20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
28-12-2022, 17:58
Qarabağ ermənilərinə 500 min dollar ayrıldı


Qarabağ ermənilərinə 500 min dollar ayrıldı

Fondun Himayəçilik Şurasının iclasında Azərbaycanın Laçın dəhlizinin bağlanması şəraitində Dağlıq Qarabağa yardımın göstərilməsi məsələsi müzakirə olunub. “Hayastan” ümumerməni fondu Qarabağ ermənilərinə humanitar yardım göstərmək üçün 500 min dollar ayırıb. Dekabrın 27-də Fondun Himayəçilik Şurasının iclası keçirilib və Qarabağ ermənilərinə yardımın göstərilməsi məsələsi müzakirə edilib. İclasa Şuranın rəhbəri, Ermənistan prezidenti Vaaqn Xaçaturyan sədrlik edib. Onlayn iclasda şuranın 20 üzvü, eləcə də Fondun yerli qurumlarının nümayəndələri iştirak ediblər. Fondun ABŞ-dakı yerli orqanı Qarabağ ermənilərinə ərzaq yardımı üçün dərhal 500 min dollar ayırmağa hazır olduğunu bildirib. Qeyd olunub ki, 2021-2022-ci illərdə Fond Qarabağ ermənilərinə yönəlik 32 milyard dram dəyərində humanitar proqramlar həyata keçirib.
28-12-2022, 14:48
Zaxarovadan Ukrayna XİN başçısına münasibət


Zaxarovadan Ukrayna XİN başçısına münasibət

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova Ukrayna XİN başçısı Dmitri Kulebanın Rusiyanın BMT Təhlükəsizlik Şurasının çıxarılması ilə bağlı açıqlamasına münasibət bildirib. Zaxarova bu barədə "Sputnik"in efirində jurnalistin sualını cavablayarkən danışıb. "Heç nə etmək lazım deyil. Bu o situasiyadır ki, it hürür, karvan isə yoluna davam edir", - Zaxarova söyləyib. Qeyd edək ki, bundan əvvəl Dmitri Kuleba Ukraynanın Rusiyanı BMT TŞ-dən çıxarmaq üçün rəsmi addımlar atacağı və BMT-yə müraciət göndərəcəyi barədə açıqlama vermişdi.
28-12-2022, 14:42
Gömrük Komitəsinə yeni sədr müavini təyin edildi


Gömrük Komitəsinə yeni sədr müavini təyin edildi

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən Natiq Şirinov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin olunub. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
28-12-2022, 14:38
Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edildi


Gömrük Komitəsinin sədr müavini vəzifəsindən azad edildi

Əsgər Həsən oğlu Abdullayev Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə İqbal Alıcan oğlu Babayev də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsindən azad edilib. Sərəncamlar imzalandığı gündən qüvvəyə minir.
28-12-2022, 14:35
Rusiya Azərbaycan xəbərdarlıqlarını görməzlikdən gəlir


Rusiya Azərbaycan xəbərdarlıqlarını görməzlikdən gəlir

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Azərbaycanın xəbərdarlıqlarını qulaqardına vurmağa davam edir. Nazirliyin yaydığı növbəti informasiya bülletenində Rusiya sülhməramlı kontingentinin xidməti ərazisindən bəhs edilərkən yenə “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsinə yer verilib. Bundan başqa, informasiya bülletenində “Stepanakert, Mardakert, Martuni” kimi erməni toponimlərinin də adı çəkilib. Qeyd edilib ki, 30 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. “Rusiya sülhməramlılarının komandanlığı Stepanakert-Gorus yolu ilə avtomobil nəqliyyatının maneəsiz hərəkətinin bərpası üçün Ermənistan və Azərbaycan tərəfləri ilə danışıqlar prosesini davam etdirir. Mardakert, Martuni və Şuşa rayonlarında üç marşrut üzrə patrul xidməti həyata keçirilib. Ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis-istehkam dəstələri tərəfindən 2504,1 hektar ərazi, 689,5 km yol, 1940 bina partlamamış mina və mərmilərdən təmizlənib, 26762 partlayıcı obyekt aşkar edilib və zərərsizləşdirilib. Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmək və baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, - deyə bülletendə bildirilib. Xatırladaq ki, rəsmi Bakı dəfələrlə Rusiya tərəfinə etiraz edib ki, bu informasiyalarda Azərbaycan toponimlərindən istifadə olunsun.
28-12-2022, 14:24
Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama


Almaniyanın kanslerindən Ukraynayla bağlı maraqlı açıqlama

Ukrayna böhranının nizamlanmasında iştirakıma “dəyməz”. Bunu Almaniyanın sabiq Baş kansleri Angela Merkel deyib. Merkel Ukraynadakı münaqişənin necə bitəcəyi ilə bağlı məsələyə də münasibət bildirib: "Bütün müharibələr danışıqlar masası arxasında bitir. Bu müharibə də danışıqlar masasında həll olunacaq. Doğrudur, bir çoxları kimi mənim də istəmədiyim sülh danışıqları ilə dostluq danışıqları arasında fərq var. Ancaq daha heç nə əlavə etmək istəmirəm”. Sabiq kansler çıxışının sonunda özünün Rusiya və Ukraynaya qarşı yürütdüyü siyasəti müdafiə edib: "Mən müharibənin bitməsi ilə bağlı əlimdən gələni etdim. Bu alınmadı, ancaq o demək deyil ki, cəhd etmək düzgün deyildi".
28-12-2022, 10:19
"Tarixin itməyən dəyəri” mükafatlandırıldı

"Tarixin itməyən dəyəri” mükafatlandırıldı

MUZ TV-nin efirində yayımlanan “Ümid ilə Gəl” verilişində məktəblilərə sertifikat və pul mükafatı təqdim edilib. Nəzərinizə çatdıraq ki, həmin məktəblilər “Uşaqların Gələcəyi Naminə" təşkilatının elan etdiyi “Nidanın gücü, gücün nidası!” adlı növbəti yazı müsabiqəsinin qalibləridir.
Bu barədə təşkilatın sədri, hüquqşünas Könül Quliyeva məlumat verib.
Bildirib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Valday şəhərində qürur hissi ilə dediyi “Qarabağ Azərbaycandır!” şüarı müharibə dövründə Azərbaycan Ordusunun ilhamverici qüvvəsinə çevrildi. Biz də təşkilat olaraq möhtəşəm zəfərə həsr edilən yazı müsabiqəsi keçirmək qərarına gəldik və nəticələri cənab Prezidentin ad günündə açıqladıq. “Nidanın gücü, gücün nidası!” yazı müsabiqəsi V-IX sinifdə təhsil alan orta məktəb şagirdləri arasında keçirilib. Müsabiqəyə yazılar 01 dekabr 2020-ci il tarixdən 15 dekabr 2020-ci il tarixədək təqdim edilib. Şadirdlərin esseləri müxtəlif peşə sahiblərindən ibarət 5 ekspert tərəfindən dəyərləndirilib. Bütün yazılar ekspertlərə anonim olaraq təqdim edilib, 5 ballıq sistemlə qiymətləndirilib".
Qeyd edək ki, ekspert qrupunun rəhbəri AMEA-nın Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, professor Seyfəddin Rzasoydur.
Müsabiqənin yekunlarına əsasən I yerə 26 baIIa “Azadlıq tarixin tək itməyən dəyəridir!” məqaləsi ilə Xəzər rayonu Binə qəsəbəsi, Hövsan-Südçülük sovxozunun Rəşid Baxışov adına 218 saylı tam orta məktəbin 7g sinif şagirdi Aysu Nurməmmədova, ll yerə 24 balla “Nidanın gücü, gücün nidası!” Zəfər! - Biz onu çox gözləmişdik…” məqaləsi ilə Sabunçu rayonu Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbin 6c sinif şagirdi Nərmin Sadıqova, III yerə 21 balla “Zəfərə aparan yol!” məqaləsi ilə Sabunçu rayonu, Mastağa qəsəbəsi Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 5c sinif şagirdi Nərmin Vəkiloğlu layiq görülüb. Verilişin aparıcısı Tarix Əliyev və təşkilat sədri bütün qaliblər adından Ali Baş Komandanımız Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib. Sonda K. Quliyeva müsabiqənin reallaşmasına göstərdikləri maddi dəstəyə görə savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə dərin minnətdarlığını bildirib.
Tanrı Azərbaycanı Qorusun! Qarabağ Azərbaycandır!"
27-12-2022, 23:58
Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi


Avropa Parlamenti Gürcüstana xəbərdarlıq etdi

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili həbsdə ölərsə, Avropa Parlamenti (AP) Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük iddiasını təsdiqləməyəcək. Bunu parlamentin aparıcı partiyası - Avropa Xalq Partiyasını təmsil edən polşalı deputat Yaçek Saryuş-Volski bildirib. “Saakaşvili ilə Gürcüstanın Aİ-yə daxil olması perspektivləri arasında paralellər prinsipcə imperativdir! Hər ikisi ayrılmazdır. Keçmiş prezident həbsdə ölərsə, Avropa Parlamenti heç vaxt Gürcüstanın Aİ-yə üzvlüyünə səs verməyəcək ", - deyə Sarıuş-Volski "Twitter"də yazıb. Gürcüstan 2022-ci il martın 3-də Moldova ilə eyni gündə və Ukraynadan iki gün sonra Aİ-yə üzvlük üçün müraciət edib. 2022-ci ilin iyununda Avropa Komissiyası Gürcüstana namizəd statusu verilməsini tövsiyə etməkdən imtina edib. Bildirilib ki, Gürcüstan yalnız müəyyən şərtlər yerinə yetirildikdən sonra namizəd statusu alacaq.
27-12-2022, 23:54
Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama


Almaniya XİN-dən Rusiyayla bağlı açıqlama

Hazırda Almaniya hakimiyyəti Rusiya ilə normal münasibətləri mümkün hesab etmir. Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. “Aydın danışmalıyıq, bugünkü Rusiya ilə normal münasibətlər ola bilməz”, - deyə nazir Berlinin mövqeyini açıqlayıb. O, həmçinin Almaniyanın Ukraynada münaqişə davam etdiyi müddətdə Rusiyaya qarşı sanksiyaları sərtləşdirəcəyini diqqətə çatdırıb. "Ukrayna münaqişə zamanı digər məsələlərlə yanaşı, Avropanın azadlığını da müdafiə edir, ona görə də Almaniya lazım olduğu qədər onun yanında olacaq. Bu, həm maliyyə, həm humanitar yardıma, həm də hərbi yardıma aiddir", - almaniyalı nazir vurğulayıb.
27-12-2022, 23:51
Prezident “dövlət özəl tərəfdaşlığı haqqında” qanunu təsdiqlədi


Prezident “dövlət özəl tərəfdaşlığı haqqında” qanunu təsdiqlədi

Prezident İlham Əliyev “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanunu təsdiqləyib. Nazirlər Kabineti “Dövlət-özəl tərəfdaşlığı haqqında” dövlət-özəl tərəfdaşlığı qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla altı ay müddətində təsdiq etməlidir. İqtisadiyyat Nazirliyi “Dövlət-özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 691-VIQ nömrəli Qanunundan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir. Qanuna əsasən, “İnvestisiya fəaliyyəti haqqında” qanunda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihəsinə də şamil ediləcək. Özəl tərəfdaşa müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırmaqla dövlət tərəfindən müsabiqənin şərtlər toplusunda nəzərdə tutulmuş aşağıdakı dövlət dəstəyi və təminatlar verilə bilər:
- dövlət-özəl tərəfdaşlığı layihəsinin həyata keçirilməsi üçün mal, material, xammal, avadanlığın verilməsinin təşkili;
- dövlət-özəl tərəfdaşlığı layihəsinin gəlirlərinin minimum səviyyəsinə təminat;
- dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində istehsal edilən məhsulların, göstərilən xidmətlərin, görülən işlərin müəyyən həcmdə alınmasına dair təminat;
- subsidiyaların və (və ya) kreditlərin verilməsi, kapital qoyuluşu;
- tənzimlənən qiymətlərin səviyyəsinə dair təminat;
- Azərbaycan Respublikasının ərazisi va ya onun bir hissəsində xidmətlərin göstərilməsi, işlərin görülməsi, məhsulun satışı üzrə müstəsna hüquqların verilməsi;
- dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan tərəfdaşın çəkdiyi xərclərin və əldən çıxmış faydanın əvəzinin ödənilməsi. Eyni zamanda səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı layihəsi, müsabiqə qalibinin seçilməsi şərtləri və meyarları, dövlət-özəl tərəfdaşlığı müqaviləsinin əsas şərtləri, dövlət-özəl tərəfdaşlığı layihələrinin hazırlanması və həyata keçirilməsi, o cümlədən dövlət-özəl tərəfdaşlığı müqaviləsi çərçivəsində davam edən və başa çatdırılmış layihələr, laihələrin icra vəziyyətinə dair hesabatlar haqqında elektron məlumat bazasını yaradacaq və idarə edəcək. Dövlət-özəl tərəfdaşlığı müqaviləsinin tərəfləri dövlət-özəl tərəfdaşlığı müqaviləsinin surətini, ona edilən dəyişiklikləri müvafiq sənədlərlə birlikdə Qanunun 35.1-ci maddəsində nəzərdə tutulan məlumat bazasına daxil edilməsi məqsədilə müqavilə bağlandıqdan va ya ona dəyişiklik edildikdən sonra 7 iş günü müddətində səlahiyyətli orqana təqdim edəcək. Bundan başqa, səlahiyyətli orqan dövlət-özəl tərəfdaşlığı müqaviləsində nəzərdə tutulan öhdəliklərin icra vəziyyətini dövlət-özəl tərəfdaşlığı qaydalarına uyğun olaraq monitorinq etmək hüququna malikdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!