"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
18-05-2024, 20:34
AZAL-da yeni təyinat


AZAL-da yeni təyinat

Əfqan Baxışov “Azərbaycan Hava Yolları” QSC prezidentinin müşaviri təyin olunub.
Bu təyinatadək Ə. Baxışov “Azərbaycan Hava Yolları”nda hüquq departamentinin direktoru vəzifəsində çalışıb.
O, bu vəzifəyə 2023-cü ilin iyul ayında təyin olunub.
O vaxtadək Ə.Baxışov ölkənin bir sıra kommersiya banklarında çalışıb. Belə ki, o, “Unibank”ASC-nin baş hüquq və komplayens inzibatçısı, “Accessbank” ASC-də icraçı direktoru olub.
18-05-2024, 18:21
Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO


Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı rəsmi instaqram hesabında paylaşım edib.
Paylaşımda qeyd edilib:
"Gözəl Zəngilandan salamlar. 18.05.2024"




18-05-2024, 17:17
Məleykə Abbaszadədən abituriyentlərə çağırış


Məleykə Abbaszadədən abituriyentlərə çağırış

Abituriyentlər yalnız öz güclərinə güvənsinlər. İmtahana hansısa qurğu ilə keçməsinlər. Təəssüflət olsun ki, biz hər il belə halları müşahidə edirik.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə AZƏRTAC-a müsahibəsində söyləyib.
M.Abbaszadə qeyd edib ki, abituriyentlər sənədlərlə də diqqətli olmalıdırlar.
18-05-2024, 17:10
Arif Hacılıya Müsavatda yeni vəzifə verildi


Arif Hacılıya Müsavatda yeni vəzifə verildi

Müsavat Partiyası Məclisinin yeni tərkibdə ilk sessiyası başa çatıb.
Bu barədə partiyadan məlumat verilib.
Məlumata görə, sessiyada Arif Hacılı Məclisin sədri seçilib.
Partiya başqanı İsa Qəmbər öz müavinlərini təqdim edib.
Məclis təqdimatları təsdiqləyib. Gülağa Aslanlı, Nüşabə Sadıxlı, Razim Əmiraslanlı, Səxavət Soltanlı, Fərəc Kərimli və Mustafa Hacıbəyli Müsavat başqanın müavini təyin olunublar.
18-05-2024, 16:49
Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq


Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 18-də dünyada münaqişələrin alovlanmasında su mənbələri ilə bağlı mübahisələrin roluna diqqət çəkib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türkiyənin dövlət kredit təşkilatı “Ziraat Bankı”nın təşkil etdiyi kənd təsərrüfatı ilə bağlı iclasda çıxışında vurğulayıb: “Asiya, Amerika, Şimali Afrika və Yaxın Şərqdə bir çox münaqişələr su mənbələri ilə bağlı mübahisələrdən qaynaqlanır”. O, həmçinin iqlim dəyişikliyinin mənfi təsirlərinə və onların su ilə bağlı münaqişələrdə artan roluna toxunub. Türkiyə Prezidenti deyib: “İqlim dəyişikliyinin mənfi təsirləri səbəbindən su mənbələri və su anbarları münaqişə zonalarına çevrilir”.
Türkiyə və BMT-nin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 2022-ci ildə imzalanmış Qara dəniz “Taxıl sazişi” haqqında danışam Ərdoğan qeyd edib: “Türkiyə başda olmaqla həyata keçirilən Qara dəniz “Taxıl sazişi” olmasaydı, bir çox bölgələr, xüsusən Afrika ölkələri aclıqdan əziyyət çəkəcəkdi. Prezident vurğulayıb ki, Türkiyə COVID-19 pandemiyası və Ukraynadakı müharibə şəraitində 33 milyon ton taxılın Bosfor və Dardanel boğazlarından keçməsini təmin etməklə, onsuz da gərgin olan vəziyyətin daha da pisləşməsinin qarşısını alıb”.
18-05-2024, 16:40
Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO


Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 18-də Zəngilan məscidinin açılışında iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verdi.
Qeyd edək ki, Zəngilanda yeni məscidin təməli şəhər işğaldan azad edildikdən sonra - 2021-ci il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qoyulub. Məscidin tikintisini Heydər Əliyev Fondu “PAŞA Holdinq” MMC-nin dəstəyi ilə həyata keçirib.
Ermənistan 30 illik işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrimizə qarşı vəhşiliklər törədib. Ermənilər şəhər və rayonlarımızda yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıdıb, təbii sərvətlərimizi talan edib, bu ərazilərdəki dini, tarixi, mədəniyyət abidələrimizi vandalizm aktlarına məruz qoyub. O cümlədən Zəngilan rayonundakı tarixi, dini, mədəniyyət abidələrimiz erməni təcavüzünün qurbanları sırasındadır. Burada da müqəddəs ocaqlarımız ermənilər tərəfindən dağıdılıb, təhqir edilib. İşğal dövründə Zəngilan şəhərindəki tarixi məsciddən tövlə kimi istifadə olunub. XIX əsrdə inşa edilmiş və memarlıq abidəsi kimi inventarlaşdırılan məscid dağıdılıb, ilkin görkəmini 70 faizə qədər itirib.
İşğal altında olan ərazilərimiz azad edildikdən sonra Qarabağdakı tarixi, dini və mədəniyyət abidələrinin bərpası layihələri çərçivəsində Zəngilan məscidində bərpa-tikinti işlərinə başlanılmışdı. Yerli və xarici ekspertlərdən ibarət işçi qrup məscidin mövcud binasında qiymətləndirmə aparıb və buna əsasən binanın konservasiyasına qərar verilib.
Konservasiya olunan tarixi məscidin yanında yeni məscid inşa edilib. Yeni məscid binası düzbucaqlı plan quruluşlu, iki minarəli, üç nefli layihələndirilib. Məscid binasında 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Məscidin minarələri və günbəzi kaşı və kərpicdən yığılıb. İnteryerdə nəqqaşlıq işləri aparılıb, mehrab kaşıdan yığılmış nəbati naxışlarla işlənib. Minbər və şəbəkə elementləri təbii ağacdan hazırlanıb.
İşğal dövründə dağıdılmış tarixi Zəngilan şəhər məscidinin ərazisində isə açıq səma altında sərgi yaradılıb. Sərgi Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrimizə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirir. Burada işğalın ən ağır fəsadlarından biri kimi bəşəri əhəmiyyətə malik mədəni irsimizin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsinə dair faktlar yer alıb. Eyni zamanda, bu ərazilərdə yüzlərlə müsəlman qəbiristanlığının məhv edildiyi, müsəlman dini ibadət yerlərinin, məscid və türbələrimizin təyinatının dəyişdirilərək saxtalaşdırıldığı, bir çox hallarda isə tövlə kimi istifadə olunaraq orada dinimizdə haram sayılan heyvanların saxlanıldığı aşkar edilib.










18-05-2024, 16:35
Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir


Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir

Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonuna səfər edib.
Dövlət başçısı Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlqoyma mərasimində iştirak edib.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlətimizin başçısına kəndin Baş planı üzrə görüləcək işlərlə bağlı məlumat verdi.
Bildirilib ki, Böyük Mərcanlı kəndi Araz vadisində, Cəbrayıl şəhərindən 22 kilometr məsafədə yerləşir. Cəbrayıl rayonunun ən iri yaşayış məntəqələrindən biridir.
Baş plana əsasən kəndin ümumi sahəsi 362 hektar təşkil edir. 2040-cı ilədək 6230 nəfər əhali üçün 1074 fərdi ev və bir neçə mərtəbəli yaşayış binaları layihələndirilib. Burada inzibati bina, klub-icma mərkəzi, çoxfunksiyalı bina, idman və ailə-sağlamlıq mərkəzləri, mərasim evi, bazar kompleksi və digər qeyri-yaşayış obyektlərinin tikintisi nəzərdə tutulur. Həmçinin Böyük Mərcanlı kəndində əhalinin tələbatına uyğun olaraq iki məktəb və beş uşaq bağçası inşa olunacaq.
2026-cı ilədək dövrü əhatə edən "Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi 41 hektardır. Bu mərhələdə Böyük Mərcanlıya 542 nəfərin köçürülməsi üçün 149 fərdi ev tikiləcək. İnşa ediləcək evlər iki, üç, dörd və beş otaqlı olacaq.
Prezident İlham Əliyev Böyük Mərcanlı kəndinin təməlini qoyub.
18-05-2024, 16:30
Şair İnqilab İsaq vəfat etdi


Şair İnqilab İsaq vəfat etdi

Şair İnqilab İsaq 71 yaşında dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, o, yaşadığı Göygöl rayon Üçtəpə kəndində vəfat edib.
İ.İsaq "Ümidə borclu dünya", "Deməyə sözüm var", "Aləm cənnətə dönsə", "Aydan axan bulaq", "Sabahın ümidləri", "Obaları gəzə-gəzə" və başqa əsərlərin müəllifidir.
18-05-2024, 16:16
Karxuluda 940 ev tikiləcək


Karxuluda 940 ev tikiləcək

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Karxulu kəndinin təməlinin qoyulması mərasimində iştirak edib.
Dövlət başçısına kənddə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, Cəbrayıl rayonunun inzibati ərazisinə daxil olan Karxulu kəndi şimaldan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu, cənubdan və cənub-şərqdən Horadiz-Ağbənd dəmir yolu xətti ilə əhatə olunub.
2040-cı ilədək kəndin layihələndirilən ərazisi 313 hektar təşkil edir və bu müddət ərzində kənddə 4428 sakin üçün 940 fərdi ev və bir neçə mərtəbəli bloklu evlərin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulur.
Kənddə inzibati bina, klub-icma, ailə və idman sağlamlıq mərkəzləri, ticarət və məişət xidməti binası, kiçik sahibkarlıq obyektləri inşa olunacaq. Bundan başqa, Baş plana müvafiq olaraq, kənddə əhalinin tələbatına uyğun iki tam orta məktəb və dörd uşaq bağçası tikiləcək.
2026-cı ilədək dövrü əhatə edən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na müvafiq olaraq, birinci mərhələdə layihələndirilən ərazinin sahəsi isə 125 hektardır. Bu mərhələdə 691 sakin üçün 145 fərdi evin layihələndirilməsi və tikintisi nəzərdə tutulub.
Qeyd edək ki, dövlətimizin başçısının tapşırıqlarına əsasən, bütün işlər ən yüksək səviyyədə yerinə yetiriləcək.
Prezident İlham Əliyev Karxulu kəndinin təməlini qoydu.
18-05-2024, 15:42
Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur


Zəngilanın daxili yol-kommunikasiya şəbəkəsi yenidən qurulur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verdi.
Bildirildi ki, layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq.
Dövlətimizin başçısına Horadiz–Zəngilan avtomobil yolunda görülən əsaslı təmir işləri barədə də məlumat verildi.
Qeyd edək ki, Horadiz–Zəngilan avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biridir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsi ötən əsrin 80-ci illərində inşa edilib və otuzillik işğal dövründə tamamilə sıradan çıxarılaraq yararsız vəziyyətə salınıb.
Uzunluğu 61 kilometr olan Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən həyata keçirilib. Təmir-tikinti işləri Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun Horadiz-Zəngilan hissəsində aparılıb. Üçüncü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən qurulan yolun torpaq yatağının eni 12 metrdir. Yolboyu mövcud asfalt-beton örtüyü qazılaraq kənarlaşdırılıb, yol yatağının və yol əsasının tikintisi, müxtəlif ölçülü suötürücü boruların inşası, körpülərin təmiri, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri görülüb. Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.
Sonra Prezident İlham Əliyev Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoydu.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!