Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
16-11-2022, 19:09
Polşa prezidenti: Raket qəsdən atılmayıb


Polşa prezidenti: Raket qəsdən atılmayıb

Polşaya qəsdən raket hücumu edilməyib. Bunu Polşa Prezidenti Andrey Duda sərhəddəki olaya münasibət bildirərkən deyib. Dudanın sözlərinə görə, 1970-ci illərə aid S-300 raketinin Rusiya tərəfindən buraxıldığına dair heç bir sübut tapılmayıb. Buna baxmayaraq, Prezident qeyd edib ki, dünən baş vermiş hadisəyə görə Rusiya məsuliyyət daşıyır: "Ötən gün Rusiyanın Ukraynaya kütləvi, görünməmiş irimiqyaslı hücumu olub. Rusiya Polşa ilə həmsərhəd Volın və Lvov vilayətləri də daxil olmaqla, ölkə boyu müxtəlif tipli 100-ə yaxın raket atıb. Buna görə də, Rusiya hadisəyə görə məsuliyyət daşıyır". Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisinin Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşdüyü iddia olunub. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilib. Sonradan məlum olub ki, həmin raketlər Ukrayna tərəfindən Rusiya ordusunun raketlərini zərərsizləşdirmək üçün atılıb.
16-11-2022, 19:08
Fransa rəsmilərinin Azərbaycanda aktivləri dondurulacaq - Bəyanat


Fransa rəsmilərinin Azərbaycanda aktivləri dondurulacaq - Bəyanat

Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat qəbul edib. Butov.az xəbər verir ki, bəyanatı Milli Məclisin deputatı Ramin Məmmədov oxuyub. Bəyanatda deyilir: “Azərbaycan Fransanı beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmiş sərhədlərə hörmət etməyə çağırır. 30 il işğala göz yuman, səs verdiyi qətnamələri Ermənistandan tələb etməyən Fransa bu gün Ermənistanın ərazi bütövlüyünün pozulduğunu bildirir. Fransa Senatının bu kimi çıxışları Cənubi Qafqazda sülhə mane olmaq niyyəti daşıyır. Müstəmləkə illərində Fransanın törətdiyi soyqırımıları hər kəsə məlumdur, bu hadisələrdən hələ də əziyyət çəkən xalqlar var. Bu kimi hadisələr təbii ki, Fransanın siyasi tarixindən silinməyəcək. Əlcəzairdə bir milyondan çox insan Fransa tərəfindən qətlə yetirilib. Eyni zamanda hələ də mina xəritələrini Fransa Əlcazairə düzgün təqdim etməyib. Bu gün dünyada minadan əziyyət çəkən ölkələrdən biri də Əlcəzairdir. Fransanın rolunu hazırda Cənubi Qafqazda Ermənistan davam etdirir. Bu gün Ermənistan hələ də düzgün mina xəritələrini Azərbaycana təqdim etməyib. Qondarma dövlətdə əhalinin insan hüquqlarını tələb edən Fransanın hüquqdan danışmağa haqqı yoxdur. Fransada irqçi, müsəlmanlara qarşı fobiyanın olması hər kəsə məlumdur". Bəyanatda, həmçinin Milli Məclisin bir sıra təkliflər irəli sürdüyü qeyd olunub. Həmin təkliflər aşağıdakılardır:
- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması
- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurulması
- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,
- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması
- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması
- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması
- İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin gündəliyə çıxarılması.
- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması
Qeyd edək ki, ötən gün Fransa Senatı Azərbaycana qarşı sanksiyaların tətbiqi ilə bağlı qətnamə qəbul edib.
16-11-2022, 19:05
Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 7 yaralı var


Erməni hərbçilər qəzaya düşdü - 1 ölü, 7 yaralı var

Ermənistan ordusunun hərbi qulluqçu, 2000-ci il təvəllüdlü Qriqor Qriqoryan “Kamaz” markalı hərbi yük maşınının qəzaya uğraması nəticəsində ölüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, qəza nəticəsində 7 əsgər yaralanıb, onlar qarnizon hospitalına yerləşdirilib, müayinə və lazımi tibbi yardım göstərilib. “Yaralı hərbi qulluqçuların həyatı təhlükədə deyil. Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır”, - deyə məlumatda bildirilir.
16-11-2022, 19:03
Fransa məhsullarının satışı qadağan edilsin! - Deputat


Fransa məhsullarının satışı qadağan edilsin! - Deputat

“Fransa Senatı ötən gün qərəzli, bədnam qətnamə qəbul edərək erməni bacılarına öz dəstəklərini nümayiş etdirib. Qətnamənin əsas təşəbbüskarı və həmmüəllifi Brüno Retayo Azərbaycanın guya Rusiyanın Ukraynada apardığı müharibədən faydalanaraq Ermənistana hücum etdiyini, Azərbaycan tərəfindən ermənilərə qarşı hərbi cinayətlər törədilsə də, bu ölkəyə qarşı heç bir sanksiya tətbiq edilmədiyini, Rusiyaya qarşı sanksiyalar tətbiq edilsə də, Azərbaycan və Türkiyəyə qarşı analoji sanksiyaların olmamasının utancverici olduğunu bildirib”. Bu barədə deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən iclasında bildirib. Deputatın sözlərinə görə, digər nümayəndələr də bu sərsəm və yalan fikirləri davam etidirblər: "Göründüyü kimi, ermənidən də böyük erməni olan bu şəxslər, Fransa Senatında təmsil olunan siyasi qüvvələr və Makron hökuməti sırf öz korporativ siyasi maraqlarına görə erməni diasporunun, lobbisinin maliyyə və siyasi dəstəyini almaq üçün beynəlxalq hüquqdan yaranan öhdəliklərini pozublar. Faktiki olaraq aparıcı siyasi qüvvələr, Makron administrasiyası erməni lobbisinin təsiri altındadır və Azərbaycana münasibətdə milli maraqları yox, ermənilərin maraqlarını əsas tuturlar. 30 il ərzində Azərbaycanın tarixi torpaqlarını işğal altında saxlayan, Ermənistana qarşı heç bir fikir bildirməyən Fransa hökumətinin ölkəmizə bu cür münasibəti onun həm də insan hüquq və azadlıqlarına hörmətsizliyinin bariz nümunəsidir. Ermənistanın siyasi-hərbi hakimiyyətinin törətdiyi vandalizm aktları nəticəsində xeyli sayda uşaq və qadın olmaqla, minlərlə mülki şəxs həyatını itirib və ya yaralanıb, eyni zamanda regionda ciddi humanitar problemlər meydana çıxıb. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparıb, soyqırımı siyasəti yürüdüb, milyonlarla əlcəzairlinin ölümünə səbəb olub. Təəssüflər olsun ki, Fransa Senatının üzvləri tarixdən dərs götürmək əvəzinə, bu qətnamə ilə milli-dini ədavəti qızışdırmaqla yeni münaqişə ocaqları yaratmaq istəyirlər". Deputat təklif edib ki, qətnaməni qəbul edən şəxslərin Azərbaycana girişinə qadağa qoyulsun. Eyni zamanda fransız məhsullarının ölkəmizdə satışı qadağan edilsin.
16-11-2022, 19:00
Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdi


Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdi

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq. Bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib. Fövqəladə Hallar Nazirliyinin şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər.
16-11-2022, 18:54
Polşaya düşən raketlə əlaqəmiz yoxdur - Kreml


Polşaya düşən raketlə əlaqəmiz yoxdur - Kreml

Polşa ərazisinə "raket zərbəsi" ilə bağlı insidentdə Rusiyanın heç bir günahı yoxdur. Bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib. “Rusiyanın Polşadakı insidentlə heç bir əlaqəsi yoxdur. Burada hər şeyi öz adı ilə çağırmaq lazımdır", - Peskov vurğulayıb. “Qərbin nümayəndələri baş verənlərlə bağlı real məlumat olmadan Polşaya “raket hücumu” ilə bağlı bəyanatlar veriblər. Bütün bu vəziyyət qızğın rusofobiyanın başqa bir nümunəsidir”, - Kremlin sözçüsü əlavə edib.
16-11-2022, 18:52
İdmançımız gümüş medal qazandı


İdmançımız gümüş medal qazandı

Noyabrın 15-17-si tarixlərində Türkiyənin paytaxtı Ankarada keçirilən ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb. Yarışda 16 ölkədən 72 atlet çıxış edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Körpücük üzərinə bu dəfə “Qartal” Ağır Atletika Klubunun nümayəndəsi İsa Rüstəmov və “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi Ömər Cavadov çıxıblar. Onlar 73 kq çəki dərəcəsində yarışıblar. İsa Rüstəmov 285 kq (130+155) nəticə ilə yarışda 6-cı yeri tutub. Ömər Cavadov birdən qaldırma hərəkətində 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medal qazanıb. O, təkanla qaldırma hərəkətində 155 kq-ı qaldıraraq bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yeri tutub.
16-11-2022, 18:49
Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçildi


Şuşa Tarixi Şəhərlər Liqasına üzv seçildi

Tarixi Şəhərlər Liqasının (TŞL) Cənubi Koreyanın Andonq şəhərində keçirilən 18-ci Dünya Konfransı çərçivəsində baş tutan Baş Assembleyanın iclasında Şuşa şəhərinin liqaya üzvlüyü elan edilib. Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi məlumat yayıb. Bununla bağlı TŞL-in baş katibi Shibata Shigenori çıxış edərək, Şuşanın liqaya üzv seçilməsini elan edib. Daha sonra Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək, Şuşanın tarixi və mədəni əhəmiyyəti, işğal dövründə ermənilər tərəfindən törədilən vandallıq və Şuşada aparılan abadlıq və quruculuq işləri barədə Baş Assembleyanın iştirakçılarına məlumat verib. Qeyd edək ki, TŞL dünyanın fərqli ölkələrindən 126 şəhəri özündə birləşdirən beynəlxalq bir platformadır. TŞL çərçivəsində fərqli şəhərlər tarixi-mədəni irsin qorunması, tarixi-mədəni abidələrin qorunması və üzv şəhərlərin turizm potensialının artırılması istiqamətində sıx əməkdaşlıq edirlər.
16-11-2022, 18:47
Azərbaycan əhalisinin sayı açıqlandı


Azərbaycan əhalisinin sayı açıqlandı

İlin əvvəlindən ölkə əhalisinin sayı 48408 nəfər və ya 0,5 faiz artaraq 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10204774 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
16-11-2022, 18:39
Azad edilmiş ərazilərdə bərpasına xərclənən vəsait açıqlandı


Azad edilmiş ərazilərdə bərpasına xərclənən vəsait açıqlandı

“Vətən müharibəsində tarixi qələbəmizdən dərhal sonra azad edilmiş ərazilərdə başlayan quruculuq işlərinə cari il üzrə istifadə olunmamış bəzi vəsaitlərin də bu istiqamətə sərf edilməsi ilə toplam 9 milyard manatdan artıq vəsait yönəldilib”. Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, 9 milyard 700 milyon vəsait 3 ildə azad edilmiş ərazilərin bərpası üçün xərclənib: "Azad edilmiş ərazilərin bərpa edilməsi ilə o torpaqlarda iqtisadi fəaliyyətinin canlandırılması məqsədilə bir sıra qanun layihələri də Milli Məclisə təqdim edilib. Prezidentin azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin həyata keçirilməsi ilə bağlı sərəncamının həyata keçirilməsi üçün Vergi Məcəlləsinə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və s. dəyişikliklər hazırlanıb”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!