Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-11-2022, 16:21
Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb


Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb

Oğuzda meşədə parçalanmış kişi meyiti tapılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən xəbərə görə, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib. Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.
19-11-2022, 16:19
Qatar maşının üstündən keçdi - 4 erməni öldü


Qatar maşının üstündən keçdi - 4 erməni öldü

Ermənistanda qatarla avtomobilin toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb. Ölənlərdən biri 75 yaşlı sürücü və şəxsiyyəti müəyyən olunmayan daha 3 nəfər qadındır. Hadisə Lori vilayətinin Pəmbək kəndi yaxınlığında qeydə alınıb. İlkin məlumata görə, yoldan çıxan minik avtomobili dəmir yolu xəttinin üzərinə düşüb və yük qatarı ilə toqquşub.
19-11-2022, 16:17
Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib


Azərbaycan ən çox bu ölkəyə məhsul göndərib

Yanvar-oktyabr aylarında Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələri arasında ən çox İtaliyaya məhsul ixrac edib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, Azərbaycanın on ayda ən çox məhsul ixrac etdiyi Aİ-yə üzv ölkələr İtaliya, Yunanıstan və Xorvatiya olub. İtaliyaya ixrac olunan məhsulların dəyəri 17 milyard 95,2 milyon ABŞ dolları, Yunanıstana 1 milyard 356,1 milyon dollar, Xorvatiyaya isə 952,3 milyon dollar təşkil edib.
19-11-2022, 16:15
ABŞ Ukraynaya daha çox yardım vəd edir


ABŞ Ukraynaya daha çox yardım vəd edir

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya yardım üçün maliyyənin artırılmasına hazırlaşır. Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Onun sözlərinə görə, ABŞ Ukraynaya daha çox kömək edəcək: "Hazırda Konqres ilə gələcəkdə əlavə maliyyələşdirmə ilə bağlı işlər aparılır. Bu maliyyə ABŞ-ın Ukraynaya göstərəcəyi yardım üçün lazımdır". Xatırladaq ki, ABŞ prezidenti Co Bayden administrasiyası Konqresdən təcili yardım üçün daha 37,7 milyard dollar ayırmağı xahiş edib.
19-11-2022, 16:14
Xaçınçaya 200 min balıq körpəsi buraxıldı


Xaçınçaya 200 min balıq körpəsi buraxıldı

Qarabağ və Şərqi Zəngəzur ərazisində biomüxtəlifliyin qorunması, su hövzələrinin zənginləşdirilməsi, balıq populyasiyasının artırılması məqsədilə növbəti balıq buraxılışı Ağdam rayonu ərazisində keçirilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Ağdam rayonunda yerləşən Xaçınçay su anbarına çəkikimilərdən 200 000 ədəd balıq körpəsi buraxılıb. “Bu il işğaldan azad olunmuş ərazilərdəki təbii su hövzələrinə ümumilikdə 600 000-dən çox çəkikimi, 8000 qızılxallı forel körpəsi buraxılıb”, - deyə Firuddin Əliyev qeyd edib. Xidmət rəisi balıq körpələrinin su hövzələrinə buraxılması aksiyalarında bütün balıq yetişdirən müəssisələri yaxından iştirak etməyə, ölkədə balıq ehtiyatlarının artırılmasına dəstək verməyə, vətəndaşları isə balıq ehtiyatlarının artımının qarşısını alan hərkətlərdən, əsasən də qanunsuz balıq ovundan çəkinməyə çağırıb.
19-11-2022, 16:11
Avropa ölkəsi Ukraynaya yardım ayrılmasına qarşı çıxdı


Avropa ölkəsi Ukraynaya yardım ayrılmasına qarşı çıxdı

Macarıstan Avropa İttifaqının (Aİ) Ukraynaya 18 milyard avroluq yeni maliyyə yardımını dəstəkləmir. Bu barədə Macarıstanın Baş naziri Viktor Orban məlumat verib. Baş nazirin sözlərinə görə, o, Ukraynanın maraqlarını Macarıstanın maraqlarından üstün tutmaq niyyətində deyil. Orban hesab edir ki, yardımın məbləği Avropa İttifaqına üzv ölkələr arasında “ədalətli və mütənasib şəkildə” bölüşdürülməlidir. "Ukrayna ilə bağlanmış ikitərəfli sazişə əsasən, Macarıstan hər il milli büdcədən 60-70 milyard forint məbləğində vəsait ayıracaq”, - baş nazir deyib.
18-11-2022, 20:37
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
18-11-2022, 18:59
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
18-11-2022, 18:56
44 günlük müharibədə ölən ermənilərin yeni sayı - Senator şok rəqəm açıqladı


44 günlük müharibədə ölən ermənilərin yeni sayı - Senator şok rəqəm açıqladı

Noyabrın 16-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin rəhbəri Robert Menendezin rəhbərliyi ilə Qafqaz üzrə dinləmələr keçirilib. Dinləmələr zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid və ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş məsləhətçisi Filip Riker çıxış edib. Senatın komitə rəhbəri, ermənipərəst Robert Menendez məruzəçilərə regiondakı vəziyyət, eləcə də 44 günlük müharibə və onun nəticələri ilə bağlı bəzi kəskin suallar verməklə onları dolayısı ilə qısnamaya məruz qoyub. Senator Menendezin sualları daha çox anti-Azərbaycan xarakterli olub. O, məruzəçilərdən Ermənistanın xeyrinə istədiyi cavabları ala bilmədiyinə görə bu dinləməni indiyə qədər keçirdiyi “ən pis dinləmələrdən biri" adlandırıb. "Ancaq bu, mənə nəyisə başa düşməyə imkan verdi. Onlardan biri odur ki, ABŞ Azərbaycanı dəstəkləyir", - deyə ermənipərəst senator vurğulayıb. O, Azərbaycana qarşı bəzi kəskin ittihamlar da səsləndirib. Qeyd edək ki, Robert Menendez məruzəçilərlə polemika apararkən 44 günlük müharibə ilə bağlı bir maraqlı fakt da üzə çıxıb. Ermənipərəst senator deyib ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsində 6500 erməni hərbçi öldürülüb. Bu, Ermənistanın itkilərinə dair rəsmi şəxsin dilindən səslənən ilk belə böyük rəqəmdir. Çünki İrəvan rəsmiləri, o cümlədən baş nazir Nikoil Paşinyan indiyə kimi ermənilərin 44 günlük müharibədəki itkilərindən danışarkən həmişə 3900-4000 rəqəmini səsləndiriblər. Xatırladaq ki, Robert Menendez ABŞ Konqresindəki erməni lobbisinin üzvüdür və ermənipərəst həmkarlarının anti-Azərbaycan və antitürk siyasətini dəfələrlə dəstəkləyib. Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri kimi o, erməni lobbisinin maraqlarını ABŞ-da yeritmək, o cümlədən Azərbaycanın ünvanına qeyri-konstruktiv tənqid səsləndirmək, “Ermənistanın və Qarabağ ermənilərinin qanunsuz blokadaya alınması“ ilə bağlı Türkiyə və Azərbaycanın ünvanına sağlam təfəkkürə zidd olan ittiham səsləndirmək üçün çox iş görüb.

18-11-2022, 18:52
Prezident hərbi texnikalarla bağlı fərman imzaladı


Prezident hərbi texnikalarla bağlı fərman imzaladı

Prezident İlham Əliyev “Bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” 28 mart 2000-ci il tarixli fərmanda dəyişiklik edib. Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda döyüş təyinatlı hərbi texnikanın, hərbi silah və sursatların, partlayıcı maddələrin və partlayıcı qurğuların istehsalı və satışı ilə dövlət müəssisələri və yaxud səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, habelə Nazirlər Kabinetinin razılığı ilə dövlət müəssisələrinin iştirak etdiyi birgə müəssisələr məşğul ola bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!