Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
2-11-2022, 21:24
Lukaşenkonun Qarabağ açıqlaması İrəvanı bir-birinə vurdu


Lukaşenkonun Qarabağ açıqlaması İrəvanı bir-birinə vurdu

Ermənistan tərəfi Belarus Prezidenti Aleksandr Lukaşenkonun səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib. Butov.az xəbər verir ki, Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Hunanyan Lukaşenkonun İrəvana ünvanladığı “xaotik və danışıqların məntiqindən uzaq” bəyanatlarını şərh etməyi yersiz hesab edib. “Biz Belarus Prezidentinin danışıqlar məntiqindən uzaq, müttəfiq və tərəfdaş münasibətlərinə zidd olan xaotik bəyanatlarını şərh etməyi məqsədəuyğun hesab etmirik”, - deyə Hunanyan qeyd edib. Ermənistan Xarici İşlər Nazirliyindən bildirilib ki, bu bəyanatlar KTMT üzvünün Lukaşenko tərəfindən imzalanmış öhdəliklərini şübhə altına alır. Belarus Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz İrəvanın ittihamlarına cavab olaraq bildirib ki, Lukaşenkonun Ermənistan-Azərbaycan münaqişəsinə yanaşması reallığa əsaslanır və başa düşüləndir. “Ona görə də biz dostlarımıza və tərəfdaşlarımıza Belarus dövlət başçısının bu çətin, lakin həll oluna bilən məsələ ilə bağlı çoxsaylı çıxışlarını diqqətlə oxumağı və yenidən oxumağı tövsiyə edirik”, - deyə Qlaz vurğulayıb. Qeyd edək ki, Lukaşenko Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın vasitəçiliyi altında Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar masasına oturmağa çağırıb. Onun fikirləri Ermənistanda birmənalı qarşılanmayıb. Onu da bildirək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) oktyabrın 28-də keçirilən növbədənkənar sessiyasında Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanın Baş naziri Nikol Paşinyana sərt cavab verib. Lukaşenko iclas zamanı Paşinyanın ünvanladığı iki sualı cavablandırıb. Belarus lideri Paşinyana cavabında deyib ki, KTMT-nin ayrı-ayrı ölkələrini Azərbaycanla üz-üzə qoymaq lazım deyil, problemi həll etmək vacibdir.“Siz bizim qarşımıza iki sual qoyursunuz: hadisələrin qiymətləndirilməsi və KTMT-nin mövqeyi. Siz tələb etdiniz ki, biz öz mövqeyimizi bildirək. Bizim mövqeyimizi bilmirsiniz? Biz qonşu dövlətlər arasında münaqişənin sülh yolu ilə həllini istəyirik. İkinci məsələ, "mənə Ermənistanın ərazi bütövlüyünün bərpası üçün yol xəritəsi təqdim edin" deyirsiniz. Hansı yol xəritəsi? Mən sizə dərhal cavab verim: İlham Əliyevlə oturun, lazım gələrsə, Rusiya prezidentindən soruşun, qərar verin. Bu gün qəbul etməsəniz, daha pis olacaq, bunu özünüz başa düşürsünüz. Biz bu münaqişəni istəmirik”, - deyə Lukaşenko Paşinyanı yerinə oturdub.
2-11-2022, 21:21
Qırğızıstan Türkiyədən zərbə PUA-ları alır


Qırğızıstan Türkiyədən zərbə PUA-ları alır

Qırğızıstan Türkiyədən daha bir model pilotsuz uçuş aparatları (PUA) almağa qərar verib. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev özünün "Facebook" səhifəsində məlumat yayıb. “İndi “Aksunqur” da bizimdir!”, - o yazıb. “Aksunqur” Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən zərbə tipli PUA-dır. Sistem uzun müddət havada qala və hədəflərinə dəqiq zərbə endirə bilir. Qırğızıstan bundan əvvəl Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb, "Akıncı"ları isə sifariş edib.
2-11-2022, 21:19
Yağış barmaqlıqlarını oğurlayan şəxs həbs olundu


Yağış barmaqlıqlarını oğurlayan şəxs həbs olundu

Paytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub. Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
2-11-2022, 21:17
ABŞ: Şimali Koreya Rusiyaya gizli silah verir


ABŞ: Şimali Koreya Rusiyaya gizli silah verir

ABŞ-da Şimali Koreyanın Rusiyaya gizli şəkildə artilleriya mərmisi verdiyini göstərən məlumatlar var. Bu barədə Ağ Evin rəsmisi Con Kirbi məlumat verib. Kirbi bildirib ki, Şimali Koreya Yaxın Şərq və Şimali Afrika ölkələri vasitəsilə hərbi yüklərin daşınmasını gizlətməyə çalışır. "KXDR gizli şəkildə tədarükləri həyata keçirir və biz yüklərin qəbul edilib-edilmədiyini yoxlamaq üçün monitorinq keçirəcəyik", - deyə o qeyd edib.
2-11-2022, 21:15
İlham Əliyev Ərdoğanla Soçi görüşünü müzakirə etdi


İlham Əliyev Ərdoğanla Soçi görüşünü müzakirə etdi

Noyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
2-11-2022, 21:14
Putin “taxıl sazişi” ilə bağlı tapşırıq verdi


Putin “taxıl sazişi” ilə bağlı tapşırıq verdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinə “taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb. Bu barədə Putin bu gün keçirdiyi müşavirədə bildirib.“Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin deyib. O, Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını vurğulayıb.
2-11-2022, 21:11
Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - Rəsmi


Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - Rəsmi

Rusiya Xarici İşlər Nazirliyi ölkənin nüvə silahından istifadə edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib. Butov.az xəbər verir ki, nazirlik Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi prinsipini rəhbər tutduğunu bildirib. "Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər", - açıqlamada deyilir. “Biz 3 yanvar 2022-ci il tarixindən etibarən nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatına sadiqliyimizi bir daha təsdiqləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
2-11-2022, 21:09
İlham Əliyev Türkiyənin yeni avtomobilini sifariş edib


İlham Əliyev Türkiyənin yeni avtomobilini sifariş edib

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dəstək məqsədilə qardaş ölkənin milli markası olan TOGG avtomobilini sifariş etdiyi deyilir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiya Mərkəzi İdarə Heyətinin (MYK) toplantısında bildirilib. Türkiyə KİV-lərinin yaydığı məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında TOGG avtomobilini sifariş etdiyi qeyd olunub. Azərbaycan liderinin bu addımı qardaş Türkiyənin iqtisadiyyatına böyük dəstək kimi qiymətləndirilir. Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər. Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır. Onu da bildirək ki, Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirilən yerli avtomobilin mart ayında satışa verilməsi gözlənilir. Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək niyyətindədir. Onun sözlərinə görə, ölkə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Yeni avtomobilin satış qiymətinin gələn il açıqlanacağı gözlənilir.
2-11-2022, 21:07
Bakı və Şuşada zəfər yürüşləri keçiriləcək


Bakı və Şuşada zəfər yürüşləri keçiriləcək

8 noyabr - Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş təşkil ediləcək. Butov.az xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq. Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:
1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;
2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.
3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.
4-cü marşrut: Şuşa şəhərində.
2-11-2022, 21:05
Rusiyanın bu qərarı Türkiyənin uğurudur - Ərdoğanın sözçüsü


Rusiyanın bu qərarı Türkiyənin uğurudur - Ərdoğanın sözçüsü

Türkiyə Ukrayndakı müharibənin ədalətli və davamlı həlli üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb."Qlobal ərzaq təhlükəsizliyi və xüsusən də yoxsul ölkələr üçün mühüm əhəmiyyət kəsb edən Ukrayna və Rusiyadan taxıl daşınmasının bərpası Türkiyənin konstruktiv və çoxşaxəli diplomatiyasının növbəti nailiyyətidir" - deyə Türkiyə rəsmisi bildirib. Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!