Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
1-05-2024, 14:42
Prezident ipoteka haqqında qanunu təsdiqlədi


Prezident ipoteka haqqında qanunu təsdiqlədi

İpotekaya xitam verilən hallar genişlənib.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "İpoteka haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, ipoteka saxlayan tələbdən və ya ipotekadan imtina etdikdə ipotekaya xitam veriləcək.
Qeyd edək ki, hazırda ipotekaya aşağıdakı hallarda xitam verilir:
- ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə;
- əsas öhdəliyə xitam verildikdə;
- tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda;
- ipoteka predmeti məhv olduqda;
- bu Qanunla nəzərdə tutulmuş digər hallarda.
Bu Qanunda nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır.
1-05-2024, 14:19
XİN Başçısı UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü


XİN Başçısı UNESCO üzrə Milli Komissiyaların rəhbərləri ilə görüşdü

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan UNESCO-ya üzv ölkələrin daimi nümayəndələri, habelə Türkiyə, Rusiya, Birləşmiş Krallıq və Maltanın UNESCO üzrə Milli Komissiyalarının rəhbərləri ilə görüşüb.
Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı UNESCO çərçivəsində əməkdaşlıqdan irəli gələn məsələlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri, habelə cari regional vəziyyət müzakirə olunub.
C.Bayramov ölkəmizin təşəbbüsü ilə başladılan “Bakı Prosesi” çərçivəsində həyata keçirilən beynəlxalq layihələrin, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ölkəmiz tərəfindən mədəni müxtəlifliklər arasında əməkdaşlığa verilən əhəmiyyət və töhfənin göstəricisi olduğunu diqqətə çatdırıb. Sözügedən layihələrin beynəlxalq tərəfdaşlar, o cümlədən UNESCO ilə əməkdaşlıq çərçivəsində reallaşdırılmasının, habelə nümayiş olunan aktiv iştirakçılığın məmnunluq doğurduğu qeyd olunub.
Azərbaycanın COP29 sədrliyi çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə üzrə beynəlxalq səylərin səfərbər edilməsi istiqamətində görülən işlər barədə görüş iştirakçılarını ətraflı məlumatlandıran nazir iqlim məsələləri ilə bağlı maarifləndirmə fəaliyyətinin və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
XİN başçısı postmünaqişə dövründə bölgədə normallaşma, sülh və quruculuq, habelə keçmiş işğal dövründə dağıntılara məruz qalmış mədəni irsin bərpası səylərindən bəhs edib. O, ölkəmizin xarici siyasət prioritetləri, bir sıra regional məsələlərə baxışları barədə görüş iştirakçılarını məlumatlandırıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.
1-05-2024, 13:41
Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən danışdı


Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün ölkənin İctimai Televiziyasına müsahibə verib.
Müsahibəni baş nazirdən Petros Qazaryan alıb.
Məlumata görə, Paşinyan müsahibə zamanı Tavuş istiqamətində Azərbaycana qaytarılan kəndlərdən, eyni zamanda sərhəddəki erməni yaşayış məntəqələrindən danışıb, kilsənin fəaliyyətinə toxunub.
1-05-2024, 13:28
Kamal Abdulla təltif olundu


Kamal Abdulla təltif olundu

Aprelin 30-da Elm və Təhsil Nazirliyində "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə qonaqları salamlayıb və yubiley medalına layiq görülən elm və təhsil işçilərini təbrik edib. Azərbaycan elmi və təhsilinə göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.
Mərasimdə Azərbaycan Dillər Universitetinin rektoru akademik, Xalq yazıçısı Kamal Abdulla "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.
Medalı Elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi ümummilli lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

1-05-2024, 13:24
Azərbaycan və Ermənistan delimitasiya işlərini vasitəçi olmadan aparır - Prezident


Azərbaycan və Ermənistan delimitasiya işlərini vasitəçi olmadan aparır - Prezident

Sərhədlərin delimitasiyası başlayıb, hətta demarkasiya işləri aparılır. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı vasitəçi olmadan nail olunub. Bu, bir daha göstərir ki, bizə vasitəçi lazım deyil, xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər. Onlar yardım etmək istəmir, onlar bizim bölgəyə siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar bu alova yenidən odun atmaq istəyirlər.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
“Biz Cənubi Qafqazda bunun baş verməsinə imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik. Sülh bu bölgədə yalnız Azərbaycan ilə Ermənistan arasında normallaşma vasitəsilə əldə oluna bilər”, - deyə dövlətimizin başçısı bildirib.
1-05-2024, 12:55
Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb


Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıb

Bu ilin aprel ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 26 nəfər saxlanılıb, оnların 10-u Azərbaycan, 7-i İran, 5-i Əfqanıstan, 3-ü Pakistan və 1-i Hindistan vətəndaşı оlub.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz miqrasiya ilə mübarizə tədbirləri çərçivəsində 12 nəfər saxta tarix möhürü, saxtalaşdırılmış pasport, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərərkən saxlanılıb.
Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 874 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib, ölkədən çıxışı qadağan olunan 495 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 15 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 90 kiloqram 951 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1622 ədəd həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 1 milyon 203 min 235 manat оlan qaçaqmal, о cümlədən dərman preparatları, spirtli içki və tütün məmulatları saxlanılıb.
1-05-2024, 12:18
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.
Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.
1-05-2024, 11:34
İndi biz sülhə doğru gedirik - İlham Əliyev


İndi biz sülhə doğru gedirik - İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında müharibədən sonra regionda yaranmış vəziyyətdən danışıb.
Dövlətimizin başçısı Azərbaycanın çox fəal çalışdığını, Ermənistana sülh sazişi ilə bağlı danışıqları başlamaq təşəbbüsü irəli sürdüyünü, hətta baza prinsiplərini və sülh sazişinin layihəsini hazırladığını vurğulayıb.
Ötən ilin sentyabrında Azərbaycanın suverenliyini tam bərpa etdiyini söyləyən Prezident bundan sonra ölkəmizin siyasi hücumlara məruz qaldığını, buna baxmayaraq, yenə də sülhü təklif etdiyini deyib. Bildirib ki, indi isə biz müsbət tendensiyadayıq, sülhə doğru gedirik.
1-05-2024, 11:22
Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev


Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi - İlham Əliyev

Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi. Hesab edirəm ki, bu, lazımınca nəzərdən keçirilməlidir.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında deyib.
Beynəlxalq təşkilatların Ermənistanın işğala son qoyması ilə bağlı qətnamə və qərarlar qəbul etdiyini xatırladan dövlətimizin başçısı bildirib: “Qətnamələri qəbul edənlər onların icrası üçün heç nə etmədilər. Onda biz sülhə müharibə yolu ilə nail olmalı idik. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin böyük hissəsini azad etdik. Sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam şəkildə bərpa etdik”.
1-05-2024, 10:27
Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu


Qərbi Azərbaycan Televiziyası binasının açılışı oldu

Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olub.
Tədbirdə İcma rəhbərliyi və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmaqla bütün işini bu istiqamətə kökləyib.
Sədr qeyd edib ki, televiziyanın yeni istifadəyə verilən binası bu fəaliyyəti həyata keçirmək üçün bütün lazımi şəraitlə təchiz olunub.
Tədbirdə çıxış edən Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanov Qərbi Azərbaycanın milli-mədəni abidələrinin, tarixinin gənclər arasında təbliği, o cümlədən dünya ictimaiyyətinin məlumatlandırılması baxımından Qərbi Azərbaycan TV-nin yaranmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra Qərbi Azərbaycan İcması İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı Hikmət Babaoğlu televiziyanın fəaliyyətinə uğurlar diləyib, kanalın Qərbi Azərbaycanın zəngin irsinin, tarixinin, mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Açılışın rəmzi simvolu olan qırmızı lent kəsildikdən sonra qonaqlar və media nümayəndələri bina ilə tanış olublar.
Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfüqar jurnalistlərə açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir. Belə ki, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq: "Üstəlik, həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub. Televiziyada ənənəvi “Müzakirə vaxtı”, "Xəbər buraxılışı", “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı, Ümummilli lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə”, o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri-maddi mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan Ləzzətləri” və sair kimi proqramlar da yayımlanacaq. Televiziya binasında sözügedən verilişlərin çəkilişi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!