Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 22-10-2022, 15:38
İrandan daha bir hədə dolu açıqlama


İrandan daha bir hədə dolu açıqlama

İran lazım bildiyi yerdə hərbi təlimlər keçirəcək. Bu barədə İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Həsən Həmməti bildirib. O, əlavə edib ki, İslam Respublikası Cənubi Qafqazın sərhədlərində heç bir dəyişikliyi qəbul etməyəcək. Deputat İranın şimal-qərbində Azərbaycanla sərhəddə keçirilən SEPAH təlimlərini şərh edərkən deyib ki, “bu təlimlər güc nümayişi idi, mesajı qonşu ölkələr üçün sülh və dostluq, düşmənlərə qarşı istənilən təhlükəyə qəti cavabdır”. “Ölkənin şimal sərhədlərində baş verən hadisələr bizim üçün önəmlidir və lazım gəldikdə ölkənin hüquq və təhlükəsizliyini qorumaq üçün təlimlər keçiririk... Heç bir beynəlxalq hüquq region ölkələrində sərhəd dəyişikliyinə icazə vermir; hesab edirik ki, hər bir ölkənin öz ləyaqəti və mövqeyi var, regiondakı bütün ölkələrin ərazi bütövlüyü qorunmalıdır”. Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunları bir neçə bölmənin iştirakı ilə İranın şimal-qərb sərhədlərində genişmiqyaslı hərbi təlimlər keçirib. Təlimlər zamanı İnqilab Keşikçiləri Korpusunun Quru Qoşunları Azərbaycanla sərhəddə ponton körpüləri tikmək və Araz çayını keçmək üzrə məşq edib. Həmçinin helikopter əməliyyatları və paraşütlə tullanma, gecə zərbələri, döyüş helikopterlərinin iştirakı ilə missiyalar, kamikadze pilotsuz uçuş aparatları, eləcə də hipotetik düşmən tərəfindən idarə olunan marşrutların və yüksəkliklərin ələ keçirilməsi planları hazırlanıb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!