Laçın məktəbinin müəllimi sertifikasiyada 60 bal topladı .....                        Gürcüstan ilk xalını qazandı .....                        Sabahın havası .....                        Çaylarda suyun səviyyəsi artıb, Şinçaydan sel keçib .....                        Xırdalanda binada yanğın - 5 sakin təxliyə edildi .....                        Qobu və Mehdiabadda sursat tapıldı .....                        İsraildən Qəzzaya növbəti zərbə - 3 nəfər öldü .....                        Macarıstan Ukraynadakı müharibənin bitməsinin tərəfdarıdır - Orban .....                        Dayısı 18 yaşlı gənci güllələdi .....                       
11-06-2024, 23:55
Vilayət Eyvazov Əbu-Dabidə həmkarı ilə görüşdü


Vilayət Eyvazov Əbu-Dabidə həmkarı ilə görüşdü

İyunun 11-də Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində nazir Vilayət Eyvazov Əbu-Dabi şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyanla görüşü olub.
Görüşdə ölkələrin daxili işlər nazirlikləri arasında ikitərəfli əlaqələr, hər iki xalqın maraqlarına uyğun olaraq təhlükəsizlik məsələləri müzakirə edilib.
11-06-2024, 23:42
Şagirdin döyüldüyü məktəbin direktoru danışdı


Şagirdin döyüldüyü məktəbin direktoru danışdı

Bakıda məktəblini döyülməsi ilə bağlı bəzi detallar məlum olub.
Bakı şəhəri 189 nömrəli tam orta məktəbin direktoru Fəyaz Hüseynov bildirib ki, texniki işçi işdən azad olunub:
"İki ildir bizim məktəbdə çalışırdı. İyun ayının 7-də, birinci növbənin dərsləri bitdikdən sonra şagirdlər evə gediblər. Bir şagirdimiz də pəncərədən düşmək qərarına gəlib. Məktəbin işçisi də bunu görərək ona iradını bildirib".
Ətraflı "Xəzər Xəbər"in süjetində:

11-06-2024, 23:27
Hakan Fidan Putinlə görüşdü


Hakan Fidan Putinlə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş Kremldə keçirilib.
Fidan Putinlə görüşdə “iki ölkə arasında münasibətlərin fövqəladə yaxşı olduğunu” söyləyib.
11-06-2024, 23:11
Azərbaycanlı futbolçunun ölüm səbəbi məlum oldu


Azərbaycanlı futbolçunun ölüm səbəbi məlum oldu

"Sabah" futbol klubunun gənc oyunçusu Amid Alxasov faciəvi şəkildə vəfat edib.
Gənc futbolçu çayda çimərkən boğulub.
Faciəvi hadisə Qusar rayonunda baş verib.
Qeyd edək ki, mərhum futbolçu son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasında keçirib.
11-06-2024, 22:24
Ərdoğan Putinlə görüşəcək - Tarix açıqlandı


Ərdoğan Putinlə görüşəcək - Tarix açıqlandı

Rusiya Prezidenti Vladimir Putin gələn ay türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Bu barədə Putin Türkiyənin xarici işlər naziri Hakan Fidanla Moskvada baş tutan görüşdə bildirib.
"Ümid edirəm ki, yaxın gələcəkdə - məncə, iyulun 3-4-də bildiyimə görə o, Astanada olmalıdır. Onunla görüşmək və bütün cari məsələləri müzakirə etmək imkanımız olacaq", - deyə Rusiya lideri bildirib.
Xatırladaq ki, sözügedən tarixdə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək.
11-06-2024, 22:13
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü


Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.
C.Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.
Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11-06-2024, 21:35
II qrupda ən yüksək nəticə göstərən Şəbnəmin FOTOSU


II qrupda ən yüksək nəticə göstərən Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib.
O, 693.9 balın 300-nü birinci mərhələdə, qalanını ikinci mərhələdə toplayıb.
Bundan əvvəl Şəbnəm Naxçıvanda doğulduğunu, birinci sinfə Xırdalanda getdiyini deyib. O, oxumağa, öyrənməyə daim meyil göstərib, artıq gələcək peşəsini seçib və məqsədinə nail olmaq üçün ciddi hazırlaşıb.
Onun hədəfi Baki Ali Neft Məktəbində biznesin idarə olunması ixtisası üzrə təhsil almaqdır.
11-06-2024, 21:10
Qəbul imtahanında ən yüksək balı bu məktəblərin şagirdləri topladı


Qəbul imtahanında ən yüksək balı bu məktəblərin şagirdləri topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
11-06-2024, 21:00
II və III qrupların nəticələri açıqlandı


II və III qrupların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 10:00-dan 15 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.
11-06-2024, 20:27
ABŞ-dan fələstinlilərə 404 milyon dollarlıq yardım


ABŞ-dan fələstinlilərə 404 milyon dollarlıq yardım

ABŞ Qəzzada, İordaniya çayının qərb sahillərində və regionda yaşayan fələstinlilərə dəstək üçün 404 milyon dollarlıq humanitar yardım paketini təsdiqləyib.
Bununla da ABŞ-ın regionda fələstinlilər üçün ayırdığı humanitar yardımın ümumi həcmi 674 milyon dollar təşkil edəcək.
“Fələstin xalqına yardımla bağlı ən böyük humanitar donor kimi biz ağır şəraitdə olan mülki şəxslərin daha çox yardıma ehtiyac olduğunu qəbul edirik və bütün donorları Qəzzadakı və bölgədəki fələstinlilərin həyatlarını xilasetmə əməliyyatlarını dəstəkləməyə çağırırıq. Bu yeni maliyyə Qəzza, İordaniya çayının qərb sahilləri və bölgədəki həssas fələstinlilərə qida, təhlükəsiz içməli su, səhiyyə, müdafiə, təhsil, sığınacaq və psixososial yardım daxil olmaqla mühüm sahələrdə dəstək verəcək. Birləşmiş Ştatlar böhrandan təsirlənən insanların humanitar ehtiyaclarını qarşılamaq öhdəliyinə sadiq qalır”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin yardımla bağlı açıqlamasında deyilir.
ABŞ digər donorları Qəzzada və regionda humanitar yardıma töhfə verməyə, münaqişədən zərər çəkənlərə dəstəyi artırmağa və böhranın davamlı həll yollarını tapmaq üçün birlikdə işləməyə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!