ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                       
27-11-2022, 01:04
Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır


Ukraynaya verilən artilleriyanın üçdə biri yararsızdır

İndiyədək Ukraynaya təhvil verilmiş Qərb istehsalı artilleriya qurğuları köhnə olduğu üçün döyüşlərdə istifadə edilməyib. Bu barədə "New York Times" nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, 350 artilleriya sistemindən təxminən üçdə biri sıradan çıxıb. ABŞ Polşada bu sistemlərin təmiri üçün mərkəz yaradıb. Qəzet yazır ki, Ukrayna təmir bazalarının döyüş meydanına yaxın ərazilərdə yerləşdirilməsini istəyir.
27-11-2022, 01:03
Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...


Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Norveç hökuməti enerji təchizatını dəstəkləmək üçün Ukraynaya 2 milyard Norveç kronu (təxminən 195 milyon dollar) məbləğində yardım ayırmaq qərarına gəlib. Bu barədə Norveç hökumətinin yaydığı rəsmi açıqlamada deyilir. Norveçin maliyyə naziri Trygve Slagsvoll Vedum Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ukraynaya qaz almaq üçün maliyyə yardımı veriləcək.
27-11-2022, 01:00
Fransa Danimarkaya qalib gəldi


Fransa Danimarkaya qalib gəldi

Fransa-Danimarka görüşü başa çatıb. Qarşılaşma Fransa millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, Fransa millisinin üzvü Mbappe 61-ci dəqiqədə adını qol siyahısına yazdırıb. Cəmi 7 dəqiqə sonra Danimarka komandası hesabı bərabərləşdirib. Gərgin keçən matçın 87-ci dəqiqəsində Mbappe özünün və komandasının ikinci qolunu vurub.
Fransa - Danimarka - 2:1 (İkinci hissə)
Qollar: Mbappe, 61 (1:0), Kristensen, 68 (1:1), Mbappe, 86 (2:1)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Stadium 974"
27-11-2022, 00:48
Tokayevin andiçməsi günü Astanada internet kəsildi


Tokayevin andiçməsi günü Astanada internet kəsildi

Bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində internetə girişdə problem yaranıb. Bu barədə Qazaxıstanın "Vlast" portalı məlumat yayıb. Dövlət qurumu internetdə yaranan fasilələri avadanlıqların nasazlığı ilə izah edib. "Nasazlıq sistemlərin işinə təsir etməyib, lakin Astana və Akmola vilayətində internetin işində nasazlıqlar olub", - deyə rəsmi açıqlamada bildirilir. Qeyd edək ki, bu gün Astanada Qazaxıstan prezidenti seçilmiş Kasım Jomart Tokayevin andiçmə mərasimi keçirilib. O, noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Tokayev 81,31% səs toplayıb.
27-11-2022, 00:44
Türkiyənin 2 hərbçisi şəhid oldu


Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyə ordusu şəhid verib. Bu barədə qardaş ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində terrorçuların açdığı atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub, 3 hərbi qulluqçu isə yaralanıb.
27-11-2022, 00:40
6 milyon ukraynalı işıqsız qaldı


6 milyon ukraynalı işıqsız qaldı

Ukrayna ərazisində 6 milyondan çox abonent işıqsız qalıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. O qeyd edib ki, noyabrın 25-i axşam saatlarında ölkənin əksər regionlarında və Kiyevdə işıqların kəsilməsi davam edib. Zelenski Ukrayna ərazisində elektrik enerjisindən qənaətlə istifadəni davam etdirməyə çağırıb.
27-11-2022, 00:38
10-dan çox ev torpaq altında qaldı - Ölənlər var


10-dan çox ev torpaq altında qaldı - Ölənlər var

İtaliyanın İskiya adasında əlverişsiz hava şəraiti səbəbindən sürüşmə baş verib. Hadisə nəticəsində 8 nəfər ölüb. Bildirilir ki, adada şiddətli yağışlar olub və bəzi evlər sürüşməyə görə dağılıb. İtaliya mətbuatının yaydığı xəbərə əsasən, sürüşmə zamanı 10 ev və çoxlu sayda nəqliyyat vasitəsi torpaq altında qalıb, 13 itkin düşmüş şəxsin axtarışları davam edir. Sürüşmənin baş verdiyi ərazidə 30-a yaxın ailə susuz və işıqsız qalıb.
27-11-2022, 00:36
Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi


Zelenski “taxıl dəhlizi” ilə bağlı çağırış etdi

Ukrayna taxıl təşəbbüsünü qeyri-müəyyən müddətə uzatmaq istəyir. “Taxıl dəhlizi”ni ölkənin digər limanlarına qədər genişləndirmək lazımdır. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski ərzaq təhlükəsizliyi üzrə beynəlxalq sammitdə çıxışı zamanı deyib. Zelenskinin sözlərinə görə, taxıl təşəbbüsü tam gücü ilə işləmir və Rusiya tərəfinin günahı ucbatından Bosforda 80-dən çox gəmi qalıb. “Biz limanların sayının artırılmasının və bu mühüm təşəbbüsün qeyri-müəyyən müddətə davam etdirilməsinin, Rusiyanın bir daha buna mane olmamasının tərəfdarıyıq”, - Ukrayna lideri vurğulayıb.
27-11-2022, 00:34
Polşa Səudiyyəni məğlub etdi


Polşa Səudiyyəni məğlub etdi

Futbol üzrə dünya çempionatında Polşa milli komandası ilk qələbəsini qazanıb. Polşa kollektivi C qrupunun II turunda Səudiyyə Ərəbistanı yığmasını 2:0 hesabı ilə məğlub edib. Bu qələbədən sonra xallarını 4-ə çatdıran Polşa millisi hələlik liderliyə yüksəlib. 3 xalı olan Səudiyyə Ərəbistanı 2-ci pillədə qərarlaşıb. Meksika 1 xalla 3-cü, xalı olmayan Argentina isə sonuncudur.
27-11-2022, 00:30
Daha bir ölkənin baş naziri Kiyevə gəldi


Daha bir ölkənin baş naziri Kiyevə gəldi

Belçikanın baş naziri Aleksandr Krou Kiyevə gəlib. Bu barədə Ukrayna prezidenti Volodimir Zelenski bildirib. “Belçikanın Baş nazirinə salamlar. Biz danışıqlara başlayırıq. Əminəm ki, onlar hər iki tərəf üçün obyektiv və faydalı olacaq”, - o, Telegram kanalında yazıb. Şənbə günü səhər saatlarında Polşa və Litvanın baş nazirləri Mateuş Moravetski və İnqrida Simonite Kiyevə gələrək ukraynalı həmkarı Denis Şmıqalla birgə bəyanat imzalayıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!