Təmsilçilərimiz "Eurovision"da çıxış etdilər .....                        Dönərdən zəhərlənənlərin sayı 40-a çatdı .....                        Ölənə qədər vəzifədə olmalı deyiləm ki? - Novruz Məmmədov .....                        Robert Fitso Azərbaycana səfəri barədə nələr dedi? - VİDEO .....                        Ermənistan-Azərbaycan sərhədində zəlzələ .....                        Əli Əsədov Türkiyə mətbuatına müsahibə verdi .....                        Küveyt əmiri Türkiyədə rəsmi səfərdədir .....                        Şəhidimizin nəşi 30 ildən sonra doğma kəndində dəfn edildi - FOTO .....                        Kapital Bank-ın Laçın filialı açıldı .....                       
3-04-2023, 13:31
Rusiya Krımda yeni hərbi hissə inşa edir


Rusiya Krımda yeni hərbi hissə inşa edir

Rusiya tərəfindən ilhaq edilən Krımda yeni hərbi hissə inşa edilir. Bununla bağlı "Atəş" partizan hərəkatı teleqram səhifəsində məlumat yayıb. Məlumata görə, ruslar Yevpatoriyada tikinti işləri həyata keçir. Yeni hərbi hissə ilə bağlı əlavə məlumat verilməyib, yalnız ərazidə lentə alınan fotolar paylaşılıb.


3-04-2023, 13:28
Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb


Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. Cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub. Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
3-04-2023, 13:26
İsrail Hərbi Hava Qüvvələri İran istehsalı PUA-nı məhv etdi


İsrail Hərbi Hava Qüvvələri İran istehsalı PUA-nı məhv etdi

İsrail Hərbi Hava Qüvvələri Suriyadan ölkənin hava məkanına daxil olmağa cəhd göstərən pilotsuz uçuş aparatını (PUA) məhv edib. İran istehsalı PUA-nın Hizbullaha məxsus olduğu iddia edilir. İsrail müdafiə qüvvələri ərazini mühasirəyə alaraq PUA-nı məhv edib. Hazırda PUA-nın hissələri axtarılır. Pilotsuz uçan aparatın kəşfiyyat və ya zərbə tipli olması hələlik məlum deyil.
3-04-2023, 00:33
Ukraynadakı döyüşlərdə iştirak edən azərbaycanlı hərbiçi həlak oldu


Ukraynadakı döyüşlərdə iştirak edən azərbaycanlı hərbiçi həlak oldu

Ukrayna ordusunun daha bir azərbaycanlı hərbçisi döyüşlərdə həlak olub. 35 yaşlı zabit Novruzov Elvin İlqar oğlunun meyiti cəbhədə itkin düşəndən bir müddət sonra tapılıb. Əslən Azərbaycanın Biləsuvar rayonundan olan Elvin Novruzov Ukrayna vətəndaşıdır. O, Ukraynanın İvano Frankovsk vilayətinin Kaluş rayonunda yaşayıb. Ailəlidir, 1 övladı var.
3-04-2023, 00:29
Sabiq iqtisadiyyat naziri prezident seçildi


Sabiq iqtisadiyyat naziri prezident seçildi

Monteneqronda keçirilən prezident seçkilərinin ikinci turunda keçmiş iqtisadiyyat naziri Yakov Milatoviç qələbə qazanıb. Bu barədə paytaxt Podqoritsada yerləşən Monitorinq və Tədqiqat Mərkəzinin (CEMI) sorğusunda qeyd olunub. Bildirilib ki, hazırda hakimiyyətdə olan prezident Milo Cukanoviçə qalib gələn Milatoviç səslərin 60,1 faizini qazanıb. Cukanoviç ilk turda 35,3 faiz, Milatoviç isə 28,9 faiz səs toplayıb. Monteneqroda prezident hər 5 ildən bir seçilir. Hazırkı prezident Cukanoviç sonuncu dəfə 2018-ci ildə seçilmişdi.
3-04-2023, 00:27
Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcək


Rusiya nüvə silahını Polşa ilə sərhədində yerləşdirəcək

Rusiya nüvə silahını Belarusun Polşa ilə sərhədi yaxınlığında yerləşdirəcək. Bu barədə Rusiyanın Belarusdakı səfiri Boris Qrızlov məlumat verib. Onun sözlərinə görə, iyulun 1-dək Belarusda nüvə silahlarının yerləşdirilməsi üçün yer hazırlanacaq. "Nüvə silahı qərb sərhədlərinə köçürüləcək və təhlükəsizliyimizi təmin etmək imkanlarını artıracaq", - deyə səfir bildirib.
3-04-2023, 00:15
Həlak olan hərbiçimizlə bağlı məlumat əldə olunub


Həlak olan hərbiçimizlə bağlı məlumat əldə olunub

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Hadisə Tərtər rayonunun azad olunmuş ərazisində baş verib. Hadisə zamanı həlak olan 2004-cü il təvəllüdlü əsgər Qəbələ rayonunun Nohurqışlaq kənd sakini olub. Qeyd edək ki, hərbçimizin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

3-04-2023, 00:10
Minaya düşən hərbiçimiz öldü


Minaya düşən hərbiçimiz öldü

Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!