20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
28-11-2022, 14:38
Suriya ilə münasibətlər bərpa oluna bilər - Ərdoğan


Suriya ilə münasibətlər bərpa oluna bilər - Ərdoğan

Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz çox yaxşıdır. Daha da yaxşı olacaq. Bu, açıq-aydın bəzi dairələri narahat edir. Bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O qeyd edib ki, Misirlə əlaqələr bərpa edildiyi kimi Suriya ilə də münasibətlər bərpa oluna bilər. "Siyasətdə heç bir küskünlük olmayacaq", - Ərdoğan bildirib. Xatırladaq ki, bir neçə gün əvvəl Ərdoğan Suriya Prezidenti Bəşər Əsədlə görüşə hazır olduğunu açıqlayıb.
28-11-2022, 07:14
Çubindərdə Məhəmməd Heydərinin həyatı təhlükədədir

Çubindərdə Cavad Heydərinin qardaşı Məhəmməd Heydərinin həyatı təhlükədədir
Güney Azərbaycanın Qəzvin mahalından olan və etiraz aksiyalarında öldürülən Cavad Heydərinin qardaşı, Qəzvin şəhərinin Çubindər zindanında saxlanılan Məhəmməd Heydərinin həyatı təhlükədədir.
Noyabrın 16-da Qəzvin prokuroru Hüseyn Rəcəbinin hökmü əsasında təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq zindana salınan Məhəmməd Heydəri aclıq aksyası keçirir.
Həbsinin ilk günündən qanunsuz saxlanılmasına etiraz edərək aclıq aksiyasına əl atan azərbaycanlı Heydərinin aksiyanın 9-cu günündə vəziyyətinin ağırlaşdığı və huşsuz vəiyyətdə həbsxananın tibb məntəqəsinə köçürüldüyü bildirilir.
Onun ailəsi ilə telefon danışığı və görüşünə icazə verilmir.
Qeyd edək ki, Cavad Heydəri sentyabrın 22-də Qəzvin şəhərində hökumət məmurlarının açdığı atəş nəticəsində həyatını itirib.
Hökumətin ölüm səbəbini saxtalaşdırmaq və məsələni ictimailəşdirməməklə bağlı təkliflərinin onun ailəsi tərəfindən qəbul edilmədiyinə görə, ailəyə qarşı təzyiq göstərilir.
Bundan bir neçə gün öncə ailənin başqa üzvü, Cavad Heydərinin digər qardaşı Höccət Heydəri də həbs edilib və ailəyə yaxın 15 nəfər barədə cinayət işi açılıb.
28-11-2022, 06:55
Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Azərbaycan türklərinin həbsi gündən-günə çoxalır

Məlikan və Tehran şəhərində daha 7 azərbaycanlı fəal həbs edilib.
Milli fəallardan altısı Məlikanda, biri isə Tehranda saxlanılıb.
Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs ediliblər.
Tehranda həbs edilən Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhərinin həbsxanasına köçürülüb.
Fəalların həbsinin səbələri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları ehtimal edilir.
28-11-2022, 06:43
Zindanda işgəncələr səngimir

Zindanda işgəncələr səngimir

Güney Azərbaycandakı mənbələrimizdən Butov.az-a verilən məlumata görə, Binablı gənc Ümid Ağacaniyə zindanda işgəncə veirilib.
Şərqi Azərbaycan əyalətinin Binab şəhərindən olan 22 yaşlı gənc Ümid Ağacaninin işgəncə edildiyi və vəhşicəsinə döyüldüyü bildirilir. Güneyli fəalların verdiyi məlumata görə, hazırda Marağa zindanında saxlanılan Ağacani 20 noyabr axşam saatlarında işdən evə qayıdarkən təhlükəsizlik məmurları tərəfindən həbs edilib.
Ümidin yaxınlarının dediyinə görə, o, heç bir aksiyaya qoşulmadığı halda onun etiraz aksiyalarının liderlərindən biri olduğu barədə ondan məcburi etiraf almaq istəyirlər.
27-11-2022, 20:33
KTMT-yə müdaxilə cəhdləri davam edəcək - Peskov


KTMT-yə müdaxilə cəhdləri davam edəcək - Peskov

“KTMT-ni parçalamaq cəhdləri həmişə olub”. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O qeyd edib ki, təşkilatın işinə müdaxilə cəhdləri bundan sonra da olacaq. “Ancaq indi biz görürük ki, bütün çətinliklərə və hətta iştirakçı ölkələr arasında mümkün ziddiyyətlərə baxmayaraq, bu struktura hələ də tələb var. KTMT öz aktuallığını və effektivliyini Qazaxıstanda tam nümayiş etdirdi", - Peskov vurğulayıb.
27-11-2022, 20:31
Çini etirazlar bürüdü - Xalq ayağa qalxdı


Çini etirazlar bürüdü - Xalq ayağa qalxdı

Çinin bəzi böyük şəhərlərində koronavirusla əlaqədar tətbiq edilən qadağalara, eləcə də Kommunist Partiyasına qarşı etirazlar keçirilir. Bu barədə AP və "Reuters" kimi Qərb agentlikləri məlumat yayıb. Bildirilir ki, Pekin, Şanxay, Quançjou və digər şəhərlərdə nümayişlər baş tutub. Sosial şəbəkələrdə etiraz aksiyaları ilə bağlı videolar yayımlanıb. Bəzi bölgələrdə polisin aksiyalara sərt müdaxilə etdiyi və etirazçıları dağıtdığı bildirilib. Noyabrın 25-dən bəri Çində ən azı 50 universitetdə müxtəlif etiraz aksiyaları keçirilib. KİV-in məlumatına görə, ölkədə etirazlar Urumçi şəhərində yaşayış binasında baş verən yanğın zamanı on nəfərin ölməsindən sonra başlayıb. Yerli sakinlər hesab edir ki, ölənlər sərt koronavirus məhdudiyyətləri səbəbindən binanı tərk edə bilməyiblər. Xatırladaq ki, noyabr ayında Çində epidemioloji vəziyyət pisləşib. Pandemiya ilə mübarizə aparmaq üçün səlahiyyətli şəxslər ciddi məhdudiyyətlər və məcburi PCR testi tətbiq edib.
27-11-2022, 20:29
Seçkidə qələbəmizə heç kim mane ola bilməz - Ərdoğan


Seçkidə qələbəmizə heç kim mane ola bilməz - Ərdoğan

"2023-cü ildə keçiriləcək seçkilərdə tariximizin ən böyük qələbəsini qazanmağımıza heç kim mane ola bilməz". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hakim partiyanın mitinqdə deyib. “Maliyyədən terrora qədər bütün vasitələrdən istifadə edərək xalqımızı boğmağa çalışan qlobal baronlara, imperialist quldur dəstələrinə təşəkkür etməyəcəyik”, - deyə Ərdoğan çıxışı zamanı bildirib. Qeyd edək ki, Türkiyədə gələn il parlament və prezident seçkiləri keçiriləcək.



27-11-2022, 20:26
İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına “hə” dedi


İran parlamenti Şanxay Əməkdaşlıq Təşkilatına “hə” dedi

İran parlamenti ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması ilə bağlı qanun layihəsini təsdiqləyib. Bu barədə "Tasnim" informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, parlamentin açıq iclasında İranın ŞƏT-ə üzvlüyü haqqında qanun layihəsi üzrə milli təhlükəsizlik və xarici siyasət komissiyasının hesabatına baxılıb. Parlament nümayəndələri ŞƏT-ə daxil olmağı təsdiqləyiblər. Sənədin qəbul edilməsinə 205 deputat səs verib. Xatırladaq ki, ŞƏT 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilmiş beynəlxalq təşkilatdır. Daha sonra Pakistan və Hindistan da təşkilata üzv qəbul edilib.
27-11-2022, 20:24
Kiyevə kömək etmək baha başa gəlir - NATO rəhbəri


Kiyevə kömək etmək baha başa gəlir - NATO rəhbəri

Hazırkı münaqişədə rəsmi Kiyevə kömək etmək Qərb ölkələrinin sakinlərinə baha başa gəlir. Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib. O, Avropada ərzaq və elektrik qiymətlərinin artdığını deyib və bir çox avropalı ailələr üçün “çətin günlərin” gəldiyini diqqətə çatdırıb. Buna baxmayaraq, Stoltenberq Ukraynaya dəstəyi artırmağın zəruriliyini vurğulayıb. Baş katib eyni zamanda bildirib ki, hərbi yardım Kiyevin danışıqlar masası arxasında mövqelərini gücləndirməyə qadirdir.
27-11-2022, 20:22
DÇ-2022: Mərakeş sensasiyaya imza atdı


DÇ-2022: Mərakeş sensasiyaya imza atdı

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ikinci matçında F qrupunda Belçika və Mərakeş komandaları üz-üzə gəliblər. Mərakeş rəqibini 2:0 hesabı ilə üstələyib. 73-cü dəqiqədə Abdelhamin Sabiri, 90+2-ci dəqiqədə isə Zakaria Aboukhlal fərqlənib. Afrika təmsilçisi xallarının sayını dördə çatdırıb və liderliyə yüksəlib. Belçika üç xalla ikinci, Xorvatiya bir xalla üçüncü sıradadır. Xalı olmayan Kanada seçməsi sonuncu yerdədir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!