29-11-2022, 15:50
Oğlu dünyaya gələn şəhidin arzusu yerinə yetirildi2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar zamanı şəhid olan Vadim Qocayevin övladı dünyaya gəlib. Bu münasibətlə Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasında şəhidin həyat yoldaşı və körpə ziyarət edilib. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova körpənin dünyaya gəlməsi münasibətilə rayon rəhbərliyi adından ailə üzvlərinə təbriklərini çatdırıb, şəhid ailələri və qazilərin qayğılarının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Rayon icra hakimiyyətindən verilən məlumata görə, şəhid Vadim Qocayevin anası və xanımı onlara göstərilən xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər və dünyaya gələn oğul övladına atasının arzusuna əsasən Zeyd adı qoyulduğunu söyləyiblər. Ana və uşaq hazırda özlərini yaxşı hiss edirlər. Vadimin ailəsində oğlundan başqa bir qız övladı da böyüyür. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə gizir Vadim Qocayev Vətən müharibəsi zamanı "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə, 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatların qarşısını alarkən göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
29-11-2022, 15:48
İsrail və ABŞ İran əleyhinə hərbi təlimlərə başlayır
İsrail və ABŞ-ın Hərbi Hava Qüvvələri birgə hərbi təlimlərə başlayacaq. Bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəhbəri Aviçay Adrae sosial şəbəkə hesabında məlumat paylaşıb. İsrail mətbuatında hərbi təlimlər zamanı İranın nüvə proqramı əleyhinə manevrlərin test edilməsinin nəzərdə tutulması barədə xəbərlər yer alıb. Təlimlərdə həm qırıcı, həm də təminat-təchizat təyyarələrinin iştirak edəcəyi qeyd olunub. A.Adrae, həmçinin əlavə edib ki, regionda yaranan təhdidlərə qarşı fərqli ssenarilərlə bağlı hazırlıq işləri görüləcək. Məlumatda ssenarilərlə bağlı detallar açıqlanmayıb.
29-11-2022, 15:46
İran Uels üzərində qələbəyə görə 715 məhkumu əfv etdiİran rəhbərliyi Qətərdə keçirilən futbol üzrə dünya çempionatında milli komandanın Uels yığması üzərində qələbəsindən sonra 715 məhkumu azad edib. İranın məhkəmə sisteminin rəhbəri Qulam Hüseyn Mohseni-Ecei bununla bağlı qərar imzalayıb. O, iranlı futbolçuların qələbəsini yüksək qiymətləndirərək, bunun İran xalqına sevinc və xoşbəxtlik bəxş etdiyini qeyd edib.
29-11-2022, 15:44
Bu il 470 min ev internetlə təmin olunub2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi fiber-optik rabitə ilə təmin olunacaq. Bunu bu gün jurnalistlərə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, ölkənin bütün şəhər və kəndləri, o cümlədən ən ucqar kəndlər genişzolaqlı internetlə təmin olunacaq. "2022-ci il ərzində Azərbaycanda 470 min ev təsərrüfatı internetlə təmin olunub", - nazir əlavə edib.
29-11-2022, 15:42
Bir gün dərsə gəlməmək 10 manatdır - Direktorun səs yazısıAzərbaycanda daha bir məktəb direktorunun səs yazısı yayılıb. Sosial şəbəkələrdə yayılan iddialara görə, Ağsunun Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyev məktəbin İsmayıl adlı məllimindən bir gün dərsə gəlmədiyi üçün 10 manat tələb edib. Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov Lent.az-a açıqlamasında bildirib ki, hazırda faktla bağlı araşdırma aparılır:"Ötən gün yoldaşı həmin məktəbin müəllimi olan bir xanım tərəfindən bu video bizə göndərildi. Biz hazırda bununla bağlı araşdırmaya başlamışıq. Nəticə barədə məlumat veriləcək".
29-11-2022, 15:40
Əlilliyə görə pensiya yeni qayda ilə ödəniləcəkƏlilliyə görə pensiyanın ödənilməsi ilə bağlı yeni layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub. Bunu Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat" verilişində deyib. Qurum rəsmisi qeyd edib ki, layihəyə əsasən həmin şəxslərə təyin olunan pensiyanın məbləğinin əmək qabiliyyətinin itirilmə faizinə uyğun ödənilməsi mexanizmi müəyyən ediləcək. "Əlilliyin müəyyən edilməsi meyarlarında da dəyişiklik edilib. Artıq əlillik dərəcələrlə deyil əmək qabiliyətinin itirilmə faizi ilə müəyyən ediləcək", - deyə o əlavə edib.
29-11-2022, 15:38
Tokayevlə Makronun görüşü keçirilibQazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Fransa prezidenti Emmanuel Makron arasında görüş keçirilib. Görüş Tokayevin Fransa paytaxtı Parisə rəsmi səfəri çərçivəsində baş tutub. Rəsmi qarşılama mərasimindən sonra liderlərin ikitərəfli görüşü başlayıb. Yelisey sarayında keçirilən görüşdə iqtisadi-ticari, investisiya və humanitar sahələrdə strateji tərəfdaşlığın inkişaf perspektivlərinin müzakirə edildiyi bildirilib.
29-11-2022, 15:37
Qeyri-sabit hava şəraiti sabah da davam edəcəkNoyabrın 30-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 9°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-14° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacaq.
29-11-2022, 15:35
Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradırÖtən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub. Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib. Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildirilib ki, bu barədə müzakirələr davam etdirilir. Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.
29-11-2022, 15:33
Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildiMilli Məclisdə “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub. Bu qanun layihəsinə görə, hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır. Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar. Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək. İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar. Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.