4-11-2022, 14:45
Kiyevdə 450 min mənzil işıqsız qalıbUkraynanın paytaxtı Kiyev şəhərində 450 minə yaxın mənzilin elektrik enerjisi kəsilib. Bu barədə Kiyev şəhərinin meri Vitali Kliçko bildirib.“Kiyev şəhərində 450 minə yaxın mənzil işıqsız qalıb”, - deyə mer söyləyib. Onun sözlərinə görə, problemin səbəbi sistemdəki yüklənmədən qaynaqlanır. Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumu və müharibə başlayandan bəri ölkənin müxtəlif şəhərlərində vaxtaşırı olaraq elektrik enerjisi təminatında problemlər yaşanır.
4-11-2022, 14:43
Bayden: İranı azad edəcəyik ABŞ dövlət başçısı Cozef Bayden Kaliforniya ştatında çıxışı zamanı İranda baş verən son hadisələrə toxunub.
Butov.az xəbər verir ki, Co Bayden İranın azad olunacağını bəyan edib. “Biz İranı azad edəcəyik. Onlar tezliklər özlərini azad edəcəklər”, - deyə ABŞ lideri vurğulayıb. Xatırladaq ki, İranda polis tərəfindən hicab qaydasının pozulması iddiası ilə həbs olunan 22 yaşlı Məhsa Əmininin 16 sentyabrda dünyasını dəyişməsindən sonra iğtişaşlar başlayıb. Ailəsi onun polis tərəfindən döyüldüyünü bildirir, rəsmi qurumlar isə bu ittihamı qəbul etmir. İranın dövlət başçısı İbrahim Rəisi iğtişaşlara qarşı qətiyyətlə mübarizə aparacaqlarını bəyan edib.
3-11-2022, 20:15
Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışıAvropa İttifaqı (Aİ) İrəvan və Bakını sərhədlərin delimitasiyasında irəliləyiş əldə etməyə çağırır. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino tvitter-də yazıb. “Mən Brüsseldə baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycanın sərhəd komissiyalarını salamlamağa şadam. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə etmək üçün addımlar atmağa çağırır”. Qeyd edək ki, Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilir.
3-11-2022, 17:40
Avropa İttifaqından İrəvan və Bakıya delimitasiya çağırışıAvropa İttifaqı (Aİ) İrəvan və Bakını sərhədlərin delimitasiyasında irəliləyiş əldə etməyə çağırır. Bunu Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino tvitter-də yazıb. “Mən Brüsseldə baş nazirin müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin rəhbərlik etdiyi Ermənistan və Azərbaycanın sərhəd komissiyalarını salamlamağa şadam. Avropa İttifaqı tərəfləri yerlərdə təhlükəsizliyi yaxşılaşdırmaq və sərhədlərin delimitasiyası ilə bağlı irəliləyiş əldə etmək üçün addımlar atmağa çağırır”. Qeyd edək ki, Brüsseldə Ermənistan və Azərbaycanın sərhəd komissiyalarının üçüncü iclası keçirilir.
3-11-2022, 17:38
“Taxıl dəhlizi” ilə 10 milyon ton məhsul ixrac edilib“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 10 milyon ton kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsullar Asiya, Avropa və Afrika ölkələrinə yola salınıb. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Taxıl dəhlizi”nin həyata keçirilməsi çərçivəsində noyabrın 3-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 7 gəmi Odessa limanlarını tərk edib. Məlumata görə, gəmilərin göyərtəsində ümumilikdə 290 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa, Afrika ölkələrinə yola salınıb. “Oktyabr ayında Rusiya Bosfor boğazında yoxlamanı süni şəkildə əngəlləməsəydi, ixracın həcmi 30-40 faiz çox ola bilərdi”, - deyə hesabatda bildirilib. Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.
3-11-2022, 17:35
Kremldən orduda xidmət müddətinin uzadılmasına reaksiyaÇağırış üzrə orduda xidmət müddətinin uzadılması Rusiya Federasiyası Müdafiə Nazirliyinin müraciətindən asılıdır. Lakin hazırda Kreml bu məsələni müzakirə etmir. Bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. "Burada, axır ki, həlledici səs Rusiya Federasiyasının Müdafiə Nazirliyinə məxsusdur. Hər şey dəqiq olaraq Müdafiə Nazirliyinin mövqeyindən, Müdafiə Nazirliyinin müraciətlərindən, onların tövsiyələrindən asılıdır”, - deyə o, orduda çağırış müddətinin uzadılmasına münasibət bildirərkən deyib. Peskov bildirib ki, Kreml parlamentdə bununla bağlı bəyanatların təqdim olunduğunu görür. "Lakin burada bu məsələ ilə bağlı heç bir mövqe yoxdur, yəni Rusiya Federasiyası Prezidentinin Administrasiyasında bu mövzuda heç bir danışıqlar aparılmır", - dövlət başçısının mətbuat katibi vurğulayıb. Qeyd edək ki, son zamanlar bir neçə deputat orduya çağırış müddətinin uzadılmasının tərəfdarı olduğunu bildirib.
3-11-2022, 17:34
Almaniya çağırış etdi: İranı tərk edin!Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.
Butov.az xəbər verir ki, İranda xüsusilə ikili vətəndaşlığı olan şəxslər üçün təhlükəli vəziyyət yarandığı bildirilib. “Hazırda İranda Almaniya vətəndaşları üçün saxlanılma və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, - deyə Almaniya XİN-in yaydığı məlumatda vurğulanıb. Həmçinin qeyd edilib ki, son vaxtlar İranda xarici vətəndaşlarla bağlı müxtəlif problemlərin yaşanması və süni əngəllər yaradılması tendensiyası mövcuddur.
3-11-2022, 17:32
Ermənistan Təbrizdə konsulluq açmağı qətiləşdirdiErmənistan 2023-cü ildə bir neçə ölkədə səfirlik və diplomatik nümayəndəliklər açmağı planlaşdırır. Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.“Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, İranın Təbriz və Rusiyanın Vladiqafqaz şəhərlərində isə konsulluq açmağı planlaşdırır”, - Ararat Mirzoyan parlamentin 2023-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi üzrə daimi komissiyalarının iclasında deyib. Onun sözlərinə görə, səfirliyin açılması ilə bağlı razılıq Uruqvay xarici işlər naziri Fransisko Bustixonun Ermənistana səfəri zamanı əldə olunub. Nazir hesab edir ki, bu, Latın Amerikası ölkələri ilə əməkdaşlığı dərinləşdirəcək. Təbrizdə konsulluğun açılmasına gəlincə, bu, İranın Qafandakı konsulluğunun işinə erməni tərəfinin cavabıdır. "Kiprdə və Belqradda (Serbiya) diplomatik nümayəndəliklər açılacaq. Biz həmçinin Rusiyada - Vladiqafqaz şəhərində konsulluq açmağı planlaşdırırıq", - Mirzoyan bildirib. O qeyd edib ki, Vladiqafqazda konsulluğun açılması heç də Verxniy Lars keçid məntəqəsindəki problemlərlə bağlı deyil.
3-11-2022, 17:30
Putin Ərdoğana söz verdi: Ukraynada nüvə silahından istifadə etməyəcəkRusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur. Bu barədə cümə axşamı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib. “Telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin etdi”. TRT İbrahim Kalına istinadən xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib. Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir. Xatırladaq ki, Ərdoğan Putinlə dünən axşam danışmışdı.
3-11-2022, 17:28
ABŞ və Cənubi Koreyadan Kim Çen Ina etirazABŞ dövlət katibinin müavini Vendi Şerman və Cənubi Koreyanın xarici işlər nazirinin müavini Ço Hyun Donq arasında telefon danışığı olub.
Butov.az xəbər verir ki, telefon danışığı zamanı tərəflər Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket sınaqlarını müzakirə ediblər. V.Şerman Şimali Koreyanın raket sınaqlarının regionun və beynəlxalq birliyin təhlükəsizliyi üçün ciddi təhdid olduğunu bəyan edib. Tərəflər KXDR-in təxribatlarına qarşı müttəfiqlərin əməkdaşlıq etməli olduğuna diqqət çəkiblər. Qeyd edək ki, Şimali Koreyanın bu gün ümumilikdə 3 raket sınağı həyata keçirdiyi bildirilir. Bu sınaqlar zamanı qitələrarası ballistik raketlərin test edildiyi güman edilir.