Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
16-06-2024, 17:17
Ukrayna döyüşü dayandırsa sonu gələcək - Sloveniya prezidenti


Ukrayna döyüşü dayandırsa sonu gələcək - Sloveniya prezidenti

Ukraynada müharibə davam edir və əgər Ukrayna dövləti Rusiyaya qarşı mübarizəni dayandırsa, o zaman bu onların sonu olacaq, bu, həm də dünyada qanunun aliliyinə də zərbə vuracaq.
Bunu Sloveniya prezidenti Nataşa Pirts-Musar Ukraynadakı müharibə ilə bağlı Qlobal Sülh Sammitində deyib.
“Rusiya döyüşü dayandırsa, o zaman müharibə dayanacaq. Yalnız Ukrayna döyüşü dayandırsa, o zaman Ukraynanın sonu gələcək, amma bu, həm də qanunun aliliyinin sonu olacaq”.
Onun sözlərinə görə, sammitdə çoxlu sayda ölkə liderlərinin iştirakı onu göstərir ki, beynəlxalq ictimaiyyət Ukraynada baş verən bütün qlobal hüquq normalarının “dəhşətli pozulmasına” son qoymağın tərəfdarıdır.
16-06-2024, 16:34
Sabahın havası


Sabahın havası

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün ikinci yarısından bəzi şəhərətrafı ərazilərdə havanın tutulacağı, qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Cənub-qərb gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi bəzi dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti olacaq.
16-06-2024, 16:07
Bakıda binada yanğın - Sakinlər təxliyə olundu


Bakıda binada yanğın - Sakinlər təxliyə olundu

Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Suraxanı rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı və 10 p.m elektrik kabeli yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
16-06-2024, 15:04
Hərbi hissələrdə bayram mərasimləri qapalı keçirilir


Hərbi hissələrdə
bayram mərasimləri qapalı keçirilir


Vətəndaşlardan daxil olan sorğuları nəzərə alaraq bildiririk ki, şəxsi heyətin təhlükəsizliyini təmin etmək və hərbi qulluqçuların yoluxucu xəstəliklərə yoluxmasının qarşısının alınması məqsədilə hərbi hissələrdə Qurban bayramı mərasimləri qapalı şəkildə keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Şəxsi heyətin sağlamlığını qorumaq məqsədilə valideynlər, ictimaiyyət və media nümayəndələrinin bayram tədbirlərində iştirakı məhdudlaşdırılıb, valideynlərlə görüşlər qadağan edilib.
"Qeyd olunanları nəzərə alaraq vətəndaşlardan bu qərarı anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik", - məlumatda deyilir.
16-06-2024, 14:35
Pakistanın Baş naziri Azərbaycan liderini ölkəsinə dəvət edib


Pakistanın Baş naziri Azərbaycan liderini ölkəsinə dəvət edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Pakistana rəsmi səfərə dəvət edib.
Bu barədə Məhəmməd Şahbaz Şərif Azərbaycan lideri ilə telefon danışığı zamanı deyib.
Azərbaycan Prezidenti dəvəti məmnunluqla qəbul edib.
15-06-2024, 22:05
İspaniyadan 3 cavabsız qol


İspaniyadan 3 cavabsız qol

İyunun 15-də Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
B qrupunun ilk matçında İspaniya və Xorvatiya komandaları üz-üzə gəlib. Görüş ispanların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Alvaro Morata, Fabian Ruiz və Dani Karvaxal vurublar.
B qrupunun ikinci oyunu İtaliya ilə Albaniya yığmaları arasında olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.
Günün ilk görüşü B qrupunda baş tutub. İsveçrə Macarıstanı 3:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
15-06-2024, 21:08
İlham Əliyev Qurban bayramı ilə əlaqədar paylaşım etdi


İlham Əliyev Qurban bayramı ilə əlaqədar paylaşım etdi

Prezident İlham Əliyev Qurban Bayramı münasibətilə paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:


15-06-2024, 20:58
“Zirə” braziliyalı hücumçu ilə razılaşdı


“Zirə” braziliyalı hücumçu ilə razılaşdı

“Zirə” komandası yeni futbolçu ilə anlaşıb.
“Qartallar” “Kəpəz”dən Junior Martinsi transfer edib. Braziliyalı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 24 yaşlı futbolçu karyerası ərzində ölkəsini ABC, “Palmeyra”, “Maranao”, “Moto-Klub MA” və Litvanın “Babrunqas” klublarında çıxış edib.
15-06-2024, 20:26
Ərdoğan Azərbaycan xalqını təbrik etdi


Ərdoğan Azərbaycan xalqını təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xalqını təbrik edib.
O, bu barədə “X”dəki hesabında paylaşım edib.
“Can Azərbaycanı 15 İyun Milli Qurtuluş Gününü ən səmimi hisslərimlə təbrik edir, bütün azərbaycanlı qardaşlarıma salam və məhəbbətimi çatdırıram. Yaşasın Azərbaycan!”, - Ərdoğan yazıb.
15-06-2024, 20:14
Şəhidimizin qızı qəzaya düşdü


Şəhidimizin qızı qəzaya düşdü

Lənkəranda avtomobil kanala aşıb, üç nəfər xəsarət alıb.
Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.
Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi "Nissan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəzada avtomobildə olan dörd nəfərdən üçü - sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A.Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.
Faktla bağlı araşdırma aparılır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!