Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
23-11-2022, 02:58
SƏNİ  AXTARIRIQ...


Sevimli Xalq artisti Yaşar Nurinin vəfatından 10 il keçdi.10 il əvvəl qələmə aldığım düşüncələrimi saytın izləyicilərilə bölüşürəm.

SƏNİ AXTARIRIQ...

Onunla müsahibəni yubileylərinin birində yazmalı idim. Təəsüf ki, dünyasını dəyişəndən sonra qələmə aldım. Əbədi ayrılıq nə qədər ağır olsa da, ömrü yaratdıqlarında yaşayıb davam edir...
...Teatra daxil olanda səsi ətrafa yayılırdı:
Kimlər gəldi, kimlər getdi,
Bu dünyadan, bu dünyadan.
Arif olan nakam getməz
Bu dünyadan, bu dünyadan.

Hər dövranda bir gərdiş var,
Min rəng çalır bu ruzigar.
Hünər göstər, bir ad qazan
Bu dünyada, bu dünyada.

Zeynal gəzər el-obanı,
Gözəllərdir din-imanı.
Bir gün çəkər qəm karvanın
Bu dünyadan, bu dünyadan.

Yanıqlı səsi və ən çox sevdiyim bu nəğmə başqa bir ağrılı ovqat yaratdı qəlbimdə. İlk şəxsi tanışlığımız... Akademik Milli Dram Teatrında respublikanın əməkdar artisti İmamverdi Bağırov haqqında yazacağım kitabla əlaqədar Yaşar Nurinin də xatirələrini lentə almışdım...
Sənətçini alqış sədaları altında son mənzilə yola saldıq (Bu sözləri yazmaq nə asanmış!..). Dünya sanki bomboş idi. Yəqin ki, bütün Yaşarsevərlərin ovqatı mənim kimi idi. Yaşarsız dünya hamıya boş görünürdü. Təəssüf dolu kövrək baxışlarla hamı bir-birinə başsağlığı verirdi.
Evə gəldim. İlk tanışlığımızdan yaddaşımda yaşatdıqlarımı çözələdim:
- Oğuldan-uşaqdan nəyin var?
- Bir oğlum var. Özü də toyumuzdan düz 15 il sonra dünyaya gəlib.
- Yəqin toyunun tamadasını indidən danışmış olarsan.
- Əlbəttə, əlbəttə, Surxayzadənin behini də vermişəm.
Hər ikimiz güldük. Demə, elə buna işarə edirmiş...
İmamverdi Bağırovu necə böyük məhəbbətlə andı, necə unudulmaz xatirələrlə yad etdi... Həmin lent yazısını axtarıb tapdım. Lent fırlanır. 2003-cü ilin əvvəlidir. İndi həmin söhbətimiz mənə daha anlaşıqlı, daha təsirli görünür. Bu gün onun özü barədə yazı yazsaydım, suallarımı yəqin ki, belə cavablandırardı. Uzaqda qalan uşaqlıq illərini fəxarətlə xatırlayır:
- 1960-cı illərin əvvəlində teatra gedəndə uşaqdım hələ. Uşaq müşahidəsi də güclü olur. Mən bütün gördük-lərimi müşahidə edib yaddaşıma yazırdım. İmamverdi əmini (sənət aləmində hamı ona “əmi” deyirdi) ilk dəfə Ordubadi teatrında görmüşəm. Zalda oturmuşdum. Hər gördüyümə heyrətlə baxırdım. İbrahim Hüseynov - Şünasi atama yaxınlaşdı ki, Vücud (teatr aləmində aktyor Məmmədsadıq Nuriyevə belə müraciət edirdilər), tamaşadakı uşaq xəstələnib, sənin oğlun çox maraqla baxır, bəlkə çıxsın onun yerinə... Söhbətin bu yerində gördüm ki, İmamverdi əmi də ağayana yerişiylə gəlir. Zəhmindən qorxub yerimdə durmuşdum. “Toy kimindir?” musiqili komediyası gedirdi...

Ötən əsrin altmışıncı illərində “Bakı teatrlarında” adlı məcmuə buraxılırmış. Məcmuənin 1961-ci il tarixli dördüncü sayında Musiqili Komediya Teatrında A.Məşədibəyovun “Toy kimindir?” musiqili komediyasının elanı da gedib. Elanlarla yanaşı ifaçıların adları da verilib. Maraqlı aktyor ansamblı var. Yaşar Nuri də onların sırasındadır:
Mehman – R.Qədirov, Ə.Muradov
Mirvari – Ş. Qasımova
Professor – İ.Bağırov
Qoşun – L.Abdullayev
Uzun – B.Səfəroğlu, S.Aslanov
Məsmə - N.Zeynalova
Ümid – M.Nuriyev
Göyüş – Ə. Qasımov, D.Kazımov
Xanış – A.Hacıbababəyov, Ə.Bəşirov
Tapdıq – Y.Nuriyev

Diktafonun lent dolağı fırlanır. Qayıtmışam 2003-cu ilin əvvəlinə. Yaşar Nurinin sənət, sənətçi haqqında xiffətli sözləri ürəyimi göynədir:
- “Ulduz” tamaşasında əminin Məleykə Şahmərdanova – Ağazadəylə rəqsi tamaşanın canıydı. Camaat ən çox onların “Tanqo”suna baxmağa gələrdi. Heç bilmirdim o zaman əminin neçə yaşı var. Yaş parportda, yaş sənədində bilinmir. Yaş sənətə, səhnəyə məhəbbətdə bilinir. Möhsünü elə qrim edər, onun donqar burnunu elə yaradardı, düşünərdik səhnədəki aktyor deyil, anadangəlmə Möhsündür.
Hər bir aktyor qrim edə-edə obrazı içində iki dəfə yaşayır. Üçüncü dəfə səhnədə yaşayır. Səhnə müqəddəs yerdir. Çünki səhnədə pərdə var. Pərdə ailədə də var, yoldaşlıqda da. Səhnəyə laqeyd çıxmaq olmaz. Ondansa səhnəni tərk etməlisən. Səhnə heç zaman aktyoru tərk etmir. Aktyor səhnəni tərk edir.
Aktyor həyatı möcüzədir. Başqalarının ömrünü yaşayırsan. Kimisə sevməlisən. Kimsə səni sevməlidir. Kimisə arzusuna çatdırırsan. Kiminsə ürəyində nisgil qoyub gedirsən. Çex dramaturqu Karl Çapekinin çox məşhur bir deyimi var: “Sizlərdən biri oktyor olmaq istəyirsə, ilk növbədə əsəblərinin gərginliyini yoxlasın, görsün ki, iki tərəfdən gələn küləyə, kağız qırıntılarından nahar etməyə, taxtabiti iyi verən lakı dəfələrlə üzünə çəkməyə və s. hazırdırsa, gəlsin. Onda səhnə onu gözləyir”.
* * *
İmamverdi Bağırov haqqında kitabım çapdan çıxanda ailə üzvlərindən sonra ilk görüşdüyüm şəxs Yaşar Nuri oldu. Əlində vərəqlədi. Tərtibatını təriflədi. Oxuyub fikirlərini bildirəcəyini söylədi. Bir qədər sonra zəngləşdik.
- Ay xanım, əmini həyatda görmədən onun ağrı-acılarını, sənət sevinclərini nə gözəl qələmə almısan! – dedi.
- Sizlərə, onun xatirəsini yaşadanlara minnətdaram, - dedim:
- Deyim ki, heç SSRİ xalq artistləri haqqında belə ləzzətli kitab yazılmayıb. Qalın-qalın kitablar yazılır. Amma 2-3 vərəqdən artıq oxumaq olmur. İndi bir yerə səyahət edəndə yalnız bu kitabı aparıram. Unudulmaz sənətçiyə sözdən əbədi həyat bəxş etdiyinə görə bundan sonra sənə “İmamverdi əminin Sevdası” deyəcəyəm.
Mənim üçün bundan böyük qiymət, bundan böyük mükafat ola bilməzdi.
* * *
Diktafonun lent dolağını geri döndərib yanğıyla dediyi sözləri dəfə-dəfə dinləyirəm:
-Mən dərs aldığım sənətkarlar qarşısında baş əyirəm. Təəssüflənirəm ki, əmi layiq olduğu təltifləri, adı ala bilmədi. Ad mənim üçün meyar deyil. Meyar – sənətə, səhnəyə məhəbbətdir. Meyar tamaşaçı məhəbbəti, tamaşaçı alqışlarıdır. Əminin səhnəyə, sənətə məhəbbətinin də şahidiyəm, tamaşaçı alqışlarının da. İmamverdi Bağırovdan danışarkən Zeynal Cabbarzadənin sözlərinə yazılmış məşhur “Kimlər gəldi, kimlər getdi” mahnısı düşür yadıma. Hər ömrə oxunmur bu mahnı. Bu mahnını əminin ruhuna ərməğan edirəm.
Böyük şövq və məhəbbətlə mahnını oxudu.
Mahnı bitir, lent dolağı fırlanır. Daha heç birimizin səsi gəlmir.
Bəli, ən doğru tapıntı və ən dəqiq ifadə - hər ömrə oxunmur bu mahnı!
Söhbətimiz bu mahnıyla bitmişdi.
Ömrünün sonuncu “tamaşa”sında da bu mahnıyla tərk etdi səhnəni.
Nakam getmirdi sənətdən. Az qala, sənət sevincləri elə yaşadığı ömrün illərinə bərabərdi.
Bu yazını yazdığım anlarda televiziyanın “Mədəniyyət” kanalından ölməz sənətkar Lütfəli Abdullayev haqqında veriliş gedir. Yaşar Nuri danışır:
- Sənətkar iki ömür yaşayır. Bir Allahın verdiyi ömrü, bir də sənət ömrünü. Əsl ömür sənət ömrüdür.
* * *
Son illər Opera Teatrında Soltan bəyi oynayırdı. Musiqili Komediya Teatrında “Ər və arvad”da, Kukla Teatrında Məşədi İbad. Daimi iş yeri olan Akademik Milli Dram Teatrı da öz yerində. Bunlarla bərabər hər cümə axşamı “Space” kanalında veriliş aparırdı. Sənətdən ayrı düşüb unudulmuşları yada salıb verilişə çağırırdı. Günlərin birində zəng vurdum, zamanının qüdrətli xanəndələrindən olan Əlyar Əmirov haqqında da veriliş hazırlamasını xahiş etdim.
- Görüşüb, ətraflı danışarıq, - dedi. Görək haqqında nə var - val, disk, qəzet-jurnal yazıları və s.
Ertəsi günə vədələşdik. “Məşədi İbad”a baxmağa dəvət etdi məni.
Tamaşaya çatmadım. Kukla Teatrının qabağında görüşdük. Əlyar Əmirov haqqında olan materialları verdim.
Respublikanın dörd teatrında işlədiyinə və telekanalda veriliş aparmasına işarə edərək:
- Yaman bərk gedirsiniz, - dedim:
- Mən həmişə bərk getmişəm, - dedi.
Və fəxarətlə söylədi ki, Mirzağa Əliyevdən sonra yeganə aktyoram ki, Uzeyir bəyin üç əsərində - “Arşın mal alan”, “Məşədi İbad”, “Ər və arvad” tamaşalarında oynayıram.
* * *
Dünyasını dəyişən günün sabahı xalq artisti Afaq Bəşirqızı xatirələrini söyləyərkən yana-yana qeyd etdi ki, “Ər və arvad”da oynadıq. Təəssüf ki, çəkiliş olmadı. Heç bir lent qalmadı.
* * *
60 illiyinə yazı yazmağı planlaşdırmışdıq. Amma həmin ərəfədə nə Yaşar Nuri Bakıdaydı, nə də mən yazı ovqatında. Sevimli qardaşım Yusif 43 yaşında bizləri əbədi tərk etmişdi. Oktyabr ayında Yaşar Nurinin yubileyi planlaşdırıldı. Zəng vurub təbrik etdim. Gələ bilməyəcəyimin səbəbini söylədim. 70-də iştirak edəcəyimə söz verdim. Dərdimə şərik olub təsəlli verdi. Təəssüf hissinə yumoru da qatıldı:
- Ay xanım, mənim yetmişimə sənin sağ qalmaq ümidin varmı? Mütləq gəl, gözləyəcəyəm. Teatra çatanda zəng vur, qarşılayım. Telefon söhbətimiz zarafat kökü üstdə bitdi.
İndi yoldaşımla sevinirik ki, nə yaxşı getdik. Canlı Yaşarı həyatda son dəfə son yubileyində gördük.
* * *
Musahibə alacağım adamlarla görüşə gedəndə çox nadir hallarda verəcəyim sualları yazıram. Amma Yaşar Nuriyə verəcəyim sualları qabaqcadan yazıb hazırlamışdım. Mənim cavabsız suallarımı telekanalların təkrar verilən lent yazılarında cavablandırır. Sənətşünaslıq doktoru, professor İlham Rəhimlinin müəllifi olduğu “Sərbəst söhbət” verilişində Azərbaycan kinosuna orijinallıq gətirən rejissor Vaqif Mustafayevin filmlərindən söhbət açır.
- Hansı havaya köklənirsiniz?
- Hər havaya oynayan oğlan deyiləm. İstər həyatda, istər evdə, istər sənətdə. “Qaragilə”ni, “Qarabağın maralı”nı zümzümə edirəm. “Hopstop”, “Qoçəli”yə qol götürüb süzürəm.
- Nəyə kövrəlirsiniz?
- “Segah” muğamına. Oxuyan səsin altında gərək ürək dayana. Səs ki, düşündürməyə vadar etdi, odur sənət. Səsi eşidəndə gərək ürəyində şəklini çəkəsən.
- Toylara tamada kimi dəvətlər alırsınızmı?
- Toy mənim yaralı yerimdir. Gəlin, bu barədə danışmayaq (Anar “Evləri köndələn yar”). Sənə bir toy tutaram, zurnanın səsi Çinarlıdan gələr.
- 100-ə yaxın tamaşada oynamısınız, 50-yə yaxın filmə çəkilmisiniz. Heç düşünürsünüzmü, hə noolsun?
Cavab yadımda deyil.
Yadımda qalan cavablardan:
- Hər məşhur olan istedadlı deyil, hər istedadlı məşhur. Heç bir ali məktəb istedad vermir. Aktyor doğulur. Aktyor olmasaydım, bu sənətdə olanlara qibtə edərdim.
- Ürəyinizdə nəyinsə nisgili varmı? Sənət baxımından deyirəm...
- Son illər dəniz sahilində tək oturmağı sevirəm. Düşünürəm, nə düşündüyümü özüm də bilmirəm. Evimdə bir dirijor fiquru var. Gənc rejissor Samir bağışlayıb mənə. Bir dirijor, bir aktyor ömrü, bir də tənha adamın həyatını oynamaq istəyirəm...
-Xanımınıza xəyanət etmisinizmi?
- Kişi deyilik?!
Yalandan, riyadan, pafosdan uzaq əsl kişi cavabı!
Elə ki, ömrümün bitər xoş günü,
Dərdim, əzabımın ağır yükünü
Yalnız çəkər biri, götürər biri.
(Məmməd Araz)
Səcdəsinə yüz gözəl gəlsə də, qəlbinin əbədi sevdası, bircəsi Rəhimə xanım oldu.
* * *
Ötən əsrin 80-ci illərinin əvvəlində Azərbaycan Televiziyasında Aslan Qəhrəmanovun “Səni axtarıram” teletamaşası çox populyarlıq qazandı. O tamaşada hamı Elçini sevirdi, Elçin isə Gülnarı.
Tamaşada qovuşa bilmədiyi gözüyaşlı qoyduğu Gülnar – Firəngiz Mütəllimova həmin ayrılıq günündə - noyabrın 22-də Elçinə - Yaşar Nuriyə ağı dedi.
Sevgisi ürəklərdən silinməyəcək həmişə Yaşar! Təkcə Gülnarın yox, hamımız səni axtarırıq...

Sevdiyi Gülnara qovuşa bilmədiyi kimi nəvə Gülnarın sevincini yaşamaq da nəsib olmadı Yaşar Nuriyə. Balaca Gülnarın xəyallarında yaratdığı babası onun üçün dünyanın ən ülvi babalarındandır...

Sevda Əlibəyli
22-11-2022, 22:00
Putin İlham Əliyevə zəng etdi


Putin İlham Əliyevə zəng etdi

Noyabrın 22-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı zamanı Rusiya, Azərbaycan, Ermənistan liderləri arasında 2022-ci il oktyabrın 31-də Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələləri nəzərdən keçirilib. Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin olunması və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpa edilməsi üzrə üçtərəfli formatda işin davam etdirilməsinin vacibliyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın inkişaf perspektivləri də müzakirə edilib.
22-11-2022, 21:58
Krımda həyəcan - Müdafiə sistemləri işə salındı


Krımda həyəcan - Müdafiə sistemləri işə salındı

Bu gün Rusiya tərəfindən ilhaq edilən Krım yarımadasında hava hücumundan müdafiə sistemləri aktivləşdirilib. Bu barədə Rusiyanın təyin etdiyi Krım "nümayəndəsi" məlumat yayıb. İddia edilir ki, Krımın Sevastopol şəhərində Ukraynaya məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurulub. Qeyd edək ki, Sevastopol Rusiyanın Qara dəniz donanmasının qərargahıdır. Rusiya ötən ay Ukraynanı Krıma hücum etməkdə ittiham edərək "taxıl sazişindən" çəkildiyini açıqlayıb. Daha sonra danışıqlar nəticəsində Moskva sazişə yenidən qayıtdı.
22-11-2022, 21:56
Səfirliyin açılması qərarı dostluq əlaqələrini daha da gücləndirir - Prezident


Səfirliyin açılması qərarı dostluq əlaqələrini daha da gücləndirir - Prezident

İsraildə Azərbaycan səfirliyinin açılması barədə qərar iki ölkə arasında dostluq əlaqələrini daha da gücləndirir. Bu barədə Prezident İlham Əliyev noyabrın 22-də İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla telefon danışığı zamanı bildirib. Prezident İlham Əliyev telefon zənginə görə İsrail Dövlətinin Prezidenti İsxak Hersoqa minnətdarlığını ifadə edib.
22-11-2022, 21:37
“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi


“Bizim üçün ağır zərbədir” - Messinin məğlubiyyət şərhi

"Bəhanəyə yer yoxdur. Biz həmişəkindən daha sıx birləşəcəyik. Komandamız güclüdür və bunu göstərdik". Bunu Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatında Səudiyyə Ərəbistanına 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 35 yaşlı məşhur futbolçu məğlubiyyəti gözləmədiklərini bildirib. "Bizim üçün ağır zərbə oldu, amma əsl komanda olduğumuzu göstərməliyik", - Messi söyləyib. Qeyd edək ki, Argentina yığmasının yeganə qolunu Lionel Messi vurub.
22-11-2022, 21:34
Yaşa görə pensiya 455 manat olacaq


Yaşa görə pensiya 455 manat olacaq

Azərbaycanda gələn il yaşa görə pensiyanın məbləği 455 manat olacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Onun sözlərinə görə, “Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il büdcəsi haqqında” qanun layihəsinə əsasən, növbəti ildə Fondun həm gəlir, həm xərc hissəsi 6,3 milyard manat təşkil edəcək. Komitə sədri qeyd edib ki, gələn il orta aylıq pensiyanın məbləği 423 manat, yaşa görə pensiyanın məbləği 455 manat, əlilliyə görə pensiya 369 manat, ailə başçısını itirməyə görə pensiyanın məbləğinin isə 374 manat olacağı proqnozlaşdırılır.
22-11-2022, 21:29
Müdafiə Nazirliyi sülhməramlıları Sarıbabaya çağırdı


Müdafiə Nazirliyi sülhməramlıları Sarıbabaya çağırdı

Qeyd etdiyimiz kimi, Ermənistanda istehsal edilmiş Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış piyada əleyhinə mina sahəsi noyabrın 21-də aşkar edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, aşkar edilmiş minalar barədə Rusiya sülhməramlılarının komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb, eləcə də mina sahəsinə baxış keçirilməsi üçün əraziyə dəvət olunublar.
22-11-2022, 21:27
Ərdoğandan terroru dəstəkləyənlərə xəbərdarlıq


Ərdoğandan terroru dəstəkləyənlərə xəbərdarlıq

“İstanbuldakı terror aktı mərd formada qarşımıza çıxmağa cəsarəti olmayanların alçaq hücumudur”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Suriya və İraqın şimalındakı terror yuvalarını darmadağın edib: “Terrorçular bu dəfə də sivil insanları hədəf aldılar. 4 yaşlı körpə, 22 yaşlı müəllim şəhid oldu”. Ərdoğan onu da bildirib ki, terrorçuların kimliyi, onları kimlərin himayə etdyi və cəsarətləndirdiyi Türkiyəyə məlumdur: “Səbrimiz cəsarətsizliyimiz kimi qiymətləndirilməməlidir. Biz hüquqi dövlət olaraq diplomatiyanın tərəfdarıyıq”.
22-11-2022, 21:08
DİN siqaretə görə 383.300 manat cərimə yazıb


DİN siqaretə görə 383.300 manat cərimə yazıb

Daxili İşlər Nazirliyi tərəfindən “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrası diqqət mərkəzində saxlanılır. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə monitorinqlər keçirilir, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılır. Cari ildə respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 10.835, tütün məmulatlarını yektinlik yaşına çatmayanlara satdıqlarına görə 501 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.3-cü, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati tənbeh tədbiri tətbiq olunub. Tətbiq edilmiş cərimələr 383.300 manat təşkil edib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
22-11-2022, 21:03
Tehranda bağçalar və ibtidai məktəblər bağlanıb


Tehranda bağçalar və ibtidai məktəblər bağlanıb

İranın Tehran əyalətində dekabrın 1-dək ibtidai məktəblər və bağçalar və bağlanıb. Dərslər və təlimlər virtual keçiriləcək. Yerli hakimiyyət təmsilçiləri məktəb və bağçaların bağlanmasını Tehranın havasının çirkli olması ilə əlaqələndiriblər. Bildirilib ki, əyalətin Firuzkuh, Daməvənd, Rudhen və Pardis şəhərlərində isə ibtidai məktəblər və bağçalar işləyəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!