Daha bir dələduzluq piramidası ifşa edildi .....                        Naxçıvan Ali Məclisi bu tarixdə işə başlayır .....                        Biləcəridəki güclü yanğın nəzarətə götürüldü .....                        Torpaqların kateqoriyaları ilə bağlı qaydalar təsdiqləndi - FƏRMAN .....                        Yalnız 44 günlük müharibədən sonra ayıldıq - Paşinyan .....                        Biləcəridə yanğın .....                        “Hizbullah” Həsən Nəsrullahın ölümünü təsdiqlədi .....                        Pirallahıda Vətən müharibəsi şəhidləri anılıb .....                        Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti Azərbaycana gəldi .....                       
10-06-2024, 18:52
Şəhid sərhədçilərin vida mərasimi - FOTO


Şəhid sərhədçilərin vida mərasimi - FOTO

İyun ayının 10-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində şəhid olmuş mayor Baxışlı Baxış Elşən oğlu ilə Tərtər rayonunda, əsgər Nağıyev Əli Elşən oğlu ilə Gəncə şəhərində vida mərasimi keçirilib.
Vida mərasimlərində şəhidlərin əzizləri, dövlət və hökumət rəsmiləri, Dövlət Sərhəd Xidmətinin rəhbər şəxsləri, hərbi qulluqçular və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə mayor B.Baxışlının və əsgər Ə.Nağıyevin şərəfli xidmət yoluna nəzər salınıb, şəhidlik zirvəsinə ucalmış silahdaşlarımızın əziz xatirəsi daim ürəklərdə yaşayacağı, xalqımız tərəfindən böyük minnətdarlıqla yad ediləcəyi vurğulanıb.
Şəhidlərimiz Vətən torpağına əmanət edilib, ruhlarına dualar oxunub, yaylım atəşi açılıb və hər birimizin fəxarət rəmzi olan üçrəngli Dövlət bayrağı ailələrinə təqdim olunub.
Sonda məzarları üzərinə əklillər və gül dəstələri düzülüb.






10-06-2024, 18:38
Əxlaqsızlıq edən taksi sürücüsü həbs olundu


Əxlaqsızlıq edən taksi sürücüsü həbs olundu

Paytaxt ərazisində əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olunub.
DİN Mətbuat Xidmətindən bildirilib ki, məhkəmənin qərarı ilə K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.
10-06-2024, 18:11
Prezidentlər birgə nahar etdilər


Prezidentlər birgə nahar etdilər

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə nahar ediblər.
10-06-2024, 17:49
Azərbaycanın ərazi bütövlüyünə dəstək verməkdə davam edəcəyik - Pakistan Prezidenti


Azərbaycanın ərazi bütövlüyünə dəstək verməkdə davam edəcəyik - Pakistan Prezidenti

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məktubda deyilir:
“Zati-aliləri.
Milli bayramınız - Müstəqillik Günü münasibətilə Sizə və qardaş Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.
Son 30 ildə ölkələrimiz arasında qardaşlıq münasibətləri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir.
Bu müsbət tendensiyanı davam etdirmək və ikitərəfli əlaqələri yeni zirvələrə yüksəltmək niyyətindəyik.
Zati-alinizin Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması istiqamətində şəxsi səylərini və qətiyyətini yüksək qiymətləndirirəm.
Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olub və ölkənin suverenliyinə, ərazi bütövlüyünə güclü dəstək verməkdə davam edəcəkdir.
Cənab Prezident, Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və firavanlıq diləyirəm.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyiniz xahiş edirəm”.
10-06-2024, 17:45
İş yoldaşını güllələyən şəxs tutuldu


İş yoldaşını güllələyən şəxs tutuldu

İyunun 10-u saat 15 radələrində bir nəfərin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə Şəhər Prokurorluğuna məlumat daxil olub.
Şəhər prokurorluğundan verilən məlumata görə, araşdırmalar nəticəsində 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs kimi tutulub.
10-06-2024, 17:32
Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb? - RƏSMİ


Azərbaycanda azyaşlı çipsdən zəhərlənərək ölüb? - RƏSMİ

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) azyaşlının ölümü ilə bağlı məlumat yayıb. Birgə məlumatda deyilir:
Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsi, Yeni Yaşayış massivində 2020-ci il təvəllüdlü Cavadzadə Turqutun vəfat etməsi ilə bağlı müvafiq araşdırmalar aparılır.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə 08.06.2024-cü il tarixində baş verib və azyaşlı əvvəlcə Qaradağ Tibb Mərkəzinə aparılıb, ona qarın nahiyəsinin dəqiqləşdirilməmiş ağrısı diaqnozu qoyulub.
09.06.2024-cü il tarixində saat 01:25 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində olan Yasamal Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Ona ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, paroksizmal taxikardiya, ürək çatışmazlığı, dekompensasiya olunmuş metabolik asidoz diaqnozları təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, 09.06.2024-cü il tarixində saat 03:40 radələrində T.Cavadzadə vəfat edib.
Ailənin bildirdiyinə görə, ailənin 3 uşağı “Çips” məhsulu qəbul edib, lakin digər iki uşağın səhhətində heç bir problem müşahidə olunmayıb.
Baş verən hadisə ilə bağlı ailəyə, azyaşlının yaxınlarına başsağlığı veririk.
10-06-2024, 17:21
FHN əməkdaşı iş yoldaşını güllələdi


FHN əməkdaşı iş yoldaşını güllələdi

Gəncədə qətl hadisəsi törədilib.
Avtovağzal adlanan ərazidə “VAZ-2106” markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib.
Mübahisədən sonra onlardan biri digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.
Hadisə zamanı avtomobil yoldan çıxaraq ağaclığa düşüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Gəncə Şəhər Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb. Bildirilib ki, iyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə məlumat daxil olub.
Araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.
10-06-2024, 17:17
Fidan Şoyqu ilə nələri müzakirə etdi?


Fidan Şoyqu ilə nələri müzakirə etdi?

Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə danışıqlar aparıb.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının məlumatında deyilir.
Məlumata görə, Şoyqu Türkiyə XİN rəhbəri ilə görüşdə Təhlükəsizlik Şuraları vasitəsilə əlaqələri artırmağa hazır olduğunu qeyd edib.
Bundan əlavə, Şoyqu üçüncü rübdə təhlükəsizlik məsələləri üzrə tammiqyaslı ikitərəfli məsləhətləşmələrin keçirilməsini təklif edib.
10-06-2024, 17:12
Müəllimlərin yarısından çoxu təkrar sertifikasiyadan kəsildi


Müəllimlərin yarısından çoxu təkrar sertifikasiyadan kəsildi

2022 və 2023-cü illərdə təşkil olunan sertifikatlaşdırma proseslərində 31 227 ibtidai sinif, 9 247 Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib. Sertifikatlaşdırmadan keçmiş 8 410 müəllimin əməkhaqqısına 35 faiz, 23 538 müəllimin əməkhaqqısına isə 10 faiz artım tətbiq olunur.
Elm və Təhsil Nazirliyindən verilən xəbərə görə, 2023-cü ildə keçirilmiş sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün Təhsil İnstitutu tərəfindən təlimlər təşkil edilib. Bu il iyun ayının 8-də isə sözügedən təhsilverənlər üçün təkrar sertifikatlaşdırma imtahanı keçirilib. İmtahanlarda 7 296 müəllim iştirak edib. İlkin nəticələrə əsasən, ölkə üzrə bu il 3 424 ibtidai sinif, 485 Azərbaycan dili və ədəbiyyat müəllimi təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinin müvafiq keçid balını toplamayıb.
Nəzərinizə çatdırırıq ki, təkrar sertifikatlaşdırma prosesi ilə bağlı apellyasiya müraciətlərinin qəbulu 10–13 iyun tarixlərində aparılacaq. Müəllimlər müraciətlərini portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər. Eyni zamanda bildiririk ki, Təhsil İnstitutu tərəfindən ibtidai sinif müəllimliyi üzrə təkrar sertifikatlaşdırma imtahanında istifadə olunan suallar ictimaiyyətlə paylaşılacaq.
Bu gündən etibarən regional təhsil idarələrində təkrar sertifikatlaşdırma imtahanında keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılması məqsədilə komissiyalar fəaliyyətə başlayıb.
10-06-2024, 17:06
Zakir Həsənov Bakıda gürcüstanlı həmkarı ilə görüşdü - VİDEO


Zakir Həsənov Bakıda gürcüstanlı həmkarı ilə görüşdü - VİDEO

İyunun 10-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın müdafiə naziri cənab İrakli Çikovani ilə görüşüb.
Qonaqlar əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.
Müdafiə Nazirliyində keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovul dəstəsinin önündən keçiddən sonra Azərbaycan və Gürcüstan respublikalarının Dövlət himnləri səsləndirilib, protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.
Nümayəndə heyətini salamlayaraq onları ölkəmizdə görməkdən məmnunluğunu bildirən general-polkovnik Z.Həsənov xalqlarımız arasında ənənəvi dostluq və qarşılıqlı etimadın olduğunu qeyd edib. Müdafiə naziri hər iki ölkə başçısının səmimi münasibətlərinin birgə əməkdaşlığa müsbət təsirini xüsusi vurğulayıb.
Vətən müharibəsindən sonra azad edilmiş ərazilərdə görülən işlərdən danışan nazir ölkəmizin 12 faizindən artıq ərazisinin minalarla əhatə olunduğunu bildirib. Qeyd edilib ki, minaların partlaması nəticəsində 361 nəfər mülki şəxs və hərbi qulluqçumuz xəsarət alıb, onlardan 68 nəfəri isə həlak olub.
General-polkovnik Z.Həsənov Gürcüstanla strateji tərəfdaşlıq zəminində qurulan əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında 2024-cü il ərzində hərbi sahədə ümumilikdə 21 birgə tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Müdafiə naziri gürcüstanlı həmkarını cari ilin sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Azərbaycana müdafiə naziri və baş nazirin müavini kimi ilk səfərindən məmnunluğunu bildirən cənab İ.Çikovani öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan-Gürcüstan arasında mövcud münasibətlərin inkişafı və əlaqələrin genişləndirilməsində bu cür görüşlərin keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstan müdafiə naziri Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin Gürcüstan üçün də çox mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşdə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, üçtərəfli formatda keçirilən Eternity kompüter dəstəkli komanda-qərargah və Qafqaz Qartalı təlimləri hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin artırılması ilə yanaşı, onlar arasında dostluq münasibətlərinin inkişafına töhfə verir, eyni zamanda qarşılıqlı təcrübə mübadiləsinə imkan yaradır.
Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcəyinə əminlik ifadə olunub.
Müdafiə nazirlərinin görüşündə, həmçinin hərbi və hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətraflı müzakirə edilib.

[media=
]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!