2-11-2022, 21:21
Qırğızıstan Türkiyədən zərbə PUA-ları alırQırğızıstan Türkiyədən daha bir model pilotsuz uçuş aparatları (PUA) almağa qərar verib. Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev özünün "Facebook" səhifəsində məlumat yayıb. “İndi “Aksunqur” da bizimdir!”, - o yazıb. “Aksunqur” Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən zərbə tipli PUA-dır. Sistem uzun müddət havada qala və hədəflərinə dəqiq zərbə endirə bilir. Qırğızıstan bundan əvvəl Türkiyədən "Bayraktar TB2" PUA-ları alıb, "Akıncı"ları isə sifariş edib.
2-11-2022, 21:19
Yağış barmaqlıqlarını oğurlayan şəxs həbs olunduPaytaxt yollarında yağış barmaqlıqlarının oğurlanması ilə bağlı polis orqanlarına daxil olan bütün müraciətlərlə bağlı zəruri tədbirlər görülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, daxil olan müraciətlər üzrə 61 ədəd yağış və qurunt su ötürücüsünün dəmir barmaqlıqlarını oğurlamaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Şahmalı Əzimov Cinayət Məcəlləsinin oğurluq maddəsi istintaq olunub. Məhkəmə qərarı ilə Ş.Əzimova 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
2-11-2022, 21:17
ABŞ: Şimali Koreya Rusiyaya gizli silah verirABŞ-da Şimali Koreyanın Rusiyaya gizli şəkildə artilleriya mərmisi verdiyini göstərən məlumatlar var. Bu barədə Ağ Evin rəsmisi Con Kirbi məlumat verib. Kirbi bildirib ki, Şimali Koreya Yaxın Şərq və Şimali Afrika ölkələri vasitəsilə hərbi yüklərin daşınmasını gizlətməyə çalışır. "KXDR gizli şəkildə tədarükləri həyata keçirir və biz yüklərin qəbul edilib-edilmədiyini yoxlamaq üçün monitorinq keçirəcəyik", - deyə o qeyd edib.
2-11-2022, 21:15
İlham Əliyev Ərdoğanla Soçi görüşünü müzakirə etdiNoyabrın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Telefon söhbəti zamanı Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Soçi görüşü və imzalanmış birgə bəyanat müzakirə olunub. Prezident İlham Əliyev Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “Togg”un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb və bunu Türkiyə sənayesinin yeni uğuru kimi dəyərləndirib. Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin müxtəlif aspektləri ilə bağlı fikir mübadiləsi aparılıb.
2-11-2022, 21:14
Putin “taxıl sazişi” ilə bağlı tapşırıq verdiRusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinə “taxıl sazişi”ndə iştirakı bərpa etməyi tapşırıb. Bu barədə Putin bu gün keçirdiyi müşavirədə bildirib.“Ukrayna verdiyi zəmanəti pozarsa, Rusiya sazişdən çıxmaq hüququnu özündə saxlayır. Bu halda Rusiya bütün Ukrayna taxılını ən kasıb ölkələrə təmənnasız ötürəcək", - Putin deyib. O, Rusiyanın Ukraynadan Türkiyəyə taxıl tədarükünə mane olmayacağını vurğulayıb.
2-11-2022, 21:11
Rusiya nüvə silahından yalnız bu halda istifadə edəcək - RəsmiRusiya Xarici İşlər Nazirliyi ölkənin nüvə silahından istifadə edəcəyi ilə bağlı xəbərlərə reaksiya verib.
Butov.az xəbər verir ki, nazirlik Rusiyanın nüvə müharibəsinin yolverilməzliyi prinsipini rəhbər tutduğunu bildirib. "Rusiya yalnız kütləvi qırğın silahlarının tətbiqinə cavab olaraq və ya dövlətin mövcudluğuna təhdid yarandıqda bu silahdan istifadə edə bilər", - açıqlamada deyilir. “Biz 3 yanvar 2022-ci il tarixindən etibarən nüvə silahına malik beş dövlətin liderlərinin nüvə müharibəsinin və silahlanma yarışının qarşısının alınması ilə bağlı birgə bəyanatına sadiqliyimizi bir daha təsdiqləyirik”, - Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
2-11-2022, 21:09
İlham Əliyev Türkiyənin yeni avtomobilini sifariş edibAzərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə dəstək məqsədilə qardaş ölkənin milli markası olan TOGG avtomobilini sifariş etdiyi deyilir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən AK Partiya Mərkəzi İdarə Heyətinin (MYK) toplantısında bildirilib. Türkiyə KİV-lərinin yaydığı məlumatda Azərbaycan Prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığında TOGG avtomobilini sifariş etdiyi qeyd olunub. Azərbaycan liderinin bu addımı qardaş Türkiyənin iqtisadiyyatına böyük dəstək kimi qiymətləndirilir. Qeyd edək ki, oktyabrın 29-da Türkiyənin qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər. Açılış mərasimindən əvvəl ictimaiyyətə təqdim olunan zavod ümumilikdə 1,2 milyon kvadratmetr sahədə inşa edilib ki, onun da 230 min kvadratmetri qapalı sahədir. 2020-ci ildə təməli qoyulan müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır. Onu da bildirək ki, Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirilən yerli avtomobilin mart ayında satışa verilməsi gözlənilir. Prezident Ərdoğan vurğulayıb ki, Türkiyə 2030-cu ilədək 1 milyon yerli avtomobil istehsal etmək niyyətindədir. Onun sözlərinə görə, ölkə elektromobillərin satışından 50 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Yeni avtomobilin satış qiymətinin gələn il açıqlanacağı gözlənilir.
2-11-2022, 21:07
Bakı və Şuşada zəfər yürüşləri keçiriləcək8 noyabr - Zəfər Günü ilə əlaqədar noyabrın 8-də Bakı və Şuşa şəhərlərində yürüş təşkil ediləcək.
Butov.az xəbər verir ki, saat 10:00-dan 12:00-dək Bakı və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə şəxsi heyətin yürüşləri təşkil olunacaq. Yürüşlər aşağıdakı qeyd olunan marşrutlar üzrə olacaq:
1-ci marşrut: Heydər Əliyev sarayı - Bülbül prospekti-Nizami kinomərkəzi-Neftçilər prospekti – Azadlıq meydanı;
2-ci marşrut: Şəhidlər Xiyabanı- Alov Qüllələri Kompleksi- İçərişəhər metrosu – İstiqlaliyyət küçəsi – Azneft dairəsi – Bəhram Gur heykəli.
3-cü marşrut: Hüseyn Cavid Parkı – Hüseyn Cavid prospekti – Parlament Prospekti- Şəhidlər Xiyabanı.
4-cü marşrut: Şuşa şəhərində.
2-11-2022, 21:05
Rusiyanın bu qərarı Türkiyənin uğurudur - Ərdoğanın sözçüsüTürkiyə Ukrayndakı müharibənin ədalətli və davamlı həlli üçün səylərini davam etdirəcək. Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın tviter hesabında yazıb."Qlobal ərzaq təhlükəsizliyi və xüsusən də yoxsul ölkələr üçün mühüm əhəmiyyət kəsb edən Ukrayna və Rusiyadan taxıl daşınmasının bərpası Türkiyənin konstruktiv və çoxşaxəli diplomatiyasının növbəti nailiyyətidir" - deyə Türkiyə rəsmisi bildirib. Qeyd edək ki, Rusiya Sevastopoldakı terror aktından sonra dayandırılmış “taxıl sazişi”nin icrasını bərpa edir. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb - Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib. Müdafiə Nazirliyi əlavə edib ki, BMT və Türkiyənin vasitəçiliyi ilə sövdələşməyə qayıtmaq mümkün olub.
2-11-2022, 21:04
“Laçın dəhlizi”nə alternativ yol - Ermənilərin çəkdiyi fotolarQarabağdakı ermənilər “Laçın dəhlizi”nə alternativ çəkilən Xankəndi-Gorus yolunu “həyat yolu” adlandırırlar. Qarabağın dağlıq hissəsində yaşayan ermənilər qorxurlar bu yol kəsilsə, onlar üçün həyat dayanacaq. Qeyd edək ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılmışdı. Yolun ümumi uzunluğu 32 km təşkil edir, bundan 10 km Ermənistan ərazisində yerləşir. Azərbaycan tərəfi yolun öz ərazisinə düşən 22 km-lik hissəsini avqustun sonunda tikib qurtarıb. Ermənistan isə bu məsələdə ləngiyib. Ermənistan hazırda yolun öz ərazisinə düşən hissəsinin tikintisini davam etdirir. Tikinti işlərinin gələn ilin yanvarında yekunlaşacağı və yolun Ermənistan hissəsinin istifadəyə veriləcəyi gözlənilir. Xatırladaq ki, yeni yolun inşası Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda öz əksini tapıb. Yeni yol Ermənistanla sərhəddən - Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçərək Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində mövcud magistralla kəsişir. Yeni yol Laçın rayonunun 6 kəndindən keçir… Bu yola Rusiya sülhməramlıları nəzarət edir.
Butov.az erməni fotoqrafın yeni yoldan çəkdiyi şəkilləri təqdim edir: