Nəsrullah gizli yerdə dəfn olunub .....                        Ukraynada Rusiyanın unikal dronu vuruldu .....                        Hacıqabulda bir ailənin 3 üzvü yaralandı .....                        Netanyahudan Makrona: "Ayıb olsun!" .....                        XİN bəyanat yaydı .....                        Cəbrayılda ildə 24 milyon yumurta istehsal ediləcək .....                        İsrail Hizbullahın mövqelərini bombaladı .....                        Rəsmi Bakı: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları manipulyasiyadır .....                        Ermənistan öz Konstitusiyasında ərazi iddiaları məsələsini həll etməlidir .....                       
15-06-2024, 19:50
Almaniyadan gələn jurnalist sərbəst buraxıldı


Almaniyadan gələn jurnalist sərbəst buraxıldı

2015-ci ildə sərhədi qanunsuz keçərək Almaniyaya gedən jurnalist Şirin Abbasov (Tire) ötən gün Azərbaycana qayıdıb.
Barəsində cinayət işi başlanılaraq həbsli axtarışa verilmiş jurnalist bu gün məhkəməyə çıxarılıb.
Şirin Abbasov barəsində 9 il əvvəl Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə cinayət işi başlanılıb, həbsli axtarışa verilib.
Bu səbəbdən o, ötən gün ölkəyə qayıdan kimi hava limanında saxlanılıb.
Bu gün prokurorluq Şirin Abbasov barəsindəki həbs qətimkan tədbirinin ləğv edilərək, sərbəst buraxılması ilə bağlı məhkəməyə təqdimat verib.
Binəqədi Rayon Məhkəməsi təqdimatı təmin edib.
Jurnalist məhkəmə zalından azadlığa buraxılıb. Onun barəsindəki cinayət işi isə davam edir.
15-06-2024, 19:41
Türkiyə Milli Müdafiə Nazirliyindən 15 İyun paylaşımı


Türkiyə Milli Müdafiə Nazirliyindən 15 İyun paylaşımı

Türkiyənin Milli Müdafiə Nazirliyi Milli Qurtuluş
Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifəsində Türkiyə və Azərbaycan Bayraqları fonunda yerləşdirilmiş təbrik mesajında aşağıdakı sözlər önə çıxarılıb: “Biz birlikdəyik...Bizim sözümüz birdir...Bizim gücümüz birdir”.
Təbrik mətnində qeyd edilib: “Dost və qardaş Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik. Azərbaycan xalqını ürəkdən salamlayırıq. “Bir millət, iki dövlət” kəlamının işığında qardaşlarımızı gələcəkdə də həm kədərdə, həm də sevincdə dəstəkləyəcəyik”.
15-06-2024, 19:00
“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib


“Avro 2024”: İsveçrə millisi Macarıstana qalib gəlib

Futbol üzrə Avropa çempionatında daha bir oyun keçirilib.
A qrupunun ikinci matçında Macarıstan və İsveçrə komandaları üz-üzə gəlib. Görüş isveçrəlilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İsveçrə seçməsinin heyətində qolları Kvadvo Duah, Mişel Aebişer və Bril Embolo vurublar. Macarıstanın yeganə topuna isə Bernabaş Varqa imza atıb.
Günün digər iki görüşü isə B qrupunda baş tutacaq. İspaniya Xorvatiya, İtaliya isə Albaniya ilə qarşılaşacaq. Görüşlər müvafiq olaraq Bakı vaxtı ilə saat 20:00 və 23:00-da başlayacaq.
Qeyd edək ki, dünən turnirin açılış oyununda Almaniya Şotlandiyanı 5:1 hesabı ilə məğlub edib.
15-06-2024, 18:22
"Sədərək" ticarət mərkəzində yanğın


"Sədərək" ticarət mərkəzində yanğın

Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Ticarət mərkəzinin ərazisində ümumi sahəsi 50 m² olan tikinti materialları anbarının qarşısına yığılan plastik borular və digər obyektdə ümumi sahəsi 200 m² olan anbarın 2 ədəd plastikdən ibarət pəncərəsi və 5 m² sahədə dam örtüyü yanıb.
Anbar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
15-06-2024, 17:53
Daha bir ölkə quş qripinə qarşı vaksin alır


Daha bir ölkə quş qripinə qarşı vaksin alır

Avropa Səhiyyə Təşkilatı (Hera) Böyük Britaniyanın “CSL Seqirus” şirkəti ilə hazırda dünyanın bəzi yerlərində yayılan quş qripinə qarşı 665 min doza peyvəndin alınmasına dair müqavilə imzalayıb.
Dörd il müddətinə nəzərdə tutulan razılaşmaya əsasən, 15 ölkə əlavə olaraq 40 milyon doza peyvənd ala biləcək. “CSL Seqirus” artıq bir neçə ölkəyə tədarük hazırlayır. Bunlardan birincisi vaksini kənd təsərrüfatı işçilərinə təklif etməyi planlaşdıran Finlandiya olacaq.
“Quş qripinin ictimaiyyət üçün təhlükəsi az olsa da, biz fermerlər və baytarlar kimi ən çox risk altında olanları qorumalıyıq”, -deyə Aİ komissarı Stella Kiriakides öz hesabatında bildirib.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) məlumatına görə, iyunun əvvəlində Avropada insanlar və ev heyvanları arasında quş qripinin aktiv epidemiyası qeydə alınmayıb.
Ən çox quş qripi virusuna yoluxma halı son aylarda bir neçə süd fermasında inəklərin yoluxduğu Şimali Amerikada qeydə alınıb. Ən azı üç nəfər xəstə heyvanlarla təmasdan sonra virusa yoluxub ki, bu da quş qripinin inəklərdən insanlara ötürüldüyü ilk haldır. Virusun insandan insana keçməsi halları hələ aşkarlanmayıb.
15-06-2024, 16:44
Cücələrə su verən qadını "tok" vuraraq öldürüb


Cücələrə su verən qadını "tok" vuraraq öldürüb

İsmayıllı rayonunda 47 yaşlı qadını elektrik cərəyanı vuraraq öldürüb.
Talıstan kənd sakini, 1977-ci il təvəllüdlü Göyçə Hacalı qızı Hüseynova həyətdə cücələrə su verərkən elektrik naqilinə toxunub və nəticədə onu cərəyan vurub.
Hadisə yerinə İsmayıllı rayonun hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub, meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
15-06-2024, 16:17
Qaxda yanğın - 18 yeşik arı ailəsi məhv oldu


Qaxda yanğın - 18 yeşik arı ailəsi məhv oldu

Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə ziyan dəyib.
Qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.
Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.
15-06-2024, 15:59
Maşınla Kürə düşənlərin axtarışı davam edir


Maşınla Kürə düşənlərin axtarışı davam edir

Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində çayda batdıqları ehtimal olunan digər iki nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.
Hazırda batdığı ehtimal şəxslərin axtarışları FHN-in Xüsusi Riskli Xilasetmə və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri tərəfindən intensiv şəkildə həyata keçirilir.
15-06-2024, 15:44
Lənkəranda maşın su kanalına aşdı - Xəsarət alanlar var


Lənkəranda maşın su kanalına aşdı - Xəsarət alanlar var

Lənkəranda yol qəzası baş verib.
Hadisə Ələt-Astara-İran magistralının Lənkəran rayonunun Səpnəkəran kənd ərazisində olub.
Belə ki, Astara rayonunun Maşxan kənd sakini 1997-ci il təvəllüdlü Azərim Azərili idarə etdiyi “Nissan” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.
Qəzada avtomobildə olan 4 nəfərdən üçü- sürücü və Astara rayon sakinləri 1995-ci il təvəllüdlü Sevinc Mustafayeva, 1999-cu il təvəllüdlü Möhsüm Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Qeyd edək ki, qəzaya uğrayan maşının sürücüsü A. Azərili Birinci Qarabağ müharibəsi şəhidi Azər Əsədullayevin qızıdır.
Faktla bağlı araşdırma aparılır.
15-06-2024, 15:16
Ələsgər Məmmədli hospitala köçürüləcək


Ələsgər Məmmədli hospitala köçürüləcək

“Toplum TV” işi üzrə həbs edilən Ələsgər Məmmədli hospitala köçürüləcək.
Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı Bakı şəhərinin Xətai Rayon Məhkəməsi qərar qəbul edib: "Ələsgər Əhmədoğlunun müayinə edilməsi üçün hospitala köçürülməsinə dair şikayətimizə baxıldı. İstintaq orqanı da şikayətə etiraz etmədi. Nəticədə Ələsgər müəllim biopsiya edilməsi üçün özünün seçdiyi hospitalda öz həkimləri tərəfindən müayinə ediləcək və qısa müddətlik hospitala köçürüləcək".
Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu ilin mart ayının 9-da keçirilən iclasda Ə.Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!