Bağlı qapılar arxasında 1 saat danışdılar .....                        Paşinyanın yeni imici .....                        Turşudan zəhərlənən qadın xəstəxanada öldü .....                        Mirzoyan iranlı həmkarı ilə danışıqlar apardı .....                        Siz COP prosesini pozmağa çalışırdınız! - Prezidentin köməkçisi .....                        Cəbrayılda ağır qəza: Qohumlar öldülər .....                        "Roma"nın yeni baş məşqçisi .....                        XİN-dən Paşinyana tutarlı cavab .....                        Yaşıl Rəqəmsal Fəaliyyətin açılış sessiyası keçirilib .....                       
30-05-2024, 14:53
Ərdoğandan ermənilərə çağırış: Xaricdə "qəzəl" oxuyanlarla deyil, qonşularla anlaşın!


Ərdoğandan ermənilərə çağırış: Xaricdə "qəzəl" oxuyanlarla deyil, qonşularla anlaşın!

Azərbaycanla Ermənistan arasında hazırkı sülh fürsəti qaçırılmamalıdır.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir şəhərində “EFES - 2024” çoxmillətli təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə bildirib.
O qeyd edib ki, Ermənistan xarici güc və diasporun əsarətindən qurtulduğu halda Azərbaycanla sülhə daha yaxın olacaq: “Qarabağın 30 illik işğaldan sonra azad edilməsi bölgədə tarixi fürsət pəncərəsi açıb və bu fürsətdən istifadə etmək lazımdır. Erməni xalqı gələcəyini xaricdə "qəzəl" oxuyanlarda deyil, əsrlərdir birlikdə yaşadığı qonşularında görməli, anlamalı və lazım olanı cəsarətlə etməlidir”.
30-05-2024, 14:36
Türkiyə Prezidenti “EFES-2024” təlimlərini izləyib


Türkiyə Prezidenti “EFES-2024” təlimlərini izləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İzmir vilayətinin Doğanbey rayonunda keçirilən “EFES-2024” beynəlxalq hərbi təlimlərinin “Müşahidəçi günü” çərçivəsində gündüz fazasını izləyib. Qardaş ölkənin dövlət başçısı, həmçinin hərbçilərin qarşısında çıxış edib.
Fəxri qonaqları kürsüsündə Rəcəb Tayyib Ərdoğanla yanaşı təlimlərin gedişini Türkiyənin milli müdafiə naziri Yaşar Güler, Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev də izləyiblər.
“EFES-2024” təlimləri çərçivəsində Azərbaycanın hərbi qulluqçularının da iştirak etdiyi birgə əməliyyatların müxtəlif ssenariləri yerinə yetirilib. Şərti rəqibin nəzarət etdiyi rayonun sahilinə dəniz desant qrupunun endirilməsi də həyata keçirilib.
F-16 təyyarələri və ATAK-2 hərbi helikopterləri şərti rəqibin müəyyən olunmuş hədəflərinə zərbələr endirib. Eyni zamanda, helikopterlərin köməyi ilə personalın təxliyəsi də həyata keçirilib. Artilleriya və minaatan bölmələr isə şərti rəqibin istehkamlarını məhv ediblər.
30-05-2024, 14:12
Doğma yurdlarına qayıdan şuşalılara evlərinin açarları təqdim edildi - FOTO


Doğma yurdlarına qayıdan şuşalılara evlərinin açarları təqdim edildi - FOTO

Şuşa şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Mayın 30-da növbəti köç karvanı ilə Şuşaya çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.
Şuşa şəhəri bu gün 15 ailəyə qucaq açıb və daha 57 şuşalının yurd həsrəti bitib.
Otuz iki ildən sonra yenidən Şuşaya qədəm qoyan ailələrə açarların təqdim edilməsi mərasimində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.
Ailələr mənzillərinin açarlarını sevinc hissi ilə təhvil alaraq, yeni evlərində məskunlaşıblar.
Qeyd edək ki, Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzil verilir. İndiyədək şəhərdə 105 ailə (406 nəfər) mənzillə təmin edilib.





30-05-2024, 14:03
Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşdü - FOTO


Ceyhun Bayramov Pakistan Senatının sədri ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Bayramov Ceyhun Pakistana rəsmi səfəri çərçivəsində Pakistan İslam Respublikasının Prezidenti vəzifəsini icra edən və Senat sədri Seyid Yusuf Rza Gilani ilə görüşüb.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, müzakirələr zamanı Pakistan və Azərbaycan arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi-ticari əlaqələr, investisiyalar, enerji təhlükəsizliyi, kommunikasiyalar kimi potensial əməkdaşlıq sahələri müzakirə olunub.
"İkitərəfli əməkdaşlıqla yanaşı, regional və beynəlxalq formatlar çərçivəsində çoxtərəfli qarşılıqlı fəaliyyət də müzakirələrin gündəmində olub. Tərəflər daha geniş regional vəziyyəti, COP29-a hazırlığı müzakirə ediblər", XİN bildirib.

30-05-2024, 13:52
Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı hədələdi


Həbsxanada görüşərik - Baqrat Qalstanyan Paşinyanı hədələdi

Bilirəm ki, Paşinyanla (Ermənistanın baş naziri – red.) görüş proseduru var və mən ona həbsxanada baş çəkəcəyəm.
Bunu Ermənistanda keçirilən aksiyaların rəhbəri, “Vətən naminə” hərəkatının lideri, keşiş Baqrat Qalstanyan mayın 30-da İrəvandakı Respublika meydanında itaətsizlik etirazı zamanı jurnalistlərlə söhbətində deyib.
Onun sözlərinə görə, Paşinyanla hər gün görüş gözlənilir.
“Nə bu adamın, nə də Vahe Qazaryanın (Ermənistanın daxili işlər naziri - red.) cəsarətləri yoxdur”, - Qalstanyan qeyd edib.
Qalstanyan sözlərinə görə, hazırda hökumətdə qanunsuz iclas çağırılıb.
“Bu adam hər cəhətdən tükənib: həm mənəvi, həm də hüquqi cəhətdən. Siz velosiped sürürdünüz, amma indi velosiped haradadır?”, - deyə hərəkatın lideri əlavə edib.
Qeyd edək ki, mayın 29-da Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib ki, əgər kimsə onunla görüşmək istəyirsə, qəbula yazıla bilər.
30-05-2024, 13:33
UNDP və ANAMA Zəngilanda bəyannamə imzaladılar


UNDP və ANAMA Zəngilanda bəyannamə imzaladılar

BMT-nin İnkişaf Proqramı (UNDP) və Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) niyyət bəyannaməsi imzalayıb.
Sənədin imzalanması Zəngilanda keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransı zamanı baş tutub.
Niyyət bəyannaməsi Azərbaycan ərazisində Mina fəaliyyəti ilə əlaqədar Mükəmməlik Mərkəzinin yaradılmasında əməkdaşlığı ehtiva edir.
Sənəd ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və BMT-nin İnkişaf Proqramının Azərbaycandakı Rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo tərəfindən imzalanıb.
Mərkəz mina təhlükəsi ilə mübarizə sahəsində milli, regional və beynəlxalq səviyyələrdə təlim və bacarıqların artırılması, sertifikatlaşdırma və biliklərin ötürülməsini həyata keçirəcək, habelə humanitar minatəmizləmə sahəsində ən son texnologiya və metodologiyaları təkmilləşdirmək üçün minalarla mübarizədə tədqiqat və innovasiyaları təşviq edəcək.
Mərkəzin yaradılması Azərbaycanın mina təhlükəsilə mübarizə imkanlarını artırmaq və minasız dünya üçün qlobal səylərə töhfə vermək niyyətinin göstəricisidir.
Bu təşəbbüs Azərbaycanın həm milli, həm də beynəlxalq istəklərinə uyğun olaraq sülh, təhlükəsizlik və davamlı inkişafa, regional və qlobal əməkdaşlığa sadiqliyini əks etdirir.
30-05-2024, 13:11
Ceyhun Bayramov Qəzzadakı vəziyyətlə bağlı çağırış etdi


Ceyhun Bayramov Qəzzadakı vəziyyətlə bağlı çağırış etdi

Qəzzadakı vəziyyət bizim hamımız üçün böyük narahatlıq mənbəyidir.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Təbii ki, biz savaşın dərhal dayandırılmasına çağırış edirik. Biz inanırıq ki, Yaxın Şərqdə dayanıqlı və uzunmüddətli sülh yalnız iki dövlətli həll yoluna və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslana bilər. Biz bu məsələnin iki dövlət həllinə çağırırıq”, - XİN rəhbəri vurğulayıb.
Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu təşəbbüsləri dəstəkləyib.
30-05-2024, 12:54
Ali məktəblərə qəbul yerləri artırılıb - Məleykə Abbaszadə


Ali məktəblərə qəbul yerləri artırılıb - Məleykə Abbaszadə

Builki qəbul planı hazırdır və Dövlət İmtahan Mərkəzinə təqdim edilib.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, yaxın zamanda qəbul planı ilə bağlı ictimaiyyətə məlumat veriləcək:
“Hazırda bu istiqamətdə işlər davam edir. Magistratura üzrə müqayisəli təhlil aparılır. Magistratura üzrə qəbul planı artıb. Kolleclər və ali məktəblər üzrə qəbul planı ilə bağlı isə gələn həftə ərzində məlumat veriləcək”.
DİM sədri həmçinin bildirib ki, ali təhsil müəssisələrinə qəbul planında dövlət sifarişli yerlərin sayında artım var.
O bildirib ki, kollec, ali məktəblər üzrə ümumi qəbul planı yerlərinin sayında artım var:
“Yeni universitetlər açılıb, yeni ixtisaslar var. Bununla əlaqədar tam təhlillər aparıldıqdan sonra növbəti həftə ictimaiyyətə məlumat veriləcək”.
30-05-2024, 12:44
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 45-55 %, gündüz 60-70 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-20°isti, gündüz 29-34° isti, bəzi yerlərdə 36° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.
30-05-2024, 12:22
Ceyhun Bayramov İslamabadda 4 kəndin qaytarılmasından danışdı


Ceyhun Bayramov İslamabadda 4 kəndin qaytarılmasından danışdı

Bugünkü görüşümüzdə mən pakistanlı həmkarımı regiondakı post-münaqişə vəziyyəti barədə məlumatlandırdım.
Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslamabadda pakistanlı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, həmçinin Azərbaycanın işğaldan azad olunan torpaqlarında həyata keçirdiyi reabilitasiya və yenidənqurma işləri barədə Pakistan XİN rəhbərini məlumatlandırıb: “Qeyd etdim ki, uzunmüddətli mina problemi bizim səylərimizə mane olur”.
XİN rəhbəri qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyən hissəsində delimitasiya ilə bağlı son razılaşma və Ermənistanın uzun müddətdir işğal etdiyi 4 kəndin Azərbaycana qaytarılması normallaşma prosesinə müsbət töhfə verir:
“Azərbaycan sülh prosesinə sadiqdir və biz ümid edirik ki, bu, bütövlükdə firavan və təhlükəsiz region üçün müsbət nəticələr verəcək”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!