Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
29-05-2024, 16:27
Azərbaycanla İran su bölgüsündə razılığa gəldi - FOTO


Azərbaycanla İran su bölgüsündə razılığa gəldi - FOTO

Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan və İranın daimi fəaliyyət göstərən Birgə Komissiyasının 53-cü görüşü İranın Təbriz şəhərində keçirilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan-İran Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Agentliyin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının aidiyyəti təşkilatlarının nümayəndələri iştirak ediblər.
Görüşdə bir sıra məsələlər müzakirə edilib. Belə ki, Araz su anbarının iş rejimi və iki ölkə arasında su bölgüsü müəyyənləşdirilib, Araz çayında su və enetgetika ehtiyatlarından birgə istifadə üzrə müvafiq bölgü cədvəlləri hazırlanıb və Protokol imzalanıb.


29-05-2024, 16:23
XİN Başçısı Pakistana rəsmi səfərə getdi


XİN Başçısı Pakistana rəsmi səfərə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistana rəsmi səfərə yola düşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
29-05-2024, 16:15
“Tik-Tok”da 30 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxs tutuldu


“Tik-Tok”da 30 nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxs tutuldu

Müxtəlif vaxtlarda 7 nəfərin bank kartlarından 300, 900, 50, 320, 125, 338 və 100 manat olmaqla ümumilikdə 2133 manat pul vəsaitlərinin talanması barədə polisə məlumatlar daxil olub.
Həyata keçirilən tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən, dələduzluğa görə axtarışda olan 21 yaşlı Raqif Məmmədov saxlanılıb.
Araşdırmalarla onun “Tik-Tok” sosial şəbəkəsində həmin şəxslərin kart məlumatlarını dələduzluq yolu ilə ələ keçirərək pul vəsaitlərini talaması məlum olub. Saxlanılan şəxs eyni üsulla daha 23 nəfərin pul vəsaitlərini talayıb.
Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Onun əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.
29-05-2024, 16:10
Azərbaycanda blogerlər saxlanıldı


Azərbaycanda blogerlər saxlanıldı

Bloger Fatima Mövlamlı və ictimai fəal Nicat Ismayıl Qəbələdə polis tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.
“İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, - məlumatda deyilir.
29-05-2024, 15:55
Belarus Rusiya və Ukraynanı müharibəni dayandırmağa çağırdı


Belarus Rusiya və Ukraynanı müharibəni dayandırmağa çağırdı

Minsk platforması Ukraynadakı qanlı münaqişənin nizamlanması üçün danışıqlara açıqdır.
Bu barədə Belarusun xarici işlər naziri Sergey Aleynik bildirib.
“Biz münaqişənin səbəblərini mürəkkəb və əhatəli hesab edirik. Biz dəqiq bilirik ki, bütün bu vəziyyət təhrik edilib, indi də kənardan - bundan birbaşa divident alanlar tərəfindən şişirdilir”, - nazir deyib.
Aleyinik münaqişənin acı nəticələrini qalan tərəflərin ödədiyini qeyd edib.
“Nəticədə minlərlə insan, o cümlədən dinc sakinlər həlak olur. Milyonlarla insan qaçqın vəziyyətinə düşüb”, - diplomat vurğulayıb.
O, əmin edib ki, Minskin mövqeyi əvvəldən dəyişməzdir: insan tələfatını dayandırmalı və danışıqlara başlamaq.
“Biz də öz tərəfimizdən bu məsələdə kömək etməyə hazırıq. Minsk platforması danışıqlar üçün açıqdır”.
28-05-2024, 22:43
"Sülh körpüsü" Azərbaycan bayrağına büründü - FOTO


"Sülh körpüsü" Azərbaycan bayrağına büründü - FOTO

Mayın 28-də Tbilisinin televiziya qülləsi və Kür çayı üzərindəki “Sülh körpüsü” Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Teleqüllə və körpü 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə işıqlandırılıb.
Azərbaycan bayrağının rəngləri olan göy, qırmızı və yaşıl rəngdə işıq saçan televiziya qülləsi və “Sülh körpüsü” şəhərə xüsusi bir rəng - gözəllik verib.

28-05-2024, 22:28
Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı


Azərbaycan klubu baş məşqçi ilə yollarını ayırdı

"Turan Tovuz" klubu baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.
Qarşılıqlı razılıq əsasında mütəxəssisin müqaviləsinə xitam verilib.
Qeyd edək ki, 42 yaşlı çalışdırıcı 2022-ci ildə qərb təmsilçisinə baş məşqçi təyin olunmuşdu.
28-05-2024, 20:42
Narkotikin təsiri altında özünü yandırdı


Narkotikin təsiri altında özünü yandırdı

Gəncə şəhərində əvvəllər dəfələrlə narkotiklərin qanunsuz dövriyyəsinə görə dəfələrlə məhkum olunmuş 1999-cu il təvəllüdlü Namədin Əliyevin cinayət məsuliyyətdən yayınmaq üçün intihara cəhd edib.
Ailə üzvlərinin müraciəti əsasında barəsində aparılan araşdırmanın dayandırılması məqsədilə törədiyi əməllərə görə elektron qolbaq daşıyan N.Əliyev mayın 21-də şəhər ərazisində narkotik vasitənin təsiri altında üzərinə yandırıcı maye tökərək ailə üzvlərinin şikayətlərinin geri götürmələrini tələb edib, onlara qarşı iddialar səsləndirib.
Ətrafda olan şəxslərin köməyi ilə intihar cəhdinin qarşısı alınıb və o xəstəxanaya yerləşdirilib.
Mayın 25-də göstərilən tibbi müdaxilələrə baxmayaraq, həmin şəxs xəstəxanada ölüb.
Hazırda aidiyyəti üzrə hadisənin təfərüatları araşdırılır.
Məlumatı DİN-in Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.
28-05-2024, 20:10
Laçına dolu düşdü


Laçına dolu düşdü

Son günlər dəyişən hava şəraiti azad olunmuş ərazilərdə də hiss olunub.
Hazırda Laçına dolu yağmağa başlayıb.
28-05-2024, 19:53
Baş redaktor həbs edildi


Baş redaktor həbs edildi

"Bizim dövr" qəzetinin və Aktualinfo.az saytının baş redaktoru Surxay Əliyev bir müddət əvvəl həbs edilib.
Polis əməkdaşları tərəfindən saxlanılan Surxay Əliyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ittiham verilib.
Onun barəsində məhkəmə tərəfindən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Daxili İşlər Nazirliyin mətbuat xidmətindən faktı APA-ya təsdiqləyiblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!