Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
18-08-2023, 17:16
Gürcüstanda yaşayan soydaşlarımız BMT-nin ofisi qarşısında aksiya keçirdilər


Gürcüstanda yaşayan soydaşlarımız BMT-nin ofisi qarşısında aksiya keçirdilər

Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri BMT-nin Tbilisidəki ofisi qarşısında dinc aksiya keçiriblər.
Aksiya iştirakçıları BMT-dən Ermənistanın Azərbaycana qarşı etdiyi haqsızlıqlara, ekoloji terror, mina təhlükəsi və digər cinayətlərə münasibət bildirməyi tələb ediblər.
Aksiyada "Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin, "Alyans" Gənclər Mərkəzinin, "Azərbaycan Evi"nin rəhbərliyi və üzvləri, eləcə də, ictimai fəallar iştirak ediblər.
"Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi"nin direktoru Murad Muradov deyib ki, Gürcüstanda yaşayan Azərbaycan icmasının nümayəndələri bu ölkəyə qarşı hər hansı bir təxribat, təhrik və cinayətlərə biganə deyillər. Aksiya iştirakçıları bu cür məsələlərlə bağlı narahatlıqlarını bildirib və BMT kimi nüfuzlu təşkilatın Azərbaycanı narahat edən bütün məsələlərə ədalətli, balanslı reaksiya verməsini tələb ediblər.
Aksiya iştirakçıları bildiriblər ki, Ermənistanın ətraf mühitə vurduğu ziyan təkcə Azərbaycan üçün deyil, bütövlükdə insanlıq əleyhinə törədilən cinayətdir. BMT bu cür qlobal məsələləri diqqət mərkəzində saxlamalıdır. Çünki erməni vəhşiliyi nəticəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında təbii sərvətlərimiz istismar olunub və bunun nəticəsində ətraf mühitə ciddi ziyan dəyib. Yüz min hektara yaxın meşə fondu dağıdılıb, qiymətli meşəlik ərazilər tükənib, çaylarımız isə hələ də çirkləndirilir ki, bu da yerli fauna üçün ciddi təhlükə yaradır.
Aksiya iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalarla çirklənməsi məsələsinə də diqqət çəkiblər.
Qeyd edilib ki, 2020-ci ildə münaqişə başa çatdıqdan sonra Azərbaycanda mina qurbanlarının sayı 303 nəfəri ötüb. Torpaqların minalarla çirkləndirilməsi təkcə insanların həyatını təhlükə altına salmır, həm də vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qayıtmasına mane olur.
Erməni KİV-lərində Azərbaycan əsgərlərinə qarşı pis rəftarla bağlı narahatedici sübutların ortaya çıxması və BMT-nin digər beynəlxalq təşkilatlar kimi baş verənlərə susması da icma üzvlərini narahat edən məsələlər sırasında olub.
18-08-2023, 16:48
Füzulidə tələ-mina aşkarlandı


Füzulidə tələ-mina aşkarlandı

Füzuli rayonu ərazisində qəbiristanlıqda tələ-mina aşkar edilib.
Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.
Bildirilib ki, Agentliyin apardığı təmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ-minalar, ölüm ehtimalını artıran mina-sürprizlərə rast gəlinir. Belə ki, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında 1 ədəd TM-62M tank əleyhinə minasının üzərinə 1 ədəd Ermənistan istehsalı olan piyada əleyhinə PMN-Э minasının, eləcə də partlayış gücünün artırılması məqsədilə qeyd olunan iki minanın arasına TNT (partlayıcı) yerləşdirilməsi faktına rast gəlinib.
Qeyd edək ki, tərkibində 7 kq partlayıcı maddə olan tank əleyhinə mina texnikanın sıradan çıxarılması üçün nəzərdə tutulub. Aşkar olunan tank və piyada əleyhinə minalar, həmçinin yüksək tərkibli partlayıcıdan ibarət üst-üstə qoyulan tələ-minası mexaniki vasitələrin, eləcə də insanların kütləvi şəkildə məhv edilməsi məqsədilə yerləşdirilib.
Agentlik tərəfindən icra edilən minatəmizləmə əməliyyatları zamanı mülki təyinatlı sahələrdə və ətraf ərazilərində dəfələrlə rast gəlinən bu kimi tələ-minaların quraşdılırması dinc əhaliyə, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür.
Müharibədən sonrakı dövrdə 180 mina insidentindən 128-i keçmiş təmas xəttindən kənarda yerləşən ərazilərdə qeydə alınıb. Cari ilin 18 avqust tarixinədək baş verən mina hadisələrində zərərçəkən 303 nəfərdən 217-si məhz bu ərazilərdə mina partlayışından həlak olub və ya xəsarət alıb.
Qeyd olunmuş faktları nəzərə alaraq, ANAMA bir daha vətəndaşlara müraciət edərək təhlükəsizliyinə əmin olmadıqları ərazilərə daxil olmamağa çağırır.
18-08-2023, 16:31
Kütləvi məzarlıqlarda tapılan 15 nəfərin kimliyi müəyyənləşdi


Kütləvi məzarlıqlarda tapılan 15 nəfərin kimliyi müəyyənləşdi

Kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov itkin düşmüş şəxslərlə bağlı keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, artıq 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib:
"4000 itkinin müqabilində bu rəqəm azdır. Amma bu başlanğıcdır. Proses davam etdirilir. 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir". Kimliyi müəyyən edilənlərin siyahısını təqdim edirik:
İbrahimov Vəliyyəddin Səhləb oğlu
Abdullayev Nurəli Hacıbaba oğlu
Qurbanov Nofəl Nəriman oğlu
Rüstəmov Araz Bağır oğlu
Abbasov Məhərrəm Abbas oğlu
Niftəliyev Adil Kamal oğlu
Qarayev Qafar Qənbər oğlu
Hüseynov Əli Heydər oğlu
Hüseynov Gülverdi Ağahüseyn oğlu
Mikayılov Baba Balakişi oğlu
İsayeva Sənəm Həsən qızı
Əzizov Yusif İsmayıl oğlu
Musayev Mehman Kamal oğlu
Allahverdiyev Şəmsəddin Əvəz oğlu
Məmmədov Əsəd Məmməd oğlu
18-08-2023, 16:08
İranın XİN Başçısı vəliəhd şahzadəsi ilə görüşdü


İranın XİN Başçısı vəliəhd şahzadəsi ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşüb.
Bu barədə IRNA informasiya agentliyi məlumat yayıb.
Bu, iki ölkə arasında münasibətlərin normallaşmasından sonra İran rəsmisinin Səudiyyə Ərəbistanı taxt-tacının varisi ilə ilk görüşü hesab olunur.
Qeyd edək ki, Abdullahian cümə axşamı səudiyyəli həmkarı Feysəl bin Fərhan ilə də görüşüb və birgə mətbuat konfransı keçirib.
18-08-2023, 15:29
İranda saxlanılan tələbəmizin məhkəməsi keçirildi


İranda saxlanılan tələbəmizin məhkəməsi keçirildi

İranda casusluq ittihamı ilə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin məkməsi keçirilib.
Bu barədə Fərid Səfərlinin anası Dilarə Əsgərova məlumat verib.
Tələbənin anası qeyd edib ki, oğlu ilə dünən telefonla danışıb. O bildirib ki, məhkəmə Fərid haqqında 2 il həbs qərarı çıxarıb. Hakim azərbaycanlı tələbəyə son söz verməyib.
“Fərid artıq qərarı məktub şəklində alıb. Fərid qərarla barışmır, heç bir sübut olmadan bu cəzanın verilməsini qəbul edə bilmir”, - Dilarə Əsgərova vurğulayıb.
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Sonradan məlum olub ki, Fərid Səfərli İranda həbs olunub.
19 iyul tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
18-08-2023, 15:05
200-dən çox bal toplayanlar ali məktəblərə qəbul ola biləcək


200-dən çox bal toplayanlar ali məktəblərə qəbul ola biləcək

"I qrup üzrə 200 baldan yuxarı nəticə göstərən hər bir abituriyent ali məktəblərə qəbul ola biləcək".
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin "YouTube" kanalında canlı yayım zamanı deyib.
Mərkəz sədrinin sözlərinə görə, 270 baldan yuxarı nəticə göstərənlər dövlət sifarişli yerlərə qəbul ola bilərlər.
"I qrupda keçən illə müqayisədə 23 faiz artım müşahidə olunur. Bu o deməkdir ki, keçən illə müqayisədə 2000 mindən çox insan I qrup ixtisasları üzrə ali təhsil ala biləcək. Bu qrupda 537 ixtisas kodu təqdim olunub, lakin cəmi 64 ixtisasdır. Eyni ixtisaslar müxtəlif universitetlərdə var. Siyahı ilə tanış olanda görmək olar ki, əmək bazarında hansı ixtisaslara daha çox tələbat var", - Məleykə Abbaszadə bildirib.
Qeyd olunub ki, I qrupda plan yerlərinin ümumi sayı 18 min 386-dır. Bunlardan 13348-i dövlət sifarişlidir. Bundan əlavə bu ixtisas qrupunda RK altqrupu üzrə plan yerlərinin sayı 12246-dır. Bundan 8398-i dövlət sifarişlidir. Rİ altqrupunda plan yerinin sayı 6140, ondan 4950-si dövlət sifarişli yerdir.
18-08-2023, 14:14
Hərbiçimizin özünü güllələmə səbəbi bəlli oldu


Hərbiçimizin özünü güllələmə səbəbi bəlli oldu

Hərbçimiz, kiçik çavuş Abbasov Asim Hamail oğlunun özünü öldürməsinin ilkin səbəbi məlum olub.
Hadisə ailə-məişət zəminində baş verib.
Hadisənin hərbi xidmətlə əlaqəli olmadığı bildirilir.
18-08-2023, 13:47
Masallıda yol tikintisinə pul ayrılmasıyla bağlı Sərəncam imzalandı


Masallıda yol tikintisinə pul ayrılmasıyla bağlı Sərəncam imzalandı

Prezident İlham Əliyev Masallı rayonunun Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, əlli bir min nəfər əhalinin yaşadığı 27 yaşayış məntəqəsini birləşdirən Ləngan–Əhmədli–Təklə–Köcəkli, Bala Təklə–Şərəfə və Öncəqala–Hüseynhacılı–Viləş–Xallıcalı–Dəlləkli–Qədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.8-ci yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 14,6 milyon (on dörd milyon altı yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
18-08-2023, 12:57
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacaq.
18-08-2023, 12:16
Hərbiçimiz odlu silahla özünü güllələdi


Hərbiçimiz odlu silahla özünü güllələdi

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlunun odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Ağdam Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Daxil olan məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun və Azərbaycanın Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycanın Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır", - məlumatda qeyd edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2023    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!