"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
2-12-2021, 11:01
Vilayət Eyvazov iki yüksək rütbəli polisi nöqsanlara görə İŞDƏN ÇIXARDI

Şəmkir rayon Polis Şöbəsinin iki yüksək rütbəli əməkdaşı vəzifəsindən azad edilib.

Bütöv.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmrlər imzalayıb.

Nazirin əmrləri ilə şöbənin xidmət üzrə rəis müavini, polis polkovniki İlqar Əliyev və İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Vüqar Məmmədov vəzifədən azad edilərək sərəncama götürülüb.

Məlumata görə, hər iki şəxs xidmətdə yol verdikləri nöqsanlara görə vəzifədən çıxarılıb.
2-12-2021, 10:59
Saleh Məmmədov tikinti şirkətinə PUL ATIB

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məhkəməyə verilib.

Qaynarinfo xəbər verir ki, iddiaçı "Araz-Tikinti Servis” MMC-dir. İddia artıq icraata götürülüb. Dekabırın 12-nə hazırlıq iclası təyin olunub. İşə Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə çəkişməsinin dəqiq səbəbi barədə açıq mənbələrdə bilgi yoxdur. Bəzi iddialara görə, AAYDA-nın şirkətə borcu var.

"Araz-Tikinti Servis” MMC 2010-cu ildə 14 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Allahverdiyev Şaiq Allahverdi oğludur.

AAYDA-nın rəhbəri isə Saleh Məmmədovdur. O, 2015-ci ildən bu vəzifədədir. Saleh Məmmədov bu vəzifəyə gələndən qurumun adı 2 dəfə dəyişdirilib. 2015-ci ildə "Azəryolservis” ASC adlandırılan qurum 2016-cı ildə "Azəravtoyol” ASC, 2017-ci ildə AAYDA adlandırılıb.

Bütöv.az
2-12-2021, 10:56
İlham Əliyev Türkiyənin Ali Təhsil Şurasının sədrini qəbul etdi - FOTO

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Ali Təhsil Şurasının sədri Erol Özvarı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Erol Özvar Türkiyə Respublikasının Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev Türkiyənin dövlət başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəp Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Erol Özvar baş vermiş helikopter qəzası zamanı hərbçilərin həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində əməkdaşlığın əlaqələrimizin möhkəmlənməsində rolu qeyd olunub. Erol Özvarın səfərinin bu sahədə əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən ölkəmizdə Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim olunub.




Bütöv.az
2-12-2021, 10:53
Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətlərində artım müşahidə olunur.

WTI markalı neftin yanvar fyuçersləri 1,11 % bahalaşaraq bir bareli 66,30 ABŞ dolları olub.

“Brent” markalı neftin fevral fyuçersləri 1,05 % bahalaşaraq bir bareli 69,59 ABŞ dolları təşkil edib.

Mənbə: Bloomberg

Bütöv.az
2-12-2021, 10:52
Azərbaycanlı gəmiçi Türkiyədə dənizə düşdü - ANBAAN VİDEO

Türkiyəlin Zonquldak şəhərinin Ereğli rayonunda yük gəmisində çalışan azərbaycanlı gəmiçi dənizə düşüb.

Bütöv.az İHA-ya istinadən xəbər verir ki, Ereğli rayonundakı limanda lövbər salan Panama bayraqlı “Ünzile Ana” adlı quru yük gəmisində baş verib.

Əlverişsiz hava şəraiti səbəbindən gəminin bağlandığı kəndir qopub. 22 yaşlı Anar Orucov gəmini idarə etmək üçün kəndir bağlayarkən qəfil dənizə düşüb.

Hazırda həmyerlimizin axtarışları davam edir.


2-12-2021, 10:38
Abituriyentlər 55 manat xərcləməlidir - Qiymət niyə bahadır? - VİDEO

3-cü ixtisas qrupu üzrə keçirilən sınaq imtahanlarında iştirak üçün bəzi abituriyentlər əlavə ödəniş etməlidirlər. Çünki, coğrafiya fənnindən əlavə imtahana görə də ayrıca ödəniş tələb olunur. İmtahanlarda iştirak üçün tələb olunan ödənişlərin yüksək olması abituriyentlərin haqlı narazılığna səbəb olub. Ekspertlər deyirlər ki, sınaq imtahanlarının əlçatan olmaması abituriyentləri çətin duruma salır.

BAKU.WS xəbər verir ki, 3-cu ixtisas qrupuna hazırlaşan abituriyentlər sınaq imtahanlarında coğrafiya fənnindən əlavə imtahan üçün daha 15 manat ödəməlidirlər. Sınaq imtahanlarında iştirakın 40 manata başa gəldiyini nəzərə alsaq ümumilikdə ödənilən məbləğ 55 manata çatacaq.

Dövlət imtahan mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə "Xəzər Xəbər"ə deyib ki, imtahanda iştirak etmək üçün tələb olunan ödənişin məbləği mərkəz tərəfindən keçirilən müxtəlif təyinatlı imtahanlar, onların təşkili, keçirilməsi, görülən digər hazırlıq işləri, təqdim olunan xidmətlər ətraflı şəkildə araşdırıldıqdan sonra müəyyən edilir. Mətbuat katibi qeyd etdi ki, Dövlət İmtahan Mərkəzi Nizamnaməyə uyğun olaraq əsasən imtahanların təşkili və keçirilməsindən əldə olunan vəsait hesabına fəaliyyət göstərir.

Təhsil eksperti Kamran Əsədov deyir ki, qəbul imtahanlarından fərqli olaraq sınaq imtahanları az xərc tələb edir. Onun sözlərinə görə sınaq imtahanları üçün tələb edilən məbləğ çoxdur. Təhsil eksperti bildirir ki, sınaq imtahanlarının bəzi abituriyentlər üçün əlçatan olmaması qəbul imtahanlarındaki nəticələrə də təsir edir.

Abituriyentlər də sınaq imtahanları üçün tələb olunan qiymətlərdən narazıdılar.



Qəbul imtahanlarına gəldikdə isə dövlət imtahan mərkəzindən bildirildi ki, burada qiymətlər tarif şurası tərəfindən müəyyənləşir. Hazırda bununla bağlı dəyişiklik yoxdur. Qeyd edək ki, III ixtisas qrupunda DT və ya TC altqrupu üzrə sınaq imtahanında iştirak etmək istəyənlər dekabrın 19-da Azərbaycan dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra dekabrın 26-da əlavə olaraq coğrafiya fənnindən imtahan verəcəklər.

Bütöv.az
2-12-2021, 10:28
Azərbaycan UNESCO-nun Komitəsinə üzv seçildi

UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin mühafizəsi üzrə 1954-cü il Haaqa Konvensiyasının İkinci Protokoluna tərəf dövlətlərin 9-cu iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

İclas çərçivəsində 30 noyabr 2021-ci il tarixində UNESCO-nun Silahlı münaqişələr zamanı Mədəni Mülkiyyətin Qorunması üzrə Komitəsinə seçkilər keçirilib.

Komitə üzvlüyünə Azərbaycan Respublikasının da namizədliyi irəli sürülüb.

Səsvermədə iştirak edən dövlətlərin mütləq əksəriyyətinin dəstəyi ilə Azərbaycan növbəti dörd il müddətinə Komitəyə üzv seçilib.

Xatırladaq ki, bir müddət bundan əvvəl Azərbaycan Respublikası 2021-2025-ci illər üzrə UNESCO-nun İcraiyyə Şurasına da üzv seçilib.

Bütöv.az
1-12-2021, 22:24
Elm Tarixi İnstitutunun əməkdaşları Laçının işğaldan azad edilməsini Şəhid və Qazi ailələri ilə birlikdə qeyd ediblər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) Laçın rayonunun işğaldan azad edilməsinin ildönümü münasibətilə tədbir keçirib.
ETİ Həmkarlar Komitəsinin sədri Aynur Nəzərova, üzvlər – Aynurə Kərimova, Röya Mirzəbəyova, Solmaz Namazovanın xüsusi təşəbbüsü keçirilən tədbir AMEA Azad Həmkarlar İttifaqının aparat rəhbəri Şəhla Əmirovanın, Şəhid və Qazi ailələrinin iştirakı ilə baş tutub.
Tədbiri giriş sözü ilə açan Aynur Nəzərova qazanılan böyük zəfərdə Şəhidlərimizin əvəzedilməz rolundan danışıb. A.Nəzərova bildirib ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər öz adlarını xalqın tarixi yaddaşına əbədi həkk etdilər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar.

Sonra Şəhid Elçin Bağırovun atası Yunus Bağırov Elçinin şərəfli həyat yolundan və döyüş xatirələrindən danışıb. Oğlunun hələ uşaqlıq illərindən vətənə xüsusi bağlılığı, imanı və əxlaqı ilə fərqləndiyini deyən Y.Bağırov onun Şəhidlik məqamına ucalmasının təsadüfi olmadığını bildirib.
Tədbirdə qonaq qismində iştirak edən Birinci Qarabağ müharibəsinin qazisi Şakir Albalıyev ağır, məşəqqətli, lakin şərəfli döyüş yolundan danışıb, müharibə təəssüratlarını bölüşüb.
Elm Tarixi İnstitutunun əməkdaşları – elmi katib, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, Elm tarixinin nəzəri və metodoloji şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülşən Məmmədoğlu, kiçik elmi işçi Elxan Quliyev və digərləri çıxış edərək Şəhid məqamının əzəmətindən, onların əziz xatirəsinin daim ehtiramla yad olunacağından danışıblar.
Qeyd olunub ki, təəssüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edilib və xalqımız vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini həmişə qürurla yad edəcək.
Sonda Elm Tarixi İnstitutunun əməkdaşları məhz belə bir örnək oğul yetişdirdiyi üçün Yunus Bağırova, xüsusi döyüş yolu keçən Qazi Şakir Albalıyevə və onların ailələlərinə vətəndaş minnətdarlıqlarını, xüsusi ehtiramlarını və mənəvi-maddi dəstəklərini ifadə ediblər.

ETİ İctimaiyyətlə əlaqələr şöbəsi, [email protected], (012) 539 51 35

.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!