Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                       
1-09-2023, 13:42
Rusiya ukraynalıların şəxsi məlumatlarını bu yolla əldə edir


Rusiya ukraynalıların şəxsi məlumatlarını bu yolla əldə edir

"Rusiya ukraynalı əsgərlərin və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün fişinq saytlarından istifadə edir".
Bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri "Amerikanın Səsi"nə Rusiyanın minlərlə ukraynalı əsgər və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün istifadə etdiyi fişinq saytları barədə danışıblar. Onların fikrincə, bu, Ukraynanın işğal olunmuş ərazilərində yaşayan ailə üzvlərini saxlayıb Rusiyaya deportasiya etmək üçün edilir.
ABŞ-dakı bu cür fişinq resurslarına, məsələn, "WarTears" və "ForeignCombatants" layihələri daxildir. Rəsmilərin sözlərinə görə, bu resurslar itkin düşmüş, əsir düşmüş və ya ölmüş ukraynalı əsgərlərin dostları və qohumları üçün dəstək saytı kimi görünür.
Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petr Yatsenko da "Amerikanın Səsi" ilə söhbətində bu saytların fişinq olduğunu bildirib. Onun sözlərinə görə, "WarTears.org" məlumat bazasında 170 mindən çox ukraynalı hərbçi haqqında məlumat var.
1-09-2023, 13:34
Ağdam-Xankəndi yoluna işıq çəkilir


Ağdam-Xankəndi yoluna işıq çəkilir

Ağdamdan Xankəndi istiqamətinə gedən yola işıq çəkilir.
Hazırda “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən yolun işıqlandırılması üçün yeni dayaqlar basdırılır, hava xətləri çəkilir.
İşlər yekunlaşdıqdan sonra Ağdam-Xankəndi yolu dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaq.

1-09-2023, 12:44
Erməni silahlı dəstələri Kəlbəcər istiqamətində təxribat törətdi


Erməni silahlı dəstələri Kəlbəcər istiqamətində təxribat törətdi

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini minaatanlardan atəşə tutur.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən zəruri cavab tədbirləri görülür", MN-dən bildirilib.
1-09-2023, 12:43
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Sentyabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-19° isti olacaq.
1-09-2023, 12:21
Ermənilər mövqelərimizi artilleriya atəşinə tutdu


Ermənilər mövqelərimizi artilleriya atəşinə tutdu

Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
1-09-2023, 11:46
Rusiyanın ən böyük məktəbi tikildi


Rusiyanın ən böyük məktəbi tikildi

Rusiyanın Voronej vilayətində Belarusdan olan inşaatçıların iştirakı ilə Rusiyanın ən böyük məktəbi tikilib.
Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
"Bu gün unikal təhsil ocağı öz qapılarını 4000-ə yaxın şagirdin üzünə açdı", - məlumatda qeyd olunub.
Belarus Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko videobağlantı vasitəsilə Voronej sakinlərini meqa-məktəbin açılışı münasibətilə təbrik ediblər.
1-09-2023, 11:11
Ordumuz düşmənə qətiyyətlə cavab verir: İki erməni hərbiçi məhv edildi, biri yaralandı


Ordumuz düşmənə qətiyyətlə cavab verir: İki erməni hərbiçi məhv edildi, biri yaralandı

Azərbaycan Ordusu Ermənistanın hərbi təxribatına qətiyyətli cavab verib.
Görülən tədbirlər nəticəsində iki erməni əsgər məhv edilib, biri yaralanıb.
Ordumuzin cavab zərbəsi Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki mövqelərinə hədəflənib.
Məlumatı Ermənistan Müdafiə Nazirliyi də təsdiqləyib.
Bu barədə Ermənistanın “Hraparak” nəşri məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda bildirilir ki, sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Nəticədə üç hərbi qulluqçumuz yaralanıb.
"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", - Azərbaycan Müdafiə Nazirliyi bildirib.
1-09-2023, 10:46
Erməni silahlı qüvvələri PUA-lardan istifadə edir - Hərbiçilərimiz yaralandı


Erməni silahlı qüvvələri PUA-lardan istifadə edir - Hərbiçilərimiz yaralandı

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Zod istiqamətindəki bölmələri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı tətbiq edilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Xəbərə görə, nəticədə daha iki hərbi qulluqçumuz yaralanıb.
"Hazırda qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən qətiyyətli cavab tədbirləri görülür", MN-dən bildirilib.
1-09-2023, 10:09
Sərhəddə gərgin vəziyyət: Atışma zamanı hərbiçimiz yaralandı


Sərhəddə gərgin vəziyyət: Atışma zamanı hərbiçimiz yaralandı

Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
"Qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.
Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
Bildiririk ki, Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", MN-in məlumatında deyilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!