29-12-2022, 15:46
Azərbaycan və Ermənistana sülh yolunda hər cür yardım göstəririk - Rusiya XİNİrəvan və Bakı təmasların dinamikasını və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ria Novosti” agentliyinə müsahibəsində Ermənistan və Azərbaycanın yaxın aylarda sülh müqaviləsi imzalayıb-imzalamayacağı və onun Qarabağın statusunu ehtiva edib-etməyəcəyi barədə suala cavabında deyib. O, məsələnin danışıqlar aparan tərəflərə, yəni Bakı və İrəvana ünvanlanmasını məntiqli hesab edib. "Məhz onlar təmasların dinamikasını müəyyən edir və gələcək sülh müqaviləsinin məzmununu müəyyənləşdirirlər. Həm Azərbaycan, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri olan Rusiya bu prosesə hər cür köməklik göstərir”, - rusiyalı nazir bildirib.
29-12-2022, 15:33
Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir - ÇavuşoğluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Laçın yolundakı vəziyyətə münasibət bildirib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Laçın yolundakı hadisələr Ermənistan üçün səmimilik sınağıdır. Azərbaycan sərvətlərinin talanması qəbuledilməzdir. Can Azərbaycanla əməkdaşlığımız davam edəcək", - deyə Çavuşoğlu söyləyib. O, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etdiyini bildirib.
29-12-2022, 15:30
Lavrov Zelenskinin “sülh formulu”na münasibət bildirdiRusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədəki münaqişənin həlli üçün təklif etdiyi “sülh formulu”na münasibət bildirib. O bu barədə “Ria Novosti”yə müsahibəsində danışıb. Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Zelenskinin düsturunu illüziya adlandırıb və belə şərtlərlə iki ölkə arasında dialoqu istisna edib. Onun sözlərinə görə, Ukrayna ünsiyyətə hazır deyil. "Hər cür ideyalar və “sülh düsturları” irəli sürən Zelenski Qərbin köməyi ilə qoşunlarımızın Rusiyanın Donbass, Krım, Zaporojye və Xerson vilayəti ərazisindən çıxarılmasına, təzminatların ödənilməsinə nail olmaq illüziyası danışır. Rusiyanı beynəlxalq tribunallara etiraf etməyə çağırır və s. Təbii ki, belə şərtlər altında heç kimlə danışmayacağıq". Lavrov bildirib ki, Moskva münaqişənin diplomatik yolla həllindən imtina etməyib. O xatırladıb ki, müharibə başlayandan dərhal sonra Zelenski Rusiyanı danışıqlar masasına oturmağa dəvət edib. Moskva onun dəvətini qəbul edib və Ukrayna nümayəndələri ilə bir neçə görüş keçirib. Nazir qeyd edib ki, danışıqlar raundları “qarşılıqlı məqbul razılaşmalar”ın tapılmasının mümkünlüyünü göstərib. "Bununla belə, dialoq zamanı “Zelenskinin mühüm qərarların qəbulunda tam müstəqil olmaması” üzə çıxıb. “Artıq aprel ayında hərbi əməliyyatları davam etdirməkdə maraqlı olan anqlo-saksonların göstərişi ilə o, danışıqları tez dayandırdı və mövqeyini kəskin şəkildə sərtləşdirdi”, - Lavrov vurğulayıb.
29-12-2022, 15:27
Türkiyə XİN-dən Yunanıstana xəbərdarlıqTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Yunanıstana xəbərdarlıq edib. Nazir bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransındakı çıxışı zamanı danışıb. "Yunanıstana bir daha xəbərdarlıq edirik. Arxana almağa çalışdıqlarına güvənərək saxta qəhrəmanlıq arxasınca qaçma. Məcəraya atılma. Sonu sizin üçün heç yaxşı olmaz", - Çavuşoğlu söyləyib. XİN başçısı rəsmi Afinanı diqqətli olmağa çağırıb.
29-12-2022, 15:25
Ukraynalılar günə həyəcan siqnalı ilə oyandılarBu gün ukraynalılar günə həyəcan siqnalı ilə oyanıblar. Həyəcan siqnalı bütün ölkə ərazisində verilib. Rusiya hərbi qüvvələrinin Ukrayna şəhərlərinə aviazərbələr endirdiyi barədə məlumatlar var. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutkada 30 aviasiya zərbəsi endirildiyini açıqlayıb. Bundan başqa 7 raket hücumu gerçəkləşdirildiyi qeyd olunub. Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 15:21
Paşinyan dostunun nazir seçilməsindən imtina etdiErmənistanda yaradılmaqda olan Daxili İşlər Nazirliyinə kimin rəhbərlik edəcəyi müzakirə olunur. "Hraparak" qəzeti baş nazir Nikol Paşinyanın kadr seçimi barədə məlumat əldə edib. Qəzet yazır ki, Paşinyanın dostu və yaxın kadrı hesab olunan Ermənistan Polisinin rəisi Vahe Kazaryanın adı yeni nazir kimi hallansa da, o, DİN başçısı vəzifəsinə təyinat almayacaq. Bildirilib ki, Paşinyan bu təyinatdan imtina edib. "Ona görə yox ki, Paşinyan Kazaryana etibar etmir, sadəcə olaraq baş nazir düşünür ki, o, meqanazirliyə rəhbərlik etməyi bacarmaz", - yazıda qeyd olunub. "Hraparak"ın istinad etdiyi mənbə hesab edir ki, çox güman hazırkı fövqəladə hallar naziri Armen Pambuxçyan DİN-ə rəhbər gətiriləcək. Qeyd edək ki, Ermənistanda əvvəllər mövcud olmuş və sonradan ləğv edilən Daxili İşlər Nazirliyi yenidən bərpa olunur.
29-12-2022, 15:14
Akar Rusiyada keçirilən görüşün detallarını açıqladıTürkiyənin milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Rusiya Müdafiə Nazirliyində görüş keçiriblər. Dünən baş tutan görüş barədə Akar jurnalistlərə özü məlumat verib. Bildirilib ki, 11 ildən sonra baş tutan görüş zamanı Suriya məsələsi müzakirə olunub. “Vnukovo” hava limanında Rusiya rəsmiləri tərəfindən qarşılanan Akar və Fidanın Rusiya Müdafiə Nazirliyində keçirdiyi görüşün detallarını nazir özü açıqlayıb. Akar görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı, Suriya MN başçısı Ali Mahmud Abbasın da iştirak etdiyini, eləcə də Rusiya və Suriya xüsusi xidmət orqanlarının rəhbərlərinin müzakirələrə qatıldığını açıqlayıb.“Toplantıda Suriyada və bütövlükdə regionda vəziyyətin tezliklə müsbətə doğru dəyişməsi, sülh və sabitliyin bərqərar olması üçün edə biləcəyimiz işləri müzakirə etdik. Türkiyənin mövqeyini çatdırdıq, digər tərəflərin də mövqelərini dinlədik. Bizim dilə gətirdiyimiz ən vacib məsələ terrorla mübarizə oldu. Suriya və İraq başda olmaqla, bütün qonşularımızın ərazi bütövlüyünü dəstəklədiyimizi, terrorla mübarizədən başqa heç bir məqsədimizin olmadığını diqqətə çatdırdıq”, - o qeyd edib. Akar bildirib ki, digər məsələ isə Türkiyə sərhədlərinin təhlükəsizliyi və Suriyadan qaçqın axının qarşısının alınması olub. Nazir əlavə edib ki, üçtərəfli təmasların davam etdirilməsi ilə bağlı razılıq əldə olunub.
[media=https://youtu.be/-NDXorvb89o]
28-12-2022, 23:49
Qarabağdakı seperatçılara daha bir milyon veriləcək - PaşinyanErmənistan hakimiyyəti Qarabağdakı separatçılara daha bir milyon dollar verəcək. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib. O, bu il ərzində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki ermənilərə 410 milyon dollar yardım ayrıldığını deyib. "Nazirlər Kabinetinin sabahkı qərarı ilə artıq yardımın məbləği 411 milyon dollara çatacaq", - Paşinyan qeyd edib.
28-12-2022, 23:36
ABŞ bu ölkələrə qarşı Ukraynaya yardım edirABŞ İranın pilotsuz uçuş aparatları (PUA) istehsal etməsinin və onları Ukraynada istifadə edən Rusiyaya tədarükün qarşısını almaq üçün müxtəlif tədbirlər görür. Bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat xidmətinin rəhbəri Adrian Watson “The New York Times”a bildirib. “Biz PUA-ların istehsalında istifadə edilən özəl şirkətlərlə danışıqlar yolu ilə İranın pilotsuz uçuş aparatları istehsalına qarşı çıxmağın yollarını axtarırıq. Eyni zamanda İranın pilotsuz uçuş aparatı texnologiyasından istifadə imkanlarını məhdudlaşdırmaq üçün atıla biləcək əlavə ixrac nəzarəti addımlarını qiymətləndiririk”, - deyə o qeyd edib. Məlumatda bildirilib ki, ABŞ ilk növbədə Tehranı PUA-larda istifadə olunan Qərb istehsalı komponentlərdən məhrum etmək istəyir. Bundan əlavə, ABŞ silahlı qüvvələri Ukrayna hərbçilərinə İran PUA-larının buraxılış məntəqələrini aşkar etməkdə köməklik göstərir. Eyni zamanda, amerikalılar Kiyev üçün pilotsuz uçuş aparatını aşkar edən yeni xəbərdarlıq texnologiyaları hazırlayırlar.
28-12-2022, 23:21
Çarəsiz İran vətəndaşları orqanlarını satmağa çalışırİranda çarəsiz gənclər öz orqanlarını satışa çıxarırlar. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Bu gün vətəndaşlardan biri Tehranın mərkəzindəki Pasdaran küçəsində yerləşən xəstəxananın önünə vurulan insan orqanları satışına dair elanları videoya çəkib. “Hər yer böyrək satışı ilə bağlı elanlarla doludur. Elan verənlərin əksəriyyəti 26-30 yaşlarında gənclərdir. Bu da molla rejiminin xalqa bəxş etdiyi “firavan həyat”...” - deyə həmin şəxs ürək ağrısı ilə qeyd edib.