20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
27-11-2022, 00:22
Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi


Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb. “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib. Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.
26-11-2022, 17:36
Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi


Pakistanın Baş naziri İlham Əliyevə təşəkkür etdi

“Azərbaycan Prezidenti İlham Əliyevə Pakistandan düyü idxalının beş il müddətinə vergidən azad edilməsini təsdiqlədiyinə görə təşəkkür edirəm”. Bunu Pakistanın Baş naziri Şahbaz Şərif "Twitter" hesabında yazıb. “İki qardaş ölkə avtomobil yolu, dəmir yolu və Qvadar limanı vasitəsilə iqtisadi əməkdaşlığı və əlaqəni inkişaf etdirməyə çalışacaq”, - hökumət başçısı bildirib. Qeyd edək ki, Azərbaycan hökuməti Pakistandan düyü idxalını 2027-ci il dekabrın 31-dək gömrük rüsumundan azad edib. Bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik olunub.
26-11-2022, 17:29
İlham Əliyevdən Albaniya ilə bağlı sərəncam


İlham Əliyevdən Albaniya ilə bağlı sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyada (Tirana şəhərində) Səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb. Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir. Dövlət başçısı eyni zamanda, "Azərbaycanın Albaniya Respublikasında (Tirana şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu təsdiqləyib.
26-11-2022, 17:26
Azərbaycan İsraildə səfirlik açır - Prezident təsdiqlədi


Azərbaycan İsraildə səfirlik açır - Prezident təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın İsraildə (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi səfirliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir. Dövlət başçısı eyni zamanda, Azərbaycanın İsrail Dövlətində (Təl-Əviv şəhərində) səfirliyinin təsis edilməsi haqqında qanunu təsdiqləyib.
26-11-2022, 16:14
Allahın təkliyinə inam və ilahi eşq


Türkiyənin Qafqaz və Özbəkistanın Al-Buhari Universitetlərinin təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 25-də Türkiyənin Qars Qafqaz (Əbül-Həsən Harakani Araşdırma ve Uyğulama Mərkəzi) və Özbəkistanın Al-Buhârî Üniversitetlərinin təşkilatçılığı ilə möhtəşəm beynəlxalq elmi konfrans keçirildi.
Konfransın onursal başqanları Qars Qafqaz Universitetinin rektoru professor Hüsnü Kapu, Al-Buhârî Üniversitetinin rektoru professor Muzaffar Axmadov, başqanı isə Qars Qafqaz Universitetinin dosenti Alparslan Kartal idi. Konfransın açılış yığıncağında məruzə ilə çıxış edənlər təşkilatçılara və iştirakçılara minnətdarlıq etdilər, belə konfransların türk dünyasının daha da yaxınlaşmasında rolunu vurğuladılar. Sonra Əbul-Həsən Harakaninin məzarı başından canlı yayınla birgə maraqlı slayd təqdim olundu, iştirakçılara bu böyük şairlə bağlı bir sıra yeni məlumatlar verildi. Çıxışçılar iştirakçılara uğurlar arzuladıqdan sonra konfrans öz işini 5 bölmədə davam etdirdi.

Biz də "Nəsimi yaradıcılığında Allahın təkliyinə inam və ilahi eşq məsələsi" mövzusunda məruzə ilə çıxış etdik. Bildirdik ki, görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin şəxsiyyəti və yaradıcılığının əsas mahiyyəti sovet dövründə təhrif olunmuş, bu böyük şəxsiyyət siyasi-ideoloji səbəblərdən yanlış olaraq ateist şair kimi cəmiyyətə təqdim edilmişdir. Şairin yaradıcılığı və irəli sürdüyü fikirlər istər tarixçilərimiz və istərsə də ədəbiyyatşünaslarımız tərəfindən lazımınca araşdırılmamış, nəticədə Nəsimi yaradıcılığının mahiyyəti məqsədyönlü şəkildə gizlədilmiş, onun sufi və hürufi baxışları bilərəkdən İslam dininə və irfaniliyə zidd, Allahı inkar edən baxışlar kimi təqdim edilmişdir. Lakin son illərin araşdırmaları göstərdi ki, Nəsimi ateist təfəkkürlü olmamış, onun fəlsəfəsində Allahın qüdrətinə, ilahi məhəbbətə inam ən yüksək səviyyədə əks olunmişdur. Başqa sözlə, Uca Tanrının varlığını inkar etməmiş, əksinə, Allahı dərk etmək və ona qovuşmaq məsələsini özünəməxsus şəkildə irəli sürmüşdür.
İrfana görə, Allahın mövcudluğu heç bir səbəbdən asılı olmayan, yəni “vacibül-vücud”, ondan başqa hər şeyin mövcudluğu isə ilkin səbəblə bağlıdır. Yəni yer üzündə nə varsa, hamısı Allahın iradə və təcəllası ilə mümkündür, onun ad və sifətindən başqa bir şey deyildir. Nəsimi yaradıcılığında da insanlar məhz Allahı-ilkin səbəbi dərk etmək üçün kamilliyə çağırılır. Nəsimi düşüncəsində mövcudluğun ilkin səbəbini anlamayan insan Allahı dərk edə, onu anlaya bilməz. Yalnız Allahı dərk etmək, anlamaq yolu ilə ona qovuşmaq mümkündür.
Nəsimi:
Əzəl gündən Tanrı birdir, bir olaraq qalacaq da,
Sənin ruhun haqqın nuru, ağlın isə bir peyğəmbər.


misraları ilə uca Allahın birliyinə, onun əzəli və əbədi olmasına inam və etiqadını bildirir, insan ruhunun əsasını məhz haqqın nuru olaraq qəbul edir. Onun fikrincə, haqq nurunu bilib anlamayanlar mənadan uzaqdırlar ki, belə insanlar Allahı da dərk edə bilməz. Onların nəsibi yalnız cəhənnəm odudur:
Nəzmi-Nəsimi yəqin Allahi nurun şərhidir,
Ol nuru hər kim bilmədi, həqdən nəsibi nar imiş.

Şairin Allahı dərk etmək, ona qovuşmaqla bağlı fikirlərini, eləcə də Quran ayələrinə tez-tez müraciət edərək hər zaman İslam dininə bağlı bir şəxsiyyət kimi fəaliyyət göstərdiyini yaradıcılığından gətirdiyimiz çoxsaylı nümunələrlə izah etməyə çalışdıq. AR Prezidentinin fərmanı ilə Nəsimi ili elan olunmasından sonra bu istiqamətdə xeyli yeni araşdırmalar aparılmasına baxmayaraq, hələ də bu böyük şairin yaradıcılığının hərtərəfli və daha dərindən öyrənilməsinə ehtiyac olduğunu bildirdik.
Sonda bu dəyərli konfransın təşkilatçılarına fəaliyyət göstərdiyim Azərbaycan Dövlət Pedaqoji Universitetinin kollektivi, xüsusən də həmsədri olduğum Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyi adından salamlarımızı çatdırdıq, təşkilatçılara minnətdarlıq etdik. Belə konfrasların mütəmadi xarakter daşımasının, digər türk dövlətləri universitetlərinin də cəlb edilməsinin vacibliyini vurğuladıq.
Bizlərin konfransda iştirakına vəsilə olan dəyərli alim, Qars Qafqaz Universitetinin dosenti Alparslan Kartal bəyə minnətdarlıq etdik, növbəti konfranslarda da birgə iştirakdan məmnunluq duyacağımızı bildirdik.

Yeganə Qəhrəmanova
Filologiya üzrə fəlsəfə doktoru,
ADPU-nun dosenti,
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin həmsədria

26-11-2022, 15:46
ABŞ “Pəncə-Qılınc” əməliyyatına görə Türkiyəyə xəbərdarlıq edib


ABŞ “Pəncə-Qılınc” əməliyyatına görə Türkiyəyə xəbərdarlıq edib

Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı quru antiterror əməliyyatı ən qısa zamanda həyata keçiriləcək. Bu barədə “Yeni Şafak” qəzeti hakim partiyanın qapalı iclasında müdafiə naziri Hulusi Akarın hesabatına istinadən bildirib. Noyabrın 20-dən Türkiyə Suriyanın şimalında qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qanadına (YPG-PYD) qarşı hava əməliyyatına başlayıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əməliyyatı uğurlu adlandırıb və onun ardınca quru əməliyyatının olacağını istisna etməyib. "Dünən prezident Tayyib Ərdoğanın sədrliyi ilə hakim Ədalət və İnkişaf Partiyasının toplantısı keçirilib. Toplantının gündəliyindəki əsas məsələ terrorla mübarizə olub. Təqdimatı milli müdafiə naziri Hulusi Akar və xarici işlər naziri Mövlud Çavuşoğlu edib”, - “Yeni Şafak” yazır. Qəzetin əldə etdiyi məlumata görə, hava əməliyyatlarının nəticələri Akarın hesabatında açıqlanıb. Hesabatda Suriyanın şimalında gerçəkləşdirilən “Pəncə-Qılınc” hava əməliyyatı ilə bağlı həm Rusiya, həm də ABŞ-dan istənilən dəstəyin alınmasının mümkün olmadığı, lakin buna baxmayaraq, onun ə uğurlu olduğu bildirilib. Bu prosesdə ABŞ-ın ikiüzlü rəftarı tənqid edilib. Bildirilib ki, Suriyada həyata keçirilən hava əməliyyatı zamanı ABŞ Türkiyəyə “ərazi onların nəzarətində olduğu üçün ora girməməlisiniz” xəbərdarlığı edib. “Yeni Şafak” yazır ki, buna baxmayaraq, əməliyyat davam edib. Dünənki toplantıda quru antiterror əməliyyatının ən qısa zamanda həyata keçiriləcəyi vurğulanıb.
26-11-2022, 15:44
Fransaya qarşı etiraz kampaniyası


Fransaya qarşı etiraz kampaniyası

Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirilib. Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, torpaqların yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyıb.
26-11-2022, 15:42
Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib


Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib. "Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib", - məlumatda vurğulanıb.
26-11-2022, 15:39
“Luqanskdakı morqlar meyitlərlə dolub-daşır” - Baş Qərargah


“Luqanskdakı morqlar meyitlərlə dolub-daşır” - Baş Qərargah

Ukraynada Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin 276-cı günündə işğalçılar mülki hədəflərə zərbələr endirməkdən əl çəkmirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 26-da səhər saatlarına olan məlumatında bildirilib. Qeyd edilib ki, ruslar hazırda Limanskidəki qruplaşmaları gücləndirmək üçün Ukrayna hərbi bölmələrinin hərəkətlərinə mane olmaq, qoşunları yenidən qruplaşdırmaq üçün səylərini cəmləşdirir. “Eyni zamanda, cavab olaraq ukraynalı müdafiəçilər Rusiya işğalçılarının hücum və onlara itki vermək cəhdlərini dəf edirlər. Luqansk vilayəti istiqamətindəki düşmən bölmələrində xeyli itki var – yerli morqlar 200 işğalçı ilə dolub-daşır”, - məlumatda deyilir. Baş Qərargah bəyan edib ki, Luqansk bölgəsinin müvəqqəti işğal olunmuş ərazisində Rusiya hərbçilərinin müalicəsi üçün istifadə edilən mülki xəstəxanaların sayı artıb.
26-11-2022, 15:34
Türkiyəni var gücümüzlə dəstəkləyirik - Zakir Həsənov


Türkiyəni var gücümüzlə dəstəkləyirik - Zakir Həsənov

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Başsağlığında deyilir: "Bölgədəki terror təhlükəsini zərərsizləşdirmək, ərazidə yaşayan mülki insanları terror hücumlarından və təhdidlərindən qorumaq məqsədilə qardaş Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatlarının aparıldığı bölgədə şanlı türk ordusunun hərbi qulluqçularının şəhid olması və yaralanması xəbərləri məni dərindən kədərləndirir. Sizin acınız bizim də acımızdır. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!