20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
27-11-2022, 20:20
Daha 13 terrorçu zərərsizləşdirildi


Daha 13 terrorçu zərərsizləşdirildi

"Pəncəli şəhidlərimizin qanı yerdə qalmadı, 13 terrorçu zərərsizləşdirildi. Xain hücumun cavabı verildi. Zərərsizləşdirilən terrorçular arasında hücumu həyata keçirən xainlər də var". Bunu Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar deyib. Nazir Akar əməliyyat başlayandan bu yana 480 terrorçunun zərərsizləşdirildiyini bildirib. Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı Admiral Ərcümənt Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan ilə birlikdə İraq sərhədindəki qoşunlarda apardığı araşdırma və yoxlamaları davam etdirib. Bu çərçivədə 3-cü Piyada Diviziya Komandanlığına gələn Akar, onu müşayiət edən TSK komandanlığı ilə Əməliyyat Mərkəzinə keçib. İraqın şimalında terror hədəflərinə qarşı davam edən "Pəncəli Kilid" əməliyyatına qatılan birliklərin komandirləri ilə video konfrans keçirən Akar, çətin və ərazi şərtlərinə baxmayaraq əməliyyatın planlaşdırıldığı kimi uğurla davam etdiyini bildirib.
27-11-2022, 20:19
"Neftçi" "Səbail"ə qalib gəldi


"Neftçi" "Səbail"ə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XV tura start verilib. Günün yeganə matçında "Neftçi" "Səbail"i qəbul edib. Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə bitib. Meydan sahiblərinin qollarını 27, 51 və 77-ci (hər ikisi penalti) dəqiqələrdə kapitan Emin Mahmudov vurub. "Dənizçilər"də Rafael Məhərrəmli 63-cü dəqiqədə fərqlənib. Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Səbail" 10 xalla yeddinci sıradadır. Qeyd edək ki, XV turun "Şamaxı" - "Kəpəz" və "Qarabağ" - "Zirə" oyunları noyabrın 28-də, "Turan Tovuz" - "Sabah", "Sumqayıt" - "Qəbələ" görüşləri isə noyabrın 29-da olacaq.
27-11-2022, 20:17
Rusiya qalib gələ bilməz - Şolts


Rusiya qalib gələ bilməz - Şolts

Almaniya kansleri Olaf Şolts əmindir ki, bütün Qərb dövlətləri tərəfindən dəstəklənən Ukraynaya qarşı müharibədə Rusiya qalib gələ bilməz. Kansler bunu Brandenburq ştatının Kottbus şəhərində keçirilən konfransda deyib: "Almaniya və digər tərəfdaş ölkələrin Ukraynaya dəstəyini nəzərə alsaq, getdikcə daha aydın olur ki, Rusiya bu müharibədə nəinki qalib gəlməməli, hətta qalib gəlməyəcək".
27-11-2022, 20:15
Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu


Mövqelərimiz 4 istiqamətdə atəşə tutuldu

Noyabrın 27-si saat 15:45-dən saat 16:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, bundan başqa, noyabrın 27-si saat 11:30-dan 16:20-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam, Xocavənd və Tərtər rayonları istiqamətlərində yerləşən mövqeləri də yenidən atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
27-11-2022, 20:13
Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var - Peskov


Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var - Peskov

Suriya ilə bağlı Rusiya və Türkiyə hakimiyyətləri arasında fikir ayrılıqları var. Bunu noyabrın 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir. “Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Bu səviyyəli qarşılıqlı anlaşma və qarşılıqlı hörmət həqiqətən belə çətin vəziyyətlərin müzakirəsi üçün yaxşı əsasdır”.
27-11-2022, 20:11
Lukaşenkodan Ukrayna açıqlaması: İmkan vermirlər...


Lukaşenkodan Ukrayna açıqlaması: İmkan vermirlər...

ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib: “Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”.
27-11-2022, 20:09
Kosta Rika Yaponiyanı məğlub etdi


Kosta Rika Yaponiyanı məğlub etdi

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər. Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub. Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır. Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
27-11-2022, 20:08
DİN-dən sürücülərə xəbərdarlıq


DİN-dən sürücülərə xəbərdarlıq

Daxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. DİN-dən verilən məlumata görə, müraciətdə deyilir: "Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".
27-11-2022, 20:06
Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."


Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."

Fransa prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında rolundan danışıb. Fransa prezidenti bildirib ki, Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Anlaşmasının 120 gün uzadılması da çox ehtiyacı olan ölkələrə kömək etmək üçündür: "Bu təşəbbüs davam etdirilməlidir". “Twitter”də paylaşdığı videoda sovet rejiminin 1932-1933-cü illərdə Ukraynada milyonlarla insanı aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunan E.Makron deyib ki, fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi dünyanı qida böhranı təhlükəsi ilə qarşı-qarşıya qoyub: "Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir. Avropa İttifaqı həmrəylik dəhlizləri ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl alınıb. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün Türkiyənin vasitəçiliyi sayəsində 120 günlük uzadılması da ən çox ehtiyacı olan ölkələrə kömək etmək məqsədi daşıyır. Fikrimcə, bu təşəbbüs davam etdirilməlidir. Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransa 14 milyon dollar verib. BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən Ukrayna taxılının Yəmən və Sudana sövqiyyatı və paylanması üçün Fransa 6 milyon avroluq əlavə yardım da edib”.
27-11-2022, 20:03
Ərdoğandan taxıl açıqlaması: Bu ölkələrə göndəriləcək


Ərdoğandan taxıl açıqlaması: Bu ölkələrə göndəriləcək

“Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda şükürlər olsun ki, biz içimiz rahat şəkildə qışı qarşılayırıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya rayon təşkilatının geniştərkibli toplantısında deyib. Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran qardaş ölkənin dövlət başçısı əminliklə bildirib ki, “1915 Çanaqqala” körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul kanalı layihəsi də həyata vəsiqə qazanacaq. Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gerçəkləşən “taxıl dəhlizi”nin fəaliyyətindən bəhs edən prezident Ərdoğan deyib ki, indi də buğdanı alıb, üyüdüb kasıb ölkələrə göndərəcəklər: "Hasil etdiyimiz unu kasıb ölkələrə göndərmək üçün hazırlıq mərhələsindəyik". Ərdoğanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Türkiyənin milli pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın kütləvi istehsalına başlanacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!