30-11-2022, 14:47
Rusiya ABŞ-la danışıqlardan imtina etdi“ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etməyəcəyik”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova söyləyib. O qeyd edib ki, rəsmi Moskva bu anlaşmanı yüksək qiymətləndirir, amma bunu müzakirə etmək üçün uyğun şərtlər olmalıdır. “Rusiya hazırda ABŞ-la strateji hücum silahlarının məhdudlaşdırılması anlaşmasını müzakirə etmək niyyətində deyil. ABŞ Ukraynanı silahlandırmağa davam etdikcə, bu, baş verməyəcək”, - deyə Zaxarova bəyan edib.
30-11-2022, 14:45
“Ukraynanın bərpası üçün 1 trilyon dollardan çox pul lazımdır” – ZelenskiUkrayna prezidenti Volodimir Zelenski müharibədən sonra ölkənin bərpasından danışıb. Zelenski “Ekspo-2030” sərgisinə videokonfrans vasitəsilə qatılıb. O, müharibə nəticəsində Ukraynaya böyük ziyan dəydiyini bildirib. “Müharibədən sonra Ukraynanın bərpası üçün 1 trilyon ABŞ dollarından çox pul lazımdır”, - deyə Zelenski qeyd edib. Ukrayna prezidenti onu da bildirib ki, Kiyevin müttəfiqləri bərpa prosesi ilə bağlı hazırlanacaq proqrama maraq göstərirlər.
30-11-2022, 14:44
Laçın artıq bizimdir...Hər il Azərbaycan xalqı may ayının 18-ni Laçının işğal günü kimi qeyd edirdi. Bu gün artıq Laçın bizimdir, biz Laçına qayıtmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. Hələ noyabrın 9-u Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Laçın rayonu Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biridir. Digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada məskunlaşdırma siyasəti həyata keçiriblər. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında böyük quruculuq və abadlıq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2025-ci ildə bu Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi olduqca əhəmiyyətlidir və ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi ilə yanaşı, turizm potensialının artırılmasına da səbəb olacaq. Tezliklə Laçın Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək və laçınlılar o gözəl torpaqlarda yeni həyata başlayacaqlar.
Ceyhun Məmmədov-Milli Məclisin deputatı
30-11-2022, 14:41
Sabahın hava proqnozuDekabrın 1-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
30-11-2022, 14:38
NATO-da Çinlə bağlı kritik müzakirəRumıniyanın paytaxtı Buxarestdə keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin sammitinin ikinci günündə Çinlə münasibətlər müzakirə mövzusu olacaq. İki gün davam edən sammitin son günüdür. Bildirilib ki, NATO Çini düşmən olaraq görməsə də, son illər bu ölkənin hərbi xərclərini artırması və nüvə silahı kimi silahların müxtəlifliyini artırması və Rusiya ilə yaxın əlaqələri narahatlıq doğurur. Qeyd olunub ki, iqtisadi baxımdan Çinlə əlaqələrin davam etdirilməsində maraqlı olan NATO Rusiya-Ukrayna müharibəsində Çinin Rusiya üzərindəki təsirindən istifadə edə biləcəyini dəyərləndirir. Bu gün həmçinin Rusiyanın təzyiqlərinə məruz qalan NATO-nun tərəfdaşları ilə bağlı məsələ müzakirə olunacaq. Bu toplantıya Gürcüstan, Moldova, Bosniya və Herseqovina XİN başçıları da qatılacaq. Daha sonra terror təhlükəsi ilə bağlı müzakirələrin aparılması planlaşdırılır. Xatırladaq ki, sammit çərçivəsində keçirilən dünənki toplantıda Rusiya-Ukrayna müharibəsi əsas mövzu olmuşdu.
30-11-2022, 14:33
Paşinyan müdafiə nazirini cəzalandırdıErmənistanda hakim “Mülki müqavilə” partiyası baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə İdarə Heyətinin iclasını keçirib. Partiyada yeni sədr müavinləri seçilib. Əvvəllər partiya rəhbərliyində təmsil olunan müdafiə naziri Suren Papikyan bu dəfə kənarda qalıb. Vaaqn Aleksanyan və Gevorq Papoyan partiya sədrinin müavinləri seçilib. Vaaqn Aleksanyanın parlamentdə müxalifətə qarşı ən sərt davranışı ilə seçilən şəxslərdən biri olduğu vurğulanır. Ermənistan KİV-i yazır ki, Nikol Paşinyan müdafiə naziri Suren Papikyanı partiya rəhbərliyindən kənarlaşdırmaqla onu cəzalandırıb. Paşinyanın Papikyanı baş nazirliyə mümkün namizəd kimi gördüyündən, son vaxtlar iddialı davranış sərgiləyən rəqibini indidən zərərsizləşdirmək qərarına gəldiyi bildirilir.
30-11-2022, 14:30
Makron ABŞ-a gedibFransa prezidenti Emmanuel Makron bu gün ABŞ-a rəsmi səfər edib. Makron Vaşinqtonda prezident Co Baydenlə görüşəcək. Makronu daşıyan təyyarə Vaşinqton yaxınlığındakı Endryus Birgə Bazasına enib. Fransa lideri ABŞ-ın paytaxtında iki gün qalacaq. Daha əvvəl vurğulanmışdı ki, Ukrayna müharibəsi Makron və Baydenin danışıqlarının əsasını təşkil edəcək, İran və Çinlə bağlı problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Fransa rəhbəri ABŞ-a səfəri zamanı amerikalı tərəfdaşını Avropa və Amerika şirkətləri arasında qeyri-bərabər rəqabətin qarşısını almağa inandırmaq niyyətindədir.
30-11-2022, 09:31
MÜRSƏL QURBANOV TƏLTİF EDİLİBButov.az xəbər verir ki, Müvəkkil Hüquq Mərkəzindən
Ordum.az-a daxil olan məlumata görə, Müvəkkil Hüquq Mərkəzi İdarə Heyətinin qərarı ilə müharibə iştirakçısı, ehtiyatda olan polkovnik-leytenat, Elm və Təhsil Nazirliyi Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşı Mürsəl Qurbanov fəxri diplomla təltif edilib. Bu barədə təşkilatın sədri Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, polkovnik-leytenat Mürsəl Qurbanov Qarabağ müharibəsi iştirakçılarının hüquqlarının təmin olunmasında fəal iştirakına görə fəxri diploma layiq görülüb.