Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
31-05-2024, 01:43
Qlobal Təhsil Sammiti keçirilib


Qlobal Təhsil Sammiti keçirilib


Son zamanlar təhlükəsizliyi, fərqli arxitekturası, multikultural atmosferi ilə seçilən paytaxtımız bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməkdədir. Belə tədbirlərdən biri də mayın 12-də keçirilmiş, intellektual-mədəni mübadilə və təhsil sahəsində qlobal əməkdaşlıq təşəbbüslərinin inkişafını nəzərdə tutan “Qlobal Təhsil Sammiti 2024”-dür.



Sammit təhsil liderlərini, müəllimləri bir araya gətirərək təhsilin trayektoriyasını formalaşdıracaq gələcək innovasiyaları ruhlandırmaq məqsədi daşıyır. Sammitdə əsas diqqət təhsil işçilərinin davamlı peşəkar inkişafının vacibliyinə, onların ən son tədris metodologiyaları, texnologiyaları və pedaqoji strategiyalarla təchiz olunmasının təmin edilməsinə yönəldilib. Tədbirdə fərdiləşdirilmiş öyrənmə təcrübələrindən tutmuş süni intellektin təhsildə transformativ tətbiqinə qədər çeşidli məsələlər müzakirə edilib, təhsil resurslarının, infrastrukturun və ümumi keyfiyyətin artırılması üçün hökumətlər, özəl sektor nümayəndələri və qeyri-kommersiya təşkilatları arasında əməkdaşlığın vacibliyi haqqında fikir mübadiləsi aparılıb.

Sammitdə "Alert Knowledge Services" şirkətinin baş direktoru Dr. Dinesh Kamra,
Avropa Azərbaycan məktəbinin direktoru Francesco Banchini, ITE (Təhsildə İnnovativ Texnologiyalar) üzrə təlimçi Arifə Rəsulova, AzETA-nın (Azərbaycan İngilis Dili Müəllimləri Assosiasiyası) təsisçisi və prezidenti Rəqsanə Məmmədova, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Abxaziya Muxtar Respublikası Ali Şurasının ictimaiyyətlə əlaqələr və informasiya texnologiyaları xidmətinin rəhbəri Nana Kvaratsxeliya öz fikirlərini iştirakçılarla bölüşüblər.



Panel müzakirə sessiyalarında Azərbaycan, Türkiyə, Gürcüstan və Hindistandan olan pedaqoqlar fəal iştirak ediblər. Əsas hissə bitdikdən sonra iştirakçılar üçün Azərbaycan musiqisi səsləndirilib, milli rəqs nümayiş etdirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
30-05-2024, 23:14
Çin Pakistan üçün kosmosa peyk göndərdi


Çin Pakistan üçün kosmosa peyk göndərdi

Çin Pakistan üçün rabitə peykini orbitə buraxıb.
Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Çin “Long March-3B” daşıyıcı raketindən istifadə edərək Pakistan üçün çoxməqsədli rabitə peykini uğurla orbitə buraxıb. Buraxılış cənub-qərb Sıçuan əyalətindəki Siçan kosmodromundan həyata keçirilib.
Qeyd edilir ki, peyk planlaşdırılmış orbitə daxil olub. Buraxılış Long March reaktiv daşıyıcıları üçün sayca 524-cü idi.
Pakistanın çoxməqsədli rabitə peyki Çin Kosmik Elm və Texnologiya Akademiyası tərəfindən hazırlanıb. O, Dongfanghong-4 qabaqcıl peyk rabitə platformasından istifadə edir. Peyk Pakistan və ətraf əraziləri əhatə etməli olan ekvator üzərində geosinxron orbitdə 15 il işləmək üçün nəzərdə tutulub. Peyk regiondakı istifadəçilərə televiziya, radio yayımı, gücləndirilmiş regional əlaqə, yüksək tutumlu genişzolaqlı internet və təkmilləşdirilmiş naviqasiya kimi müxtəlif xidmətlər təqdim edəcək.
30-05-2024, 22:28
Əziz Səncər Azərbaycana gəldi


Əziz Səncər Azərbaycana gəldi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) fəxri üzvü, Nobel mükafatı laureatı, dünyaşöhrətli alim Əziz Səncər Azərbaycana səfərə gəlib.
Əziz Səncər səfərinin ilk günündə ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və Türk şəhidliyi abidəsini ziyarət edib.
30-05-2024, 19:35
UNEC- də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib


UNEC-də tələbələrin yaşıl iqtisadiyyata həsr olunan beynəlxalq konfransı keçirilib.


UNEC-in Rus İqtisad Məktəbində “Davamlı inkişaf şəraitində yaşıl iqtisadiyyat: çağırışlar və gözləntilər” mövzusunda beynəlxalq elmi-praktiki konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Rus iqtisad məktəbinin direktoru dosent Mənsur Bərxudarov tədbirdə elm və təhsil, habelə özəl və dövlət sektorlarının nümayəndələrinin də təmsil olunduğunu qeyd edib. Təbii ehtiyatların azalması, tələbatın artması fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl" iqtisadiyyatın şaxələndirilməsi istiqamətində baş tutan tədbirlərin, görüşlərin, konfransların böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Sonra elm və innovasiyalar üzrə prorektor dosent Fariz Əhmədov konfransın mövzusunun əhəmiyyəti barədə danışıb. Bu il Azərbaycanın COP-29 kimi qlobal konfransa ev sahibliyi etməsi onun beynəlxalq nüfuzunu və ekoloji məsələrə sadiqliyindən irəli gəldiyini vurğulayıb. Əlavə olaraq, COP-29-la bağlı UNEC-də keçirilən tədbirlərdə gənclərin üzərinə düşən vəzifələrdən danışıb.
Ardınca UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Yadulla Həsənli, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü professor Bəhram Əliyev yaşıl iqtisadiyyatın dünya üçün əhəmiyyəti, ekoloji təmiz texnologiyaların tətbiqinə yer verilməsi, tullantıların yenidən emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, "yaşıl" texnologiyaların tətbiqinin qollara ayrılmasının ayrı-ayrı aspektləri, təhsil sahəsinin bu proseslərdə yeri və rolu haqqında danışıblar.
200-dən çox gənc tədqiqatçının yer aldığı beynəlxalq konfrans 7 panel sessiya üzrə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə bərabər Türkiyə, Rusiya, Belarus, Qazaxıstan və Yunanıstanın tələbə, magistr və doktorantlarının çıxışları ilə davam edib.
Panel iclasın moderatoru Aysel Qaragözova Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı olduğunu bildirib. Bu məsələnin dövlətimiz tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyünü qeyd edib. UNEC-in nüfuzlu alimlərinin, yaşıl iqtisadiyyatla bağlı tanınmış elm adamlarının çıxış etdikləri sessiyalarda mövzu ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb.
Konfrans UNEC RİM-in tərkibində fəaliyyət göstərən “UNEC RESH Stars” yaradıcı tələbə klubunun ifasında konsert proqramı ilə başa çatıb.
Əsgər İsmayılov
30-05-2024, 19:21
"TikTok"da qadınların fotolarını paylaşan şəxs tutuldu


"TikTok"da qadınların fotolarını paylaşan şəxs tutuldu

Bakı şəhərində ictimai yerlərdə xanımların fotoşəkillərini çəkib sosial şəbəkələrdə yayan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, 1995-ci il təvəllüdlü Yusifli Nurlan Teyyub oğlu "Tik-Tok" sosial media platformasında hesabların birində ayrı-ayrı qadınların foto-videolarını yerləşdirməklə kütləvi yayımını təşkil edib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə tutulan N.Yusifli 30 sutka inzibati qaydada həbs edilib.
30-05-2024, 18:28
Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü


Ceyhun Bayramov Şahbaz Şəriflə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri Şahbaz Şərif ilə görüşüb.
XİN-dən verilən məlumata görə, görüş zamanı tərəflər, Azərbaycanla Pakistan arasında mövcud strateji əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, habelə beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmini vurğulayıb.
Tərəflər, iqtisadiyyat, ticarət, enerji, turizm, təhsil, elm və mədəniyyət, nəqliyyat, eləcə də müdafiə sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Tərəflər hökumətlərarası iqtisadi komissiyanın iclaslarının mütəmadi əsasda keçirilməsinin önəminə diqqət çəkərək, ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərinə toxunublar.
Bununla yanaşı, Azərbaycan-Pakistan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının bütün istiqamətlər üzrə fəaliyyətinin gücləndirilməsinin qarşılıqlı faydalı əməkdaşlığa xüsusi töhfə verməklə yanaşı, hər üç ölkənin regional və qlobal mövqelərinin möhkəmlənməsinə xidmət edəcəyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.
Görüşdə gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən ikitərəfli və çoxtərəfli mövzular ətrafında fikir mübadiləsi aparılıb.
30-05-2024, 17:56
Daşkəsənə dolu düşüb


Daşkəsənə dolu düşüb

Mayın 30-u saat 16:30-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Qobustan, Daşkəsən, Gədəbəydə arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Saat 16:07-16:08 radələrində Daşkəsən rayonuna diametri 15 mm olan dolu düşüb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27-31, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 27-31, dağlıq rayonlarda 16-21 dərəcə isti olub.
30-05-2024, 17:48
Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlayıb


Təkrar ali və orta ixtisas təhsili üzrə elektron sənəd qəbulu başlayıb

Mayın 29-dan əlavə təhsilin təkrar ali və orta ixtisas təhsili istiqaməti üzrə elektron sənəd qəbuluna başlanılıb.
Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminə qoşulmuş ali və orta ixtisas təhsili müəssisələrinə təkrar ali və ya orta ixtisas təhsili üçün müraciət etmək istəyənlər www.portal.edu.az vasitəsilə sənədlərini təqdim edə bilərlər.
Portal vasitəsilə müraciətin cari statusu, müsahibə və imtahanlara dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
30-05-2024, 17:17
AFFA yeni sponsorluq müqaviləsi imzaladı - FOTO


AFFA yeni sponsorluq müqaviləsi imzaladı - FOTO

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə “Misli” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.
Müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş imzalayıblar.
Müqaviləyə əsasən, “Azərlotereya”nın “Misli” brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.
Sərxan Hacıyev “Misli”nin Azərbaycan futbol ailəsinin yaxın dostu olduğunu bildirib. O, ölkə futboluna göstərdiyi diqqətə, əməkdaşlığa görə “Misli” rəhbərliyinə təşəkkür edib.
Osman Karakuş da Azərbaycan futboluna dəstək olmaqdan böyük məmnunluq duyduqlarını vurğulayıb. O, “Misli”nin ölkədə aparılan idman siyasətinə, xüsusən də, dünyada ən çox sevilən idman növlərindən olan futbolun inkişafına hər zaman dəstək olduğunu bildirərək əməkdaşlığın uğurlu olacağına inamını ifadə edib.
Qeyd edək ki, “Misli” həm də son iki mövsümdür Azərbaycan Premyer Liqasının əsas sponsorudur.



30-05-2024, 17:13
Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir


Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir

"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacibdir".
Bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyirik - bu, regional sabitlik üçün vacibdir. Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq, ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır”, - deyə sözçü qeyd edib.
Zaxarova Rusiyanın üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!