25-11-2022, 16:24
Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılacaqAzərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılacaq. Bu barədə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
25-11-2022, 16:04
Pensiya yaşında çatmadan ölənlərin pulu yaxınlarına verilməlidir“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”. Bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib. “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?. Artıq məsələ ilə bağlı yeni mexanizm hazırlanmalıdır", - F.Mustafa vurğulayıb.
25-11-2022, 16:02
“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”, - deyə nazir vurğulayıb.
25-11-2022, 15:57
“Sosial sahəyə dəstək artırılacaq” - Sahil Babayev“2019-cu ildən bu günə qədər sosial müavinətlərin, əməkhaqlarının artırılması istiqamətində islahatlar aparılır və hələ də davam edir”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. “Belə halların yaşandığı çox az sayda dövlət var. Növbəti dövrlərdə də dövlətin siyasətində sosial sahəyə dəstəyin artırılması davam edəcək. Azərbaycan vətəndaşının rifahının təmin olunması həmişə bizim üçün prioritet olub və onun üçün də çalışırıq”, - deyə nazir vurğulayıb.
25-11-2022, 15:56
Nazir pensiya yaşının azaldılması təklifinə “YOX” dedi“Pensiya yaşı ilə bağlı müəyyən yanlış rəqəmlər səsləndirilir. Bu gün 60%-dən çox vətəndaş 65 yaşına çataraq pensiya alır. Eyni zamanda 40% sosial müavinət alan şəxslər var”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. "Bu gün pensiyaya çıxanların 68%-i 12 ildən çox pensiya alır. Bizdə pensiya yaşı 65 olsa da, edilmiş güzəştlər nəticəsində pensiya alanların orta yaşı 60-61-dir. Ona görə də bunu nəzərə almaq lazımdır", - deyə nazir deputatların təkliflərinə münasibət bildirib. Qeyd edək ki, bəzi deputatlar pensiya yaşının azaldılmasını təklif ediblər.
25-11-2022, 15:50
Separatçılar Ağdam və Xocavəndi atəşə tutdularNoyabrın 25-də saat 09:55-dən 12:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam və Xocavənd rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
25-11-2022, 15:48
Brüssel görüşü ləğv olundu – Prezident səbəbini açıqladıDekabrın 7-də Brüsseldə Ermənistanın baş naziri
Nikol Paşinyan ilə nəzərdə tutulan görüş keçirilməyəcək. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda çıxışında deyib. Dövlət başçısı görüşün keçirilməməsinin səbəbini açıqlayıb: “Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.
25-11-2022, 15:46
Pakistan hər zaman bizim yanımızda olub - İlham ƏliyevSon iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib. Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”
25-11-2022, 15:42
Qırğızıstan parlamentinin binasında yanğınQırğızıstan parlamentində yanğın baş verib.
Butov.az xəbər verir ki, yanğın binanın zirzəmisində qeydə alınıb. Binada olan şəxslər təxliyə edilib.
25-11-2022, 15:40
Hava kəskin dəyişəcək, qar yağacaqAzərbaycanda hava şəraiti kəskin dəyişəcək, temperatur aşağı düşəcək, intensiv yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən noyabr ayı üçün səciyyəvi olmayan nisbətən mülayim hava şəraitindən sonra 27-si gündüzdən hava şəraitinin dəyişəcəyi, 28-i gündüzədək şimal küləyinin arabir 20-23 m/s-dək güclənəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 29-dan dekabrın 2-dək isə hava şəraitinin daha da pisləşəcəyi, bu müddət ərzində yağıntıların intensivləşəcəyi ehtimalı var. Havanın temperaturunun gündən-günə aşağı enərək gündüz saatlarında 7-9° isti olacağı gözlənilir. Qeyd edək ki, havanın temperaturu iqlim normasından 7° yüksəkdir. Azərbaycanın rayonlarında noyabrın 26-sı şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 28-i axşamdan dekabrın ilk günlərində prosesin daha da kəskinləşəcəyi, yağıntıların intensivliyinin artacağı ehtimalı var. Şimal küləyi 27-28-də ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Noyabrın 28-dən başlayaraq havanın temperaturunun günü-gündən aşağı enərək aran rayonlarında 6-11° isti, dağlıq rayonlarda isə 0-5° şaxta olacağı gözlənilir. Çaylarda sululuğun artacağı ehtimal olunur.