Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
31-07-2024, 17:21
ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq


ATƏT-in müşahidə missiyası sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyası parlament seçkiləri ilə əlaqədar sabahdan Azərbaycanda fəaliyyətə başlayacaq.
Bunu Ceyhun Bayramovla ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Ditmir Buşati deyib.
O, müşahidə missiyasının fəaliyyətə başlaması ilə bağlı mətbuat konfransının keçiriləcəyini qeyd edərək, növbəti 6 həftə ərzində missiya tərəfindən görüləcək işlərin xülasəsi barədə məlumat təqdim edib.
31-07-2024, 17:10
Rusiya sonra “Zvartnots” aereportuna nəzarəti Ermənistana verdi


Rusiya sonra “Zvartnots” aereportuna nəzarəti Ermənistana verdi

Rusiya FTX Sərhəd Xidmətinin nümayəndələri uzun illərdən sonra “Zvartnots” keçid məntəqəsində dövlət sərhədinin mühafizəsi funksiyalarını Ermənistan tərəfinə veriblər.
Protokolu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) sərhəd qoşunlarının komandanı Edqar Hunanyan və Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin rəisi, general-leytenant Roman Qolubitski imzalayıblar.
İrəvanda keçirilən rəsmi mərasimdə Rusiya FTX-nin Ermənistandakı Sərhəd İdarəsinin və Ermənistan MTN-nin Sərhəd Qoşunlarının rəhbərliyi və şəxsi heyəti iştirak edib.
31-07-2024, 17:06
Tələblərə riayət etməyən taksi sürücüləri daşımalardan kənarlaşdırılır - RƏSMİ


Tələblərə riayət etməyən taksi sürücüləri daşımalardan kənarlaşdırılır - RƏSMİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanda fəaliyyət göstərən taksi şirkətlərinin nümayəndələri ilə görüş keçirilib. Bu barədə Nazirlikdən bildirilib.
Məlumata görə, görüşdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, taksi minik avtomobilləri ilə sərnişindaşımalar sahəsində yeni dövlət siyasətinin formalaşdırılması və islahat mexanizmlərinin tətbiqində əsas məqsəd vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsidir.
Nazir müavini qeyd edib ki, yeni tələblərin tətbiqindən sonra sürücülərin ünvanlara fərqli avtomobillə gəlməsi, çatdırılma xidməti adı altında sərnişindaşımaların həyata keçirilməsi, icazəsi olmayan nəqliyyat vasitələrinə sifarişlərin ötürülməsi kimi hallar müşahidə edilir. Belə ki, vətəndaşlar tərəfindən daxil olan müraciətlər araşdırılır və qanunvericiliyin tələblərinə riayət etməyənlər daşımalardan kənarlaşdırılır.
Taksi fəaliyyətinə cəlb olunan nəqliyyat vasitələrinə tələblər bir daha görüş iştirakçılarının diqqətinə çatdırılıb. İzah edilib ki, sərnişindaşımalar yalnız müvafiq icazəsi olan şəxslər tərəfindən yerinə yetirilə bilər.
Taksi şirkətlərinin nümayəndələri də hazırda bu sahədə qarşılaşdıqları çətinliklər barədə məlumat verib, onların həlli istiqamətində təkliflərini səsləndiriblər.
Görüşdə sadalanan çatışmazlıqların aradan qaldırılması, nəzarət mexanizminə dair tədbirlər barədə müzakirələr aparılıb. Qeyd olunub ki, sifarişə gələn nəqliyyat vasitələrinin eyni olub-olmaması ilə bağlı sərnişinə bildirişin getməsi üçün operatorların proqram təminatlarında funksionallığın aktivləşdirilməsi istiqamətində işlər aparılır.
Sonda taksi şirkətlərinə qısa müddət ərzində qeyd olunan çatışmazlıqları aradan qaldırmaq və fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil etmək tövsiyə olunub.
31-07-2024, 16:58
Laçına köçənlərə evlərin açarları təqdim olundu - FOTO


Laçına köçənlərə evlərin açarları təqdim olundu - FOTO

Bu gün növbəti köç karvanı ilə Laçın şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Laçına çatdıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah sursatların təhlükəsi barədə ətraflı məlumat verilib. Tanımadıqları naməlum əşyalar və cisimlərdən uzaq durmaları və belə hallarla qarşılaşdıqları zaman aidiyyəti qurumlara xəbər vermələri tövsiyə olunub.
Açarların təqdim edilməsi mərasimində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Laçın rayonunda Bərpa Tikinti və İdarəetmə xidməti, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər şəxslər iştirak ediblər. Ailələr sevinc hissi ilə açarları təhvil alıb və öz evlərində məskunlaşıblar. Bununla da Laçın şəhərində 552 ailə yəni 2031 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, köçürülən ailələrin Laçın şəhərində dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb.








31-07-2024, 16:43
Rusiyadan Ermənistanla Azərbaycana sülh çağırışı


Rusiyadan Ermənistanla Azərbaycana sülh çağırışı

Eskalasiyanın qarşısını almaq üçün Rusiya Bakı və İrəvanı təmkinli olmağa, hərbi ritorikadan qaçmağa və regionda sabit sülhün bərqərar olmasına və inkişafına töhfə verəcək qarşılıqlı məqbul həll yollarının tapılmasına diqqət yetirməyə çağırır.
Bunu iyulun 31-də keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin bildirib.
O bildirib ki, Rusiya Federasiyası Ermənistanla Azərbaycan arasında bütün mübahisəli məsələlərin müstəsna olaraq siyasi yolla və diplomatik vasitələrlı həlli mövqeyindən çıxış edir.
Andrey Nastasin həmçinin qeyd edib ki, bu məqsədə nail olmaq üçün yol xəritəsi Ermənistan, Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli formatın yenidən işə salınması hesab olunur.
“Rusiya ardıcıl olaraq iki ölkə arasında davamlı sülhün bərqərar olmasının tərəfdarıdır. Üçtərəfli sazişlər məhz belə bir tendensiyaya malikdir: onlar ən mürəkkəb problemlərin, o cümlədən sosial və humanitar problemlərin mərhələli şəkildə həllini və vətəndaş cəmiyyətləri arasında dialoqun başlanmasını nəzərdə tutur. Bu, təkcə qaçqınlarla bağlı deyil, həm də abidələrin dağıdılmasının qarşısının alınmasıdır”, - Nastasin bildirib.
31-07-2024, 16:22
400-ə yaxın müəllim alternativ işlə təmin olunacaq


400-ə yaxın müəllim alternativ işlə təmin olunacaq

400-ə yaxın müəllimin tədrisdənkənar alternativ işlərlə təmin olunması prosesi gedir.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
N.İsmayılbəyli bildirib ki, işdən azad olunmuş müəllimlərlə əlaqədar komissiyalar yaradılıb və onların həssaslığı nəzərə alınaraq, alternativ işlərlə təmin edilməsi üçün çalışmalar davam etdirilir:
"Həssas təbəqədən olan müəllimlərin sertifikasiya müsabiqəsindən keçməməsinə və işdən uzaqlaşdırılmasına baxmayaraq, onların sosial həssaslığı araşdırılır. Bu hal təsdiqlənərsə, həmin müəllimlər müxtəlif işlərlə təmin olunacaq".
O bildirib ki, bu sıraya məktəblər təhsil müəssisələrindəki vakansiyalar, sosial pedaqoq, nizam-intizam prossesinin təşkili və sair işlər daxildir.
31-07-2024, 16:06
AzTV-nin sədr müavini işdən çıxdı


AzTV-nin sədr müavini işdən çıxdı

AzTV-nin sədr müavini Rüfət Həmzəyev vəzifəsindən azad edilib.
AzTV-nin mətbuat katibi Rüfət Seyidov faktı təsdiqləyib.
O bildirib ki, Rüfət Həmzəyev artıq AzTV-də çalışmır.
Saytın məlumatında o da qeyd edilib ki, Rüfət Həmzəyev ingilisdilli telekanala rəhbər təyin edilib.
Artıq Rüfət Həmzəyevin adı AzTV-nin saytında sədr müavini vəzifəsini bildirən məlumat hissəsindən çıxarılıb.
Qeyd edək ki, R.Həmzəyev bu vəzifəyə 2020-ci ilin fevralında təyinat almışdı.
31-07-2024, 15:43
MİQ üzrə vakant yerlərin sayı açıqlandı - RƏSMİ


MİQ üzrə vakant yerlərin sayı açıqlandı - RƏSMİ

Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, müəllimlərin işə qəbuluna dair müsabiqənin vakansiya seçimi mərhələsində 10500 vakant yer təqdim edilib:
" Sertifikasiyadan sonra ümumilikdə 4300-dən çox müəllim işdən çıxarılıb. Ölkə üzrə hazırda ehtiyac olunandan daha çox müəllim ümumi təhsil müəssisələrində çalışır".
O əlavə edib ki, buna görə də hər işdən çıxarılan müəllimin yerinə başqa təhsilverən götürülməyəcək:
"Məktəbdə fəaliyyət göstərən aidiyyatı fənn müəllimlərinin dərs saatları artırılacaq".
31-07-2024, 15:23
Magistraturada boş qalan yerlərə ixtisas seçiminin vaxtı açıqlandı


Magistraturada boş qalan yerlərə ixtisas seçiminin vaxtı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) "Magistr" jurnalının 6-cı nömrəsini nəşr edib.
Jurnalın bu nömrəsində 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrin elektron ərizəsi"ndə ixtisaslaşma seçimi formasının nümunəsi, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.
Bakalavrların nəzərinə çatdırılıb ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir nəşrdə – Azərbaycan dilində dərc edilib.
Jurnalı kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
Jurnalının elektron versiyasını isə (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.
Xidmətə keçid: //eservices.dim.gov.az/ejurnal
Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olmaq üçün ixtisaslaşma seçimi 2024-cü il avqustun 1-dən 8-dək aparılacaq.
31-07-2024, 15:18
Qafqaz Albaniyasına həsr edilən yeni kitab çıxdı


Qafqaz Albaniyasına həsr edilən yeni kitab çıxdı

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Arximandrit Aleksiy Nikonorovun “Moisey Kalankatlıya görə Qafqaz Albaniyası kilsəsinin tarixi” adlı kitabını ingilis dilində nəşr edib.
Bu barədə Mərkəzdən məlumat verilib.
Moisey Kalankatlının Qafqaz Albaniyasının tarixinə dair ilk və yeganə əsər olan “Albaniya ölkəsinin tarixi” kitabı bu dövlətin son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Kilsə tarixi üzrə elmlər doktoru Arximandrit Aleksiy Nikonorovun bu monoqrafiyası Qafqaz, Fars, Suriya, Bizans və Ərəb tarixçilərinin araşdırmaları ilə müqayisədə alban mənbəyinə əsaslanaraq alban kilsə tarixini işıqlandıran ilk ciddi cəhddir. Bu kitabda Musa Kalankatlının “Albaniya ölkəsinin tarixi” əsərində yer alan və yerli xristian icmasının həyatı ilə bağlı məlumatlar təhlil edilir.
Kitab Qafqaz Albaniysının son antik və erkən orta əsrlər dövrünün tarixini öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir. Müəllif müxtəlif mənbələrdən, elmi ədəbiyyatlardan istifadə etməklə Qafqaz Albaniyasının I-IX əsrlər arasında xristian tarixinin cəlbedici mənzərəsini təqdim edir.
Nəşrin xarici ölkələrin kitabxana, dini mərkəz, universitet və diplomatik mərkəzlərinə göndərilməsi və elektron baza sistemlərində yerləşdirilməsi nəzərdə tutulur. Kitabın gələcəkdə xarici ölkələrdə təqdimatlarının keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, Qafqaz Albaniyası kilsələrinin tarixinin öyrənilməsi və bu tarixi dövrün gerçək faktlara istinad edilərək xarici ölkələrdə təqdim olunması çox vacib istiqamətlərdəndir. Məlumdur ki, erməni tarixçiləri və ideoloqları uzun illərdən bəri bu zəngin irsi saxtalaşdırmağa cəhd etmiş və dünya ictimaiyyətinə erməni irsi kimi təqdim etməyə çalışmışdır. Bu gün də Qarabağ və Şərqi Zəngəzur ərazilərində olan Alban kilsələrini erməni kilsəsi adı altında təbliğ edilir. Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi Qafqaz Albaniyası irsinin öyrənilməsini daim diqqətdə saxlayır. Tariximizin islamaqədərki dövrü ilə bağlı ciddi faktlara əsaslanan məlumatların xarici dillərdə geniş ədəbiyyat bazasının yaradılmasına töhfə vermək Mərkəzin qarşısında duran əsas vəzifələrdəndir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!