Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
24-05-2024, 07:18
ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM


MUSA ASLANXANLI

ULULARDAN, BABADAĞDAN SORAQ ALDIM
(HİSSƏLƏR)

Katalikos Abas Sunik- Suan vilayətinin knyazı Varxanı Partava-Bərdəyə, məclisə dəvət etdi. Bərdənin igid oğulları, say-seçmə el ağsaqqalları da bu məclisdəydi...
Knyaz ayağa qalxıb:
-Hörmətli katalikos, bizi narahat edən vəziyyəti siz də bilirsiniz. Etiraf edək ki, Parfiya dövlətinin qurucusu Ərsakın yurdu Bizansların, Sasanilərin ədalətsiz idarə etməsinə bu qədər dözməli deyil. Sizə də bildirim, bir ay bundan qabaq Göyçə gölü sahilində Oğuz elinin hərbi düşərgəsində oldum. Oğuz elinin igidlərindən Alp Ulaş xanla, silahdaşları ilə görüşdüm. Oğuz eli Bizansın ərsaq yurdu Ərmənə, bizə- Sunik vilayətinə məkirli münasibətindən xəbərdardılar. Onlar Bizansın din pərdəsi altında Azərbaycan torpaqlarına sahiblənmək niyyətinə qarşı dayanan bir güclü eldi. Oğuzlar tarix boyu çox vaxt bizlə- ər saklarla bir hərəkət edib. Nə yaxşı, indi də bizimlə bir yerdədilər. Onlar bu gün də bir böyük xanlıq kimi, bir böyük tayfa kimi birliklərin qoruyub saxlayırlar.
Bizansın yurdumuza uzanan əl-qolunu oğuz igidləri sındırır... Ancaq hələlik rəhbər hesab etdiyimiz Sasani şahənşahlığının bu olaylara münasibəti anlaşılmazdı. Buna görə də knyazlıqda toplandıq, İran şahənşahına yazılı müracıət hazırladıq.
Sasani şahənşahı 1 Xosrova demək istəyirik ki, bəli, Parfiya ər saklarının hakimiyyəti sizin əlinizə keçib. Türklərin-ər sakların hesabına qorunan, saxlanan İranda şahənşahlıq edirsiniz. Belə görünür ki, İrandakı türk elləri-ər saqlar, qarqarlar, qıpçaqlar, oğuzlar sizə vergi verməli, İran uğrunda döyüşlərə atılmalı, zaman-zaman da sizin təqib-təzyiqlərinizə dözməlidi... Belə çıxır ki, öz soy-kökünü unutmalı, sizə boyun əyməli, nəticədə qədim yurd yerləri də əllərindən alınmalıdı?..
Sizin zülmünüzə üsyan edən ərmən vilayətinin əhalisinin-ər sakların səsini eşitməyəndə, onlar Bizansa üz tutdular. Azərbaycanin ərazisi olan Ərmən vilayəti Sasanilər və Bizanslar arasında bölünür... Bu, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlikdi! Bütövlükdə türk elinə sayğısızlıqdı! Hakimiyyəti ələ keçirib, sonra da Azərbaycan xalqının rəyini nəzərə almadan Azərbaycanın torpaqların bölməyə, paylaşmağa sizin haqqınız yoxdu! Vaxt gələcək zaman Azərbaycan dövlətinin, Azərbaycan oğullarının xeyrinə işləyəcək... Elə hərəkət edin ki, o zaman Azərbaycan dövlətinin üzünə çıxmağa üzünüz olsun!..
Məclisdə iştirak edən Qor nəslinin nümayəndəsi:
- Hörmətli katalikos, Knyaz Varxan haqlıdı. Sasani dövləti Azərbaycanın bütövlüyüdə, müstəqilliyində maraqlı deyil, onun maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşməz... Bunlar hakimiyyətə gələndən sonra ərmən vilayətinin aparıcı əhalisi olan ər saqların mülklərini əllərindən aldı, ər saklar o vaxt üsyan qaldırdılar... Bizdə- Albaniyada Ulu Qor babamızın dini rəhbərliyini- patrikliyini ləğv etdilər. Sasani zülmünə etirazımız-üsyanımız az olmayıb, ancaq bir nəticə də yoxdu.
Ərsaq elindən bir ağsaqqal da:
Üsyan dediniz, bizim hökmdarımız, ər saq elinin igid oğlu II Vaçenin fəaliyyətini niyə xatırlamayaq? Onun rəhbərliyi ilə Sasanilər əleyhinə böyük üsyan olub. Dərbənd darvazalarını da vurub açıblar... Bizimlə-ər saklarla eyni soy-kökdən olan Maskutlar (bozkurtlar) da bizim ölkəyə dönüblər... Əslində ər saqlar onların yenidən öz ölkələrinə dönməsinə şərait yaratdılar...
Məclisdə iştirak edən bitikçi:
-Bəli, cəsur ( əslində ər saq ) II Vaçenin üsyanında, Zərdüşlüyə, ağır vergilərə etraz, Sasanilərdən uzaqlaşmaq, müstəqil ölkə olmaq məramı vardı. Sasanilər ölkəmizə yüzlərlə kahin göndərmişdilər Zərdüşlüyü təbliğ üçün... II Vaçe İranın təzyiqindən, təsir dairəsindən çıxmaq üçün əlavə güc axtarırdı... Zərdüşlükdən də imtina etmişdi. Hökmdar əlavə güc üçün öz soy-kökündən olan elə-maskutlara-bozkurtlara üz tutdu... Bizansa, sasanilərə yox dedi! Güc türk ellərinin birliyindədi. II Vaçe bunu anladığından Dərbənd darvazalarını vurub açdı. Maskutlar yenidən ər saklarla bir oldu, birlik tonqalının ətrafına toplaşdı...
Sasanilər II Vaçeni barışığa çağırdı. II Vaçe razılaşmadı. Xanlıqları, knyazlıqları birləşdirib Sasanilərlə vuruşdu. Sasanilər məğlub olacaqlarını bilib, hun- türk tayfalarına xərac verib, onları Alban qoşunu ilə döyüşlərə cəlb etdı. Türkün türklə doyüşdürülməsi, vuruşu bunlarin həmişə işinə yarıyıb...
-Ay oğul, maskutlar öz yurdlarına dönürdülər...
- Bəli, Maskut hökmdarı Tomris ananın Araz kənarında İran şahı ilə döyüşü tarixin yaddaşındadı. Bu yerlər maskutların yurdudu qədimdən... Azərbaycanın böyük şəhərlərindən biri Mədaindi, əvvəl ər saqların başkəndi idi. Sonra Sasanilər ışğal etdi o şəhəri, indi sasanilərin başkəndi hesab edilir. Hansın deyək, haqsızlıq çoxdu...
Katalikos Abbas üzünü knyaza tutub:
-Knyaz, oğuz elinə, oğuz igidlərinə hər imkanınız olanda mənim adımdan təşəkkür çatdır... Xristian olmasalar da, onlar bizdən ayrı deyillər. Alp Ulaş xanın nəsli böyük bir nəsildi... Ən qədim tarixdə Qazan, Qor, Qorqut kimi türk oğullarının izi var. İndiki zamanda Bizans quldurlarının burnun əzən Oğuz tayfalarıdı.
Bəli, knyaz, bu da həqiqətdi ki, Ərmən vilayətini Azərbaycandan ayırmağa çalışırlar. Bizansın əməllərində bu açıq-aydın bilinir. Bu məsələyə, görünür, Sasani dövlətinin öz maraqlarına uyğun yanaşması var. Yəni Azərbaycanın maraqlarına uyğun yanaşma deyil. İgidliyinə görə ərmən adlanan, ər saqların yaşadığı ərazi Azərbaycanın əzəli torpaqlarıdı... Əhalisi qədimdən ər sak, qıpçaq, oğuz, hun...türk elləridi... Mən bilən hələ ora başqa yerdən başqa xalq, başqa millət də köçürülməyib. Gələcəkdə də bu qədim yurdlarımıza haradansa türk olmayan əhalinin köçürülməsinə imkan verilməsin gərək...
Parfiyada tayfa və dövlət başçıları ər saqlar-türklər olub. Bizim Bərdə şəhərinin adı Parfiya adından qalmadı, əslində Patfiya dövlətinin özülü Partav dövlətidi...Bərdə adı o dövlətin adını yaddaşında saxlayır... Adlara da diqqət edək, qədim adlarda qədim tariximizin izləri var.
24-05-2024, 07:12
Yazıçı deputat Rasim Musabəyova etiraz edir.


Başkənd vətəndir


Yazıçı deputat Rasim Musabəyova etiraz edir.

Dəyərli Azərbaycan xalqım bugünlərdə televiziya kanallarında müsahibə verən deputat Rasim Musabəyov Gədəbəy rayonunun ərazisində yerləşən Başkəndin heç bir strateji əhəmiyyəti yoxdur deyir və biz də Başkəndi ermənilərə qaytarmalıyıq söyləyir. Deputat Rasim Musabəyovun söylədiyi fikirlərə öz vətəndaş etirazımı bildirirəm !
“Biz bu günə qədər qarşımızda duran bütün vəzifələrə uğurla çatmışıq. Bəyan etdiyim bütün hədəflərə çatmışıq. Ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın qaytarılması mənim Prezident kimi başlıca vəzifəm idi”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

Türk qardaşlarımız Türkiyənin paytaxtına “Başkənd” – deyirlər və düz də deyirlər. Gədəbəy rayonunda da Başkənd adlanan gözəl bir məkan var. Həmin cənnət məkanda yüz illərdən bəri o torpaqların əbədi sakini olan türklər yaşayıb və indi də yaşayırlar. Sovet dönəmində 1929-cu ilin fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Moskva və Qars müqavilələrinin şərtini pozaraq Naxçıvanın 9 kəndini və Gədəbəyin Başkəndinin Ermənistana verilməsi haqqında qərar çıxarmışdır, Bolşeviklər, başda Qəzənfər Musabəyov olmaqla, həmin ərazini ermənilərə pay verdilər. Başkənd Ermənistan adlanan saxta, süni yaradılmış bir respublikanın tərkibinə daxil edildi. Bu böyük bir cinayət idi.
Gədəbəylə Şınıx mahalının mərkəzində yerləşən, hər qarış torpağı qızıldan qiymətli olan bu qədim türk yurdunu Tovuzun, Qazaxın, Şəmkirin və Gədəbəyin igid döyüşçülərinin qəhrəmanlıqları sayəsində 1992-ci ilin avqust ayının 8-də erməni terrorçularından azad etdilər. Ötən əsrin 20-ci illərində İrəvan mahalını ermənilərə bağışlayan ünsürlərin nəvə-nəticələri, indi babalarının yolu ilə gedərək, Başkəndi ermənilərə vermək lazım olduğunu dilə gətirirlər…
Görəsən, o vaxtkı milli satqınların Q.Musabəyovun, H.Sultanovun, Ç.İldırımın, D.Bünyadzadənin davamçıları, tör-töküntüləri, erməni yandaşları hansı cəsarətlə torpaqdan pay vermək istəyirlər? Bu haqqı onlara kim verib? Məgər Başkənd Qəzənfər Musabəyovun nəvə-nəticəsinin xüsusi mülkü olub ki, o da belə bir cəsarət nümayiş etdirir? Əgər bir erməni İrəvanda televiziya vasitəsilə bəyan eləsə ki, Göyçənin bir kvadrat metr ərazisini Azərbaycana vermək lazımdır, həmin o erməni deputatı daşqalaq edər, ev-eşiyini dağıdıb yerində turp əkərdilər…
Hələ o vaxtlar Qəzənfər Musabəyov Zaqafqaziya Komissarlar Şurasının sədri kimi mühüm və nüfuzlu vəzifədə işləmiş bu ermənipərəst “Sayıqlığı onqat artırmağı, “xalq düşmənləri”nin kökünü daha amansız kəsməyi, onların maskalarını üzərindən qoparmağı, əbləh xəstəliyi olan siyasi qayğısızlığa və korluğa tutulan adamlara kəskin zərbələr vurmağı” tələb edirdi. (“Ədəbiyyat” qəzeti, 23 iyun 1937).
Ermənipərəstlik xəstəliyinə tutulan bu şəxs xalq düşməni kimi ifşa olunub həbsxanada o qədər döyülür, məşəqqət çəkir ki, çekistlər onu növbəti dindirməyə aparmaq üçün kameraya gələndə çarpayının altında gizlənir və onu güclə dartıb oradan çıxarırlar… Millətinə qənim kəsilən bu şəxs haqlı olaraq güllələnir.
Bəli, Başkənd Gəncəbasarın döyünən ürəyi, gədəbəylilər isə Oğuz xaqanın, Mete xaqanın nəvələridir. Məgər Oğuz xaqanın, Mete xaqanın nəvələri Başkəndin quru bir çöpünü, qara bir daşını düşmənə verə bilərlərmi? Yox! Qoy bunu erməni daşnakları və onların havadarları bilsinlər. Bilsinlər ki, indi SSRİ adlı bir ölkənin yox, müstəqil Azərbaycanın vətəndaşıyıq. Ölərik, amma yurdun bir qarışını da milli satqınların istəyi ilə düşmənə vermərik. Qoy o milli satqınlar qulaqlarını geniş açıb eşitsinlər: “Torpaqdan pay olmaz!”
Başkənd təkcə Gədəbəyə yox, türk dünyasına məxsusdur. Yaxşı olar ki, Qəzənfər Musabəyovların nəvə-nəticələri türkün hissiyyatına toxunmasın. Türkün hissiyyatına toxunanın anası ağlar qalar!
Bir məsələni xüsusi qeyd etmək istəyirəm. Gədəbəydən, Tovuzdan, Şəmkirdən olan millət vəkillərinin Rasim Musabəyovun bu hərəkətinə səssiz qalmaları təəccüb doğurur. Siz nə üçün susdunuz, Millət vəkilləri?
Millət vəkilləri, yəqin ki, unutmamısınız, 1992 -ci ildə Gəncəbasarın taleyi Başkənddə həll olunurdu. Qəhrəman Azərbaycan oğulları Başkəndi erməni silahlı qüvvələrindən azad edib uzun illərdən sonra Başkəndi öz doğma sahiblərinə qaytardı. Ermənilərin Çardaxlı, Çənlibelə çıxmaq arzusu ürəklərində qaldı. Bu türk oğullarının şücaəti idi. Sizin isə susmağınıza ad tapa bilmirəm. Kaş Qənirə Paşayeva sağ olaydı. O, sizin əvəzinizə Rasim Musabəyova cavab verərdi…
Başkənddə erməni ordusuna vurulan zərbə I Qarabağ müharibəsində qazanılan ən mühüm strateji uğurlardan biridir. Bu uğurlu əməliyyatın nəticəsinə kölgə salmaq, erməniləri yenidən ora qaytarmaq xülyası ilə yaşayanların ermənilərdən heç bir fərqi yoxdur.
Başkənd Azərbaycanın qürur yeri, qəhrəmanlıq ocağıdır. Bu gün bu torpaqda həyat var, gələcəyə ümid var. Necə ki, Azərbaycanın dəmir yumruqlu, dünya səviyəli, qalib Prezidenti var. Azərbaycanın bir qarış torpağı da, bir çınqılı da, bir daşı da ermənilərə verilməyəcək. Buna əmin olun! Siz, Musabəyov da bunu qulağınızda sırğa edin. Ümüd edirəm ki, siz deputat tək Milli Məclisin kürsülərində son dəfə oturursunuz.
Yeri gəlmişkən, bir daha xatırlatmaq istəyirəm. Gün o gün idi ki, yunanlar Kipr türklərinə məxsus kiçik bir dağlıq ərazini, kol-kos bitməyən qayalığı işğal eləyəndə Türkiyədən qalxan qırıcı təyyarələr öz “sözünü” dedi. Yunanlar gizlənməyə siçan deşiyi axtardılar. Həmin o yerin nə strateji əhəmiyyəti vardı, nə də münbit şəraiti. Sadəcə olaraq, qayalıq bir ərazi idi. Qayalıq olsa da Kipr türklərinə məxsus vətənin bir parçası idi.
Bəli, vətənin qara bir daşı da müqəddəsdir, hər qaya parçası da vətəndir.
Başkənd də Azərbaycan torpağının bir parçasıdır. Müqəddəs torpağımızın Başkənd adlı parçasına göz dikənin gözü kor olar, əl uzadanın əli, strateji əhəmiyyətə malik olmadığını deyənin dili quruyar… Vəssalam.

Hüseyn İSAOĞLU (Məmmədov),
Yazıçı - publisist, AYB-nin və AJB-nin üzvü.


24-05-2024, 00:50
Putin Belarusa rəsmi səfərə çıxdı


Putin Belarusa rəsmi səfərə çıxdı

Rusiya prezidenti Vladimir Putinin Belarusa iki günlük rəsmi səfəri başlayıb.
Minsk hava limanında onu Belarus Prezidenti Aleksandr Lukaşenko qarşılayıb.
Kreml bildirib ki, danışıqlar zamanı digər məsələlərlə yanaşı, İttifaq dövləti çərçivəsində qarşılıqlı fəaliyyətin, həmçinin “beynəlxalq gündəliyin əsas mövzularının” müzakirəsi planlaşdırılır. Belarusun Rusiya Federasiyasındakı səfiri Dmitri Krutoy qeyd edib ki, mövzulara Ukraynadakı hərbi münaqişə, həmçinin Belarusla sərhəddə “Baltikyanı ölkələr və Polşanın davranışı” daxildir.
Rusiya prezidenti sonuncu dəfə 2023-cü ilin noyabrında Kollektiv Təhlükəsizlik Şurasının (KTMT) iclasında iştirak etmək üçün Belarusa səfər edib. 2024-cü ilin aprelində Moskvada Rusiya Federasiyası və Belarusun baş nazirləri Mixail Mişustin və Roman Qolovçenko arasında ikitərəfli danışıqlar aparılıb
24-05-2024, 00:18
Rəisinin helikopteri niyə qəzaya uğradı? - Araşdırmanın nəticələri


Rəisinin helikopteri niyə qəzaya uğradı? - Araşdırmanın nəticələri

İran ordusu ölkə rəhbərliyinin həlak olduğu helikopter qəzası ilə bağlı araşdırmanın ilkin nəticələrini açıqlayıb.
Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Rəisiyə məxsus helikopter əvvəlcədən planlaşdırılan marşrut üzrə uçuşunu davam etdirib və təyin olunmuş uçuş yolundan kənara çıxmayıb. Dispetçerlərlə ekipaj arasında gedən söhbətlərdə şübhəli heç nə müşahidə olunmayıb.
Bildirilir ki, helikopterin gövdəsində xarici təsirin izləri aşkar edilməyib.
Açıqlamada deyilir ki, qəzaya uğrayan helikopterin pilotu digər iki helikopterin pilotları ilə əlaqə saxlaya bilib.
Helikopterin axtarışları duman, soyuq və çətin relyefə görə bütün gecə davam edib və qəza yerini PUA aşkarlayıb.
O da qeyd olunur ki, hadisə ilə bağlı bəzi faktlar hələ də təsdiqlənməyib.
İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar.
Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.
23-05-2024, 23:04
Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazandı


Türkiyəni təmsil edən azərbaycanlı atlet qızıl medal qazandı

Azərbaycan əsilli türkiyəli atlet Ramil Quliyev Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Qennadiya Arzumanova Memorialında qızıl medal qazanıb.
33 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, o, finiş xəttinə hamıdan tez - 20.4 saniyəyə çatıb.
23-05-2024, 22:33
Mirzoyan Lui Bono ilə Cənubi Qafqazı müzakirə etdi


Mirzoyan Lui Bono ilə Cənubi Qafqazı müzakirə etdi

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində son hadisələrə, o cümlədən sülh müqaviləsi layihəsində əsas məsələlərə yanaşmalara və onların razılaşdırılması istiqamətində səylərə toxunulub.
23-05-2024, 21:06
İbrahim Rəisi dəfn olundu


İbrahim Rəisi dəfn olundu

Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisi dəfn olunub.
Bu barədə ISNA məlumat yayıb.
Onun nəşi Məşhəddə İmam Rza türbəsində dəfn edilib.
İranın ən mühüm ziyarətgahlarından biri olan türbədə çox sayda insan mərhum prezidentin dəfn mərasiminə toplaşıb.
İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin olduğu helikopter mayın 19-da hava şəraiti səbəbindən qəzaya uğrayıb. Helikopterdəki olan 9 nəfərin hamısı həlak olub.
23-05-2024, 20:27
Hərbçilərimiz NATO görüşündə


Hərbçilərimiz NATO görüşündə

Azərbaycan Ordusunun zabitləri mayın 22-23-də növbəlilik prinsipinə (bir il Azərbaycanda, bir il Niderlandda) uyğun olaraq, NATO-nun Brunsum Birgə Qüvvələr Komandanlığında “Ekspert heyətinin işçi görüşü”ndə iştirak ediblər.
Tədbirdə Beynəlxalq Hərbi Qərargah, SHAPE Qərargahı və Brunsum Birgə Qüvvələr Komandanlığından 8 nümayəndə olmaqla ümumilikdə 13 nəfər iştirak edib. Tədbirin keçirilməsində əsas məqsəd 2024-2025-ci illər üzrə əməkdaşlıq fəaliyyətlərinin əlaqələndirilməsi, əməkdaşlıq işinə cəlb olunan azərbaycanlı zabitlərlə şəxsən müzakirələrin aparılması və ümumilikdə NATO ilə praktiki hərbi əməkdaşlıq prosesində qarşıya çıxan bütün məsələlərin aydınlaşdırılması olub. Görüşdə, eyni zamanda, Komandanlığın rəhbər heyətinin iyulun 1-5-də Bakıya səfərinin yekun təfərrüatları müzakirə edilib.
23-05-2024, 19:54
Qadın güləşçimiz gümüş medal qazandı


Qadın güləşçimiz gümüş medal qazandı

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Bakıda keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.
59 kiloqram çəkidə çıxış edən idmançı 3-cü yer uğrunda qarşılaşmada rumıniyalı Ana Maria Puiuya tam üstünlüklə (8:0) qalib gəlib.
Yığmanın digər iki üzvü - Elnurə Məmmədova (53 kiloqram) və Jalə Əliyeva (57 kiloqram) isə sabah finalda mübarizə aparacaqlar.
Qeyd edək ki, Avropa çempionatının ilk 3 günündə Azərbaycan ümumilikdə 8 medal qazanıb. Ziya Babaşov (63 kiloqram), Xasay Həsənli (77 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qitə çempionu olublar. Nihad Quluzadə (60 kiloqram) gümüş, Rəşad Məmmədov (55 kiloqram), Ruslan Nurullayev (72 kiloqram), Laçın Vəliyev (87 kiloqram) və Murad Əhmədiyev (97 kiloqram) isə bürünc medala yiyələniblər.
23-05-2024, 19:41
11 yaşlı qızı "tok" vurub öldürdü


11 yaşlı qızı "tok" vurub öldürdü

Cəlilabad rayonunda 11 yaşlı qızı elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə rayonun Günəşli kəndində baş verib.
Kənd sakini, 2013-cü il təvəllüdlü Zəhra Niftiyevanı elektrik cərəyanı vurub. O, hadisə nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!