Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-05-2024, 17:08
Arvadını öldürən eks-nazirə 24 il həbs cəzası kəsildi


Arvadını öldürən eks-nazirə 24 il həbs cəzası kəsildi

Qazaxıstanda məhkəmə keçmiş iqtisadiyyat naziri Kuandıq Bişimbayevi həyat yoldaşının qətlində təqsirli bilinərək 24 il müddətinə azadlıqdan məhrum edib.
Bişimbayev hədsiz amansızlıqla və işgəncə ilə adam öldürmə maddələri ilə təqsirli bilinib.
Bişimbayevin əmisi oğlu Bakıtjan Bayjanov cinayəti gizlətmək və xəbər verməmək ittihamı ilə 4 il həbs cəzası alıb.
Bişimbayevin işi Qazaxıstanda məişət zorakılığına məruz qalan insanların qanunvericiliklə müdafiəsinin təmin edilməsi zərurəti ilə bağlı ictimai müzakirələri gücləndirib.
Bişimbayev 2016-cı ildə bir neçə ay Qazaxıstanın İqtisadiyyat Nazirliyinə rəhbərlik edib. 2018-ci ildə o, korrupsiya ittihamı ilə 10 il həbs cəzası alıb, lakin bir il yarımdan sonra şərti azadlığa buraxılıb.
13-05-2024, 16:42
Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək


Yaxın günlərdə Xocalı şəhərinə 50 ailə köçürüləcək

Yaxın günlərdə Xocalı şəhərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur.
Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Beynəlxalq əməkdaşlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İbrahim Mirzəyev deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır.
"Böyük Qayıdışa dair birinci Dövlət Proqramının icrası çərçivəsində Xocalı şəhəri yenidən salınır. Yaxın günlərdə şəhərdə bərpa edilmiş və yenidən tikilmiş fərdi yaşayış evlərinə 50 ailənin köçürülməsi nəzərdə tutulur", - İ.Mirzəyev qeyd edib.
13-05-2024, 16:39
“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu


“Qarabağ”ın mükafatlandırılacağı stadion məlum oldu

Azərbaycan Premyer Liqasının 34-cü turunun “Araz-Naxçıvan” - “Qarabağ” oyunu “Azersun Arena”da keçiriləcək. Bunun iki səbəbi var.
Birincisi, Azərbaycan Kubokunun final oyunu ilə bağlı hazırda “Liv Bona Dea Arena”da işlər aparılır. Bununla və ölkə çempionatının 2023/24 mövsümünün mükafatlandırma mərasimi ilə əlaqədar olaraq, görüşə “Azersun Arena”nın ev sahibliyi etməsi məqsədəuyğun sayılıb.
Mayın 26-da baş tutacaq qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçiriləcək. “Azersun Arena”da reallaşacaq tədbirdə qızıl medalçı “Qarabağ”a medallar və çempionluq kuboku təqdim olunacaq. Mərasimdə turnirin bombardiri də öz mükafatını alacaq.
13-05-2024, 16:27
Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən geri çəkilir


Rusiya sərhədçiləri Azərbaycanla sərhəddən geri çəkilir

Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd bölgələrindən çıxarılması prosesi davam edir.
Bu barədə "Bagramyan" kanalı məlumat yayıb.
Bu gündən etibarən Rusiya sərhədçiləri Ermənistanın Azərbaycanla sərhədində yerləşən Syünik, Vayots Dzor, Geqarqunik, Ararat və Tavuş vilayətlərindəki dayaq məntəqələrini tərk etməyə başlayıblar.
Qeyd edək ki, ötən gün Rusiya sərhədçiləri 2020-ci ilin dekabrında Gorus və Qafanın Çakaten kəndi arasında sərhəddə qurulan postlardan çıxmağa başlayıb.
Xatırladaq ki, mayın 9-da Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə bununla bağlı razılıq əldə edilib. Razılaşmaya əsasən, Rusiya hərbçiləri 44 günlük müharibədən sonra şifahi razılaşma əsasında yerləşdikləri məntəqələri tərk etməlidirlər.
13-05-2024, 16:06
Sumqayıtda ana və azyaşlı övladları 11 gündür itkindir


Sumqayıtda ana və azyaşlı övladları 11 gündür itkindir

Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb.
Bu barədə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsindən məlumat verilib.
Məlumata görə, Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsində fərdi yaşayış evində yaşayan Sənəm Həsənova ŞPİ-nin 3-cü PB-ə müraciət edərək bildirib ki, mayın 2-də 1991-ci il təvəllüdlü gəlini Şəbnəm Alıyeva azyaşlı 2 övladı - 2012-ci il təvəllüdlü Ayan Nəsrəddin qızı Alıyevanı və 2013-cü il təvəllüdlü Ayxanı 4-cü mikrorayonda yaşadıqları evdən götürərərək gedib və bir daha geri qayıtamayıb.
Hər 3 şəxsin axtarışları davam etdirilir.
13-05-2024, 15:59
Bu ixtisasların məzunları da müəllim ola biləcək - SİYAHI


Bu ixtisasların məzunları da müəllim ola biləcək - SİYAHI

“Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”ndakı dəyişikliyə əsasən, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.
Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslı şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər.
Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb ediləcək.




13-05-2024, 15:53
Daha 3 şəhidimiz dəfn olundu - FOTO


Daha 3 şəhidimiz dəfn olundu - FOTO

Birinci Qarabağ müharibəsində itkin düşmüş, 30 il sonra dəfn olunduğu yer, kimliyi müəyyən edilən daha 3 şəhidimiz dəfn olunub.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizov və Hikmət Zili oğlu Əliyev Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Qeyd edək ki, Hikmət Əliyev 1974-cü il yanvarın 1-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunun Sarıcalı kəndi ərazsində itkin düşüb. Məhərrəm Əzizov isə 1958-ci ildə Ağdam şəhərində anadan olub və 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Siyavuş Eldar oğlu İsmayılov isə İmişli rayonunun Şahverdili kənd qəbiristanlığında torpağa tapşırlıb. O, 1967-ci il noyabrın 1-də İmişli rayonunun Şahverdili kəndində anadan olub. O, 1994-cü ilin yanvarın 26-da Füzuli rayonunun Əbdürrəhmanlı kəndi ərazisində itkin düşüb. Şəhidimizin nəşi Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən "Peyğəmbərlik" qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmişdi.



13-05-2024, 15:25
Azərbaycanın nəqliyyat gəlirləri 4 milyarddan çoxdur


Azərbaycanın nəqliyyat gəlirləri 4 milyarddan çoxdur

2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanın nəqliyyat üzrə gəlirləri 4 milyard 184,1 milyon manata yüksəlib.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
O bildirib ki, nəqliyyat gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 21% artıb. Belə ki, 2023-cü ildə bu rəqəm 3 milyard 467,4 milyon manat təşkil edib.

13-05-2024, 15:00
Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət


Sükan arxasında heç kim özünü aldatmasın - DYP-dən müraciət

"Gün ərzində Bakı şəhərinin yollarında baş verən qəzaların araşdırması onu deməyə əsas verir ki,sürücülər sürət həddinə düzgün nəzarət etmir".
Bunu Bakı şəhər DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli sürücülərə müraciətində deyib.
"Sanki, sükan arxasında olan sürücü yalnız radarların və digər texniki qurğuların olduğu yerlərdə məsuliyyətini qəbul edir. Bu da aydındır ki, inzibati protokoldan yayınmaq məqsədini güdür. Əks halda isə surət rejimini, digər qayda pozuntularını heçə sayaraq piyadalara, eləcədə yollardakı digər nəqliyyat vasitələrini idarə edən bütün hərəkət iştirakçılarına ciddi təhlükə yaradır.
Nədənsə, bəzi sürücülər qanunun tələbini onun mahiyyəti üzrə dürüst formada qəbul edib təhlükəsizliyi təmin etmək əvəzinə sanki özlərini aldatmağı və bu təhlükəli davranışları yalan üzərində qurmağı üstün tutur. Hesab edir ki, polisi və özünü aldatdısa, deməli sonu qeyri-müəyyən olan məqsədinə çatdı. Yol hərəkəti qayda pozuntularının isə əsasını təşkil edən məhz surət həddini aşmaqdır ki, bu isə hər gün kiminin malına, kiminin sağlamlığına, kiminin isə həyatına son qoyur.
Cərimələrdən yayınmaq təfəkkürü ilə yaşamaq isə məsuliyyətdən azad olmaq deyil. Ən böyük məsuliyyət özünə və ətrafa qarşı münasibətdə, şüurunda, vərdişində və nəticədə həyat tərzində köklü dəyişiklik etməkdir. Sükan arxasında heç kim özünü aldadıb sonrakı peşmançılıqlarına təsəlli vermək üçün qəza və qədər kimi sözlərlə məsuliyyətsizliyinə bəhanələr uydurub özünə təskinlik, qurbanlarına isə təsəlli kimi sonrakı peşmançılğını təqdim etməyə çalışmasın, çünki bəzi hadisələr qəza yox, seçimdir. Seçim isə hər kəsin öz əlindədir", - deyə o bildirib.
13-05-2024, 14:32
Kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəyik - Prezident


Kiçik ada dövlətlərinin problemlərinə xüsusi diqqət yetirəcəyik - Prezident

Azərbaycan kiçik ada dövlətlərinin və az inkişaf etmiş ölkələrin problemlərinə COP29 sədrliyi çərçivəsində xüsusi diqqət yetirəcək.
Bunu Prezident İlham Əliyev mayın 13-də Millətlər Birliyi təşkilatının (Commonwealth) baş katibi Patrisia Skotlendi qəbulu zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, ölkəmiz onların problemlərinin həllinə öz töhfəsini verməyə hazırdır. Bu xüsusda Azərbaycan ilə Millətlər Birliyi təşkilatı arasında birgə əməkdaşlıq layihələri və COP29 çərçivəsində kiçik ada dövlətlərinə həsr edilmiş xüsusi iclasın keçirilməsi məsələləri müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!