Yandırılmış Kitablar üçün Mərsiyə .....                        Bu yolda sürət həddi endirildi .....                        Fidan alman həmkarı ilə görüşdü .....                        Prezident Şahbaz Şərifə təşəkkür etdi .....                        Baydenin Ukrayna üçün son hərbi yardımı .....                        İlham Əliyev Pezeşkian və Sisiyə məktub yazdı .....                        Bakı metrosunun yeni sədri kimdir? .....                        Qazaxda traktor aşdı - Ölən var .....                        Makronun sözləri müxalifəti qəzəbləndirdi .....                       
5-07-2024, 23:38
Liderlər Şuşada nahar etdilər


Liderlər Şuşada nahar etdilər

İyulun 5-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun qeyri-rəsmi naharı olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

5-07-2024, 22:44
AVRO-2024: İspaniya millisi yarımfinala vəsiqə qazandı


AVRO-2024: İspaniya millisi yarımfinala vəsiqə qazandı

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 final mərhələsinin oyunlarına start verilib.
İspaniya və Almaniya yığmaları üz-üzə gəlib. Ştutqart şəhərində yerləşən “MHP Arena”da oynanılan görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığı üçün əlavə vaxt oynanılıb.
Əlavə vaxtın 119-cu dəqiqəsində Mikel Merino İspaniya millisinə qələbə gətirən qola imza atıb.
Bununla da İspaniya seçməsi adını 1/4 finala yazdırıb.
Digər matçda Portuqaliya və Fransa komandaları münasibətlərini aydınlaşdıracaq. Hamburqun “Folksparkştadion” arenasında reallaşacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.
Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.
5-07-2024, 17:39
Şərurda 7 yaşlı uşaq hovuzda boğuldu


Şərurda 7 yaşlı uşaq hovuzda boğuldu

Şərur rayonunda bədbəxt hadisə baş verib, yeddi yaşlı uşaq hovuzda boğulub.
Hadisə Şərur rayonunun Aşağı Yaycı kəndində baş verib.
Kənd sakini, 2017-ci il təvəllüdlü Fərzəliyev İbrahim Nofəl oğlu ehtiyatsızlıqdan hovuzda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
5-07-2024, 17:30
Hadisələrin inkişafı bizim özümüzdən asılıdır - DİM sədri


Hadisələrin inkişafı bizim özümüzdən asılıdır - DİM sədri

Hazırda biz özünü öyrətmə xüsusiyyətinə malik olan intellektin nümunəsini görürük – bu çat “GPT”dir. Çat “GPT” XXI əsrdə hər bir savadlı insanın istifadə etdiyi bir alətdir. Demək olar ki, bu gələcəkdən XXI əsrin insanlarına göndərilmiş bir səfirdir.
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dördüncü “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin açılış mərasimində söyləyib. “Hadisələrin bundan sonrakı inkişafı bizim özümüzdən asılıdır: ya biz süni intellektin sayəsində öz üzərimizdə çalışaraq daha da inkişaf edəcəyik, yaxud da süni intellekt tərəfindən idarə olunan, müstəqil və şüurlu şəkildə hər hansı bir fəaliyyət göstərməyi bacarmayan insanlara çevriləcəyik”, - deyə Məleykə Abbaszadə bildirib.
5-07-2024, 17:19
Bayden seçki qərarını elan etdi: Namizədlikdən geri çəkilməyəcək


Bayden seçki qərarını elan etdi: Namizədlikdən geri çəkilməyəcək

ABŞ Prezidenti Co Bayden seçki kampaniyasından geri çəkilmək niyyətində olmadığını və onu davam etdirmək niyyətində olduğunu açıqlayıb.
Bu barədə o, dünən seçki qərargahına bildirib.
“Mən sona qədər seçki kampaniyasında iştiraka davam edəcəyəm və biz qalib gələcəyik”, - deyə Bayden vurğulayıb.
Bəziləri hesab edirdilər ki, eks-prezident Donald Trampla sonuncu teledebatın uğursuzluğundan sonra Bayden namizdəlikdən geri çəkiləcək.
5-07-2024, 17:11
Prezident Aşağı Gövhər Ağa məscidində - FOTO


Prezident Aşağı Gövhər Ağa məscidində - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Şuşa şəhəri işğal altında olduğu illərdə erməni vandalizminə məruz qalmış Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri başa çatıb. XIX əsrdə Kərbəlayi Səfixan Qarabağinin memarlığı ilə ərsəyə gələn Aşağı Gövhər Ağa məscidi İbrahim xanın qızı Gövhər Ağa tərəfindən Şuşada inşa etdirilmiş məscidlərdən birincisi sayılır. Aşağı Gövhər Ağa məscidi şəhərin tarixi-memarlıq rəmzlərindən biridir. Şuşa şəhəri tarixən yuxarı və aşağı olmaqla 17 məhəllədən ibarət olub. Aşağı Gövhər Ağa məscidi şəhərin aşağı hissəsində yerləşdiyinə görə belə adlandırılıb. Məscidi daha uca və cəlbedici etmək üçün memar minarələri arxa fasadda yerləşdirib. İkimərtəbəli məscidin silindrşəkilli minarələri kərpicdən hörülüb, ibadət zalı çatma tağ günbəzlə örtülüb.
Şuşanın işğalı zamanı məscidin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalaraq ciddi zədələnmiş, məscid vandalizmin qurbanına çevrilmişdi.
2021-ci ilin dekabr ayından məsciddə Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə bərpa işlərinə başlanılmışdı. Layihəyə Avstriya, İtaliya, Latviya və Türkiyədən olan mütəxəssislər cəlb olunmuşdu. Şuşada Heydər Əliyev Fondu tərəfindən ən geniş bərpa işlərindən biri dağıntıların miqyasına uyğun olaraq məhz Aşağı Gövhər Ağa məscidində aparılıb.
İlkin memarlıq üslubunun qorunması ilə həyata keçirilən bərpa işləri məscidlə yanaşı ərazidəki mədrəsə binasını da əhatə edib. Məscidin daxilində qazıntı işləri, qruntun çıxarılması və çınqıl qatının hazırlanması işləri aparılıb. Bundan əlavə, damdakı günbəzlərin üst səthinin xüsusi qatqılı suvaqla suvanması işləri də görülüb. Xarici mütəxəssislərin iştirakı ilə qübbələrin daxili səthində tarixi naxış hissələri mikroinyeksiya üsulu ilə bərkidilib. Mədrəsə bölməsində sonradan əlavə edilmiş divarlar aradan qaldırılıb, əsas divarların inyeksiya ilə doldurulması işləri aparılıb.
Bərpa işləri zamanı Aşağı Gövhər Ağa məscidində erməni vandalizminə dair bir sıra faktlar aşkarlanıb. Belə ki, məscid divarlarında müxtəlif yazılar, müdaxilələr, o cümlədən divara həkk olunmuş xaç işarəsi müəyyən edilib. İşğal dövründə erməni vandalizminə məruz qalmış mədrəsə binasının dağıntılarının bir qismi də konservasiya olunub. Məscidə gələn hər bir ziyarətçi tarixi-dini abidəyə qarşı erməni vandalizminə dair bu faktların şahidi ola bilər.
Qeyd edək ki, məscid ərazisindəki tarixi mədrəsə binasında hazırda muzey yaradılıb. “Qarabağ və Şərqi Zəngəzur Muzeyi: İşğaldan Əvvəl və Sonra. Dirçəliş.” mövzusundakı bu ekspozisiyada Qarabağın və Şərqi Zəngəzurun işğaldan əvvəlki dövrü, işğal illərində ermənilər tərəfindən dağıdılmış dini abidələr, tarix və mədəniyyət abidələri, ekosid barədə faktlar, o cümlədən hazırda Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə dair məlumatlar, foto və videomateriallar yer alıb.
Muzeydə dünyada tolerant ölkə kimi tanınan Azərbaycanda tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini abidələrin bərpası və mühafizəsinə daim diqqət yetirilməsinə dair məlumatlar əks olunub. Ölkəmizdə ayrı-ayrı dinlərin məbədləri bütün dövrlərdə yüksək səviyyədə mühafizə olunub, məscid, kilsə və sinaqoqlar təmir və bərpa edilib. Azərbaycan xalqının qədim mədəniyyətinin təşəkkül tapdığı Qarabağ və Şərqi Zəngəzur əraziləri öz tarixi, maddi-mədəniyyət və dini abidələri ilə hər zaman zəngin olub. Təəssüf ki, 30 ilə yaxın davam edən işğal dövründə əzəli Azərbaycan torpaqlarında olan bütün dini abidələrə qarşı vəhşiliklər törədilmişdir. Erməni təcavüzkarları şəhər və rayonları, oradakı yaşayış və inzibati binaları, bütün infrastrukturu dağıtmış, təbii sərvətləri talan etmiş, bu ərazilərdəki dini, tarix və mədəniyyət abidələrini vandalizm aktlarına məruz qoymuşdur.
İşğalın ən ağır fəsadlarından biri bəşəri əhəmiyyətə malik mədəni irsin, o cümlədən İslam dininə aid abidələrin qəsdən dağıdılması və məhv edilməsidir. İlkin araşdırmalara görə, işğal dövründə 65 məscidin yerlə-yeksan edildiyinə dair məlumatlar olsa da, təəssüf ki, bu rəqəmlər getdikcə artmaqdadır. Muzeydə Qarabağ və Şərqi Zəngəzur ərazilərində mövcud olmuş bir sıra dini abidələrə qarşı törədilmiş vandalizmin ümumi mənzərəsini əks etdirmək və həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə foto və videomateriallar nümayiş olunur.
Muzeyin “İşğal dövründə dağıdılmış tarix və mədəniyyət abidələri” bölməsində isə işğal dövründə vandalizmə məruz qalmış tarix və mədəniyyət abidələrini əks etdirən foto və videomateriallar təqdim edilir. Hələ Birinci Qarabağ müharibəsinə kimi bölgədə 705 tarix və mədəniyyət abidəsi dövlət qeydiyyatına alınıb. Qarabağın, Şərqi Zəngəzurun, həmçinin Ermənistanla sərhəd olan Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin işğal olunması nəticəsində 100 mindən çox artefaktın saxlanıldığı 22 muzey, 4,6 milyon kitabdan ibarət 927 kitabxana, 85 musiqi məktəbi, 4 teatr, 2 konsert zalı, 4 incəsənət qalereyası və 808 istirahət məkanı məhv edilib. İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərdə 400-ə yaxın abidə dağıdılıb.
“İşğal dövründə ekosid” bölməsində ziyarətçilərə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, 30 ilədək davam edən işğalın insan hüquqlarının və çoxsaylı beynəlxalq hüquq normalarının pozulması, sosial-iqtisadi fəsadlar və mədəni irsə vurulan ziyanla yanaşı, misli görünməmiş ekoloji terror, təbii sərvətlərin genişmiqyaslı və uzunmüddətli talanı ilə nəticələnməsinə dair faktlar çatdırılır.
“30 illik həsrətin sonu” bölməsində Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı şanlı Zəfər, 30 ilə yaxın doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayan insanların Vətən həsrətinə son qoyulmasına dair məlumatlar, fotolar və videomateriallar yer alıb.
“Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi” bölməsində Qarabağda və Şərqi Zəngəzurda bu gün canlanan həyata dair materiallar əksini tapıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq tədbirləri istər Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə, istərsə də Azərbaycan xalqının milli yaddaşının bərpasına, zəngin tarixi ənənələrin və milli-mənəvi dəyərlərin dünyaya təqdim olunmasına yönəlib. Muzeydə məhz bu dirçəlişi əks etdirən fotolar və videomateriallar da nümayiş olunur.
Burada Qarabağa və Şərqi Zəngəzura dair müxtəlif nəşrlərlə tanış olmaq mümkündür. Muzeydə “Şuşada dörd fəsil” beynəlxalq fotolayihəsi çərçivəsində Qarabağın incisi olan Şuşanın mənzərələrini əks etdirən əsərlər də təqdim olunur.









5-07-2024, 17:02
Kürdə batanlar xüsusi texnikalarla axtarılır - VİDEO


Kürdə batanlar xüsusi texnikalarla axtarılır - VİDEO

Xəbər verildiyi kimi, 2 iyun 2024-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Tovuz rayonunun Hunanlar kəndi ərazisində içərisində 3 nəfərin olduğu avtomobilin Kür çayına düşməsi barədə məlumat daxil olub və dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti, həmçinin Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən axtarışlara başlanılıb.
"Unikal" xəbər verir ki, aparılan intensiv axtarışların nəticəsi olaraq, 9 iyun 2024-cü il tarixində batan 3 nəfərdən birinin – 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlunun meyiti dalğıclar tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər iki nəfərin – 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlu və 1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən müddət ərzində müşahidə olunan qeyri-sabit və əlverişsiz hava şəraitinə baxmayaraq fasiləsiz olaraq həyata keçirilib.
Son həftələr ərzində yağan intensiv yağışlar nəticəsində Kür çayında suyun səviyyəsi və axının sürətinin xeyli artması, sualtı görüntü məhdudiyyəti nəzərə alınaraq, batdığı ehtimal olunan şəxslərin axtarışlarına SOCAR-ın Geofizika və geologiya idarəsinin xüsusi texniki vasitələri cəlb olunmaqla axtarış işləri birgə davam etdirilir.

5-07-2024, 16:46
Ərdoğan Putinlə Bəşər Əsədi Ankaraya dəvət edir


Ərdoğan Putinlə Bəşər Əsədi Ankaraya dəvət edir

Türkiyə lideri qeyd edib ki, terrorçular Ankara ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə gözlənilən səfəri çərçivəsində Suriya prezidenti Bəşər Əsədlə görüşə razılıq verib.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
"Biz Suriya ilə yeni prosesə başlaya bilərik. Putin və Əsədi dəvət edə bilərik. Əgər Putin Türkiyəyə səfər edərsə, bu, yeni prosesin başlanğıcı ola bilər. Suriyada daimi nizamlanma mexanizmi yaradılmalıdır", - Ərdoğan bildirib.
O deyib ki, infrastrukturu dağıdılan və əhalisi səpələnmiş Suriyanın ayağa qalxması üçün qeyri-sabitliyə son qoyulması vacibdir.
Türkiyə prezidenti vurğulayıb ki, terrorçular Türkiyə ilə Suriya hökuməti arasında əlaqələrin bərpasından narahatdırlar.
Onun sözlərinə görə, Türkiyə əvvəlki kimi yeni əhatəli konstitusiyaya malik birləşmiş Suriyanın müdafiəsini davam etdirir.
“Suriyanın gələcəyini qurmaq, terror qruplarının kökünü kəsmək üçün birgə çalışmaq vacibdir”, - Ərdoğan əlavə edib.
Bundan əvvəl Türkiyə lideri Suriya ilə diplomatik münasibətləri bərpa etməkdən imtina etmək üçün heç bir səbəb görmədiyini bildirib.
5-07-2024, 16:42
Gəncədə daha bir qanunsuz tikinti söküldü


Gəncədə daha bir qanunsuz tikinti söküldü

Gəncədə qanunsuz tikintilərin qarşısının alınması istiqamətində aparılan monitorinqlər davam edir.
İcra Hakimiyyətindən verilən xəbərə görə, Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, DYNX-nın Gəncə Regional Dövlət Yanğın Nəzarət İdarəsinin, o cümlədən Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə keçirilən monitorinq zamanı daha bir qanunsuz tikinti aşkarlanıb.
Belə ki, şəhərin F. Həsənov küçəsi ilə Ə.Nəzmi küçəsinin kəsişməsində aparılan tikinti işləri dərhal dayandırılaraq söküntüsü təmin edilib.
Qeyd edilib ki, bu kimi tədbirlər şəhər ərazisində mütəmadi olaraq keçiriləcəkdir.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!