"Paris-2024": İlham Zəkiyev bürünc medal qazandı .....                        "Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı deyil" .....                        DİM sabah 9-cu və 11-cilər üçün buraxılış imtahanı keçirəcək .....                        Ukrayna ilə Rusiya Azərbaycandan vasitəçilik xahiş etsə... - Eks-nazirin şərhi .....                        Hərbçilərə güzəştli ipoteka kreditlərinin verilməsi qaydası təsdiqləndi .....                        Şuşaya qayıdan daha 27 ailəyə mənzillərin açarı verildi .....                        Xəyalların gerçəkləşdiyi məkan: Qarabağ və Şərqi Zəngəzur .....                        Mehriban Əliyeva Paralimpiya çempionunu təbrik etdi .....                        Ermənistan geri çəkildi - İrəvan Putinin “həbsi”nə imza atmadı .....                       
1-10-2023, 17:15
Armen Qriqoryan iranlı həmkarıyla görüşmək üçün Tehrana getdi


Armen Qriqoryan iranlı həmkarıyla görüşmək üçün Tehrana getdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı ilə görüşmək üçün Tehrana gedib.
Bu barədə MiranPress yazır.
Məlumata görə, Armen Qriqoryan İranda digər yüksək rütbəli rəsmilərlə də görüşəcək.
1-10-2023, 17:01
Hikmət Hacıyev: "Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik“


Hikmət Hacıyev: "Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik”

Rəsmi Bakı Qarabağda erməni sakinlərin etnik təmizlənməsi və soyqırımı ittihamlarını rədd edir.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "France 24"ə müsahibəsində Ermənistan hakimiyyətinin etnik təmizləmə və soyqırımı ilə bağlı ittihamlarına cavab olaraq bildirib.
Prezidentin köməkçisi erməni sakinlərin bölgəni tərk etmək və ya qalmaqda sərbəst olduğunu deyib.
"Biz etnik təmizləmə və ya soyqırım ittihamlarını qəbul edə bilmərik. Etnik təmizləmə mülki şəxslərə qarşı zorakılıq aktıdır ki, bu da Ermənistanın 30 il əvvəl bizə qarşı istifadə etdiyi hərəkətdir. Amma bu, o demək deyil ki, biz eyni şeyi təkrarlayacağıq. Mülki əhaliyə qarşı bir dəfə də zorakılıq olmayıb. Onlar özləri də bunu təsdiqləyirlər", - H.Hacıyev vurğulayıb.
H.Hacıyev qeyd edib ki, Qarabağda erməni vətəndaşı olmayıb: "Biz onları həmişə Azərbaycan vətəndaşı hesab etmişik, lakin təəssüf ki, qanunsuz separatçı qurum onlarla birbaşa əlaqəmizə imkan vermədi”.
Onun sözlərinə görə, Qarabağdakı erməni azlıqların nümayəndələri ilə danışıqlar məhsuldar keçib və məqsəd yalnız qanunsuz erməni silahlı birləşmələrinin tərksilahına yönəlib.
Ermənistanın Azərbaycanı qanunsuz olaraq insanları həbs etməklə bağlı ittihamına gəldikdə, H.Haciyev müharibə cinayətlərində təqsirli bilinən bir neçə nəfərin saxlanıldığını əlavə edib:
“Biz bilirik ki, Ermənistanda və beynəlxalq mediada bütün hərbçiləri həbs edəcəyimizlə bağlı qorxu var idi. Əgər kimsə silahı yerə qoyarsa, o, azaddır və öz seçimi ilə Ermənistana getməyə qərar verib. Mülki şəxslərə gəlincə, biz qapıları açdıq və onların hərəkət azadlığına, seçim azadlığına hörmət etdik. Onların çoxu deyir: Mən Azərbaycan bayrağı altında yaşaya bilmərəm. Buna haqq qazandıra bilməsəm də, başa düşə və hörmət edə bilərəm. Əgər erməni sakinlər Azərbaycan vətəndaşlığını qəbul etsələr, biz onların hüquq və təhlükəsizliyini qoruyacaq, eləcə də bələdiyyə sistemi yaradacayıq ki, yerli-yerində öz işlərini idarə edə bilsinlər, həmçinin dini və mədəni hüquqları təmin olunsun”.
1-10-2023, 16:47
Stoltenberq Türkiyədə törədilən terror aktını pislədi


Stoltenberq Türkiyədə törədilən terror aktını pislədi

NATO Baş katibi Yens Stoltenberq Türkiyədə törədilən terror aktını pisləyib.
Bununla bağlı Baş katib Stoltenberq "X" hesabında paylaşım edib.
"Bu gün Ankarada Daxili İşlər Nazirliyinə qarşı törədilən terror aktını şiddətlə qınayıram, xidməti vəzifələrini yerinə yetirərkən yaralanan polis əməkdaşlarına tez zamanda sağalmasını diləyirəm. NATO terrorla mübarizədə Türkiyə ilə həmrəydir", - Stoltenberq vurğulayıb.
1-10-2023, 16:29
Qarabağ işğaldan azad edildi, haqq yerini tutdu - Ərdoğan


Qarabağ işğaldan azad edildi, haqq yerini tutdu - Ərdoğan

Azərbaycan ərazisi olan Qarabağ işğaldan azad edilib.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyənin dövlət başçısı qeyd edib ki, bununla da haqq yerini tutub.
1-10-2023, 16:16
XİN Türkiyədə baş vermiş terror hücumunu kəskin şəkildə pislədi


XİN Türkiyədə baş vermiş terror hücumunu kəskin şəkildə pislədi

"Qardaş Türkiyənin Daxili İşlər Nazirliyi yaxınlığında baş verən terror hücumunu kəskin şəkildə pisləyirik".
Bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin "X" sosial şəbəkəsindəki hesabında yer alıb.
"Terrorizmə məruz qalan ölkə kimi Türkiyə ilə həmrəy olduğumuzu bildirir, terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni hər zaman dəstəkləyirik", - Azərbaycan XİN-in paylaşımında qeyd edilib.
1-10-2023, 16:02
Beyləqanın bu kəndləri subasmaya məruz qaldı


Beyləqanın bu kəndləri subasmaya məruz qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə yağan güclü yağış səbəbindən Beyləqan rayonunun Əhmədli və Aşağı Çəmənli kəndlərində bəzi fərdi yaşayış evləri və həyətyanı sahələrin subasmaya məruz qalması barədə məlumat daxil olub.
FHN-dən bildirilib ki, məlumatla əlaqədar Nazirliyin müvafiq olaraq Qarabağ Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir.

1-10-2023, 15:45
Ermənilər mina terrorunu törətməkdə davam edir


Ermənilər mina terrorunu törətməkdə davam edir

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra qondarma rejimin bu ərazilərdə əlavə minalar basdırdığı üzə çıxıb.
480 km-dən artıq təmas xətti boyunca yerləşdirilən yarım milyondan artıq mina heç də təsadüfi partlayıcı və ya partlamamış hərbi sursatlar deyil.
Ən son məlumata görə, Azərbaycan Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyi Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlayıb. İnzibati binalara baxış keçirilən zaman bunların qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırıldığı üzə çıxıb.
Bundan əvvəl isə məlum olub ki, aprelin sonunda - Laçın dövlət sərhədindən buraxılış məntəqəsi yaradılmazdan əvvəl, Ermənistan yeni istehsal olunmuş minaları Qarabağa çatdırmaq üçün Laçın yolundan sui-istifadə edib.
Minalar müharibə silahı kimi istehsal olunsa da, görünən odur ki, qurbanların yalnız 10 faizi hərbçilərdir. Düşmən məhz mülki sakinləri, o cümlədən qadın və uşaqları, təsərrüfat işləri ilə məşğul olan insanları hədəfə alıb.
Qeyd edək ki, bu minaların zərərsizləşdirilməsi çox böyük səylər tələb edir. İnsanların həyatının xilası üçün isə Ermənistan yeni minalanmış ərazilərin xəritələrini verməli və Azərbaycana minatəmizləmə səylərində kömək etməlidir. Azərbaycanın Baş prokuroru Kamran Əliyev da bugünkü açıqlamasında Ermənistanın hələ də mina xəritələrini vermədiyini, təqdim olunan xəritələrin isə həqiqəti əks etdirmədiyini bildirib.
Xatırladaq ki, 2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə 1200 km-dən artıq təmas xətti boyunca yerləşdirdiyi mina təhlükəsi ilə üz-üzə qalıb. Mina partlayışı nəticəsində 314-dən çox ölüm faktı qeydə alınıb.
Statistikaya əsasən, 2020-ci il noyabrından bu ilin sentyabrın 1-nə qədər isə 95 318 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib, 93 410 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
1-10-2023, 15:26
BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxdı


BMT nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) nümayəndələri Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.
BMT-nin Azərbaycandakı rezident əlqələndiricisinin rəhbərliyi altında beynəlxalq təşkilatın ixtisaslaşmış qurumlarının nümayəndələri Xankəndi-Laçın yolunda olublar və Laçın sərhəd-keçid məntəqəsinə baxıblar.
1-10-2023, 14:30
Xankəndində xeyli sayda silah-sursat tapıldı


Xankəndində xeyli sayda silah-sursat tapıldı

Xankəndi şəhəri ərazisində xeyli sayda tələ qurğular, silah-sursat aşkarlanıb.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib ki, Xankəndi şəhəri ərazisində yerləşən müəyyən inzibati binalarda xeyli sayda partlayıcı qurğular aşkarlanıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati binalara baxış keçirilən zaman qanunsuz hərbi birləşmələr tərəfindən quraşdırılan tələ qurğular, eləcə də silah-sursat aşkar edilib.
ANAMA əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı ərazinin girişində yerləşən boruların içərisində sürpriz formaya salınmış əl qumbaraları, habelə otaqlarda yerləşən çəkməcələrdə, pərdələrin arxasında, hərbi jiletlərin ciblərində, binanın zirzəmisində əl qumbaraları və yüksək partlayış gücünə malik müxtəlif hərbi sursatlardan ibarət tələ qurğuları aşkarlanıb. Eyni zamanda, yüksəklikdən buraxılaraq partlayış törətmək və geniş radiusda qəlpələnmə yaradılması məqsədilə minaatan mərmiləri, qəlpələnən bombletlər, VOQ-17 silah qumbaralarından ibarət improvizə olunmuş partlayıcı qurğulara rast gəlinib.
Tələ qurğular Agentlik əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazilərin təhlükəsizliyi təmin edilib.
1-10-2023, 14:14
İsveç Türkiyədə törədilmiş terror aktını pislədi


İsveç Türkiyədə törədilmiş terror aktını pislədi

İsveç Türkiyədə törədilən terror aktını pisləyib.
Bu barədə İsveç Baş nazirinin "X" hesabında paylaşım edilib.
"İsveç Ankarada bu gün baş verən terror aktını qətiyyətlə pisləyir. Terrorla mübarizədə Türkiyə ilə uzunmüddətli əməkdaşlığa sadiqliyimizi bir daha təsdiqləyir və yaralananların tez zamanda tam sağalmasını diləyirik", - paylaşımda qeyd olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!