra başlayıb. Bele ki, rayon sakini Qeyibov Akif şəhid valideyinlərə destek olmaqdansa onları məhkəməye verərək əvvəllər müqavilə ilə ona məxsus olan torpağı yenidən geri almaq istəyir. Şahid atası kanalımız vasitəsilə adiyyatı qurumlardan yardım istəyir.(AZƏRBAYCANREALLIĞI.COM)



Bütöv.az
22-12-2021, 11:40
Prokurorla ailə qurdu, İlhamə Quliyevaya səhnə qadağası qoydu, əri öləndən sonra bir daha oxumadı... - FOTO

Kulis.az Xalq artisti Tükəzban İsmayılova ilə bağlı 10 maraqlı faktı araşdırıb.

Bütöv.az bu faktları təqdim edir:
1. Tükəzban İsmayılova Cabbar Qaryağdıoğlu ilə qonşuluqda yaşayıb. Bir gün gözəl səslə oxuyan qızı eşidəndə Cabbar Qaryağdıoğlu onu yanına çağırıb. Dinləyəndən sonra “bu qızdan yaxşı oxuyan olacaq”, - deyib.

2. Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində oxuyub.

3. Tükəzban xanımın yaradıcılığının ilk illəri II Dünya müharibəsinə təsadüf edib. O, müharibə vaxtı təşviqat briqadasının tərkibində cəbhədə konsertlər verib, sənətin bütün ağrı-acılarına, əzab-əziyyətlərinə qatlaşıb. İfa etdiyi mahnılarla əsgər və zabitləri vətənpərvərliyə ruhlandırıb.

4. Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. Özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqimizi zənginləşdirib. “O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan xanəndə Tükəzban İsmayılovadır.
5. Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Bu evlilik gerçəkləşəndə Tükəzban İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi.

Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra qızları İlhamə dünyaya gəlib. Anasının sənətini davam etdirən İlhamə Quliyeva uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılır.

6. Ancaq İlhamənin beş yaşı olanda Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü yollarını ayırmağa qərar verirlər. Tükəzban xanım Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. O, Həbib Bayramovdan 3 yaş böyük olub.

7. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina edib, oxumağa yox, susmağa üstünlük verib.

8. İlhamə Quliyeva xatirələrində Həbib Bayramov haqqında deyir:

“Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib. Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam… Hər iki ailəmin tək qızı olmuşam”.

9. İlhamə Quliyeva xatirələrində deyirdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur. Lakin o, Moskvada keçirilən musiqi yarışmasında anasından gizlin solist kimi çıxış edir. Burada birinci yer tutması, Tükəzban xanımın qızına müğənni kimi xeyir-dua verməsinə səbəb olur.

10. Ömrünün son günləri Tükəzban xanım bel sümüyündən ağır cərrahiyyə əməliyyatı keçirir.

Əməliyyat uğurlu başa çatsa da, sətəlcəmdən əziyyət çəkən Tükəzban xanım 2008-ci il martın 24-də 85 yaşında vəfat edir. II Fəxri Xiyabanda dəfn olunur.
22-12-2021, 11:27
İranın XİN başçısının Azərbaycana səfəri başlayıb

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdollahian Azərbaycana gəlir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı ilə birgə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransı saat 19:00-dan sonra Azərbaycan XİN-də keçiriləcək.

Bütöv.az
22-12-2021, 11:23
İngiltərə Premyer Liqasında "Arsenal"ın qol yağışı - VİDEO

İngiltərə Premyer Liqasında "Arsenal" "Sanderlend"i 5:1 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Bütöv.az xəbər verir ki, 17, 49 və 58-ci dəqiqələrdə Eddi Nketiah, 27-ci dəqiqədə Nikolas Pepe və 90+1-ci dəqiqədə Çarli Patinonun vurduğu qollar “Arsenal”a Liqanın 1/4 finalında qələbə qazandırıb. Qonaq komandanın yeganə qolu 31-ci dəqiqədə Natan Brodheddən olub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!