Bölgədə beynəlxalq hüquqa əsaslanan yeni reallıqlar yaranıb .....                        Sus kəndində 32 ildən sonra ilk zəng .....                        ABŞ sülh üçün səylərini əsirgəməyəcək .....                        Seçkilərin nəticələri Konstitusiya Məhkəməsinə təqdim edildi .....                        Blinken İlham Əliyevə zəng etdi .....                        Fransa komissarı istefa verdi .....                        Yeni tədris ilində 1.6 milyon şagird .....                        Sərhəddə atışma - Erməni hərbçilər bir-birini güllələdi .....                        Bakıda maşınlardan və ödəniş terminalından 14 min manat oğurlandı - VİDEO .....                       
3-12-2021, 20:56
Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34 841 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 918, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 077, buster doza üzrə vaksinasiya olunanların sayı isə 25 846 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 639 817, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 091 635, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 583 569, buster doza üzrə vaksinasiya olunanların sayı isə 964 613 təşkil edir.

Bütöv.az
3-12-2021, 20:54
İrandan Azərbaycana 137 kq heroin keçirmək istədilər: 16 milyon manatlıq əməliyyat - VİDEO

Gömrükçülər külli miqdarda, 137 kiloqramdan artıq heroin aşkar edib. Narkotik vasitə tranzit şəkildə Azərbaycandan keçən yük nəqliyyat vasitəsində aşkar olunub. Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Qazaxıstan Respublikasına DAF markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumat əsasında Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda həmin nəqliyyat vasitəsi saxlanılıb. “Marqarin” yükü aparan avtomobilin sürücüsü şifahi sorğu-sual zamanı idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan ediləsi hər hansı predmetin olmadığını bildirib.

Lakin gömrük nəzarəti zamanı kinoloji xidmət iti avtomobilin kabinəsinə reaksiya verdiyindən nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilib və kabinənin tavanında şübhəli cizgilər müşahidə olunub. Nəqliyyat vasitəsində əsaslı yoxlama aparan gömrük əməkdaşları kabinənin içərisindəki üzlüyün altında yerləşdirilərək gömrük nəzarətindən gizlədilən 171 ədəd düzbucaqlı formalı bağlamalar aşkar edib. Baxış zamanı bağlamalarda ümumi çəkisi 137 kq 339 qram narkotik vasitə - heroin olduğu müəyyən edilib.

İlkin sorğu-sual zamanı sürücü həmin narkotik vasitənin əvvəlcədən razılaşma yolu ilə İran İslam Respublikasında nəqliyyat vasitəsinə yüklənildiyini və müəyyən pul vəsaiti müqabilində Qazaxıstan Respublikasına aparmalı olduğunu bildirib.

Qeyd edək ki, aşkar edilən narkotik vasitə - heroinin Avropanın qara bazarında dəyəri təqribən 16 milyon manatdan artıqdır.

Faktla bağlı araşdırma aparılır.




Bütöv.az
3-12-2021, 20:51
Bakıda Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə təlim uçuşları icra olunub – VİDEO

Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə “Hürkuş” hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.

Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.

“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.

Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.

General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.



Bütöv.az
3-12-2021, 17:10
Bakıda narkotik satan kişi və qadın saxlanıldı - VİDEO

Paytaxtın Sabunçu rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Bütöv.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində Məhəmmədli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Kamran Rüstəmov və tanışı Aygün Məmmədova saxlanılıblar.

Onların qəsəbə ərazisində yaşadıqları evə baxış zamanı Kamran Rüstəmova məxsus ümumi çəkisi 1 kiloqram 205 qram olan marixuana, elektron tərəzi, narkotik vasitələri satmaq məqsədi ilə bükümlər formasına salan əşya, süngü və beşbarmaq bıçaqlar aşkar olunaraq götürülüb.

Kamran Rüstəmov ifadəsində narkotik vasitələri istifadə etməklə yanaşı qanunsuz dövriyyəsi ilə məşğul olduğunu da bildirib.

Faktla bağlı 15-ci Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Sabunçu rayonunda narkotik vasitələrin dövriyyədən çıxarılması və qeydə alınan digər hüquqazidd əməlləri törədən şəxslərin ifşa edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

3-12-2021, 16:59
Qızı ölən Xalq artistinin ayaqları tutuldu

Xalq artisti Əlibaba Məmmədovun səhhətində problem yaranıb.

Lent.az-a açıqlama verən 92 yaşlı sənətkar bildirib ki, ayaqları tutulub:

“Evdən çölə çıxmıram. Çünki yeriyə bilmirəm. Ayaqlarımda problem yaranıb. Evdə müalicə olunuram. İnşallah, yaxşı olar”.

Qeyd edək ki, Ə.Məmmədovun bir neçə ay öncə qızı dünyasını dəyişib. O, övladının vəfatından sonra bu açıqlamanı vermişdi:

“Qızım rəhmətə gedib. Atalar övlad çiynində o biri dünyaya yola salınar, amma məndə əksinə oldu”.

Bütöv.az
3-12-2021, 16:42
Sumqayıtda avtoxuliqanlıq: Atasının QAZ-53-ünü “ikitəkər” qaldırdı - FOTO - VİDEO

Sosial şəbəkələrdə bir sürücünün Sumqayıt şəhərində QAZ-53 markalı yük maşını ilə avtoxuliqanlıq hərəkətləri etdiyinin görüntüləri yayılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşlarının qısa zamanda həyata keçirdikləri tədbir nəticəsində həmin sürücünün şəxsiyyəti müəyyən edilib.

Məlum olub ki, hadisə şəhər sakini 17 yaşlı Ə.Məmmədov tərəfindən atasına məxsus 31-BD-205 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə törədilib. Sumqayıt ŞPİ-nin DYPŞ-də həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və toplanan materiallar məhkəməyə göndərilib. Sürücünün yaşı nəzərə alındığı üçün barəsində inzibati qaydada həbs tətbiq edilməyib və o, 1000 manat məbləğində cərimə olunub.

Həmçinin sosial şəbəkələrdə Sumqayıt şəhərində toy karvanında avtoxuliqanlıq edən VAZ-2106 markalı avtomobilin sürücüsünün də görüntüləri yayılıb. Sumqayıt ŞPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən həmin sürücü Məhəmməd Fərzəliyev saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Məhəmməd Fərzəliyevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 15 gün inzibati qaydada həbs olunub.





Bütöv.az
3-12-2021, 16:33
Angela Merkel vida etdi - VİDEO

Berlində Müdafiə Nazirliyinin həyətində Almaniya kansleri Angela Merkelin səlahiyyət müddətinin başa çatması münasibətilə vida mərasimi keçirilib.

Bütöv.az xarici KİV-ə istinadən xəbər verir ki, ida tədbirində 200-ə yaxın adam, o cümlədən Merkelin 16 il rəhbərlik etdiyi hökumətlərdə nazir vəzifəsində çalışmış 52 nəfər iştirak edib.

Mərasimdə Angela Merkelin istəyi ilə musiqilər səsləndirilib.

Qeyd edək ki, merkel 2005-ci ildən kansler postunu tuturdu. O, 36 yaşında ikən keçmiş kansler Helmut Kolun formalaşdırdığı Nazirlər Kabinetinin ən gənc naziri olub. 1991-cı ildə qəfil baş verən bu təyinat zamanı Qadınların və gənclərin məsələləri üzrə nazir təyin edilib. "Forbes" jurnalına görə, Merkel 7 il ardıcıl dünyanın 100 ən nüfuzlu xanımları siyahısına başçılıq edib. İxtisasca fizik olan Merkel dəqiq elmlər üzrə ixtisaslaşan ilk dövlət başçısıdır.

3-12-2021, 16:06
Pentaqon hesab edir ki, Rusiya və Ukrayna ilə bağlı vəziyyətə görə ABŞ və NATO-nun maraqları risk altındadır

“ABŞ və NATO-nun mühüm milli təhlükəsizlik maraqları Rusiya-Ukrayna sərhədindəki vəziyyətə görə risk altındadır”.

Bu fikri Seuldan Vaşinqtona qayıdan təyyarənin göyərtəsində jurnalistlərin suallarını cavablandıran ABŞ silahlı qüvvələrinin qərargah rəisləri komitəsinin sədri general Mark Milli deyib.
Onun sözlərinə görə, ABŞ Ukrayna sərhədi yaxınlığında Rusiyanın hərbi fəaliyyətinin böyük narahatlıq yarada biləcək kifayət qədər əlamətlərini görür. General bildirib ki, son vaxtlar rus ritorikası getdikcə daha sərt xarakter alır.

“Rusiyanın 1991-ci ildən müstəqil olan bir milli dövlətə qarşı açıq-aşkar təcavüzkar hərbi əməliyyatı olarsa, Birləşmiş Ştatların və NATO-ya üzv ölkələrin milli təhlükəsizlik maraqları risk altında ola bilər”, - deyə Milli iddia edib.

Mənbə: TASS

Bütöv.az
3-12-2021, 16:03
Ərdoğanın baş məsləhətçisi koronavirusdan öldü

Türkiyənin keçmiş Turizm və Dövlət naziri, hakim Ədalət və İnkişaf partiyası (AKP) sədrinin müşaviri Güldal Akşit koronavirusdan ölüb.

“Haber Global” məlumat verir ki, Akşit Ankarada müalicə aldığı xəstəxanada, 61 yaşında həyatını itirib.

Qeyd edək ki, Ədalət və İnkişaf partiyasının sədri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır.

Bütöv.az
3-12-2021, 16:00
İran hakimiyyəti xalq etirazları ilə üz-üzə: Sonu necə olacaq? - VİDEO

Teokratik rejimin sərt təzyiqlərinə və basqılarına baxmayaraq, İranda əhalinin getdikcə daha da dərinləşən sosial-iqtisadi problemlərlə bağlı kütləvi etirazları səngimir.

Az qala hər gün ölkədə hansısa şəhərdə və ya hansısa istehsal müəssisəsində işçilərin tətil və nümayişləri barədə xəbərlər yayılır. Bəzi aksiyalar isə özünün miqyasına və ictimai-siyasi mahiyyətinə görə beynəlxalq aləmdə rezonans və diqqət doğuraraq, İranda sadə əhalinin məruz qaldığı çeşidli məhrumiyyətlərin üzərinə işıq salır.

Son həftələrdə İranın üçüncü böyük şəhəri olan İsfahanda baş verən və bəzi media orqanlarının “qanlı cümə” adlandırdığı hadisələrlə nəticələnən kütləvi etirazlar da bu qəbildəndir.

Daha ətraflı “Azad İran”ın hazırladığı süjetdə:



Bütöv.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!