Bakıda obyekt yanır .....                        Pensiya və maaş artımı neçə nəfəri əhatə edəcək? .....                        Prezident “AzerGold”la bağlı sərəncam imzaladı .....                        Elçin Quliyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşüb - FOTO .....                        Pezeşkian Rusiya Baş nazirinin müavinini qəbul edib .....                        Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                       
14-11-2022, 20:39
İstanbulu qana bulayan terrorçudan şok etiraflar


İstanbulu qana bulayan terrorçudan şok etiraflar

Ötən gün Türkiyənin İstanbul şəhərində törədilmiş terror aktının yeni detalları üzə çıxıb. Hadisəni törətməkdə şübhəli bilinən Suriya əsilli Əhlam Əlbəşirin ilkin dindirilməsi zamanı qanlı olayın təfərrüatları məlum olub. O, polisə ifadəsində PKK və bu terror təşkilatının Suriya qolu olan PYD/YPG tərəfindən xüsusi kəşfiyyatçı kimi yetişdirildiyini və təxribatlar törətmək üçün Türkiyəyə göndərildiyini bildirib. Şübəli qadın terror təşkilatının Kobanidəki qərargahından İstanbulda terror aktı törətmək barədə təlimat aldığını etiraf edib. Araşdırma zamanı bəlli olub ki, Əhlam Əlbəşir İstiqlal küçəsinə özü ilə bomba gətirməyib. O, ərazidə olan digər bir şəxsdən partlayıcı maddəni aldığını, təxminən 40 dəqiqə gözləyib və tez-tez kiminləsə telefonla danışıb. Nəhayət, paketi olduğu yerdə qoyaraq, hadisə yerindən uzaqlaşıb. Əhlam Əlbəşirin təxminən 4 ay əvvəl başqa bir terrorçu ilə birlikdə "ər-arvad" kimi İstanbula gəldiyi müəyyən edilib. Onlar terror hadisəsini törədənə qədər tekstil firmasında çalışıblar. Plana əsasən, terrorçu qadın hadisədən sonra Türkiyədən Yunanıstana qaçmalı idi. Kəşfiyyat məlumatına əsasən, Əhlam Əlbəşir Yunanıstana keçsəydi, terrorçu qrup üzvləri izi itirmək üçün onu öldürüməyi planlaşdırırmış. Lakin caninin İstanbul hüquq mühafizə orqanları tərəfindən ələ keçirilməsi planı alt-üst edib. Qeyd edək ki, ötən gün İstanbulun İstiqlal küçəsində baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir. Hadisəni törətməkdə ittiham olunan Suriya əsilli Əhlam Əlbəşir gizləndiyi evdə saxlanılaraq istintaqa cəlb olunub. Türkiyə rəsmiləri İstanbul terrorunun ABŞ-ın sifarişi ilə həyata keçirildiyini bildiriblər. Hazırda bununla bağlı ciddi araşdırmalar davam etdirilir.




14-11-2022, 20:36
Sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir - Qriqoryan


Sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir - Qriqoryan

"Ermənistan tərəfi Azərbaycanın təqdim etdiyi beş prinsip və onların genişləndirilmiş variantı üzərində işləyib". Bunu Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan "CivilNet" nəşrinə müsahibəsində deyib. O qeyd edib ki, bu prinsiplər əsasında noyabrın 7-də Vaşinqtonda iki ölkənin xarici işlər nazirlərinin görüşü keçirilib. "Bu mətn Ermənistanla Azərbaycan arasında mövcud problemləri hərtərəfli həll etməyə qadir olan çərçivə sazişi formasındadır. Hesab edirəm ki, sülh prosesinin çərçivəsi getdikcə daha dəqiqləşir", - deyə Qriqoryan bildirib.
14-11-2022, 20:34
Rusiya ordusunu zəif hesab etmək olmaz - NATO rəhbəri


Rusiya ordusunu zəif hesab etmək olmaz - NATO rəhbəri

“Rusiya ordusunun Xersondan geri çəkilməsi Ukrayna hərbçilərinin inanılmaz cəsarətini, həmçinin bizim davam edən dəstəyimizin döyüş meydanında fərq yaratdığını göstərir”. Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. O, qeyd edib ki, Rusiya ordusunu zəif hesab etməklə səhvə yol vermək olmaz. "Biz eyni zamanda, Rusiya qüvvələrini zəif hesab edərək səhv etməməliyik. Rusiya Silahlı Qüvvələri döyüş imkanlarını özündə saxlayır və şəxsi heyəti çoxsaylıdır. Rusiya artıq əhəmiyyətli itkilər verməyə hazır olduğunu nümayiş etdirib. Biz həm də onların Ukraynada törətdikləri ifrat vəhşiliyi görmüşük", - deyə Baş katib bildirib. NATO rəhbərinin sözlərinə görə, qarşıdan gələn aylar çətin olacaq: "Putinin məqsədi Ukraynanı soyuqda saxlamaq, qaranlığa qərq etməkdir. Ona görə də biz yardımımızı davam etdirməli, bu xətdə qalmalıyıq".
14-11-2022, 20:31
İrana səfər etməyin! - Xəbərdarlıq


İrana səfər etməyin! - Xəbərdarlıq

İsveçrə Xarici İşlər Nazirliyi bu ölkənin vətəndaşlarına İrana səfər etməmələri ilə bağlı xəbərdarlıq edib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. XİN-in yaydığı bəyanatda İsveçrə vətəndaşlarından xalq etirazlarının davam etməsi, İran təhlükəsizlik qüvvələrinin həqiqi güllələrdən istifadə etməsi, habelə əcnəbilərin özbaşına həbsi və ədalətsiz məhkəmələrin keçirilməsi səbəbindən İrana səfər etməmələri istənilib. Qeyd edək ki, İsveçrə hökuməti bu yaxınlarda Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün dronlar göndərdiyinə görə İrana sanksiya tətbiq etmək qərarını açıqlayıb.
14-11-2022, 20:29
İranın xarici işlər nazirindən Türkiyədəki terrora reaksiya


İranın xarici işlər nazirindən Türkiyədəki terrora reaksiya

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İstanbulda törədilən terror aktını pisləyib. İranlı nazir özünün Twitter səhifəsində Türkiyə xalqı və hökumətini dost adlandıraraq, başsağlığı verib. “Biz İstanbulda törədilən terror aktını və günahsız insanlara hücumu qətiyyətlə pisləyirik”, - deyə Hüseyn Əmir Abdullahian bildirib. Onun sözlərinə görə, dünyanın istənilən yerində terror qınaq obyekti sayılır. Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani də ölkəsinin və Türkiyə xalqının təhlükəsizliyinə qarşı yönəlmiş istənilən terror aktını pisləyib.
14-11-2022, 20:26
Milli Məclisdə yeni şöbə yaradıldı


Milli Məclisdə yeni şöbə yaradıldı

Milli Məclisdə yeni şöbə yaradılıb. Milli Məclisin Aparatında yeni - Vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi yaradılıb. Yeni şöbənin müdiri vəzifəsinə isə Emil Eldar oğlu Tağıyev təyin edilib. Qeyd edək ki, o, bundan öncə Milli Məclisin Komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

14-11-2022, 20:24
Türkiyədə Rusiya ilə ABŞ arasında gizli danışıqlar aparılır


Türkiyədə Rusiya ilə ABŞ arasında gizli danışıqlar aparılır

Noyabrın 14-də Türkiyənin paytaxtı Ankarada Rusiya və ABŞ nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Bu barədə “Kommersant” məlumat yayıb. Bildirilir ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin rəhbərlik edib. Danışıqların təfərrüatları və məqsədi hələlik məlum deyil. Qeyd olunub ki, əvvəllər belə bir görüşün keçirilməsi barədə ictimaiyyətə məlumat verilmirdi. Hələ noyabrın əvvəlində ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Edrienn Uotson demişdi ki, ABŞ Rusiya ilə sırf “Rusiya-Amerika münasibətləri”nə dair birbaşa danışıqlar aparır, bu müzakirələrdə Ukraynadakı münaqişə mövzusu gündəmə gətirilmir. “Bu danışıqların yeganə məqsədi ABŞ və Rusiya arasında risklərin azaldılmasını müzakirə etməkdir”, - o söyləmişdi. Bəzi digər məlumatlara görə, Rusiya ilə ABŞ arasında Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Müqaviləsinə əsasən, təmasların davam etdirilir.
14-11-2022, 20:21
Rəşad Dağlını müdafiə edənlər yeni cinayətlərə yol açır


Rəşad Dağlını müdafiə edənlər yeni cinayətlərə yol açır

“Bir qrup insan var ki, onların yaxşı və ya pis hərəkətləri müzakirə mövzusuna çevrilir. Azərbaycan cəmiyyətində də müəyyən şəxslər üçün meyxanaçı Rəşad Dağlı kumir idi. Son hadisədən sonra həmin şəxslərin sayı daha da artıb. Rəşad Dağlının törətdiyi ən ağır qətlə belə fərqli yanaşırlar. Ancaq qəbul etmək lazımdır ki, o, qətl törədib və bunun başqa adı yoxdur”. Bu fikirləri açıqlamasında Daxişi İşlər Nazirliyi (DİN) yanında İctimai Şuranın sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi amansız cinayət əməlindən söz açan hüqüqşünas kimliyindən asılı olmayaraq, hamının qanun qarşısında bərabər olduğunu vurğulayıb. O, bildirib ki, cəmiyyətdə hər zaman nümunəvi fikirlər səsləndirənlər öz hərəkətlərini daha çox ölçüb biçməlidir. Cinayət törətmiş şəxsin insanlar tərəfindən qəhrəman kimi təqdim olunmasına gəlincə, Ə.Nuriyev bu halın digərləri üçün yaxşı nümunə olmadığını söyləyib: “Təəssüf ki, qatili qalib kimi göstərirlər. Rəşad Dağlı özü də törətdiyi əməldən peşmançılıq duyacaq. Öldürdüyü şəxs Rəşad Dağlını həyatı boyu “izləyəcək”, yuxularına girəcək. O da ehtimaldır ki, zərərçəkmişin təhriki ilə bu hadisə baş verib. İstintaq orqanları bunu araşdıracaq. Kriminologiyada bir termin var, ona əsasən bildirilir ki, şəxsiyyət əleyhinə olan cinayət işlərində zərərçəkmişin davranışı onu qurbana çevirir. Cinayət əməlində vurulan zərbələrin sayı fərqli qənaətə gətirib çıxarır. Hadisəyə təəssüf etmək mümkündür, amma qətl törətmiş insanı yüksəyə qaldırmaq nə əxlaqla bağlı məsələdir, nə də humanizmdir”. Hüquqşünas onu da qeyd edib ki, hazırda hadisənin hansı şəraitdə baş verməsi haqqında dəqiq məlumat yoxdur. Onun sözlərinə görə, cinayətin tam detalları istintaq orqanı tərəfindən aparılan araşdırmadan sonra bəlli olacaq. “Biz sadəcə nəticəni görürük. Davranışları qiymətləndirə bilərik, amma çox sorğulamağa ehtiyac yoxdur. Bu məsələdə doğru qiyməti istintaq orqanları, məhkəmə verəcək. Ümumiyyətlə, qətl baş veribsə, qəhrəman yaratmaq doğru deyil. Qətl törədən şəxs kütləvi şəkildə dəstəklənərsə, bu cəmiyyətdəki növbəti cinayət əməllərinə gətirib çıxara bilər. Rəşad Dağlının törətdiyi cinayətin cəmiyyətdə, mediada bu qədər müzakirə olunmasını məqbul hesab etmirəm”, - deyə Ə.Nuriyev vurğulayıb.



Xatırladaq ki, noyabrın 9-da məşhur meyxanaçı Rəşad Dağlının qonşusuna 14 bıçaq zərbəsi vuraraq öldürməsi gündəmin əsas müzakirə mövzusuna çevirilib. İlkin olaraq R.Dağlının 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi narkotik satdığına görə öldürdüyü deyilsə də, sonradan hadisənin əsas motivləri üzə çıxıb. Məlum olub ki, İ.Mehtiyev R.Dağlını barəsində rüsvayedici məlumatlar yaymaqla şantaj edirmiş. Məsələ ətrafında qızğın müzakirələr açılan sosial şəbəkələrdə əksəriyyət qətlə bəraət qazandıraraq, R.Dağlıya azadlıq tələb edib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə R.Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

14-11-2022, 20:17
Litva Kiyevə hərbi texnika və sursat göndərdi


Litva Kiyevə hərbi texnika və sursat göndərdi

Litva Ukraynaya növbəti yardım çərçivəsində zirehli hərbi maşınlar və sursat göndərib. Bu barədə Litvanın müdafiə naziri Arvidas Anaşauskas “Twitter“ səhifəsində yazıb. “Litvanın Ukraynaya göndərdiyi əlavə hərbi dəstək ünvanına çatıb. 12 ədəd M113 hərbi maşını göndərilib. Onların 10 ədədi 120 mm-lik özüyeriyən minaatan və 2 ədədi atəşi idarəetmə sistemidir” ,- nazir qeyd edib. O, həmçinin əlavə edib ki, Ukraynaya texnika ilə yanaşı, xeyli sayda sursat da göndərilib. Xatırladaq ki, Litva bundan öncə də Ukraynaya müxtəlif məqsədlər üçün nəzərdə tutulmuş M113 hərbi maşını yola salıb. Hazırda göndərilən M113 zirehli texnikasının ümumi sayı 62-dir.
14-11-2022, 20:15
Gəncədə "Mercedes" evə çırpıldı


Gəncədə "Mercedes" evə çırpıldı

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Əziz Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq hasara, daha sonra evə çırpılıb. Qəza zamanı sürücü yüngül xəsarət alıb, lakin avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!