Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
15-11-2022, 17:21
Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi


Şəhid ailələri və qazilərə daha 50 mənzil verildi

Möhtəşəm Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 50 mənzil verilib. Mənzillər Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan yaşayış kompleksində yerləşir. Mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli postmüharibə dövründə Prezident İlham Əliyevin göstərişinə əsasən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək proqramını qeyd edib. Proqram çərçivəsində Nazirlik tərəfindən şəhidlərin ailə üzvləri, müharibə iştirakçılarından ibarət artıq 119 min şəxsə sosial dəstək yönümlü 249 min xidmət göstərildiyi vurğulanıb. Bildirilib ki, sosial dəstək proqramının mühüm istiqamətlərindən biri kimi, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı da 5 dəfə genişlənib. 44 günlük Vətən müharibəsindən sonra həmin vətəndaşlara 4050-dək, ümumilikdə ötən dövrdə 13 mindən çox mənzil və fərdi ev təqdim edilib. 2022-ci il üzrə də 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, artıq 1050-si təqdim edilib. Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirləri də davam edir. Postmüharibə dövründə 300-dən çox, ümumən ötən dövrdə 7500-dən artıq avtomobil müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilib. Qeyd edək ki, bu gün yeni mənzillə təmin olunan şəxslər arasında Vətən müharibəsi şəhidləri Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədov, həmçinin şəhidlər Əli və İslam Əhmədov qardaşlarının anası Sevinc Əhmədova da var.
15-11-2022, 17:19
Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu


Boksçularımızın dünya çempionatındakı ilk rəqibləri bəlli oldu

İspaniyanın Alikante şəhərində gənc boksçular arasında keçiriləcək dünya çempionatının püşkü atılıb. Boks Federasiyasından verilən məlumata görə, bu gün start götürəcək mundialda Azərbaycan millisinin idmançılarının da ilk rəqibləri müəyyənləşib. Yarışın ilk günündə Tural Sarıyev (48 kq), Sənan Hətəmov (67 kq), Rza Rzazadə (75 kq) və Mehparə Məmmədova (48 kq) rinqə çıxacaqlar.
1/32 final mərhələsi
Sənan Hətəmov (67 kq) – Neri Kanaviri (Boliviya)
1/16 final mərhələsi
Tural Sarıyev (48 kq) – Titivat Flonqaurai ( Tayland )
Amin Məmmədzadə (51 kq) – Sing Mandenqbam (Hindistan)
Kamil Babayev (54 kq) – Riçard Erazo Çaça (Ekvador)
Mətin Məmmədov (57 kq) – Akjol Asilbek Uluu (Qırğızıstan)
Tacı Tağızadə (60 kq) – Li Makevoy (İrlandiya)/Muhammed Bursa (Türkiyə)
Daniel Xolostenko (71 kq) – Sahil Çauhan (Hindistan)
Rza Rzazadə (75 kq) – Antonio Leyva (Argentina)
Fətəli İsmayılov (80 kq) – Mixail Tsamalidis (Yunanıstan)
Rəşid Məmmədov (86 kq) – İbrahim Hamza (Misir)/Giorgi Dekanozişvili (Gürcüstan)
Mehparə Məmmədova (48 kq) – Lyuba Atanasova (Bolqarıstan)
Aysu Dərvişova (57 kq) – Quadalupe Peres (ABŞ)
1/8 final mərhələsi
Səbuhi Əlizadə (+92 kq) – Aleksandr Zelenski (Ukrayna)
Dünya çempionatında 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçu mübarizə aparacaq. Mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.
15-11-2022, 17:15
Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi


Rusiya əleyhinə qətnamə: Türkiyə dəstəklədi, Azərbaycan səs vermədi

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının ötən gün baş tutan sessiyasında Rusiyanın Ukraynaya müharibə təzminatı ödəməsini tələb edən qətnamə qəbul edilib. Qətnamə Rusiyanın Ukraynaya qarşı “səhv hərəkətləri” nəticəsində dəyən “zərərin, itkilərin və ya zədələrin ödənilməsi üçün beynəlxalq mexanizm”in yaradılmasının zəruriliyini özündə əks etdirib. Qətnamə 14-ü əleyhinə olmaqla 93 səslə qəbul olunub, 73 ölkə isə bitərəf qalıb. Qətnamədə, həmçinin Rusiya Federasiyasına Ukraynada hərbi əməliyyatları dayandırmaq və qoşunlarını bu ölkədən çıxarmaq üçün növbəti çağırış yer alıb. Sözügedən sənədin əleyhinə Rusiya, Belarus, Zimbabve, İran, Çin, Şimali Koreya, Kuba, Mali, Nikaraqua, Suriya, Baham adaları Birliyi, Mərkəzi Afrika Respublikası, Eritreya və Efiopiya səs verib. Postsovet məkanı ölkələrindən Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan səsvermədə bitərəf qalıb. Qətnaməni Gürcüstan, Latviya, Litva, Moldova, Ukrayna və Estoniya dəstəkləyib. Azərbaycan və Türkmənistan isə səsvermədə iştirak etməyib. Digər dövlətlərə gəlincə, Macarıstan və Türkiyə də Rusiya əleyhinə qətnaməni dəstəkləyiblər. İndoneziya, Səudiyyə Ərəbistanı və Serbiya isə bitərəf qalıb. Qeyd edək ki, hazırda BMT-yə üzv olan ölkələrin sayı 193-dür.

15-11-2022, 17:11
İrana getmək istəyən azərbaycanlılara xəbərdarlıq


İrana getmək istəyən azərbaycanlılara xəbərdarlıq

İran-Azərbaycan münasibətlərinin hazırkı gərgin vəziyyətində Azərbaycan vətəndaşlarının qonşu ölkəyə səfərlərinin ara verilməsinə ehtiyac var. Quru sərhəd bağlıdır, ancaq Bakı-Tehran təyyarə reysləri mövcuddur. İranda istənilən vətəndaşımızı qondarma ittihamla həbs edə bilərlər. Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, vətəndaşlarımızı Azərbaycan-İran münasibətlərinin gərginləşməsi ilə əlaqədar bu ölkəyə səfər etməməyə çağırıb. "Təsadüfi deyil ki, İran Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycan səfiri Əli Əlizadəyə “bir sıra Azərbaycan vətəndaşlarının ölkədə törətdiyi cinayət əməlləri ilə bağlı” etiraz notası təqdim edilib. Tehran rejimi İranı bürüyən mitinq və küçə yürüşlərində “xarici iz” axtarır. Bu məqsədlə İranda müxtəlif ölkələrin vətəndaşları həbs olunur. Misal üçün Fransanın üst-üstə 7 vətəndaşını qısa fasilələrlə həbs ediblər. Bunu həm də diqqətin İran daxilindəki durumdan yayındırmaq üçün edirlər. Odur ki, hazırki şərtlər daxilində İrana səfər təhlükəlidir", - deyə Elxan Şahinoğlu İrana səfərə hazırlaşanlara səslənib.
15-11-2022, 17:09
Paşinyan Blinkenlə Qarabağdan danışdı


Paşinyan Blinkenlə Qarabağdan danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb. Hökumətin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanmasına dair fikir mübadiləsi ediblər. Dövlət katibi Blinken ABŞ-ın Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasına və Dağlıq Qarabağ probleminin həllinə yardım etməyə hazır olduğunu bildirib. Paşinyan ABŞ-ın səylərini və Blinkenin şəxsi iştirakını yüksək qiymətləndirib. Tərəflər regionda təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi istiqamətində atılacaq addımların müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.
15-11-2022, 16:13
Zelenski bütün əsirləri dəyişməyi təklif etdi


Zelenski bütün əsirləri dəyişməyi təklif etdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyadan bütün ukraynalı məhbusları azadlığa buraxmağı tələb edib. “France Presse” xəbər verir ki, Zelenski belə bir bəyanatla G20 sammiti ilə bağlı videomüraciətində çıxış edib. O, əsirlərin “hamının hamıya” prinsipi ilə mübadiləsini təklif edib. Bundan əvvəl Ukrayna lideri bir sıra şərtlər irəli sürmüşdü. Zelenskinin yeni tələbləri Zaporojye AES-də “radiasiya təhlükəsizliyinin” bərpası, Rusiyanın enerji resurslarına qiymət məhdudiyyətinin tətbiqi və taxıl müqaviləsinin genişləndirilməsi olub.
15-11-2022, 16:10
İranda 4 nəfər edam olundu


İranda 4 nəfər edam olundu

İranın Sistan və Bəlucistan əyalətinin mərkəzi Zahidandakı həbsxanada bəlucəsilli yerli sakinlər İmambəxş Narui, Möhsün Anşini, Vəli Rudini və adı hələ açıqlanmayan daha bir nəfər isə Şiraz şəhərinin Adilabad zindanında edam ediliblər. Bu barədə İran İnsan Hüquqları Təşkilatı məlumat yayıb. Bildirilib ki, onlar narkotik maddələrin qanunsuz dövrüyəsində ittiham edilərək edam olunublar. İranda məhkəmələrin fəaliyyətində şəffaflıq təmin olunmadığı üçün ictimaiyyət edam qərarlarının ədalətliliyinə şübhə ilə yanaşır. Qeyd edək ki, İran İnsan Haqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.
15-11-2022, 16:08
Zelenski G20 sammitində bu şərtləri irəli sürdü


Zelenski G20 sammitində bu şərtləri irəli sürdü

Ukraynanın yeni və effektiv təhlükəsizlik zəmanətlərinə ehtiyacı var, Minsk razılaşmalarına qayıtmaq mümkün deyil. Bunu Ukrayna prezidenti Vladimir Zelenski G20 sammitində videobağlantı vasitəsilə çıxışı zamanı deyib. Ukrayna liderinin çıxışından sitatlar yayan “Reuters”in məlumatına görə, Zelenski bir sıra şərtlər irəli sürüb ki, onların yerinə yetirilməsi münaqişəyə “ədalətli, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında” son qoymalıdır. Zelenski Zaporojye AES-ə münasibətdə “radiasiya təhlükəsizliyinin” bərpasına, Rusiyanın enerji resurslarına qiymət məhdudiyyətlərinin tətbiqinə və taxıl ixracı təşəbbüsünün genişləndirilməsinə çağırıb.
15-11-2022, 16:06
Cibgir qardaşlar "iş başında" yaxalanıb


Cibgir qardaşlar "iş başında" yaxalanıb

Paytaxt rayonlarında polis əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyatlar nəticəsində ictimai nəqliyyatda-avtobuslarda cibgirliklə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyindən (DİN) verilən xəbərə görə, tədbirlərlə əvvəllər dəfələrlə məhkum olunmuş Elnur, Faiq və Ruslan Süleymanov qardaşları tutularaq istintaqa təqdim ediliblər. Araşdırmalarla bu şəxslərin paytaxtın bir neçə rayonlarında müxtəlif marşrutlar üzrə hərəkət edən avtobuslarda sərnişinlərin ümumilikdə 6000 manatdan artıq pul, mobil telefon və qiymətli zinət əşyalarını talamaları müəyyən edilib. Qeyd edək ki, saxlanılan şəxslərin avtobuslarda törətdiyi hadisələrin bir neçəsi, həmçinin, cibgirlik edəndən sonra həmin məkanlardan yayınmaları müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Saxlanılan şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə, Bakı Şəhər Baş Polis İdarəsinə və "102" Xidməti Zəng Mərkəzinə məlumat verə bilərlər. Aşkar edilmiş faktlarla bağlı araşdırmalar davam etdirilir.



14-11-2022, 21:20
Müvəkkil Hüquq Mərkəzi Siyəzəndə növbəti görüş keçirib

Müvəkkil Hüquq Mərkəzi Siyəzəndə növbəti görüş keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkılatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Müvəkkil Hüquq Mərkəzi "Şəhid ailələri və qazilərin hüquqlarının müdafiəsi" adlı tədbir çərçivəsində Siyəzən rayonun Mədəniyyət Mərkəzində növbəti tədbirini keçirib.
Təşkilatın rəhbəri, hüquqşunas Səməd Vəkilovun Ordum.az-a verdiyi məlumata görə, şəhid ailələrinin, müharibə iştirakçılarının və müharibə əlillərinin hüquqlarının təmin olunması dövlət siaysətinin əsas prioritetlərindəndir. Agentliyin maliyyələşdirdiyi bu layihədə dövlət siyasətinin tərkib hissəsidir. Layihənin məqsədinin şəhid ailələri, müharibə əlillərinin və veteranlarının hüquqlarının müdafiəsinin təşkilinə hüquqi dəstək göstərmək və bu istiqamətdə maarifləndirmə işinin təşkili olması olduğu vurğulandı.

Tədbirdə şəhid adlarının əbədləşdirilməsi ilə bağlı qanunvericilik bazası hormativ hüquqi aktlar mövzularda müzakirələr aparıldı. Təşkilatın sədri Səməd Vəkilov şəhid ailəsi statusu, onlara verilən təminatlar, şəhid ailələrinin mənzillə təmin edilməsi qaydaları barədə məlumat verildi. Təşkilatın sədr müavini Qarabağ müharibəsi iştirakçısı Mobil Vəkiloğlu müharibə iştirakçılarının mənzil təminatı ilə bağlı qanunvericiliyinin normaları barədə məlumat verdi.
Siyəzən rayon sakini Sübhan Məmmədov şəhid və qazi ailələrinin problemlərindən danışaraq yerli məmurların bu siferadan olan şəxslərə qarşı diqqətinin dahada artırılmasını vurğuladı. Görüşdə Siyaəzən rayon İcra Hakimiyyətinin əməkdaşı Elvin Nəzərovda iştirak edib. Sonada tədbir iştirakçılarının sualları cavablandırıldı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!