Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
2-11-2022, 15:03
Polşa Rusiya ilə sərhəddə hasar çəkir


Polşa Rusiya ilə sərhəddə hasar çəkir

Polşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb. Bu barədə ölkənin Baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib. "Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılıb", - nazir bildirib. O, hasarın tikanlı məftillə tikiləcəyini, hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib. Blaşak izah edib ki, hasarın tikintisi ilə bağlı qərar Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə bağlıdır. Onun sözlərinə görə, bu, Polşaya miqrasiya axınının artması təhlükəsi yaradır.
2-11-2022, 15:01
Şəhidin anası vəfat etdi


Şəhidin anası vəfat etdi

Vətən müharibəsi şəhidi Manaf Bəhmənlinin anası dünyasını dəyişib. Butov.az xəbər verir ki, oğlunun şəhid olmasından sonra ağır xəstəliyə düçar olan Suray xanım ötən gün vəfat edib. Qeyd edək ki, 1998-ci il təvəllüdlü Manaf Bəhmənli 2020-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsini bitirərək hərbi xidmətə yollanıb və bir neçə ay sonra başlayan müharibəyə qatılıb. Müharibənin ilk günü Murov istiqamətindəki döyüşlərdə şəhid olub. Biləcəri qəbiristanlığındakı Şəhidlər məzarlığında torpağa tapşırılıb. Şəhidliyindən sonra “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub. Şəhidin atası da 2012-ci ildə vəfat edibmiş. Ailədə şəhidin tək bacısı qalıb.


2-11-2022, 14:58
“Qarabağa hamı üçün məqbul status tapmaq mümkün deyil” - Paşinyan


“Qarabağa hamı üçün məqbul status tapmaq mümkün deyil” - Paşinyan

"Dağlıq Qarabağın statusu məsələsində Rusiyanın mövqeyi Ermənistan hakimiyyətinin yanaşmasına tam uyğundur". Bunu parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı baş nazir Nikol Paşinyan deyib. Bundan əvvəl Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi məsələsini qeyri-müəyyən müddətə təxirə salmağın daha düzgün olduğunu bildirmişdi. Baş nazir Rusiya tərəfinin bu mövqeyini xatırladıb və qeyd edib ki, səfir fikrini onunla əsaslandırıb ki, indi hamı üçün məqbul statusa nail olmaq mümkün deyil.“Rusiyalı həmkarlarımız bildirdilər ki, onların fikrincə, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin qeyri-müəyyən müddətə təxirə salınması düzgün olardı və bunu hazırda tərəflər üçün hansısa məqbul statusun tapılmasının mümkünsüzlüyü ilə əsaslandırdılar. Bəs Ermənistan hökumətinin siyasəti bu baxışa nə qədər uyğundur? Deməliyəm ki, yüz faiz uyğundur”, - Paşinyan bildirib. Paşinyanın sözlərinə görə, məhz bu səbəbdən Ermənistan hökuməti üç əsas komponenti səsləndirməkdə davam edir: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi, hüququ və statusu."Siz fikir vermisiniz ki, biz müzakirələrimizdə, belə demək mümkünsə, status məsələsini "ötürmüşük" və sonuncu dəfə bu barədə danışırıq. Niyə? Çünki biz rusiyalı tərəfdaşlarla razılaşmışdıq ki, bu məsələ indi gündəmə gətirilməməlidir, çünki bu, bizi qaçılmaz böhrana gətirib çıxaracaq”, - o əlavə edib. Paşinyan Putin və Əliyevlə Soçidə keçirilən 31 oktyabr tarixli görüşü vacib və faydalı adlandırıb. Deyib ki, bu görüş sülh gündəliyinin təbliğinə töhfə verib.
2-11-2022, 14:56
Bu gündən Ukraynada elektrik qrafiklə verilir


Bu gündən Ukraynada elektrik qrafiklə verilir

Noyabrın 2-si səhər saat 6:00-dan etibarən Ukraynada elektrik enerjisinin saatlıq kəsilməsi qrafiki qüvvəyə minib. Bu barədə “Ukrenerqo”nun mətbuat xidməti məlumat yayıb. Elektrik enerjisinin kəsilməsi qrafikini tətbiq edən şəhər və rayonların siyahısı:
Kiyev,
Çerniqov,
Çerkassı,
Jitomir,
Sumi,
Xarkov,
Poltava bölgəsi.
"Saatlıq dayanma cədvəlləri paylayıcı şəbəkə operatorları tərəfindən tərtib edilmiş xüsusi qrafikə uyğun olaraq müəyyən istehlakçı qruplarının gündəlik məhdudlaşdırılmasını nəzərdə tutur”, - məlumatda bildirilib.
2-11-2022, 14:54
Ərdoğanla təmaslar vacibdir - Paşinyan


Ərdoğanla təmaslar vacibdir - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla təmasları vacib adlandırıb. Bu barədə o, parlamentdə çıxışında deyib. Baş nazir bu il Ərdoğanla telefon danışığı apardığını, daha sonra bu yaxınlarda Praqada görüş keçirdiyini xatırladıb. "Soruşa bilərsiniz ki, görüş çox yaxşıdır, amma situasiyada nəsə dəyişib? Düşünürəm ki, bizdə situasiyada çox mühüm dəyişiklik var. Bu ilin avqust-oktyabr aylarında Türkiyə tərəfi ilə təmaslar zamanı biz kommunikasiya çətinliklərinin öhdəsindən gələ bilmişik”, - deyə Paşinyan bildirib. Qeyd edək ki, 2021-ci ilin dekabrında Ermənistan və Türkiyə ikitərəfli münasibətlərin normallaşdırılması üzrə danışıqlar üçün xüsusi nümayəndələrini təyin ediblər. Ermənistanı danışıqlarda parlamentin vitse-spikeri Ruben Rubinyan, Ankaranı isə ABŞ-dakı keçmiş səfir Serdar Kılıç təmsil edir. Diplomatlar artıq dörd dəfə görüş keçiriblər. Birinci görüş Moskvada, digər üç görüş isə Vyanada baş tutub. Bundan əlavə, Ermənistanın baş naziri ilə Türkiyə prezidenti arasında ilk telefon danışığı iyul ayında baş tutub.
2-11-2022, 14:52
Ermənistan hərbi xərcləri niyə artırır? - Baş nazirdən açıqlama


Ermənistan hərbi xərcləri niyə artırır? - Baş nazirdən açıqlama

Ermənistan orduda genişmiqyaslı islahatlar prosesinə başlayıb, bunu hərbi büdcənin kəskin artırılması da sübut edir. Butov.az xəbər verir ki, baş nazir Nikol Paşinyan parlamentdə 2023-cü ilin büdcə layihəsinin dinləmələri zamanı belə deyib. Baş nazir xatırladıb ki, 2023-cü ildə müdafiə xərcləri 509 milyard dram və ya 1,2 milyard dollar təşkil edəcək. 2018-ci illə (Paşinyan hakimiyyətə gələndə - red.) müqayisədə artım 113%, yəni 270 milyard dram olacaq."Orduda islahatlar prosesinə başlamışıq, artıq parlamentin gündəliyində olan bir sıra qanunvericilik dəyişiklikləri var. Prosesin bütün mahiyyəti peşəkar orduya keçid, müdafiə qabiliyyətinin artırılmasıdır. Biz niyyət edirik ki, orduda islahatlar aparılsın, yüksək standartlara malik ordu yaradaq”, - deyə o bildirib. Eyni zamanda, Paşinyan əlavə edib ki, müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artırılması hökumətin sülh proqramı ilə heç bir şəkildə ziddiyyət təşkil etmir. Ermənistan ardıcıl olaraq sülhü müdafiə edəcək.
2-11-2022, 14:49
Sülhməramlıların mandatının uzadılması təklifi rədd edildi


Sülhməramlıların mandatının uzadılması təklifi rədd edildi

Erməni tərəfi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə Soçidə keçirilən sammitdə Rusiyanın Qarabağdakı sülhməramlılarının mandatının uzadılması ilə bağlı təklif irəli sürüb. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündən danışarkən bildirib. Paşinyan sülhməramlılarla bağlı təklifin rədd edildiyini deyib."Biz mandatın qeyri-müəyyən müddətə - 5, 20 il müddətinə uzadılmasını təklif etdik. Qəbul olunmasa da, mənim fikrimcə, məsələ artıq aktuallaşıb və gündəliyə salınacaq. 9 noyabr 2020-ci il üçtərəfli bəyanatına əsasən, 5 illik müddətə altı ay qalmış tərəflərdən heç biri etiraz etmədikdə, sülhməramlıların mandatı avtomatik olaraq yenilənir. İrəvan üçün sülhməramlıların mandatının avtomatik uzadılmasına tərəflərdən heç birinin etirazı olmadığı və etməyəcəyi faktını möhkəmləndirməsi vacibdir", - deyə Paşinyan vurğulayıb. Oktyabrın 31-də Rusiyanın Soçi şəhərində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşündə Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin mandatının uzadılması məsələsi də müzakirə olunub. Görüşdən sonra mətbuata açıqlama verən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, sülhməramlıların mandatının uzadılması ilə bağlı qərar sülh müqaviləsinin bağlanmasından, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası və demarkasiyasından asılıdır.
2-11-2022, 14:47
Putin bəyan etdi: Rusiya yoxsul ölkələrə tonlarla taxıl göndərə bilər!


Putin bəyan etdi: Rusiya yoxsul ölkələrə tonlarla taxıl göndərə bilər!

Krasnodar taxılı Ukrayna taxılına alternativ ola bilər. Rusiyanın adı çəkilən regionu bu il rekord məhsul yığıb, onun bir hissəsi Afrikanın yoxsul ölkələrinə göndərilə bilər. Bu barədə prezident Vladimir Putinlə Kuban qubernatoru Veniamin Kondratyevin görüşündə bildirilib. Rusiyalı ekspertlər noyabrın 1-də keçirilən görüşün nəticələrini şərh ediblər. Siyasi analitiklərin fikrincə, "taxıl müqaviləsi" ətrafında yaranmış vəziyyət Krasnodar diyarını artıq geosiyasi mənada strateji əhəmiyyətli regiona çevirir. Prezident Putinlə qubernator Kondratyev arasında söhbət Soçidə baş tutub. Onun ictimai hissəsində Kuban fermerlərinin bu il əldə etdikləri rekord məhsuldan söhbət gedib. “Biz rekord taxıl məhsulu əldə etdik - 15,1 milyon ton, o cümlədən 10,7 milyon ton buğda. Üstəlik, məhsulun 85%-i bərk sortdur ki, bu da çörək, makaron və digər məhsulların istehsalına yarayır. İnsanların süfrələrində yüksək keyfiyyətli məhsulların olması vacibdir”, - deyən Kondratiyev bildirib ki, istehsalın modernləşdirilməsi, yeni yüksək texnologiyalı avadanlıq və gübrə, yanacaq-sürtkü materiallarının sabit qiymətləri belə məhsul əldə etməyə imkan verib. Putinin Kondratyevlə görüşü və rekord taxıl məhsulu haqqında söhbət Rusiya Federasiyasının prezidenti ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında "taxıl müqaviləsi" ilə bağlı vəziyyətə dair telefon danışığından sonra baş tutub. Daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akar ilə eyni mövzuda danışıqlar aparıb.
2-11-2022, 14:44
İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmiş


İrana işləyən Orxan israilli milyarderə də sui-qəsd təşkil edibmiş

Dövlət Təhlükəsizliyi Xidməti İran kəşfiyyatının nəzarəti altında yaradılmış və Azərbaycana qarşı ayaqlandırılan qanunsuz silahlı birləşməni ifşa edib. Butov.az xəbər verir ki, DTX-nin şəbəkənin ifşası ilə bağlı yaydığı məlumatda və videoda bir məqam diqqət çəkir. Bildirilir ki, qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Əsədov Orxan Fərman oğlu üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub. Bir az araşdırma aparsaq, görürük ki, bu ad bizə bir ildən çoxdur ki, tanışdır. Belə ki, Orxan Əsədov Kiprdə israilli milyarder Tedi Saqi də daxil olmaqla bir sıra yəhudi biznesmenlərə sui-qəsd təşkil etməkdə təqsirli bilinir. Onun 2021-ci ilin sentyabrında Kiprdə sui-qəsd planlarını icra etməyə çalışarkən saxlanıldığı qeyd olunur. Həmin vaxt istər İsrail mətbuatında, istərsə də dünyanın digər media orqanlarında Orxan Əsədovun məhz İran xüsusi xidmət orqanlarının təlimatı əsasında hərəkət etdiyi yazılırdı. Məlumatlara əsasən, Rusiya pasportu daşıyan Orxan Əsədov Moskvada yaşayıb və orada xırda ticarətlə məşğul olub. Orxan Əsədov Rusiyada fəaliyyət göstərən “Əhli-Beyt” cəmiyyətinin üzvüdür. Xatırladaq ki, Orxan Əsədov saxlanıldıqdan sonra onunla əlbir olan digərləri müəyyən edilib və həbs olunublar. Açıq internet mənbələrində olan ən son məlumatlara əsasən, Orxan Əsədov Nikosiya məhkəməsi tərəfindən mühakimə edilir.

2-11-2022, 14:41
“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq


“Neftçi” Avropa nəhəngləri ilə qarşılaşacaq

“Neftçi”nin 11 yaşadək futbolçulardan ibarət komandası növbəti beynəlxalq turnirə yollanacaq. Butov.az-ın məlumatına görə, Bakı klubunun yeniyetmələri Türkiyədə turnirə qatılacaq.“Fənərbaxça” klubunun ev sahibliyi etdiyi turnir “Dereağzı Lefter Küçükandonyadis” bazasında baş tutacaq. Noyabrın 11-də start veriləcək yarışda təmsilçimiz və ev sahibi ilə yanaşı, “Beşiktaş”, “Qalatasaray”, eləcə də “Atletiko”, “İnter”, “Yuventus”, “Vilyarreal” kimi Avropa nəhəngləri mübarizə aparacaq. Turnirdə ümumilikdə 16 komanda yarışacaq. Digər iştirakçılar “Başakşehir”, “Altınordu”, “Göztəpə”, “Altay”, “Manisa”, “Adana Dəmirspor”, “Gölcük Karadeniz” və Sofiya MOİK-idir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!