Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
17-02-2024, 17:40
Muxtar Babayev Azərbaycanda COP29-a hazırlıqla bağlı məlumat verdi


Muxtar Babayev Azərbaycanda COP29-a hazırlıqla bağlı məlumat verdi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Münxen Təhlükəsizlik Konfransı (MSC2024) çərçivəsində keçirilən “COP mexanizmi: Beynəlxalq iqlim diplomatiyasının perspektivləri” adlı debatlarda çıxış edib.
Bu barədə tanınmış alman jurnalisti Eliza Mibax rəsmi "X" hesabında məlumat verib.
Məlumatda qeyd edilir ki, nazir Muxtar Babayev çıxışı zamanı Azərbaycanda COP29-a hazırlıqla bağlı məlumat verib, ölkəmizin qlobal Şimal və Cənub ölkələri arasında bir körpü olmasını arzuladığını və bunun 2025-ci ildə Braziliyada keçirilməsi planlaşdırılan COP30 ərəfəsində gerçəkləşdirilməsini istədiyini söyləyib.
Xatırladaq ki, Almaniyanın Münxen şəhərində keçirilən beynəlxalq təhlükəsizlik konfransında Azərbaycandan bir çox dövlət rəsmiləri iştirak edir, müxtəlif görüşlər keçirirlər.
17-02-2024, 17:34
Aleksey Navalnının cəsədi yoxa çıxdı


Aleksey Navalnının
cəsədi yoxa çıxdı


Aleksey Navalnının cəsədi itib.
Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış bildirib.
Onun sözlərinə görə, Navalnının anasına oğlunun cəsədinin Yamalo-Nenetsk Muxtar Dairəsinin Salexard şəhərində olduğu barədə rəsmi bildiriş verilib.
“Alekseyin anasına göndərilən rəsmi bildirişdə göstərilir ki, onun ölümü fevralın 16-da yerli vaxtla saat 14:17-də baş verib. Koloniyanın əməkdaşı Navalnının cəsədinin Salexardda olduğunu bildirib. İstintaq Komitəsinin müstəntiqləri onu aparıblar. Onlar hazırda bununla bağlı araşdırma aparırlar”, - deyə o, özünün “X” hesabında qeyd edib.
Yarmışın sözlərinə görə, Navalnının vəkili və anası Salexard morquna getsələr də, ora bağlı olub.
“Vəkil qapıda göstərilən telefon nömrəsinə zəng etdi. Ona dedilər ki, vəkil bu gün zəng edən yeddinci şəxsdir. Onların morqunda Alekseyin cəsədi yoxdur”, - deyə Yarmış əlavə edib.
Xatırladaq ki, fevralın 16-da günortadan sonra Rusiyanın Yamalo-Nenetsk Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidməti Navalnının 3 saylı cəzaçəkmə koloniyasında ölməsi barədə məlumat yayıb. Məlumata görə, o, gəzintidən sonra özünü pis hiss edib və huşunu itirib, gələn həkimlər reanimasiya tədbirlərindən sonra onun öldüyünü müəyyən ediblər.
17-02-2024, 17:28
Cavanşir Quliyevin səhhəti normallaşıb


Cavanşir Quliyevin səhhəti normallaşıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb.
Bu barədə “Report”a şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib.
O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadəm xəstəxanasında intensiv şəraitdən stasionar müalicəyə köçürülüb: “Reanimasiyadan palataya gətirlib. Bir neçə dəfə əmliyyat olunub, hazırda həkimlər səhhətinin yaxşılaşdığını və müalicələrə çox müsbət reaksiya verdiyini bildiriblər”.
Qeyd edək ki, fevralın 5-də İstanbulda işgüzar səfərdə olan sənətkarın səhhəti qəflətən pisləşib və o, Etfal Araşdırma Xəstəxanasına aparılıb, sonradan Acıbadəm Xəstəxanasına nəql edilib.
Bəstəkarın müalicəsinə Heydər Əliyev Fondu tərəfindən dəstək göstərilir.
17-02-2024, 16:52
Azərbaycan Ankarada keçirilən beynəlxalq forumda təmsil olunur


Azərbaycan Ankarada keçirilən beynəlxalq forumda təmsil olunur

Türkiyənin Antaliya şəhərində 6-cı Etnoidman Forumu başlayıb.
Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan bildirib ki, ötən il keçirilməsi nəzərdə tutulsa da, 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələlər səbəbilə forum təxirə salınıb.
"Dünyanın hər yerində, ənənələrini yaşayan və yaşadan cəmiyyətlərlə əlaqələrimizi yaxşılaşdırmaq üçün mübarizə aparırıq", - deyə o əlavə edib.
Forumun açılış mərasiminə Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılıb.
17-02-2024, 16:46
"Azərbaycanın göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir" - Zelenski


"Azərbaycanın göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir" - Zelenski

Ukraynda Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini deyib.
Bu barədə V.Zelenski fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
"Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımlar yüksək qiymətləndirilir", - Prezident vurğulayıb.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olunub.
17-02-2024, 16:20
Hikmət Mirzəyev azad edilmiş ərazilərdə bir neçə hərbi hissədə oldu - VİDEO


Hikmət Mirzəyev azad edilmiş ərazilərdə bir neçə hərbi hissədə oldu - VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə dislokasiya olunmuş bir neçə hərbi hissədə olublar.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Quru Qoşunların rəhbər heyəti, briqada komandirləri, onların müavinləri və əlahiddə hərbi hissələrin komandirləri ilə görüşən Baş Qərargah rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordumuz qarşısında qoyduğu tapşırıqları komandir-rəis heyətinə çatdırıb, onların icrası ilə əlaqədar müvafiq göstərişlər verib.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı üzrə təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin təminatı və keçirilən praktiki məşqlər ilə maraqlanıb, döyüş və atəş hazırlığını izləyib, onların təkmilləşdirilməsinə dair göstərişlər verib. Bildirilib ki, təlim toplanışına cəlb olunmuş hərbi vəzifəlilərin əksəriyyəti Vətən müharibəsi və ondan sonra keçirilmiş əməliyyatlarda iştirak etmiş ehtiyatda olan hərbi qulluqçulardır.
Baş Qərargah rəisi səfərbərlik hazırlığı və səfərbərlik ehtiyatlarının yaradılması üzrə keçirilən tədbirlərin planlı şəkildə davam etdirilməsi, ehtiyatda olan hərbi qulluqçuların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə təlim toplanışlarının mütəmadi keçirilməsinə xüsusi diqqət yetirilməsini tapşırıb.
General-polkovnik K.Vəliyev səfərbərlik ehtiyatlarının cəlb olunması ilə təşkil edilmiş komanda-qərargah təliminin gedişi ilə də maraqlanıb. Təlimin keçirilmə yerinə və səhra şəraitində açılmış təlim nöqtələrinə gələn Baş Qərargah rəisi aidiyyəti vəzifəli şəxslərin məruzələrini dinləyib.
Təlimlərin keyfiyyətinin daha da artırılması, habelə cəlb olunan şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə dair hərbi hissələrin komandanlıqları qarşısında konkret tapşırıqlar qoyulub.
Sonra Raket və Artilleriya Qoşunlarının hərbi hissələrində olan Baş Qərargah rəisi təlim və məşqlərin keyfiyyətinin, eləcə də onların çöl şəraitində keçirilməsinin intensivliyinin artırılması, həmçinin döyüş heyətlərinin praktiki vərdişlərinin təkmilləşdirilməsinin vacibliyini qeyd edib.
Kəlbəcər və Laçın istiqamətlərində dislokasiya olunmuş hərbi hissələrə baş çəkən general-polkovnik K.Vəliyevə görülən işlər barədə məruzə olunub. İnşası davam etdirilən hərbi obyektlərdə tədbirlərin plana uyğun yerinə yetirilməsi, habelə işlərin təyin edilmiş müddətdə başa çatdırılması barədə Müdafiə nazirinin göstərişləri aidiyyəti vəzifəli şəxslərə çatdırılıb.

17-02-2024, 16:09
Azərbaycan və Ermənistan XİN-ə delimitasiya barədə təlimat verildi


Azərbaycan və Ermənistan XİN-ə delimitasiya barədə təlimat verildi

Azərbaycan və Ermənistan Xarici İşlər nazirliklərinə tezliklə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
Bu barədə fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ilə ikitərəfli görüşü zamanı bildirilib.
Qeyd olunub ki, görüşdə iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar, münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası məsələləri müzakirə olunub. Xarici İşlər nazirliklərinə tezliklə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının keçirilməsi barədə təlimat verilib.
17-02-2024, 15:46
Almaniya sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır - Şolts


Almaniya sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır - Şolts

Almaniya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını dəstəkləməyə hazırdır.
Bu barədə Almaniya Kansleri Olaf Şolts “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Almaniya və Avropa Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına hər cür dəstəyi verməyə hazırdır. Mən bunu hər iki ölkə ilə aparılan danışıqlarda da vurğuladım”, - paylaşımda qeyd olunub.
Xatırladaq ki, fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevlə Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.
17-02-2024, 15:10
İlham Əliyev Zelenskiylə görüşdü - FOTO


İlham Əliyev Zelenskiylə görüşdü - FOTO

Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşü olub.
Prezident Volodimir Zelenski dövlətimizin başçısını seçkilərdə qələbə münasibətilə təbrik etdi, Azərbaycan Prezidentinə fəaliyyətində uğurlar arzuladı.
Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirdi, Volodimir Zelenskidən təbrik məktubu aldığını da məmnuniyyətlə qeyd etdi.
Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr müzakirə olundu.
Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.
Söhbət zamanı iki ölkə arasında iqtisadi-ticari, humanitar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

17-02-2024, 14:41
Cüdoçularımız finala yüksəldi


Cüdoçularımız finala yüksəldi

Bakıda cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Yarışın ikinci günündə Azərbaycan yığmasının 3 cüdoçusu finala yüksəlib.
Hidayət Heydərov (73 kq), Ömər Rəcəbli və Zelim Tçkayev (hər ikisi 81 kq) bütün rəqiblərinə qalib gələrək, həlledici görüşdə iştirak hüququna yiyələniblər.
H.Heydərov yarımfinalda komanda yoldaşı Rəşid Məmmədəliyevi məğlub edib. R.Məmmədəliyev bürünc medal uğrunda mübarizəsini davam etdirəcək.
Ömər Rəcəbli ilə Zelim Tçkayev isə finalda üz-üzə gələrək, qalibi müəyyənləşdirəcəklər.
Bu gün yarışa qoşulan digər cüdoçular Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli (70 kq), Nurlan Osmanov (73 kq), İbrahim Əliyev (73 kq) və Səid Mollayi (81 kq) uğursuz çıxış ediblər.
Qeyd edək ki, ötən gün Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) bürünc medal qazanıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2024    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
26272829 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!