11-11-2022, 17:58
45 ukraynalı hərbçi əsirlikdən azad edildiUkrayna Prezident Aparatının rəhbəri Andrey Yermak Ukrayna Silahlı Qüvvələrinin 45 əsgərinin azad edildiyi növbəti əsir mübadiləsi barədə məlumat verib. Bu barədə Yermak "Telegram"da məlumat verib.
11-11-2022, 17:53
McDonald’s Belarusu tərk edirMcDonald's fast food restoranları Belarusu tərk edir.
Butov.az xəbər verir ki, restoranlar bundan sonra "Vkusno" adı altında fəaliyyət göstərəcək. Rəsmi açıqlamada bildirilir ki, şirkət bir neçə həftə ərzində yeni brend altında fəaliyyətə başlayacaq.“Biz bütün iş yerlərini qoruyub saxlayacağıq, qonaqpərvər xidmət, müxtəlif menyu, sevimli yemək dadları və qonaqlarımızın vərdiş etdiyi münasib qiymətə yüksək keyfiyyətli məhsullar təklif etməyə davam edəcəyik”.
11-11-2022, 17:51
İskəndər Rəşad Dağlını şantaj edirmiş - Qətlin əsl səbəbləriMeyxanaçı Rəşad Dağlının (Əmirov) tanışı İskəndər Mehdiyevi qətlə yetirməsinin səbəbi məlum olub. Qaradağ Rayon Məhkəməsinə təqdim etdiyi təqdimatda qeyd olunub ki, əvvəllər dəfələrlə məhkum olunmuş İ.Mehdiyev müxtəlif vaxtlarda telefon vasitəsilə Rəşad Dağlıya zəng vuraraq, guya onun cinsi azlıq nümayəndəsi olması barədə söz-söhbət yayıldığını və bununla bağlı sübutların olduğunu iddia edib. Bundan başqa, İ.Mehdiyev həmin məsələyə birdəfəlik son qoyulması üçün meyxanaçıdan müəyyən miqdarda pul tələb edib, əks halda barəsində rüsvayedici məlumatları yaymaqla hədələyib. Yəni şantaj edib. Rəşad Dağlı həmin “məsələni aydınlaşdırmaq” üçün onunla görüşmək qərarına gəlib. Noyabrın 9-u səhər saat 05 radələrində meyxanaçı idarə etdiyi “Niva” markalı avtomobillə İ.Mehdiyevin yaşadığı ünvana gəlib və onu küçəyə çağırıb. O, İskəndəri avtomobilin qabaq oturacağında əyləşdirib, Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsi istiqamətinə aparıb. Söhbət zamanı İ.Mehdiyev meyxanaçının ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Rəşad Dağlı bıçaqla onun döş qəfəsinə ardıcıl zərbələr endirib. İstintaq orqanının təqdimatında göstərilib ki, meyxanaçı İ.Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Rəşad Dağlı tanışının öldüyünü gördükdən sonra İ.Mehdiyevin meyitini avtomobildən ataraq hadisə yerindən uzaqlaşıb. O, saat 05:30 radələrində Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsinə gedərək qətl hadisəsini törətdiyini və könüllü təslim olmaq istədiyini söyləyib. Qaradağ Rayon Məhkəməsində Rəşad Dağlı törətdiyi cinayəti etiraf edib. Meyxanaçı hadisə zamanı üzərində heç bir kəsici alət olmadığını, şərəf və ləyaqətini təhqir etdikdən sonra aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsin əlindəki bıçağı onun əlindən alaraq İ.Mehdiyevin ürəyinə vurduğunu, digər zərbələri isə hansı istiqamətə endirdiyini xatırlamadığını bildirib. Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad Dağlı barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
11-11-2022, 17:47
Rusiya Ukrayna ilə dialoqa hazır olduğunu bəyan etdiRusiya Xarici İşlər Nazirliyi Moskvanın Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazır olduğunu bildirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb. O bildirib ki, Rusiya Ukrayna ilə ilkin şərt olmadan dialoqa hazırdır: “Ukrayna Rusiyaya qarşı hansısa şərt irəli sürməməlidir”. “Biz əvvəllər buna hazır idik, Kiyev Qərb kuratorlarının əmri ilə, ümumiyyətlə, irəliyə doğru gedən, müəyyən bir sənəd işlənən dialoqu kəsdi, indi hər şey keçmişdə qalıb. Bundan sonra nə olacağı bizdən asılı deyil”, - Ryabkov bildirib. Xarici işlər nazirinin müavini əmindir ki, “Əgər Kiyevə müvafiq paytaxtlardan sifariş verilsə”, o zaman belə dialoq şansı artacaq. Bundan əvvəl ABŞ Rusiya-Amerika münasibətləri ilə bağlı Rusiya ilə birbaşa danışıqlar apardıqlarını, Ukrayna mövzusuna toxunulmadığını bildirmişdi. Noyabrın 10-da Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqların mümkünlüyünü açıqladı və qeyd etdi ki, Moskva sülhü bərpa etməyə hazır olanda o, qapını bağlamadı.
11-11-2022, 17:44
SEPAH-ın baş komandanı bu dövlətlərə hədə-qorxu gəldi - Adlarİslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami bugünkü açıqlamasında İranla mübarizənin pis sonluqla qurtaracağı barədə xəbərdarlıq edib. General Səlami İranın rəqiblərinin Tehrandan qorxduğunu vurğulayıb: "Düşmənlər qorxurlar və bir neçə gündür narahat vəziyyətdədirlər, müxtəlif ölkələr vasitəsilə mesajlar göndərərək bizi onları vurmamağa çağırırlar". Onun sözlərinə görə, İranın inkişafına mane olmaq istəyən dövlətlər ölkəyə qarşı sanksiyaları gücləndirirlər, iğtişaşlara cəhd edirlər, amma bütün cəhdləri boşa çıxır. “Biz İraq Kürdüstanı bölgəsindəki antiinqilabçı qrupları vurduq, Araz çayı sahilində böyük bir təlim keçirdik, peyk daşıyıcılarını sınaqdan çıxardıq, “Bawar 373” raketdən müdafiə sisteminin genişləndirilmiş mənzilini 300 km-ə çatdırdıq və nəhayət dünən heç bir hava hücumundan müdafiə sisteminin qarşını ala bilməyəcəyi hipersəsli raket yaratdığımızı bəyan etdik. Düşmənlərin ölkəmizdə iğtişaşlar yaratmaq üçün uğursuz cəhdlərinə rəğmən son hərbi, texnoloji və müdafiə nailiyyətlərinə çata bildik”. Hüseyn Səlami İranın rəqiblərinə hədə-qorxu gəlib: "Biz düşmənlərə deyirik ki, sizin rahatlığınızı pozuruq və bunu mütləq davam etdirəcəyik". SEPAH-ın baş komandanı İrana qarşı atılan addımların cavabsız qalmayacağını da bəyan edib. “Əgər düşmənin dərinliyinə baxsaq, İran xalqına qarşı duranları görərik. Baydendən Netanyahuya, Bin Salmana, dünya siyasətində müflis olan fransızlara və almanlara qədər hamısını”. O, İranda törədilən iştişaşların Ağ Evdən, Ər-Riyaddan, Təl-Əvivdən, Parisdən planlaşdırıldığını vurğulayıb. “Onlar Çörçill və Ruzveltin şahın xəbəri olmadan konfrans keçirdikləri İranı istəyirlər. Onlar özlərindən aslı olan dinsiz İran istəyirlər. Düşmənlər bilməlidirlər ki, İran xalqı ayıqdır və öz taleyini özü həll edir. Düşmənlər bilməlidirlər ki, bizdən birini vursalar, biz onların hamısını vuracağıq. Düşmənləri bölgədən qovacağıq və əllərini həmişəlik İrandan kəsəcəyiuk. İndi meydan adamısınızsa, buyurun qabağa - meydana gəlin!”.
11-11-2022, 17:25
Əmək müqavilələrində məcburi elektron imzalanma olacaqAzərbaycanda tam elektron əmək müqaviləsinə keçidlə bağlı qanunvericilik paketi hazırlanıb və yaxın zamanda Milli Məclisə təqdim olunacaq. Növbəti ildə ölkədə bütün əmək müqavilələrində məcburi olaraq elektron imzalanması təmin ediləcək”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı keçirdikləri birgə iclası zamanı bildirib. Sahil Babayev qeyd edib ki, bununla da əmək kitabçalarına, kağız üzərində əmrləşməyə və digər hallara ehtiyac qalmayacaq: “Ölkə üzrə kadr kargüzarlığı və inzibatçılığı, həmçinin paralel olaraq digər parametrlərin hamısı elektron sistem üzərindən idarə olunacaq”.
11-11-2022, 17:23
Pensiyalar minimum 400 manat olacaq - Əhaliyə şad xəbər"Ölkədə maaşların artırılması istiqamətində islahatlar davam edir və bunun nəticəsini görürük". Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasına qatılan əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, ümumi pensiyaların 400 manatın üzərində olması üzrə işlər görülür: “Yaşa görə pensiyanın 450 manat, ümumi pensiyanın isə 400 manat olması üçün işlər görülür. Əhaliyə ödənişlərin, xüsusilə pensiya ödənişlərinin 650 milyon manat artımı pensiyaçılarımız üçün çox önəmlidir". S.Babayev, həmçinin yeni iş yerlərinin sayının artırıldığını, məşğulluq proqramlarının davam etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu sahədə elektronlaşma aparılıb.
11-11-2022, 17:21
Yaşayış minimumu artırılır - 246 manat “Bizim əsas məqsədimiz vətəndaşlarımızın məşğulluğunun təmin edilməsidir. Biz istəyirik ki, əhali öz əməyi ilə xərcləri ödəsin”. Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, növbəti ildən yaşayış minimumu və ehtiyac meyarı dəyişəcək: “Bu məbləğ 246 manat olacaq ki, bu da cari illə müqayisədə 46 manat çoxdur. Həmçinin ünvanlı sosial yardım 500 manatın üzərində olacaq”. S.Babayev, həmçinin əmək müqavilələrinin elektronlaşdırılmasına münasibət bildirib. “Bunun üçün işlər görülür. Bundan sonra əmək müqaviləsi elektron olaraq aparılacaq. İşə götürən və işə götürülən şəxslər üçün asanlaşdırma işləri aparılır”.
11-11-2022, 17:18
Zəfər Günü Yaponiyanın internet resurslarındaYaponiyanın “Cross Border Club 3.0” internet televiziyasında Azərbaycanın Zəfər Gününə həsr olunmuş xüsusi veriliş yayımlanıb. Verilişin aparıcısı, tanınmış blogger Kazuyasu İşidanın qonaqları Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev olub. Yapon izləyicilərə iki il öncə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində əldə olunmuş Zəfərin tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verilib. Ermənilərin işğal etdikləri ərazilərdə böyük dağıntılar və vandalizm aktları törətdiklərini xatırladan veriliş iştirakçıları hazırda Azərbaycan dövlətinin Qarabağda apardığı irimiqyaslı bərpa və quruculuq işlərinə diqqəti cəlb ediblər. Vətən müharibəsi və post-müharibə dövründə qardaş Türkiyənin ölkəmizə göstərdiyi mənəvi dəstək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyevlə birlikdə həm Zəfər paradında, həm də azad edilmiş ərazilərdə inşa edilən mühüm obyektlərin açılışında iştirakı xüsusilə vurğulanıb. Məğlubiyyətə uğrayan Ermənistanın imzaladığı razılaşmalara tam əməl etmədiyi, atəşkəs rejimini pozaraq Azərbaycan ərazisində təxribatlar törətməyə çalışması, lakin Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatların qarşısını qətiyyətlə aldığı, Cənubi Qafqaz bölgəsində uzunmüddətli və dayanıqlı sülhün Avropanın enerji təhlükəsizliyi üçün zəruri olduğu, Azərbaycanın Avropaya yalnız öz enerji mənbələrini deyil, eyni zamanda Mərkəzi Asiyanın enerji ehtiyatlarının göndərilməsi üçün mühüm tranzit dəhlizinə çevrildiyi nəzərə çatdırılıb. Verilişin gedişində Azərbaycanın parlaq Qələbəsindən sonra Bakı şəhərində təşkil edilən Zəfər paradını, azad olunmuş ərazilərdə aparılan quruculuq işlərini əks etdirən fotolar nümayiş etdirilib. Bundan başqa, Yaponiyanın internet resurslarında Diasporla İş üzrə Dövlət Komitəsinin 8 Noyabr – Zəfər Gününə həsr etdiyi videoçarx yayımlanıb. Ölkəmizin iki il əvvəl qazandığı böyük Qələbə, Qarabağın qədim Azərbaycan torpağı olduğu, ermənilərin işğal etdikləri ərazilərimizə yalnız dağıntı və səfalət gətirdiyi, Azərbaycan hökumətinin azad edilmiş ərazilərdə apardığı nəhəng bərpa və quruculuq işləri barədə yapon ictimaiyyətini ətraflı şəkildə məlumatlandırmaq məqsədinə xidmət edən bu təşəbbüsü Azərbaycan-Yaponiya Dostluq Mərkəzi irəli sürüb. Videoçarxın ilk kadrında Dövlət Bayrağımızın fonunda “Zəfər Günün mübarək, Azərbaycan!” sözləri Azərbaycan, yapon və ingilis dillərində yazılıb. Sonrakı kadrlarda lalələrlə bəzənmiş Cıdır düzü, Qarabağın azadlıq rəmzinə çevrilmiş “Xarı bülbül” çiçəyi, işğaldan azad edilən ərazilərdə ermənilərin törətdiyi dağıntılar, bizim bu torpaqlarda uzun müddət yaşadığımızı təsdiq edən Qobustan qayalarındakı rəsmlər, Şuşa qalasının qapıları qarşısında şahə qalxan Qarabağ atı üzərindəki milli geyimli igid və Şəhidlər Xiyabanında ucaldılmış abidənin önündə Azərbaycan bayrağını dalğalandıran qazi yer alıb. Videoçarxda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürası səsləndirilib.
11-11-2022, 17:13
Şəki qoruğunda uşaq skeletləri tapıldıŞəki şəhər “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğu ərazisində yerləşən, hazırda “şəbəkə sexi” kimi fəaliyyət göstərən tarixi abidədə Dövlət Turizm Agentliyi tərəfindən aparılan bərpa-quruculuq işləri zamanı binanın daxilində beton döşəmə təmir edilərkən 80-120 sm dərinlikdə azyaşlı insanlara aid skeletlər aşkar edilib. Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan verilən xəbərə görə, daxil olan məlumat əsasında institutun “Arxeoloji abidələrin toplusu” bölməsinin rəhbəri, dosent Mikayıl Mübariz oğlu Mustafayev 05–08 noyabr 2022 ci il tarixlərdə həmin bölgəyə ezam olunub. İlkin baxış zamanı ərazinin GPS koordinatları 411215N – 47 1146 E götürülüb. Sonra binanın ətrafında qazılmış yerlərə baxış keçirilib. Ətrafda heç bir maddi mədəniyyət nümunələrinə rast gəlinməyib. Bir iki yerdə saxsıdan hazırlanmış su tüngləri aşkarlanıb. Binanın şimal – qərb hissəsində, çöl tərəfdən divarın altından arka tipli çıxış qeydə alınıb. Buradan qərb tərəfdə yerləşən beton hovuza çıxış var. Hovuzun kənarında olan quyunun içərisi çirkab suları ilə dolu olub. Hovuzla bina daxilində olan arka tipli çıxış bir birilə əlaqəlidir. Döşəmədə hər tərəfdən iri dairəvi dəliklər vardır. Ehtimal olunur ki, burada meyitləri yuyarkən su hovuza axıdılıb. Döşəmə sökülərkən betonun alt hissəsində kül qatı və yanmış insan sümükləri aşkarlanıb. Qazıntı sahəsindən iki ədəd tibbi əlcək, iki ədəd daraq aşkarlanıb. İnsan qalıqları əsasən körpə uşağa aid sümüklərdən ibarətdir. Belə görünür ki, burada həmçinin kremasiya (ölüyandırma) işləri də aparılıb. Bu yerin yaxın zamanlaradək doğum evi olduğu söylənilir. Ehtimal olunur ki, doğuş vaxtı və ya bir müddət sonra xəstəlikdən, digər səbəblərdən tələf olan uşaqlar burada yuyulub dəfn olunublar. Dövlət Turizm Agentliyinin əməkdaşları ilə birlikdə yerli əhali ilə söhbət apararkən məlum oldu ki, bina uzun müddət – sovetlər dövründə “ölüxana” kimi fəaliyyət göstərib. Hal hazırda ərazidən aşkar edilən skeletlər kriminoloqlar tərəfindən tədqiq olunur.