Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-05-2024, 17:28
İranda 3 nəfər prezidentliyə namizədliyini irəli sürdü


İranda 3 nəfər prezidentliyə namizədliyini irəli sürdü

Sabiq deputat, İran Demokrat Partiyasının qurucusu Mustafa Kəvakbian, 12-ci çağırış Məclisin (parlament) üzvləri Məhəmməd Səbaqian və Abbas Moğtadai yaxın bir ayda keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
Bu barədə SNN telekanalı məlumat yayıb.
Məlumata görə, namizədlər qeydiyyat prosedurunu başa vurduqdan sonra çıxış edərək seçki proqramının bəzi bəndlərini açıqlayıblar. Kəvakbian seçiləcəyi təqdirdə ölkənin büdcəsinin neft gəlirlərindən asılılığını azaltmaq niyyətində olduğunu, Səbaqiyan isə özünün əsas prioritetinin İslam Respublikasının siyasi və inzibati strukturunda islahatların aparılması olduğunu bəyan edib.
Kəvakbian ötən prezident seçkilərində bir neçə dəfə namizəd kimi qeydə alınıb. Dörd işdən üçündə onun namizədliyi Mühafizə Şurası tərəfindən rədd edilib. Digər iki namizəd isə əvvəllər prezidentliyə namizəd olmayıb.
İran parlamentində Səbaqian Yəzd əyalətini, Moğtadai isə İsfahan vilayətini təmsil edir.
Bu gün - cümə axşamı yerli vaxtla saat 08:00-da 14-cü prezident seçkilərində namizədlərin qeydiyyatı başlayıb. Proses iyunun 3-dək davam edəcək. İyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədlərin ölkə prezidenti postunun tələblərinə uyğun olub-olmadığını müəyyən etmək üçün bir həftə ərzində araşdırma aparacaq. Namizədlərin yekun siyahısı iyunun 11-də açıqlanacaq.
İranda növbədənkənar prezident seçkiləri iyunun 28-nə planlaşdırılıb. Namizədlərdən heç biri lazımi miqdarda səs yığa bilməsə, iyulun 5-də ən çox səs toplayan iki namizədin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.
İran qanunvericiliyinə əsasən, prezident birbaşa ümumi səsvermə yolu ilə dörd il müddətinə seçilir. Eyni şəxs ardıcıl iki müddətdən çox dövlət başçısı seçilə bilməz. Prezident postuna namizəd olmaq istəyən şəxs 40-75 yaşlarında, dövlət qurumlarında rəhbər vəzifələrdə iş təcrübəsinə malik İran vətəndaşı olmalıdır.
Mayın 19-da İranın şimalındakı Şərqi Azərbaycan əyalətində göyərtəsində ölkə prezidenti İbrahim Rəisinin və xarici işlər naziri Hüseyn Əmir Abdullahianın olduğu helikopter qəzaya uğrayıb. Helikopterdə olan 9 nəfərin hamısı həlak olub.
29-05-2024, 17:26
Ukraynaya verdiyi silahları məhdudlaşdırmayan ölkələr


Ukraynaya verdiyi silahları məhdudlaşdırmayan ölkələr

"Kanada Ukraynaya verilən silahların istifadəsini məhdudlaşdırmır".
Bunu Kanadanın xarici işlər naziri Melani Coli açıqlayıb.
Kanadadan başqa daha 10 ölkə Kiyevə öz silahları ilə Rusiya Federasiyasındakı hərbi obyektlərə zərbələr endirməyə icazə verməyə hazırdır.
Bunlara Böyük Britaniya, Latviya, Litva, Niderland, Polşa, Finlandiya, Fransa, Çexiya, İsveç və Estoniya daxildir.
29-05-2024, 17:17
Bu rayonlarda ağaclar qanunsuz kəsilib - Təbiətə 114 min manat ziyan dəyib


Bu rayonlarda ağaclar qanunsuz kəsilib - Təbiətə 114 min manat ziyan dəyib

Qəbələ, Quba, Xaçmaz, İsmayıllı, Masallı və Ağdaş rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, araşdırma zamanı Qəbələ şəhəri, 28 May küçəsi 82 ünvanında “Fuel-Tradinq” yanacaq doldurma məntəqəsinin ərazisində Xəyyam Hacıyev, Quba rayonu Gədikqışlaq kəndi ərazisində, Vəlvələ bələdiyyəsininmülkiyyətində olan torpaq sahəsində Simon Nisanov, Xaçmaz rayonu Xaçmaz-Gülalan avtomobil yolunun sol tərəfində Vidadi Hüseynov, İsmayıllı şəhəri Nizami küçəsində Məzahir Şahvələdov, Masallı rayonu Təzəkənd kənd R.Nəbiyev adına tam orta məktəbin həyətində Fəxrəddin Babayev, Ağdaş rayonu, Heydər Əliyev prospektində Şahin Qəhrəmanov tərəfindən ağac və kolların qanunsuz kəsildiyi məlum olub. Nəticədə təbiətə 114 650 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
29-05-2024, 17:13
Qarabağ Universitetinin fakültə dekanları - FOTO


Qarabağ Universitetinin fakültə dekanları - FOTO

Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) seçilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Belə ki, Qarabağ Universitetinin rektoru Şahin Bayramovun əmri ilə Pedaqoji fakültəyə dekan Kəklik Gözəlova, Sosial elmlər fakültəsinə dekan Elmar Mustafayev, İncəsənət fakültəsinə isə dekan Türkər Qasımzadə təyin olunub.

Pedaqoji fakültənin dekanı Kəklik Gözəlova filologiya elmləri namizədidir. Kəklik Gözəlova Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində bakalavr və magistr təhsili alıb. ABŞ-nin Corc Vaşinqton Universitetində strateji layihə idarəetməsi üzrə magistratura təhsili alan Kəklik Gözəlova bir müddət Azərbaycan Dillər Universitetində baş müəllim, dosent işləyib. Müxtəlif illərdə Bakı Ali Neft Məktəbində İngilis dili və humanitar fənlər kafedrasının müdiri, Davamlı təhsil fakültəsinin dekanı işləyən Kəklik Gözəlova daha sonra Qərbi Kaspi Universitetində Filologiya və tərcümə fakültəsinin dekanı və prorektor olaraq fəaliyyətini davam etdirib. Bu günədək isə Azərbaycan Universitetində Tərcümə və filologiya kafedrasının müdiri vəzifəsində çalışıb.

Sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev beynəlxalq münasibətlər tarixi üzrə fəlsəfə doktorudur. Elmar Mustafayev İtaliyanın Sapienza Universitetinin Beynəlxalq münasibətlər fakültəsində magistr təhsili alıb. O, 2016-cı ildə Xəzər Universitetində Siyasi elmlər və beynəlxalq münasibətlər kafedrasında akademik koordinator və müəllim, 2019–2021-ci illərdə isə Siyasi elmlər və fəlsəfə kafedrasının müdiri işləyib. Xəzər Universitetindəki fəaliyyəti dövründə nüfuzlu “Jean Monnet” layihəsinin qalibi və koordinatoru olub. 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində Akkreditasiya və lisenziya şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Xəzər Universitetinin müəllimidir. Elmar Mustafayev İtaliya Siyasi Assosiasiyasının (SISP) Rusiya və postsovet məkanı üzrə daimi qrupunun üzvüdür.

İncəsənət fakültəsinin dekanı Türkər Qasımzadə “Cadenza” orkestrinin bədii rəhbəridir. Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə bitirən Türkər Qasımzadə ABŞ-nin Manhetten Musiqi Məktəbində eyni ixtisas üzrə magistratura, Sinsinnati Universitetində isə doktorantura təhsili alıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektorun müşaviri olan Türkər Qasımzadə həm də Bakı Musiqi Akademiyasında müəllim işləyir. Türkər Qasımzadə ixtisası üzrə Küveytdə yerləşən Orta Şərqin Amerika Universiteti, Azərbaycan Dövlət Milli Konservatoriyası, ADA Universiteti, Sinsinnati Universitetində professor olaraq çalışıb. Türkər Qasımzadə həmçinin Moldovanın Musiqi, Teatr və Rəqs Akademiyası, ABŞ-nin Manhetten Musiqi Məktəbi, San-Fransisko Dövlət Universiteti və Norveçin Stavanger Universitetində ustad dərsləri keçib.
29-05-2024, 17:03
İki prokuror vəzifəsindən azad olundu


İki prokuror vəzifəsindən azad olundu

Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.
Bu barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilib ki, sözügedən şəxslər qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.
Bildirilib ki, Baş prokuror Kamran Əliyev prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.
29-05-2024, 17:02
Ərdoğan Netanyahunu vampir adlandırdı - Sərt AÇIQLAMA


Ərdoğan Netanyahunu vampir adlandırdı - Sərt AÇIQLAMA

"İsrail beynəlxalq hüquqa tabe olmayana qədər heç bir dövlət, o cümlədən Türkiyə özünü təhlükəsiz hiss edə bilməz".
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət, ilk növbədə ABŞ başda olmaqla Qərb ölkələri İsrailin Qəzza zolağının mülki əhalisinə qarşı cinayətlərinə məhəl qoymur.
“Heç bir inanc günahsız dinc insanların çadırlarda yandırılmasına haqq qazandırmaz. Dünya Netanyahu adlı vampirin vəhşiliyini canlı izləyir. Fələstinin mülki vətəndaşlarının qanı ABŞ-ın, Avropanın dövlət və hökumət başçılarının əllərinə bulaşıb, onlar öz susqunluqları ilə İsrail “vampirizminin” ortağı olublar”, - Türkiyə lideri vurğulayıb.
Ərdoğan İsrailin baş nazirini “qaniçən xəstə, manyak, psixopat və vampir” adlandırıb.
Dövlət başçısı qeyd edib ki, İsrail Qəzzada bəşəriyyəti öldürüb, Avropa isə onun dəyərlərini qırıb tapdalayıb.
Prezident Ərdoğan Fələstin anklavında baş verən hadisələr fonunda beynəlxalq strukturların, ilk növbədə BMT-nin təsirsizliyinə də diqqət çəkib.
“BMT soyqırımını dayandırmaq bir yana, özünün humanitar işçilərini belə qoruya bilmədi. Qəzzada təkcə bəşəriyyət yox, BMT də ölüb”.
Dövlət başçısı beynəlxalq ictimaiyyəti Qəzzada törədilən soyqırımını dərhal və kollektiv şəkildə dayandırmağa çağırıb.
Türkiyə lideri Fələstin probleminin həlli üçün İslam dünyası ölkələrinin birgə səylərinin vacibliyini də vurğulayıb.
O bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının bir sıra daimi üzvlərinin Fələstinin müstəqil dövlət kimi tanınması prosesinə mane olması yolverilməzdir.
“BMT-yə üzv olan 193 ölkənin əksəriyyəti Fələstini dövlət kimi tanıyır. 147 ölkənin kollektiv qərarını 5 ölkənin ixtiyarına buraxmaq olmaz. 147 5-dən çoxdur”.
Dövlət başçısı qeyd edib ki, rəsmi Tel-Əviv İsrail hökumətinin üzvlərini Qəzzada törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb etmək səyləri fonunda Beynəlxalq Ədalət Məhkəməsinə və onun hakimlərinə təzyiq göstərməyə çalışır.
Türkiyə lideri çıxışında bütün dünyaya yayılan Fələstinə dəstək tələbə hərəkatını da alqışlayıb.
29-05-2024, 16:57
Daha bir dövlət Fələstini tanımaqdan imtina etdi


Daha bir dövlət Fələstini tanımaqdan imtina etdi

Avstraliya parlamenti Fələstini tanıyan qanun layihəsini qəbul etməyib.
Avstraliyada müxalif Yaşıllar Partiyasının təklif etdiyi Fələstin dövlətinin tanınması ilə bağlı qanun layihəsi parlamentin aşağı palatasında keçirilən səsvermədə rədd edilib.
Bildirilib ki, Yaşıllar Partiyasının lideri Adam Bandtın "sülhə doğru atılan konkret addım" kimi qiymətləndirdiyi və ölkəsinin Fələstin dövlətini tanımasını tələb edən qanun layihəsi parlamentdə 5 əleyhinə 80 səslə bloklanıb.
29-05-2024, 16:45
Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.
Bu barədə türkiyəli diplomat "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
“Hikmət Hacıyevlə görüş həmişə olduğu kimi, səmimi şəraitdə keçdi. Qardaş Azərbaycanla müttəfiqlik əlaqələri və regiondakı vəziyyəti müzakirə etdik”, - paylaşımda qeyd edilib.
29-05-2024, 16:42
Estoniyada dondurulmuş Rusiya aktivləri Ukrayna üçün müsadirə olunacaq - RƏSMİ


Estoniyada dondurulmuş Rusiya aktivləri Ukrayna üçün müsadirə olunacaq - RƏSMİ

Estoniya prezidenti Alar Karis Rusiya Federasiyasının dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə müsadirə edilməsi haqqında qanunu imzalayıb.
Bununla bağlı ERR məlumat yayıb.
Bildirilib ki, yalnız qanunsuz hərəkətlərin törədilməsi və ya yardımı ilə əlaqəsi müəyyən edilən və kifayət qədər sübuta yetirilən şəxslərin əmlakı müsadirə oluna bilər:
“Yəni kiminsə aktivlərinin beynəlxalq sanksiyalara görə dondurulması əmlakın özgəninkiləşdirilməsi üçün yetərli əsas deyil”.
Karis əlavə edib ki, qanun mülkiyyətin verilməsinin hərbi təcavüzdə və ya müharibə norma və qanunlarının pozulmasında iştirak edənlərə aid olması kimi şərh edilməlidir.
29-05-2024, 16:34
“Barselona”nın yeni baş məşqçisi bəlli oldu


“Barselona”nın yeni baş məşqçisi bəlli oldu

İspaniyanın “Barselona” komandasının yeni baş məşqçisi bəlli olub.
Bu vəzifəyə almaniyalı Hans-Diter Flik gətirilib. 59 yaşlı mütəxəssislə müqavilə 2026-cı il iyunun 30-na kimi nəzərdə tutulub.
O, bu postda ispaniyalı Xavi Ernandesi əvəzləyib.
Qeyd edək ki, Hans-Diter Flikin son iş yeri 2023-cü ilin sentyabrına qədər rəhbərlik etdiyi Almaniya millisi olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!