20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
2-11-2022, 20:59
Zelenski danışıqları rədd etdi - "Xəstədirlər, dəlidirlər..."


Zelenski danışıqları rədd etdi - "Xəstədirlər, dəlidirlər..."

“Rusiya ilə danışıqlardan söhbət gedə bilməz, çünki Rusiya Federasiyası terrorçu ölkədir”. Bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib. Zelenski qeyd edib ki, müharibənin sonu yalnız Ukraynanın Donbass və Krım da daxil olmaqla, Rusiyanın işğal etdiyi bütün əraziləri geri qaytarması ilə baş verəcək. Ukrayna lideri qeyd edib ki, kiminsə onu ruslarla razılaşmalara sövq edib-etməməsinin üçün fərqi yoxdur: "Baş verənlər məlumdur, burada bizim üçün yeni heç nə sürpriz yoxdur. Mən bu hekayənin necə bitəcəyini artıq bilirəm". Zelenski vurğulayıb ki, Rusiya hökuməti diplomatik yolla getmək əvəzinə sadəcə yalan danışır. Ona görə də onun fikrincə, Kremllə danışıqlardan söhbət gedə bilməz:"Dünən bizə dedilər ki, müharibəni dayandırmaq istəyirlər, bu gün isə 54 raketlə bizə hücum etdilər. Dəlidilər, xəstədirlər? Yarım gündə 54 raketlə bizə hücum etsələr, onlarla nə danışaq? Onlar Sanki başqa planetdə yaşayırlar”.
2-11-2022, 20:57
QHT-lər mina terroru ilə bağlı bəyanat yaydı


QHT-lər mina terroru ilə bağlı bəyanat yaydı

“2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”. Bu fikirlər Azərbaycanın qeyri-hökumət təşkilatlarının Ermənistanın törətdiyi mina terroru ilə bağlı bəyanatında əksini tapıb. Qeyd olunub ki, Ermənistan bütün tarixi dövrlərdə Azərbaycanın mülki əhalisinə münasibətdə beynəlxalq hüququn prinsip və normalarına qarşı hərəkət edib. “Onlar istər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində terror hadisələrini, Azərbaycan əhalisinə qarşı soyqırım istəklərini heç vaxt gizlətməmişlər və dinc Azərbaycan əhalisinin qətlinə səbəb olmuşlar. Hətta 2020-ci il Vətən müharibəsinin bitməsinə baxmayaraq, ölkəmizin mülki şəxslərini hədəfə alan və Ermənistan tərəfindən törədilən mina terroru bu gün də davam etməkdədir”, - bəyanatda vurğulanıb. Bildirilib ki, otuz il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan bu torpaqlarda 1 milyondan çox mina basdırıb. Əsasən Ermənistan və başqa ölkələrin istehsalı olan bu minaların partlaması nəticəsində təkcə Vətən müharibəsindən sonra keçən iki il ərzində 267 nəfər Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb:“Bu günədək minaların təmizlənmə prosesi zamanı on minlərlə mina və partladılmamış hərbi sursat tapılaraq məhv edilmişdir. Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, Ermənistanın buna cavabı adekvat olmamışdır. Ermənistan tərəfindən verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə etmişdir və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədədir”. QHT-lərin birgə bəyanatında diqqətə çatdırılıb ki, bu gün Azərbaycan Respublikası işğaldan azad olunmuş ərazilərdə quruculuq və bərpa işlərini öz daxili resursları hesabına görür. İşğal dövründə dağıdılmış bu ərazilərin işğalçılar tərəfindən minalarla çirklədirilməsi və işğaldan azad olunmuş bu torpaqların minalardan təmizlənmə prosesinin uzun müddət çəkməsi bərpa prosesini ciddi şəkildə ləngidən amillərdən biridir: “Zamanında Ermənistanın bu hərbi cinayətə getməsi perspektivdə həm də mümkün quruculuq işlərinə zərbə vurmaq məqsədilə baş vermişdir. Təəssüf hissi ilə qeyd edirik ki, azad edilmiş ərazilərimizdə mövcud olan mina problemi bu gün həm bərpa prosesini və məcburi köçkünlərin doğma yurdlarına qayıdışını ləngidir, həm də bir terror hadisəsi olaraq çoxsaylı insanların həyatına son qoyur və ya ömürlük əlillik dərəcəsi almalarına səbəb olur”. Bəyanatda vurğulanıb ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi və əsasən dinc sakinləri hədəfə alan mina terroru bütövlükdə bəşəriyyət əleyhinə yönəlmiş hərbi cinayət, sülhə və sabitliyə ciddi təhlükədir: “Hər bir partlayan mina sadəcə kiminsə həyatına və sağlamlığına son qoymur. Bu, yalnız mina təsirinə birbaşa məruz qalmışlar və onların yaxınları ucun faciə deyil. Bu, eyni zamanda, yeni nifrət dalğalarının mənbəyidir. Bununla yanaşı mina terroru Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün münbit şəraitin əldə edilməsinin qarşısını alır. Minalar müharibə və zorakılıq toxumlarıdır, və biz dünyanın bütün xoşməramlı insanlarından dəstək istəyir, mütərəqqi qüvvələri mina terroruna qarşı mübarizə aparmaq üçün birləşməyə çağırırıq. Bu səbəbdən biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara üz tutaraq, Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq qurumlar tərəfindən araşdırılmasını, ərazilərin minalanması və xəritələrin təqdim edilməməsinə hüquqi-siyasi qiymət verilməsini və beynəlxalq ictimaiyyətdən, beynəlxalq təşkilatlardan Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərə görə cəzalandırılmasını tələb edirik”.
2-11-2022, 20:54
Ağdamda yeni istehsal sahələri yaradılır


Ağdamda yeni istehsal sahələri yaradılır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında daha 4 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, bununla da Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb. Butov.az xəbər verir ki, yeni rezident “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində müxtəlif növ dəmir yolu avadanlıqları istehsal ediləcək. Məlumata görə, investisiya dəyəri 5,7 milyon manat olan müəssisədə 45 daimi iş yeri açılması nəzərdə tutulur. Ağdam Sənaye Parkının digər yeni rezidenti “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Sənaye Parkının 1 hektarında divar kağızlarını istehsal edəcək müəssisə inşa olunacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 76 nəfər daimi işlə təmin olunacaq. Daha bir yeni rezident “Almet Holding” Qapalı Səhmdar Cəmiyyəti Sənaye Parkının 1 hektar ərazisində “Müxtəlif növ dəmir məmulatlarının istehsalı” layihəsini həyata keçirəcək. Layihə çərçivəsində polad həsir, mismar, bolt, məftil, eləcə də sinkli məftil istehsal ediləcək. Layihənin investisiya dəyəri 13 milyon manatdır. Layihə çərçivəsində 100 nəfər daimi işlə təmin ediləcək. Sənaye Parkının yeni rezidenti “Eel Electric” MMC “Elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının istehsalı” layihəsi icra edəcək. Layihə çərçivəsində 10 və 35 kV-luq elektrik yuvalarının, eləcə də 0,4 kV-luq elektrik paylayıcı qurğu və idarəetmə lövhələrinin istehsalı planlaşdırılır. İnvestisiya dəyəri 1,4 milyon manat olan müəssisədə 30 nəfər daimi işlə təmin ediləcək. Müəssisələrdə istehsal olunan məhsullarin daxili bazarın tələbatını ödəməklə yanaşı, ixracı da nəzərdə tutulur.
2-11-2022, 15:22
Cəbrayıldakı mina partlayışının səbəbi açıqlandı


Cəbrayıldakı mina partlayışının səbəbi açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Cəbrayıl rayonunun Mehdili kəndində baş verən mina partlayışı barədə məlumat yayıb. DİN Mətbuat Xidmətindən verilən məlumata görə, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu müəyyən olunan təhlükəsiz marşrutdan kənara çıxması səbəbindən piyada əleyhinə minaya düşüb. Tikinti işləri ilə əlaqəli daşınma-tədarük işləri həyata keçirən sürücü polis əməkdaşları tərəfindən təhlükəli ərazidən çıxarılaraq təxliyyə edilməklə xəstəxanaya çatdırılıb. Araşdırmalar davam etdirilir.
2-11-2022, 15:20
Köçəryan Paşinyana qarşı mitinqə çıxır


Köçəryan Paşinyana qarşı mitinqə çıxır

Ermənistanın ikinci prezidenti Robert Köçəryan müxalifətin “Müqavimət” hərəkatının mitinqində iştirak edəcək. Butov.az xəbər verir ki, məlumatı Sputnik Ermənistan-a eks-dövlət başçısının ofisinin koordinatoru Baqrat Mikoyan təsdiqləyib. Eyni zamanda o əlavə edib ki, Köçəryanın mitinq zamanı çıxışı planlaşdırılmayıb. Parlamentin “Hayastan” fraksiyasının üzvü İşxan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, noyabrın 5-də müxalifət Dağlıq Qarabağın suverenliyi və Ermənistan Respublikasının ərazi bütövlüyünün müdafiəsi üçün birlik mitinqi keçirəcək. Saqatelyan qeyd edib ki, noyabrın 5-dən sonra mübarizə davam etdiriləcək və mitinqdə növbəti aksiyalar elan olunacaq.
2-11-2022, 15:18
İtaliya Ukraynaya hərbi yardımı dayandırdı


İtaliya Ukraynaya hərbi yardımı dayandırdı

İtaliya Kiyevə altıncı hərbi yardım paketinin göndərilməsini dondurmaq qərarına gəlib. Butov.az xəbər verir ki, hökumətdəki mənbələrin bildirdiyinə görə, Ukraynaya hərbi yardım əməliyyatı ilk növbədə NATO ilə razılaşdırılmalıdır. "Yalnız bundan sonra biz Kiyevin nəyə ehtiyacı olduğunu və hansı silahlarla təmin edə biləcəyimizi anlayacağıq", - deyə mənbə bildirib. İtaliyanın Ukrayna tərəfinə yardımı ilə bağlı digər təfərrüatlar hələlik verilməyib.
2-11-2022, 15:13
Cəbrayılda mina partlayışı - Sürücü yaralandı


Cəbrayılda mina partlayışı - Sürücü yaralandı

Cəbrayıl rayonunda mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən verilən məlumata görə hadisə 2022-ci 2 noyabr tarixində Cəbrayıl rayonunun Mehdili kəndində minalardan təmizlənməmiş ərazidə piyada-əleyhinə minanın partlayışı baş verib. Məlumata əsasən mina partlayışı nəticəsində “İmprotex Industries” şirkətinin sürücüsü, 1972-ci il təvəllüdlü Əhmədov İlqar Heybət oğlu xəsarət alıb. Zərərçəkən şəxsin sol əlində üç barmağı amputasiya edilib.
2-11-2022, 15:10
İlham Əliyevin posterləri İran küçələrinə vuruldu


İlham Əliyevin posterləri İran küçələrinə vuruldu

Son zamanlar Azərbaycan-İran münasibətlərinin gərginləşməsi fonunda Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar. Butov.az xəbər verir ki, Təbriz, Ərdəbil və digər şəhərlərdə küçələrə Azərbaycan Prezidenti İlham Əliyevin fotosu olan posterlərin vurulması sosial şəbəkələrin Azərbaycan seqmentində müzakirələrə səbəb olub. Fotonun üzərində isə “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub. Diqqəti çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub. Artıq Azərbaycan Televiziyasının rəsmi facebook hesabında da bununla bağlı paylaşım edilib. Qeyd edək ki, son aylar bütün müstəvilərdə Azərbaycan – İran arasında gərginlik yaşanır. Ötən gün isə DTX-nin keçirdiyi əməliyyat nəticəsində Azərbaycanda İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.


2-11-2022, 15:07
İndiyədək 9 azərbaycanlı jurnalist şəhid olub


İndiyədək 9 azərbaycanlı jurnalist şəhid olub

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 9 azərbaycanlı jurnalist şəhid olub”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin twitter - də etdiyi paylaşımda bildirilib. Qeyd edilib ki, bununla bağlı ədalət təmin olunmalıdır.

2-11-2022, 15:03
Polşa Rusiya ilə sərhəddə hasar çəkir


Polşa Rusiya ilə sərhəddə hasar çəkir

Polşa hakimiyyəti Rusiyanın Kalininqrad vilayəti ilə sərhəddə hasarın tikintisinə başlayıb. Bu barədə ölkənin Baş nazirinin müavini, Polşa Müdafiə Nazirliyinin rəhbəri Mariuş Blaşak bildirib. "Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin Polşa-Rusiya sərhədində müvəqqəti səddin tikintisinə başlanılıb", - nazir bildirib. O, hasarın tikanlı məftillə tikiləcəyini, hündürlüyünün 2,5 metr, eninin isə üç metr olacağını bildirib. Blaşak izah edib ki, hasarın tikintisi ilə bağlı qərar Rusiya tərəfinin Kalininqrad vilayətində Yaxın Şərq və Şimali Afrikadan gələn təyyarələr üçün hava limanını açması ilə bağlıdır. Onun sözlərinə görə, bu, Polşaya miqrasiya axınının artması təhlükəsi yaradır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!