Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
10-06-2024, 17:00
Alla Puqaçovanın səhhəti pisləşib


Alla Puqaçovanın səhhəti pisləşib

Rusiya estradasının primadonnası, müğənni Alla Puqaçovanın səhhətində problemlər yaranıb. .
Bu barədə Telegram kanalları yazıb.
Alla Puqaçovanın hazırda ailəsi ilə birlikdə Kiprdə olduğu bildirilir. Onun rütubət və istidən yeriməyə gücü çatmadığı qeyd olunur.
“Ayaqları rütubətdən və yüksək temperaturdan şişib. Onun ümumiyyətlə yeriməyə gücü yoxdur”, - Teleqram kanalı yazıb.
10-06-2024, 16:47
Ceyhun Bayramov Hakan Fidanla regionu müzakirə etdi


Ceyhun Bayramov Hakan Fidanla regionu müzakirə etdi

İyunun 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, söhbət zamanı nazirlər iki ölkə arasında ikitərəfli müttəfiqlik münasibətlərinin müxtəlif aspektləri üzrə görülən işləri və regional məsələləri müzakirə ediblər.
10-06-2024, 15:49
Tanınmış araşdırmaçı- hüquqşünasdan yeni layihə


Tanınmış araşdırmaçı- hüquqşünasdan yeni layihə: “Çalxanqala: qaçqınların qayıdış həsrəti”

"Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Çalxanqala: qaçqınların qayıdış həsrəti” layihəsinin icrasına başlayıb.
Bu barədə QHT.az "Müvəkkil Hüquq Mərkəzi" İctimai Birliyinin sədri, tanınmış araşdırmaçı-hüquqşünas Səməd Vəkilov məlumat verib.
Təşkilat sədri qeyd edib ki, layihənin əsas məqsədi bir icma timsalında (Dərələyəz mahalı) Qərbi Azərbaycanlıların öz doğma yurdlarından deportasiyası, bu deportasiya nəticəsində yaşadıqları məhrumiyyətlər haqqında informasiya mühiti yaratmaq və tarixi həqiqətləri üzə çıxarmaqdan ibarədir.
“Çalxanqala kəndində araşdırmaların aparılması sənədləşdirilməsi məcburi köçməyə məruz qalmış şəxslərin şəxsi hekayəsinin toplanması Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşmasına tövhə olar. Əhalinin tarixi Azərbaycan (İndiki Ermənistan) torpaqlarından zorla çıxarıldıqdan sonra kompakt məskunlaşdığı yerlərdə araşdırmaların aparılması onların qeyri-maddi mədəni irsinin milli özünəməxsusluğunu əks elətdirən digər omponentlərinin öyrənilməsi mühüm yer tutur.”
Səməd Vəkilov qeyd edib ki, layihə çərçivəsində Qərbi Azərbaycanın Dərələyəz mahalından deportasiya olunmuş və Şərur rayonunun Çalxanqala (keçmiş Əznəbürt) kəndində məskunlaşan (yaradılan) icma haqqında kitabın hazırlanması nəzərdə tutulub.
Eyni zamanda Qərbi Azərbaycan haqqında tarixi həqiqətlər, Qərbi Azərbaycanlılara məxsus maddi və qeyri-maddi mədəni irs və digər tarixi həqiqətlər, Ermənistanda azərbaycanlılara məxsus toponimlərin dəyişdirilməsi, tarixi – memarlıq və dini abidələrin, müqəddəs yerlərin dağıdılması haqqında 4 veriliş hazırlanacaq.
Qeyd edək ki, layihə 5 ay müddətində icra olunacaq.
10-06-2024, 15:48
Azərbaycan və Türkiyə prezidentləri Esenboğa Hava Limanında görüşüblər - FOTO


Azərbaycan və Türkiyə prezidentləri Esenboğa Hava Limanında görüşüblər - FOTO

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Esenboğa Hava Limanında görüşüblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.


10-06-2024, 15:29
Gürcüstanın müdafiə naziri Azəebaycanda səfərdədir


Gürcüstanın müdafiə naziri Azəebaycanda səfərdədir

Gürcüstanın müdafiə naziri İrakli Çikovani Azərbaycanda rəsmi səfərdədir.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
O, azərbaycanlı həmkarı Zakir Həsənovla həm təkbətək, həm də geniş tərkibdə görüşəcək.
10-06-2024, 15:22
Ermənistanda erkən seçki olacaq? - Rəsmi AÇIQLAMA


Ermənistanda erkən seçki olacaq? - Rəsmi AÇIQLAMA

Ermənistan hakimiyyəti küçə etirazları fonunda növbədənkənar parlament seçkiləri keçirməyə hazırlaşmır.
Bunu parlamentin spikeri Alen Simonyan jurnalistlərə deyib.
O bildirib ki, məsələ müzakirə mövzusu deyil:
“Biz bu məsələni müzakirə etməmişik və müzakirə etmək niyyətində deyilik”.
10-06-2024, 15:03
Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı


Azad edilmiş ərazilərdə daha 135 mina aşkarlandı

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (03.06.2024 - 09.06.2024) açıqlanıb.
ANAMA-dan verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 88 piyada əleyhinə mina, 47 tank əleyhinə mina, 615 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 1 362,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
10-06-2024, 14:38
İlham Əliyev Türkiyədə səfərdədir - FOTO


İlham Əliyev Türkiyədə səfərdədir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və digər rəsmi şəxslər qarşılayıblar.




10-06-2024, 13:35
Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış


Xəzərlə bağlı təxirəsalınmaz tədbirlər görülməlidir - Nazirdən çağırış

Son iyirmi il ərzində Xəzər dənizinin səviyyəsində müşahidə olunan azalma təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir və qlobal istiləşmənin mənfi nəticələrinin əyani sübutudur.
Bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev ADA Universitetində ilk dəfə keçirilən "Caspian Blue Horizons" tədbiri çərçivəsində "COP29 ərəfəsində iqlim dayanıqlılığı və Xəzərin dayanıqlılığı üçün elm və biznesin sinerjisi" mövzusunda keçirilən müzakirələrdə deyib.
"Caspian Blue Horizons Workshop " seminarının əsas məqsədi tətbiqi elmlər sahəsində ekspertlər və biznes nümayəndələri arasında əməkdaşlığa imkan yaratmaqdır. Onların qarşılıqlı fəaliyyəti Xəzər dənizində suyun səviyyəsinin azalması və ekoloji dəyişikliklərlə bağlı problemlərin həlli üçün innovativ həllərin və effektiv strategiyaların işlənib hazırlanmasına kömək edəcək", - o deyib.
Nazir qeyd edib ki, Xəzəryanı dövlətlərin nümayəndələri Tehranda imzalanmış Xəzər dənizinin dəniz mühitinin mühafizəsi üzrə Çərçivə Konvensiyası çərçivəsində monitorinq, qiymətləndirmə və məlumat mübadiləsinə dair Protokolun müzakirəsi üçün vaxtaşırı bir araya gəlirlər.
"Bu məsləhətləşmələr Xəzər dənizində ekoloji vəziyyətin monitorinqi üçün həyati əhəmiyyət kəsb edir. Azərbaycan COP29-a ev sahibliyi edəcək ölkə olaraq seçildiyi gündən regionun digər ölkələri və maraqlı tərəflərlə də aktiv şəkildə qarşılıqlı fəaliyyət göstərir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, COP29-a sədrlik çərçivəsində bütün tərəflərin mövqelərini dinləmək üçün dünyanın müxtəlif ölkələrində bir çox görüşlər keçirilib.
"Noyabrda СОР29-a uğurla ev sahibliyi etmək üçün bu qarşılıqlı fəaliyyəti davam etdirəcəyik", - deyə o əlavə edib.
10-06-2024, 13:26
Məhkəmə Əhmədlə bağlı qərar verdi


Məhkəmə Əhmədlə bağlı qərar verdi

Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb.
Xətai Rayon Məhkəməsində onun barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
Xatırladaq ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!