Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov .....                        Mən sehrbaz deyiləm... .....                        İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ .....                        Ukrayna Azərbaycana təşəkkür etdi .....                        Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı .....                        Ağcabədidə 10 kiloqram narkotik aşkarlanıb .....                        Bakıda 2 nəfər prokurorluqdan, 1-i vəzifəsindən xaric edildib .....                        Dünyada taxıl qıtlığı gözlənilir - Proqnoz .....                        Ziya Bunyadov prospektindəki yanğın tam söndürülüb .....                       
Tarix : 11-11-2022, 17:44
SEPAH-ın baş komandanı bu dövlətlərə hədə-qorxu gəldi - Adlar


SEPAH-ın baş komandanı bu dövlətlərə hədə-qorxu gəldi - Adlar

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami bugünkü açıqlamasında İranla mübarizənin pis sonluqla qurtaracağı barədə xəbərdarlıq edib. General Səlami İranın rəqiblərinin Tehrandan qorxduğunu vurğulayıb: "Düşmənlər qorxurlar və bir neçə gündür narahat vəziyyətdədirlər, müxtəlif ölkələr vasitəsilə mesajlar göndərərək bizi onları vurmamağa çağırırlar". Onun sözlərinə görə, İranın inkişafına mane olmaq istəyən dövlətlər ölkəyə qarşı sanksiyaları gücləndirirlər, iğtişaşlara cəhd edirlər, amma bütün cəhdləri boşa çıxır. “Biz İraq Kürdüstanı bölgəsindəki antiinqilabçı qrupları vurduq, Araz çayı sahilində böyük bir təlim keçirdik, peyk daşıyıcılarını sınaqdan çıxardıq, “Bawar 373” raketdən müdafiə sisteminin genişləndirilmiş mənzilini 300 km-ə çatdırdıq və nəhayət dünən heç bir hava hücumundan müdafiə sisteminin qarşını ala bilməyəcəyi hipersəsli raket yaratdığımızı bəyan etdik. Düşmənlərin ölkəmizdə iğtişaşlar yaratmaq üçün uğursuz cəhdlərinə rəğmən son hərbi, texnoloji və müdafiə nailiyyətlərinə çata bildik”. Hüseyn Səlami İranın rəqiblərinə hədə-qorxu gəlib: "Biz düşmənlərə deyirik ki, sizin rahatlığınızı pozuruq və bunu mütləq davam etdirəcəyik". SEPAH-ın baş komandanı İrana qarşı atılan addımların cavabsız qalmayacağını da bəyan edib. “Əgər düşmənin dərinliyinə baxsaq, İran xalqına qarşı duranları görərik. Baydendən Netanyahuya, Bin Salmana, dünya siyasətində müflis olan fransızlara və almanlara qədər hamısını”. O, İranda törədilən iştişaşların Ağ Evdən, Ər-Riyaddan, Təl-Əvivdən, Parisdən planlaşdırıldığını vurğulayıb. “Onlar Çörçill və Ruzveltin şahın xəbəri olmadan konfrans keçirdikləri İranı istəyirlər. Onlar özlərindən aslı olan dinsiz İran istəyirlər. Düşmənlər bilməlidirlər ki, İran xalqı ayıqdır və öz taleyini özü həll edir. Düşmənlər bilməlidirlər ki, bizdən birini vursalar, biz onların hamısını vuracağıq. Düşmənləri bölgədən qovacağıq və əllərini həmişəlik İrandan kəsəcəyiuk. İndi meydan adamısınızsa, buyurun qabağa - meydana gəlin!”.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!