20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                       
25-04-2023, 17:30
Qaribaşvili Stoltenberqlə Ukraynadakı vəziyyəti müzakirə etdi


Qaribaşvili Stoltenberqlə Ukraynadakı vəziyyəti müzakirə etdi

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşüb. Bu barədə Gürcüstan hökuməti məlumat yayıb. Brüsseldə baş tutan görüş zamanı NATO-Gürcüstan tərəfdaşlığı müzakirə edilib. Görüşdən sonra birgə mətbuat konfransı keçirilib. Məlumat verilib ki, danışıqlar zamanı Ukraynadakı vəziyyət də müzakirə olunub.
25-04-2023, 17:00
Sərhəd-buraxılış məntəqəsinin yeni görüntüsü yayıldı


Sərhəd-buraxılış məntəqəsinin yeni görüntüsü yayıldı

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsinin yeni görüntüləri yayılıb. Kadrlarda məntəqənin artıq hazır vəziyyətdə olduğu görünür. Xatırladaq ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bildirilib ki, bu barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
25-04-2023, 16:30
Tərtər rayonunun Talış kəndinə marşrut xətti açıldı


Tərtər rayonunun Talış kəndinə marşrut xətti açıldı

“Böyük Qayıdış” proqramı çərçivəsində Tərtər rayonunun Talış kəndində məskunlaşan əhalinin nəqliyyat xidmətlərinə olan tələbatlarını ödəmək üçün sözügedən istiqamətdə avtobus marşrutu fəaliyyətə başlayıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Məlumata görə, nazirlik yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtobus marşrutunun açılması ilə bağlı araşdırma aparıb və marşrutun mövcud vəziyyətdə fəaliyyətə başlaması imkanlarını təhlil edib. Kəndə avtobus marşrutunun açılması qərara alınıb. İlk mərhələdə marşrut “Şıxarx” qaçqın şəhərciyindən başlamaqla Talış kəndi istiqamətində Tərtər şəhərinin mərkəzi bazarı, Avtovağzal, Seydimli, Çaylı və Suqovuşan kəndləri aralıq dayanacaqlarından keçməklə təşkil olunub. Hazırda sərnişinlərə bir kiçik tutumlu nəqliyyat vasitəsilə xidmət göstərilir və gün ərzində 2 reys həyata keçirilir. Rayon mərkəzindən 29 km məsafədə, dağlıq ərazidə yerləşən Talış kəndində hazırda 20 ailə olmaqla 90 nəfər məskunlaşıb. Növbəti mərhələdə kəndə 158 ailənin köçürülməsi nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin əsas məqamlarından biri də Azərbaycan vətəndaşlarının tam təhlükəsiz şəraitdə öz doğma torpaqlarında yenidən məskunlaşmasının ən qısa zamanda təmin edilməsidir.

25-04-2023, 16:00
2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artıracayıq - Prezident


2027-ci ilə qədər qaz tədarükünü iki dəfə artıracayıq - Prezident

Biz 2027-ci ilə qədər təbii qazın tədarükünü iki dəfə artırmağı planlaşdırırıq. Bunu Sofiyada çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı qeyd edib ki, bu gün Azərbaycandan Gürcüstana, Türkiyəyə, Bolqarıstana, İtaliyaya qaz tədarük edilir, bu il Rumıniyaya tədarüklərə başlanacaq. Prezident bildirib ki, bütün sistemlərarası qaz kəmərləri uğurla işləsə, qaz ilin sonuna kimi Macarıstan və Slovakiyaya çatdırılacaq. İlham Əliyev vurğulayıb ki, Azərbaycan qaz tədarük etdiyi ölkələrin sayını 6-dan ən azı 10-a çatdıracaq.
25-04-2023, 15:30
Türkiyə istehsalı təlim təyyarəsi ilk uçuşunu həyata keçirdi


Türkiyə istehsalı təlim təyyarəsi ilk uçuşunu həyata keçirdi

Türkiyənin yerli istehsal reaktiv mühərrikli təlim təyyarəsi ilk uçuşunu həyata keçirib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarənin uçuş görüntülərini yayımlayıb. "İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz "Hürjet" ilk uçuşunu uğurla həyata keçirib", - Ərdoğan qeyd edib. TUSAŞ şirkəti tərəfindən hazırlanan təyyarə sınaqlardan sonra kütləvi istehsala başlayacaq. Təyyarə əsasən qırıcı pilotlarının təlimi üçün istifadə ediləcək.

25-04-2023, 15:00
Bayden 2024-cü il seçkilərində namizəd olacağını bəyan etdi


Bayden 2024-cü il seçkilərində namizəd olacağını bəyan etdi

ABŞ Prezidenti Co Bayden 2024-cü il seçkilərində namizəd olacağını rəsmən açıqlayıb. O, bu barədə 3 dəqiqəlik videomüraciət yayımlayıb. Bayden vəzifədə başladığı “işi bitirmək” üçün seçicilərdən ona daha çox vaxt vermələrini istəyib: “Dörd il əvvəl prezidentliyə namizədliyimi irəli sürəndə demişdim ki, biz Amerikanın ruhu üçün mübarizə aparırıq və hələ də mübarizə aparırıq... Gəlin bu işi bitirək". 80 yaşlı Co Bayden yenidən prezident seçilərsə, 86 yaşında ikinci səlahiyyət müddətini başa vuracaq.
25-04-2023, 14:30
Rusiya Volkovu Qarabağdan geri çağırdı


Rusiya Volkovu Qarabağdan geri çağırdı

Rusiya hakimiyyəti Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlıların komandanı, general-mayor Andrey Volkovu vəzifəsindən geri çağırmaq qərarına gəlib. Bu barədə Ermənistanın "Hraparak" nəşri məlumat yayıb. İddialara görə, Volkovu əvəz edəcək yeni komandirin rütbəsi general-polkovnikdir. Adı açıqlanmayan komandan Rusiya ordusunun tərkibində müharibədə iştirak etmiş zabitdir və Müdafiə Nazirliyinin rəhbərliyinin etimadını qazanıb. Məlumatda bildirilib ki, Volkovun xələfi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ən etibarlı kadrlarından biridir. Onlar uzun illər birlikdə çalışırlar. "Volkov artıq getməyə hazırlaşır. Güman edilir ki, yeni komandir yaxın günlərdə gələcək", - "Hraparak" yazıb. Qeyd edək ki, Andrey Volkov 11 yanvar 2022-ci ildə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə komandan təyin edilib. General-mayor Andrey Volkov Rusiyanın Kostroma vilayətində Ali Hərbi Komandanlıq Kimyəvi Silahlardan Müdafiə Məktəbində təhsil alıb. Şimali Qafqaz Hərbi Dairəsinin qərargahında xidmət edib. Volkov 1986-cı ildə Əfqanıstanın Künduz şəhərində zabit kimi xidmətə başlayıb. Əfqanıstanda xidmət etdikdən sonra Andrey Volkov Qroznı ətrafında yerləşən özüyeriyən artilleriya alayında xidmətə başlayıb. 201-ci motoatıcı diviziyasının və Baqlan əyalətində Puli-Xumridə yerləşən motoatıcı alayın komandiri olub. O, bir müddət Cənub Hərbi Dairəsinin Radiasiya, Kimya və Bioloji Müdafiə qoşunlarının rəisi vəzifəsində çalışıb. 2000-ci ildə ona müddətdən əvvəl polkovnik hərbi rütbəsi verilib və “Şücaət” ordeni ilə də təltif edilib. Andrey Volkov 2017-ci ildə Suriyada xidmətə göndərilib.
25-04-2023, 14:00
Bolqarıstanda SOCAR-ın açılışı oldu


Bolqarıstanda SOCAR-ın açılışı oldu

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak ediblər.





25-04-2023, 13:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda aprelin 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
25-04-2023, 12:30
ABŞ Rusiyanı Sibir Birləşmiş Ştatlarına bölmək istəyir - Medvedev


ABŞ Rusiyanı Sibir Birləşmiş Ştatlarına bölmək istəyir - Medvedev

"Rusiyanın raketləri, mərmiləri və tankları tükənməyib, müdafiə sənayesi istənilən problemi həll etməyə hazırdır". Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, sabiq prezident Dmitri Medvedev deyib. "Rusiya Federasiyasının hərbi-sənaye kompleksi yükün öhdəsindən gəlir və ordunun ehtiyaclarını ödəməyə hazırdır. ABŞ-da Rusiya Federasiyasını Sibir Birləşmiş Ştatlarına və digər ayrı-ayrı ölkələrə bölmək və onları idarə etmək istəyirlər. Rusiya G20-ni başqa ölkələrlə birlikdə yaradıb və indi “məşhur” dost olmayan dövlətlər onu oradan qovmağı təklif edirlər", - Medvedev söyləyib. "Bütün ölkələr yeni genişmiqyaslı qlobal münaqişənin başlanmasının qarşısını almaq üçün səy göstərməlidir", - o əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2023    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!