Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
11-06-2024, 22:13
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü


Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşdü

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici ilər naziri Dmitro Kuleba ilə görüşüb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.
C.Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.
Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.
Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
11-06-2024, 21:35
II qrupda ən yüksək nəticə göstərən Şəbnəmin FOTOSU


II qrupda ən yüksək nəticə göstərən Şəbnəmin FOTOSU

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
II ixtisas qrupu üzrə ən yüksək nəticəni Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib.
O, 693.9 balın 300-nü birinci mərhələdə, qalanını ikinci mərhələdə toplayıb.
Bundan əvvəl Şəbnəm Naxçıvanda doğulduğunu, birinci sinfə Xırdalanda getdiyini deyib. O, oxumağa, öyrənməyə daim meyil göstərib, artıq gələcək peşəsini seçib və məqsədinə nail olmaq üçün ciddi hazırlaşıb.
Onun hədəfi Baki Ali Neft Məktəbində biznesin idarə olunması ixtisası üzrə təhsil almaqdır.
11-06-2024, 21:10
Qəbul imtahanında ən yüksək balı bu məktəblərin şagirdləri topladı


Qəbul imtahanında ən yüksək balı bu məktəblərin şagirdləri topladı

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb.
Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
11-06-2024, 21:00
II və III qrupların nəticələri açıqlandı


II və III qrupların nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 26 may 2024-cü il tarixində keçirilmiş qəbul imtahanının nəticəsini elan edib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 48 978 abituriyentdən (II qrup üzrə 23 874 nəfər, III qrup üzrə 25 104 nəfər) 1994 nəfər (II qrup üzrə 1 259 nəfər, III qrup üzrə 735 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394.0 bal toplayan Bakı şəhər Humanitar fənlər təmayüllü məktəb-liseyin məzunu Əliyev Turan Anar oğlu göstərib. O, imtahanın birinci mərhələsində 281.7 bal toplayıb. Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 693.9 bal toplayan Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 393.9 bal toplayıb.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 397.0 bal toplayan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Hacıyeva Zeynəb Hünər qızı göstərib. O, imtahanın birinci mərhələsində 290.0 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 692.5 bal toplayan M.Ələkbərov adına Tovuz şəhər məktəbinin məzunu Məhərrəmzadə İlahə Rəşad qızı göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 392.5 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 13 iyun saat 10:00-dan 15 iyun saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:

• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;

• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;

• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı “sms” göndərilir.

Bundan sonra abituriyentlər apelyasiya.dim.gov.az saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15%-i ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Xatırladaq ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat iyunun 17-dək davam edəcək. İmtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə (//www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=133) daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçərək qeydiyyatdan keçə bilərlər.
11-06-2024, 20:27
ABŞ-dan fələstinlilərə 404 milyon dollarlıq yardım


ABŞ-dan fələstinlilərə 404 milyon dollarlıq yardım

ABŞ Qəzzada, İordaniya çayının qərb sahillərində və regionda yaşayan fələstinlilərə dəstək üçün 404 milyon dollarlıq humanitar yardım paketini təsdiqləyib.
Bununla da ABŞ-ın regionda fələstinlilər üçün ayırdığı humanitar yardımın ümumi həcmi 674 milyon dollar təşkil edəcək.
“Fələstin xalqına yardımla bağlı ən böyük humanitar donor kimi biz ağır şəraitdə olan mülki şəxslərin daha çox yardıma ehtiyac olduğunu qəbul edirik və bütün donorları Qəzzadakı və bölgədəki fələstinlilərin həyatlarını xilasetmə əməliyyatlarını dəstəkləməyə çağırırıq. Bu yeni maliyyə Qəzza, İordaniya çayının qərb sahilləri və bölgədəki həssas fələstinlilərə qida, təhlükəsiz içməli su, səhiyyə, müdafiə, təhsil, sığınacaq və psixososial yardım daxil olmaqla mühüm sahələrdə dəstək verəcək. Birləşmiş Ştatlar böhrandan təsirlənən insanların humanitar ehtiyaclarını qarşılamaq öhdəliyinə sadiq qalır”, - deyə Dövlət Departamentinin mətbuat xidmətinin yardımla bağlı açıqlamasında deyilir.
ABŞ digər donorları Qəzzada və regionda humanitar yardıma töhfə verməyə, münaqişədən zərər çəkənlərə dəstəyi artırmağa və böhranın davamlı həll yollarını tapmaq üçün birlikdə işləməyə çağırıb.
11-06-2024, 20:20
Qurban Qurbanovun rekordunu təzələdi


Qurban Qurbanovun rekordunu təzələdi

"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.
32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.
51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.
Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.
11-06-2024, 19:33
İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır


İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır

İranın Azərbaycandakı səfirliyi prezident seçkilərinə hazırlaşır.
İranın xarici ölkələrdəki bütün diplomatik nümayəndəliklərində 14-cü prezident seçkilərinə hazırlıq işləri eyni vaxtda aparılır.
İranın Azərbaycandakı müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi bildirir ki, İran vətəndaşları Şərifzadə küçəsi, 269 ünvanında - İran səfirliyinin konsulluq binasında açılacaq seçki məntəqəsində səs verə bilərlər.
İran Konstitusiyasının Mühafizə Şurası iyunun 28-də keçiriləcək prezident seçkilərində 6 namizədin iştirakına icazə verib:

Mustafa Purməhəmmədi - prokuror və keçmiş ədliyyə naziri;

Məsud Pezeşkian - parlamentin deputatı, keçmiş səhiyyə naziri;

Əlirza Zakani - Tehran meri;

Səid Cəlili - İran ali rəhbərinin Təhlükəsizlik Şurasındakı nümayəndəsi;

Məhəmməd Baqir Qalibaf - parlamentin hazırkı sədri;

Seyid Əmir Hüseyin Qazizadə Haşimi - parlament sədrinin keçmiş müavini.
11-06-2024, 19:27
Lisey nəşi tapılan hərbçi ilə bağlı məlumat yaydı - FOTO


Lisey nəşi tapılan hərbçi ilə bağlı məlumat yaydı - FOTO

Akademik Zərifə Əliyeva adına lisey Naxçıvanda nəşi tapılan hərbçimiz Ceyhun Hüseynovla bağlı məlumat yayıb.
Açıqlamada bildirilir ki, 2016-cı ildə liseiy qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.
"O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb.
Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb.
Xidmətin bitməsinə 20 gün qalmışdı.
Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!", - açıqlamada bildirilir.
İyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.

11-06-2024, 19:12
Azərbaycan Ukraynaya 40 milyon dollarlıq yardım edib


Azərbaycan Ukraynaya 40 milyon dollarlıq yardım edib

Azərbaycan Ukraynaya bu günədək 40 milyon dollarlıq yardım edib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyada Ukrayna Bərpa Konfransında çıxışı zamanı deyib.
C.Bayramov, Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, ötən il keçirilən Bərpa Konfransından bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məkəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdılıb.
11-06-2024, 18:34
Paşinyandan Azərbaycanla danışıqlardan imtina etməyi tələb edirlər – VİDEO


Paşinyandan Azərbaycanla danışıqlardan imtina etməyi tələb edirlər – VİDEO

“Ermənistan müxalifətinin gücünə qalsa Nikol Paşinyan hökumətinin devirmək mümkün olmayacaq. Burada müxalifətə dəstəkçilərin köməyi lazımdır”.
Bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, Paşinyanın istefa verməsi Ermənistanı xilas edə bilməz.
“Müxaliflər Paşinyanın istefasını istəyirlər. Lakin Paşinyan asanlıqla istefa verməyəcək. Əgər müxaliflərin dirənişi davam etsə bu ciddi qarşıdurmalara gətirib çıxaracaq. Müxaliflər Paşinyandan Azərbaycanla danışıqlardan imtina etməyə tələb edirlər. Burada Rusiya və İrana bağlı qüvvələrin rolu böyükdür.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomaterialda:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!